Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   31   32   33   34   35   36   37   38   ...   54

106 
 
əsasları öyrənilir. Dövlət idarəçiliyində təmsil olunmanın təyinat 
yolu  da  mövcud  olur.  Məsələn,  dövlət  başçısının  vəzifələrlə 
bağlı təyinatı da bunu sübuta yetirir.  
Ləyaqətli  idarəetmə  öz-özlüyündə  ədalətli  idarəetmədir. 
İdarəetmə sisteminin ləyaqətlə formalaşdırılması sağlam təməlli 
dövlətin  əsas  dayağını  təşkil  edir.  Sağlam  dövlətçilik,  eləcə  də 
şəraiti  və  insan  maraqlarını  yüksək  səviyyədə  nəzərə  alan  və 
maraqları  maksimal  səviyyədə  təmin  edən  hüquq  normaları 
sistemi  məhz  ləyaqətli  idarəçiliyin  təməlini  formalaşdırır. 
Ləyaqətli  hakimiyyət  (meritokratiya)  xalqın  verdiyi  qiymət  və 
dəyərlərlə  özünü  sübuta  yetirir.  Xalqın  dəstəklədiyi  hakimiyyət 
praktiki  olaraq  meritokratiyaya  çevrilir.  Ləyaqətli  hakimiyyət 
müdrik  liderlikdən  və  ləyaqətli  elitadan  formalaşmış  bir 
məzmuna  malik  olur.  Ləyaqətli  hakimiyyət  öz  xalqını  və 
dövlətini  daxildə  və  beynəlxalq  münasibətlərdə  ləyaqətlə  təmin 
edən  hakim qrupdan ibarət olur.  Ləyaqətli hakimiyyət ümumən 
yüksək  mənəvi  keyfiyyətləri  bir  məcmu  prinsip  kimi  müəyyən 
edən  hakim  elitadır  və  bürokratik  aparatdır.  Dövlət  siyasətinin 
ləyaqətli 
məzmunu 
onun 
xidmət 
istiqamətlərindən 
və 
məzmunundan meydana gəlir.  
Ləyaqət  sözü  bir  şəxsdə  yüksək  mənəvi  keyfiyyətlərin 
məcmusunu  ümumiləşdirir.  Bu  sözə  istedad,  qabiliyyət  də  aid 
edilir.  Dövləti  idarəetmə  məharəti  elə  dövləti  idarəetmə 
ləyaqətidir,  qabiliyyətidir.  Meritokratiya  öz-özlüyündə  dövləti 
yüksək  səviyyədə  təşkil  etmək,  dövlət  idarəçiliyini  yüksək 
səviyyədə  təmin  etmək,  yüksək  qabiliyyətlə  siyasi  sistemi 
formalaşdırmaq  və  möhkəm  təməlli  siyasi  fəaliyyəti  təmin  edə 
biləcək  vasitələri  müəyyən  etməkdən  ibarət  olan  hakimiyyət 
formasıdır.  Bu  hakimiyyət  forması  elə  demokratiyanın  tərkibi 
kimi də qəbul oluna bilər. Çünki dövlət siyasəti xalq içərisindən 
bacarıqlıların,  idarəçiliyə  layiq  bilinənlərin  seçilməsini  zəruri 
edir.  (Qeyd: demokratiya anlayışı nəzəri  və təcrübi normalarla, 
qaydalarla  o  qədər  geniş  yayılıb  ki,  öz  daxilində  oliqarxiyanı 
(zadəganlarin idarəçiliyi), plutokratiyanı (varlıların hakimiyyəti), 


107 
 
timokratiyanı  (yüksək  əmlak  senzinə  malik  olan  və  yüksək 
imtiyazlı  bir  qrupun  idarəçiliyi-bu  forma  oliqarxiyanın 
tərkibidir), 
gerontokratiyanı 
(qocaların 
hakimiyyəti), 
kleptokratiyanı  (rüşvətxorların,  talançıların  hakimiyyəti), 
oxlokratiyanı  (kütlənin  anarxist  hakimiyyəti)  ,  hərbçilərin  və 
digər  qrupun  hakimiyyətini  birtərəfli  olaraq  rədd  edir. 
Demokratiyada demək olar ki, seçki hüququ olan  bütün şəxslər 
iştirak  edirlər.  Ona  görə  də  xalq  hakimiyyətində  nəzəri 
baxımdan  dövlət  idarəçiliyində  hər  kəs  iştirak  edir-birbaşa  və 
seçkili  nümayəndələri  vasitəsilə.  Siyasi  sistem  rəvan  şəkildə, 
seçki və təyinat yolu ilə üzvlərlə təmin olunur).  
Ləyaqətli hakimiyyət xalqın firavanlığını təmin edir. Burada 
xidmətin obyekti qismində bir ovuc insan yox, bütün xalq iştirak 
edir.  Xoşbəxtlik,  firavanlıq  siyasətin  obyektinə  çevrilir. 
Ləyaqətli  hakimiyyət  bütün  siyasi  çətinliklərə  dözüm  nümayiş 
etdirən 
hakimiyyət 
nümunəsini 
və 
modelini  yaradır. 
Meritokratiya  layiq  olanların  (burada  artıq  qədim  və  orta 
əsrlərdə  olduğu  kimi  sosial  mənşə  nəzərə  alınmır)  təmsil 
olunduğu  hakimiyyət  deməkdir.  Ləyaqət  fərdin  özünə  verilən 
qiymətdən meydana gəlir. Ləyaqət digər ünsürlərlə əlaqələrdə və 
resurslara münasibətdə özünü göstərir.  
Hakimiyyətin  idarəçiliyi  təbii  ki,  resursların  olmasını  da 
tələb  edir.  Resurslar  həm  də  maliyyə  resurslarından  ibarət  olur. 
Bu  baxımdan  oliqarxiya  elə  meritokratiyaya  da  uyğun  gəlir. 
Lakin  demokratiya  bir  qədər  ziddiyyət  təşkil  edə  bilir.  Çünki 
kütlənin  seçimi  əsasında  idarəçilik  heç  də  seçilənin  maliyyə 
imkanlarının  olmasını  əsas  gətirə  bilməz.  Bu  halda 
demokratiyanın tərkibində meritokratiya yaranır. Yəni, istedadı, 
bilik və  qabiliyyəti, bacarığı olan və  yüksək mənəvi keyfiyyətli 
insanların  hakimiyyətdə  təmsil  olunması  prinsipləri  meydana 
gəlir. Meritokratiyanın klassik mahiyyəti özündə həm də dövlət 
idarəçiliyində, 
siyasi 
elitada 
təmsil 
olunanın  maliyyə 
imkanlarının olmasını tələb edir.  


108 
 
Demokratiyada  olan  ləyaqətli  hakimiyyət  artıq  bir  qədər 
ideallaşır  və  özündə  başqa  tələbləri  şərt  kimi  əks  etdirir. 
Məsələn,  hər  bir  maliyyə  imkanına  malik  olan  şəxs  dövlət 
idarəçiliyində  təmsil  oluna  bilməz.  Təmsil  olunandan  başqa 
yüksək  keyfiyyətlər  də  tələb  olunur.  Burada  tələb  kimi  mənəvi 
keyfiyyətlər  nəzərdə  tutulur.  Demokratiyaya  uyğun  gələn 
meritokratiyada  seçilənin,  təmsil  olunanın  xidmət  keyfiyyətləri 
nəzərə alınır. Demokratiya burada oliqarxiyaya qalib gəlir. Onun 
tam  yer  almasının  qarşısını  alır.  Real  dövlətçilik  prinsipindən 
irəli  gələrək  demokratiya  öz  daxilində  hakimiyyətin  digər 
formalarını  öz  tərkibinə  qatır.  Universallığın  əsası  olan 
demokratiya  öz  daxilində  hakimiyyətin  digər  formalarının 
birbaşa nüfuz etməsinin qarşısını alır. Demokratiya hakimiyyətin 
klassik formalarını öz daxilində qarışıq edir.  
Məlumdur  ki,  dövlət  pozitiv  bir  qurumdur.  Ali  xeyirxah 
mahiyyətlidir.  Onun  xeyirxah  məzmunu  düşüncələrdə  və  real 
həyatda piramidal məzmunludur. Yəni, dövlət bütün proseslərin 
hər  addımında  və  yükundə  insanların  hüquqlarını  təmin  etməyi 
qarşısına  məqsəd  kimi  qoyur.  Onun  ideal  məqsədi 
xeyirxahlıqdır.  Real  məqsədlərini  və  fəaliyyətini  də  bu  səmtə 
yönəldir. Praktik olaraq öz mahiyyəti üzrə xidmət etməyə çalışır. 
Dövlətin  tərkib  elementləri  var  və  bu  elementlər  içərisində 
insanlar  əsasdır.  Digər  elementlər  isə  məkan  və  vasitə  rolunu 
oynayırlar.  İnsanlar  dövlətin  digər  elementlərindən  bu  qurumu 
formalaşdırmaq üçün istifadə edirlər. 
Dövlət özünün maraqları naminə öz xeyirxah fəaliyyətindən 
istifadə  etməyə  çalışır.  Maraqların  təmini  sabit  dövlətin  inkişaf 
etməsinin  bazasında  qərarlaşır.  Ləyaqətli  hakimiyyət  istənilən 
böhranlı  şəraitdə  özünün  leqallığını  saxlaya  bilir.  Çətin 
məqamlarda hakimiyyət özünü şərəfli aparır.  
İdeal  dövlət  və  ideal-praktik  dövlət  daima  özünü  qorumaq 
üçün tərkibini ləyaqətli elitadan formalaşdırır. Ləyaqətli elitanın 
formalaşması  dövlətin  mahiyyətini  dərinləşdirir,  məzmununu 
xeyirxah edir və xidmətlərinin əsaslarını dəyərlə büruzə etdirir.  


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə