Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   33   34   35   36   37   38   39   40   ...   54

112 
 
Yığıncaqlar,  konfranslar,  müqavilə  imzalanma  mərasimləri 
təşkil olunur. Buna siyasi metod, siyasi forma adını vermək olar. 
Digər  bir  metod  isə  sivil  metod  adlanır.  Burada  insanlar  mülki 
barışdırıcılıq missiyasını təmin edirlər. Fərdi və kollektiv şəkildə 
qeyri-siyasi fəaliyyəti təşkil edirlər.  
Məlumdur  ki,  dövlətin  mahiyyəti  pozitivdir.  Dünya 
dövlətləri  ideal  məqsədlər  üçündür.  İdeal  fəaliyyət  və  ideal 
məqsədlər  də  dünyada  barışdırıcılıq  missiyasının  mahiyyətini 
özündə cəmləşdirir.  
 
Barışdırıcılıq missiyası nədir: 
 
Maraqlar  naminə  hərdən  siyasi  xətlər  kəsişir.  Maraqlar 
toqquşur.  Böyük  dövlətlər  imperiya  iddialarını  genişləndirmək 
istəyinə  düşürlər.  Orta  və  kiçik  gücə  malik  olan  dövlətlər 
arasında  da  gərginliklər  yaşanır,  münaqişələr  yaranır. 
Müharibələr baş verir.  Bu anda böyük dövlətlərin maraqları da 
işə  düşür  və  maraqlar  kəsişir,  toqquşur  və  münaqişə  zolaqları, 
sanitar kordonlar, siyasi sistemin çatları meydana gəlir.  
Dövlətlər  arasında  gərginliyin  dərinləşməməsi  və  sistemdə 
münaqişələrin  dalğalanmaması  üçün  çoxtərəfli  addımlar 
atılmalıdır. Bu addımlardan biri dövlətlər səviyyəsində: ikitərəfli 
və  çoxtərəfli  əlaqələrin  qurulması  və  birbaşa  diplomatik 
addımların atılması (münaqişədə olan tərəflərin özlərinin birbaşa 
təşəbbüslər);  digəri,  vasitəçilik  yolu  ilə  (üçüncü,  dördüncü 
dövlətlərin,  beynəlxalq  hökümət  təşkilatlarının  köməyi  ilə) 
barışdırıcı aktların edilməsi; daha bir  yolu isə xalqlar, dünyalar 
arasında  sülhə  çağırışların  edilməsidir.  Sülhə  çağırışları  fərdi 
olaraq  və  kollektiv  şəkildə  həyata  keçirmək  olar.  Buna  xalq 
diplomatiyası  adını  vermək  olur.  Xalq  diplomatiyasında  həm 
birbaşa  münaqişə  tərəflərinin  xalqlarının  özləri,  həm  də  bu 
tərəfləri  özünə  yaxın  bilən  xalqların  nümayəndələri  iştirak  edə 
bilərlər. Sülh təşəbbüsləri və təkliflərlə  çıxış edə  bilərlər. Buna 


113 
 
"Vasitəli  xalq  diplomatiyası",  "Dünya  ictimaiyyəti 
diplomatiyası" adını vermək olar. 
Barışdırıcılıq  missiyası  dövlətlər  və  qeyri-dövlət  sub-
yektləri  arasında  həyata  keçən  vəzifələr,  təmin  olunan 
maraqlar  kompleksindən  ibarətdir.  Barışdırıcılıq  missiyası 
bir  qarşılıqlı  maraqdır.  Bu  addımı  atanların  da  maraqları 
mövcud  olur.  Çünki,  sistemin,  siyasi  proseslər  axarının 
pozulması  və  destruksiyası  vərdiş  olunmuş  taraz  sistemə 
köklü  zərbələr  vurur  və  qeyri-münaqişə  dövlətləri  də 
bundan əziyyət çəkirlər. Barışdırıcılıq missiyası sülhə xidmət 
etmək  vəzifəsidir.  Niyyət  burada  daha  çox  saf  məzmundan 
ibarətdir. Barışdırıcılıq  missiyası  daxildən-münaqişədə olan 
dövlətlərin  özlərindən  və  xaricdən-üçüncü  və  dördüncü 
tərəflərdən, meydana gələn bir niyyətdir.  
 
-barışdırıcılıq  missiyası  münaqişədə  olan  və  küsmüş 
vəziyyətə  düşmüş,  əlaqələrini  kəsmiş  və  ya  da  zəiflətmiş, 
aralarında  soyuq  münasibətlər  baş  qaldırmış  tərəfləri  bir  araya 
gətirmək, münasibətləri yenidən oyatmaq vəzifəsidir; 
-barışdırıcılıq 
missiyası 
gərginləşmiş 
əlaqələrin 
genişlənməsinin 
qarşısını 
kəsmək 
və 
gərginləşmə 
trayektoriyasına imkan verməmək fəaliyyətidir; 
-barışdırıclıq  missiyası  küsmüş  tərəflər  arasında  olan 
pozulmuş  münasibətləri  və  əlaqələri,  öz  axarını  itirmiş  xətləri 
təkrar olaraq öz yerinə qaytarmaq missiyasıdır; 
-barışdırıcılıq  missiyası  dünya  siyasəti  sisteminin  dağılmış 
münasibətlər formasını öz əvvəlki axarına gətirmək aktıdır; 
-barışdırıcılıq  missiyası  sülh  və  sabitliyi  təmin  etməyə 
çalışmaq vəzifəsidir və s.  
 
Barışdırıcılıq missiyasının mahiyyəti 
 
Barışdırıcılıq  missiyasının  mahiyyəti  onun  məzmunundan 
doğur.  Aktorların  istək  və  arzularını,  onların  ideal  niyyətlərini 


114 
 
ifadə  edir.  Bu  missiya  beynəlxalq  münasibətlərin  əxlaqını  və 
mənəvi  aləmini  zənginləşdirir,  ideal  müstəvini  əks  etdirir, 
mahiyyəti obrzalandırır.  
-barışdırıcılıq  missiyası  ideal  mahiyyətli  və  real  məzmunlu 
aktlar, vəzifələr toplusudur; 
-barışdırıcılıq  missiyasının  mahiyyəti  sülhü  qorumaqdan 
ibarətdir; 
-barışdırıcılıq missiyası resurslardan dinc məqsədlərlə birgə 
istifadə etmək niyyətidir və əməlidir; 
-barışdırıcılıq  missiyası  yeni  ədalət  axtarışıdır  və  əvvəlki 
ədalət məzmununu qaytarmaq arzusudur; 
-barışdırıcılıq 
missiyası 
dövlətlərin 
beynəlxalq 
münasibətlərdə etik davranış hərəkətləridir; 
-barışdırıcılıq  missiyası  estetikadır,  ona  görə  ki,  sülh  və 
firavan məzmunlu gözəlliyi saxlamaq funksiyasıdır; 
-barışdırıcılıq  missiyası  dünya  resurslarından  səmərəli  və 
dinc  məqsədlərlə,  dinc  və  dostluq  şəraitində  istifadə  etmək 
halıdır; 
-barışdırıcılıq  missiyası  dünyada  ümumi  bir  məzmunda 
ədaləti əks etdirən müstəvini meydana gətirir və s.  
 Barışdırıcılıq missiyasının aktorları, subyektləri: əsas və 
köməkçi aktorlar 
Əsas aktorlar: 
-dövlətlər  -münaqişəli  tərəflər  arasında  müəyyən  ortaq 
mövqe  tutan  dövlətlər-vasitəçilik  missiyasını  aparan  dövlətlər-
beynəlxalq  hüququn,  beynəlxalq  münasibətlər  sisteminin  əsas 
subyektləri
-beynəlxalq  təşkilatlar-bura  BMT  və  onun  təşkilatları, 
digər  regional  hökümətlərarası  təşkilatlar-beynəlxalq  hüququn 
törəmə subyektləri; 
-ittifaqlar-ittifaqlara  həm  beynəlxalq  təşkilatlar  kimi  ad 
vermək  olar,  həm  də  millətlərüstü  qurum  kimi  baxmaq  olar. 
Məsələn, Avropa İttifaqı bu iki xarakteri özündə daşıyır 
Köməkçi aktorlar: 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə