Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə27/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   23   24   25   26   27   28   29   30   ...   54

81 
 
 
Elmin  yeni  strategiyası  onun  daxilən  dəyişən  taktiki 
addımlarından  və  yeni  ümumi  və  konkret,  çərçivə  sahəli 
konsepsiyalarından  meydana  gəlir.  Elmin  yeni  strategiyası 
məzmun etibarilə dəyişən mühit tələblərinə cavab verməkdən və 
mühiti  yeni  axara  yönləndirməkdən  ibarətdir.  Elm  özü  də  yeni 
nəzəri  müddəalarla  və  təcrübi  məhsullarla  yeni  axarı  yaradır. 
Elm  dəyişən  mühitə  cavab  verir,  reaksiya  bildirir,  özünə  bu 
mühiti  obyekt  edir  və  digər  istiqamətdə  yeni  mühiti 
formalaşdırmaq funksiyasını həyata keçirir. Dəyişən şəraitlərdən 
digər  şəraitlər  şaxələnir.  Elmin  meydana  gətirdiyi  inkişaf 
dəyərlərindən  yeni  dəyərlərin  yaradılması  prosesləri  həyata 
keçirilir.  Elm  dəyişən  mühiti  özünə  cəlb  edir  və  yeni  axarlar 
müəyyənləşdiririr. Elm dəyərləri yeni dəyərlər üçün şərtə çevirir. 
Bu  nöqteyi-nəzərdən  də  elmin  müddəa  tərkibi  də  dəyişir.  Elm 
çalışır ki, dəyişən tələblərə uyğun müddəalar hazırlasın. Dəyişən 
şəraitlərdə  yeni  mühakimələr  və  əqli  nəticələr  meydana  gəlir. 
Elmi  təsəvvürlər,  təxəyyüllər  yeni  yaradıcılıq  mühtinin 
formalaşmasını  zəruri  edir.  Elm  nəzəriyyə,  təcrübə  və 
paradiqmanın vəhdətində özünü dəyişdirir.  
Elm dəyişən mühitin gerçəkliklərini müddəalar şəkilində əks 
etdirir  və  yeni  məzmunlu  müstəvi  yaradır.  Buradan  da  dəyişən 
normalar  vahid  panellər  daxilində  nəzəri  olaraq  əks  olunur. 
Elmin funksiyası dəyişənlik şəraitində meydana gələn vasitələri 
yeni  axarlar  və  yeni  istiqamətləri  üzrə  müəyyən  etməkdən  və 
yönləndirməkdən  ibarət  olur.  Fikirlər  yeni  axarlar  üzrə 
sistemləşdirilir, qruplaşdırılır. Bu dəyişən şəraitlərdə elmin yükü 
artır  və  elementləri  yen  axara  yönəldir.  Yeni  axar  da  öz 
növbəsində  stereotipləri  infiltrasiya  edir.  Elmi  biliklər  sistemi 
özünü  dailən  təmizləyən  bir  mexanizmə  çevrilir.  Burada  elmin 
funksiyası  dəyişən  elementlər  axarını  sistemləşdirməkdən, 
elementlər arasında  yeni  əlaqələr  yaratmaqdan və sistemi, eləcə 
də  prosesləri  strukturlaşdırmaqdan  ibarət  olur.  Yeniləşən 
mühitdə  paradiqmalar  (modellər,  nümunələr)  da  dəyişir.  Yeni 
keyfiyyət standartları müəyyən olunur, davranış və normalar da 


82 
 
dəyişikliyə uğrayır. Yeni  keyfiyyət standartları  elementləri  yeni 
tələbləri  ödəyəcək  əsasda  qruplaşdırır,  əlaqələndirir.  Dəyişiklik 
başlıca  olaraq  baza  elementlər  saxlanılmaqla  və  ya  da  qismən 
dəyişikliyə  uğramaqla  müşahidə  olunur.  Dəyişiklik  fəlsəfəsi  də 
elementlərin yeni forma və məzmun alması halları ilə formalaşır.  
Elmin  xidmət  amalları  daima  mövcud  və  gələcək 
strategiyanı  özündə  cəmləşdirir.  Elm  gələcək  hədəfləri  nəzəri 
olaraq  müəyyən  edir  və  bütün  strateji  və  taktiki  addımları  bu 
hədəflərə yönəldir. Xidmətini dəyişir. Qazancların hesablanması 
və  elmi  nailiyyətlərin  bu  istiqamətə  yönləndirilməsi  başlıca 
hədəflər  içərisində  yer  alır.  Elmin  istəkləri  onun  vəzifə  və 
funksiyalarında,  məqsədlərində  aydınlaşır.  Elmin  bütün 
xidmətlərinin mahiyyətində pozitivlik, faydalılıq prinsipləri əsas 
götürülür.  Keyfiyyət,  kəmiyyət  və  təminat  fəlsəfi  kriteriyaları 
elmin  bazasını  təşkil  edir.  Elm  həm  mövcud  bazadan  çıxış 
edərək, carı xidmətlərlə gələcək strategiyanı müəyyən edir, həm 
də  bügünkü mövcud potensialdan xaric olaraq  gələcək hədəflər 
müəyyənləşdirir.  Və  mövcud  potensialı  bu  hədəflərə  yönəldir. 
Elm  cəmiyyətin,  dövlətin  inkişaf  axarını  qabaqlayır,  önləyir. 
Elmin  futurist  funksiyası  və  məqsədləri  onun  preventiv  və 
lokomotiv-dinamik  funksiyası  ilə  tamamlanır.  Elm  proseslərlə 
ahəngləşir, harmonik vəziyyət alır.  
Elmin  strategiyası  özündə  baza  elmi  müəddəaları  ehtiva 
edən  elmi  proqramlar,  elmi  planlar,  elmi  konsepsiyalardan, 
fəaliyyət  planlarından  ibarətdir.  Bu  strategiyada  elmin  mövcud 
və  gələcək  məqsədləri,  vəzifə  və  funksiyaları,  məsuliyyət  və 
öhdəliyi  nəzərdə  tutulur.  Elmin  strategiyası  baza  inkişaf  xəttini 
əsas  götürməklə,  əhatələndirici  və  konseptual  məzmunlu  olur. 
Elmin  strategiyasında  həm  əhatələndirici,  həm  də  dərinləşdirici 
məzmun  mövcud  olur.  Bu  baxımdan  strategiya  çərçivə  və 
universal məzmun kəsb etməyə başlayır.  
Elmin funksiyası çoxtərəflidir. Onun  əhatə etdityi və tətbiq 
olunduğu  sahələr  çoxşaxəlidir.  Elm  bir  tərəfdən  təhsilə  xidmət 
edir.  Təhsil  üçün  biliklər  müəyyən  edir.  Təhsil  fənlərini  və 


83 
 
predmetlərini yaradır. Elm müşahidələr və tədqiqatlar, təcrübələr 
sayəsində  üzərə  çıxarılan  kəşflərlə,  ixtiralarla  əldə  olunan 
məlumatları  sistemləşdirir,  bilikləşdirir.  Elm  sahələr  üzrə 
məlumatları təsnif edir və bundan da sahələr üzrə elm yaranır və 
inkişaf  edir.  Elmin  ardıcıllığından,  davamlılığından  məhz  yeni 
elmlər  meydana  gəlir.  Həm  də  elmin  özünün  yeni  müddəalarla 
zənginləşməsi  prosesləri  yaşanır.  Digər  tərəfdən,  elm  bütün 
istehsalat,  xidmət  sahələri  üzrə  yeniləşdirici,  təkmilləşdirici 
nəzəriyyələri meydana gətirir. Elmdə  generatorluq (yaradıcılıq), 
moderatorluq  (tənqidçilik)  və  animatorluq  (məsləhətçilik) 
vəhdətdə  funksional  əsasları  təşkil  edir.  Elmin  məzmununda 
ekspressivlik  də  önəmli  xətti  təşkil  edir.  Elmin  məqsədləri  və 
məsuliyyəti  cəmiyyətin,  dövlətin  və  bəşəriyyətin  dəyərlərlə 
təmin  edilməsində  və  rəvan  əsaslarla  inkişaf  proseslərnin 
yönləndirilməsində iştirak etməkdən ibarətdir.  
Elmin  funksiyaları  həm  horizontaldır,  yəni  bütün  yayılmış 
sahələri  əhatə  edir,  həm  də  vertikaldır,  ayrı-ayrı  sahələri  özündə 
cəmləşdirir. Sahələri dərinə doğru yeniləşdirir. Elmin funksiyaları 
universal və məxsusi olur. Elmin universal funksiyası birləşdirici 
əhatələndirici və koordinativ xarakterlidir. 
Elmin mexanizmisi bir tərəfdən ardıcıl öyrənilmə, öyrədilmə 
proseslərindən,  digər  tərəfdən  isə  elmi  kapitalın  davamlılığını 
təmin etməkdən ibarətdir. Mexanizmə koordinasiya funksiyasının 
təmin  olunması  prosesləri  də  aid  olur.  Elmin  təşkilatçılıq 
funksiyası,  həmçinin  elmi  sahələrin  təşkili  funksiyaları  da 
mexanizmə aid olur.  
Elmin vəzifə və funksiyaları onun məqsədlərini əks etdirir.  
Elmin vəzifə və funksiyalarına aid etmək olar: 
Baza  funksiyalar  –bu  funksiyalar  ümumi  strategiyanın 
təşkil olunmasını əsas məqsəd kimi qarşıya qoyur.  
-təhsil sistemi üçün mütəmadi olaraq biliklərin verilməsi və 
təhsildən  yeni  bazaların  əldə  olunması.  Buna  stimullaşdırcı 
funksiya da demək olar; 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə