Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.

səhifə1/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
  1   2   3   4   5   6   7   8   9   ...   54



 
Elşən Misir oğlu Nəsibov 
 
 
 
 
 
 
 
 
 
 
DÖVLƏT VƏ SİYASƏT FƏLSƏFƏSİ 
 
 
SİYASƏT III CİLD 
Kitabın Üçüncü bölümü 
 
 
 
 
 
 
E.M.Nəsibov.  Dövlət  və  siyasət  fəlsəfəsi.  Siyasət  III  cild.  Kitabın 
Üçüncü bölümü. Bakı, “Elm və Təhsil ” nəşriyyatı, 2016, 172 səh. 
 
 
ISBN 978-9952-8176-0-7 
 
2016
098
13
3701000000


N
 
грифли няшр
 
 
 
© E.
Nəsibov
, 201
6
 
 
 
BAKI-2016 
 



 
MÜNDƏRİCAT: 
 
Alim mövqeyi, vəzifəsi və məsuliyyəti -cəmiyyətdə və 
dövlətdə ............................................................................... 4  
Alim və onun bəşəri vəzifəsi, məsuliyyəti və öhdəliyi ..... 8 
Filosof və fəlsəfəşünas məfhumları ................................... 11 
Sağlam düşüncə və özünüdərkin əsasları......................... 15 
Dövlətin intuitiv təfəkkürlə idarə olunması ..................... 19 
Kapital və cəmiyyətdə xaosun yaranması ........................ 24 
Dövlət idarəçiliyində xidmət etmənin əsasları və dövlət 
məmurunun işə və məsələlərə münasibət bildirməsinin 
yolları (məmur etikası və məmur səlahiyyətləri  
kontekstindən yanaşma)...................................................... 27 
Məişət təfəkkürü, ictimai təfəkkür və siyasi təfəkkürün 
vəhdəti və hər təfəkkürün öz məkanı ............................... 31 
Texniki təfəkkür -cəmiyyətin bazis və alt təfəkkürü  
kimi ...................................................................................... 34  
İnsan hüquqlarının aktiv və passiv pozulması ................ 37 
Beynəlxalq hüquqla və milli hüquqla tənzimlənən 
obyektlərin fərqliliyi .......................................................... 40 
Azərbaycanda “Rurbanizasiya (Ruralizasiya-əhalinin 
şəhərlərdən rayon və kəndlərə köçürülməsi) Dövlət 
Proqramı”nın qəbulu və əhəmiyyəti ................................ 47 
Azərbaycanda milli pul vahidi olan manatın ödəniş  
vasitəsi kimi müəyyən müddətə beynəlxalq valyuta olan 
ABŞ dolları ilə əvəz olunması və əhəmiyyəti 
(Milli pul vahidi olan manatın ehtiyat və rezerv  
(fond kimi) kimi saxlanılması kontekstindən yanaşma) .... 53 
Hakmiyyətin xarizması ...................................................... 62 
Terrorun psixi xüsusiyyətləri ............................................ 66 
 



 
Dövləti idarəetmə aparatı-biznes üçün kadr  
hazırlama mərkəzləri kimi ................................................ 70 
Cəmiyyət-sivilizasiya və mədəniyyət məskəni kimi ......... 75  
Azərbaycan elminin yeni strategiyası və Azərbaycan  
Milli Elmlər Akademiyasında islahatların zəruriliyi ...... 80 
Dövlət və din ....................................................................... 87 
Dövlət və adət-ənənə .......................................................... 93 
Dünya dövlətləri və hökumətləri liderlərinin siyasi 
portretləri ............................................................................ 97 
Meritokratiya: hakimiyyətin dəyərli və ləyaqətli  
əsaslarla formalaşdırılması ............................................... 105 
Dünya dövlətlərinin və dünya sakinlərinin barışdırıcılıq 
missiyasının əsasları ........................................................... 110 
Beynəlmiləlçiliyin fəlsəfi əsasları ...................................... 119 
“Ümumdünya vətəndaşlığı” anlayışı və onun əhəmiyyəti 
Multikulturalizm və onun əhəmiyyəti .............................. 126 
Türkiyəmin Prezidenti, Qardaşım Rəcəb Təyyub  
Ərdoğana ............................................................................ 137  
Rusiyamın Prezidenti, Yaxın qonşum və qohumum 
Vladimir Putinə .................................................................. 142 
BMT-nin Baş Katibi Pan Qi Muna .................................. 147 
Şimali Atlantika Müqaviləsi Təşkilatının (NATO) Baş 
Katibi Yens Stoltenberqə................................................... 153 
Suriya- dünyanın böyük dövlətlərinin rəqabət  
mübarizəsi məkanı kimi .................................................... 160 
Rusiyanın SU-24 qırıcı təyyarəsi və regionda dəyişəcək 
strateji və taktiki vəziyyət.................................................. 165 
Türkiyənin NATO-dan gələcəkdə çıxmasını  
şərtləndirəcək başlanğıc səhnələrdən biri: SU-24  
qalmaqalı və strateji miqyaslı geosiyasi gərginlik ........... 167 
Türkiyə NATO-ya güvənməməlidir ................................. 171 



 
Alim mövqeyi, vəzifəsi və məsuliyyəti - cəmiyyətdə və 
dövlətdə  
 
Cəmiyyət,  dövlət  hər  bir  üzvündür,  fərdindir.  Dövlət  və 
cəmiyyət  ünsiyyətin,  münasibət  və  əlaqələrin  məhsuludur. 
Dövlət  və  cəmiyyət  fenomeni  fərdin  dəyəridir.  Dövlət  və 
cəmiyyət fərdin şəxsiyyətə çevrilməsini təmin edən məkandır və 
tərəflərdir,  eləcə  də  vasitələrdir.  Fərd  məhz  cəmiyyətdə  və 
dövlətdə şəxsiyyətə çevrilə bilir. Ona görə şəxsiyyətə çevrilir ki, 
bu  dəyəri  formalaşdıran  qarşılıqlı  əlaqələr,  münasibətlər, 
ünsiyyət  və  fəaliyyət  məhz  cəmiyyətlərdə  və  dövlətlərdədir. 
Şəxsiyyəti  təmin  edən  kriteriyalar,  elementlər,  enerji  verən 
maddələr  və  həmin  maddələrin  proseslər  məkanı  cəmiyyət  və 
dövlətlərdədir.  Şəxsiyyətlər  daima  dəyərləri  qiymətləndirə-
qiymətləndirə  özləri  də  dəyər  əldə  etmiş  olurlar.  İnsanlar 
qazandıqları  dəyərlərlə  şəxsiyyətə  çevrilmiş  olurlar.  Cəmiyyət 
və  dövlət  müxtəlif  struktura  malik  olan  universal  dəyər 
məkanıdır.  Cəmiyyətin  və  dövlətin  dəyər  mənbəyi  şəxsiyyətin 
qida  mənbəyidir.  Bu  dəyər  məkanını  şəxslər  zənginləşdirir  və 
şəxslər  də  həmin  məkandan  dəyərlər  əldə  edirlər.  Dövlətin  və 
cəmiyyətin resursları onların məkanları üzrə bölünür, paylanır və 
hər bir fərd bu resursdan qidalanır. Hər bir fərd resurs məkanına 
əlavələr  edir  və  bu  mənbədə  öz  potensialını  sübuta  yetirir  və 
mənbədən  əldə  etdiyi  potensial  hesabına  fərdi  gücünü  və 
potensialını  yaradır.  Dövlət  və  cəmiyyət  fərdlərin  artan 
potensialları hesabına güclənmiş olur.  
Müəllimlər,  alimlər,  bütün  mütəxəssislər,  həkimlər, 
mədəniyyət  və  incəsənət  sahələrinin  insanları,  ədəbiyyatçılar, 
digər fikir və söz adamları məhz cəmiyyətdən, dövlətdən, ictimai 
kollektivlərdən  dəyərlər  əldə  edirlər.  Onlar  da  öz  əməlləri  ilə 
dəyərlər  verirlər.  Cəmiyyətin  dəyəri  onun  mədəniyyətindədir. 
Mədəniyyət  də  yaradıcılıq  və  quruculuqdadır.  Yaradıcılıq  və 
quruculuq  prosesləri  də  adları  sadalanan  şəxslər  tərəfindən 
həyata keçirilir. Dövlət və cəmiyyət subyektlərdən dəyərlər əldə 




Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   54


Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2017
rəhbərliyinə müraciət

    Ana səhifə