Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   30   31   32   33   34   35   36   37   ...   54

103 
 
natiqanə suallar və s.)
1
 
Vasitələr kimi, 
-liderin nitqi və bəyanatları, hadisələrə və həyata baxışlarını 
əks etdirən mövqe-münasibət çıxışları; 
-liderin yetişdiyi təşkilatdakı fəaliyyəti; 
-liderin konstruktiv təfəkkürü; 
-qərarların  düzgün  qəbul  edilməsi  məharəti-burada  şəraiti 
tarixi,  indiki  və  gələcək  zaman  kontekstindən  dəyərləndirmək 
qabiliyyəti əsas kimi götürülür; 
-resusrlar əldə etmək üçün siyasəti yönləndirmək məharəti; 
-resurslardan tarazlı istifadə etmək siyasəti
-siyasi liderin humanizm siyasəti və bəşəri amalları; 
-liderin əfvetmə   qabiliyyəti və sülhpərvər siyasəti; 
-liderin  bağışlamaq  qabiliyyəti  və  hadisələrdə  barışıdırcı 
mövqeyi, bəşəri yanaşması və s.  
Vasitələr-təminedici vasitələr qismində çıxış edə bilir, 
-liderin  açıq  nitqini  ifadə  edən  meydanlar,  konfranslar, 
brifinqlər və digər iclaslar; 
-liderin 
qəbul 
etdiyi,  imzaladığı  sənədlər  –dövlət 
proqrmaları, qanunvericilik aktları, beynəlxalq sənədlər və s.  
Liderin  müsbət  keyfiyyətinə  onun  bir  komandan  kimi 
müharibədə  (burada  ərazisinə  qəsb  olunmuş  düşmən  tərəf 
üzərində qalib gəlmək) qalibiyyəti və dünya sülhünə bəxş etdiyi 
töhfələr  də  aid  olunur.  Ümümdünya  iqtisadi  və  siyasi 
böhranlarından  çıxmaq  üçün  səylər  və  təşəbbüslər,  bu  yöndə 
atılan  konkret  addımlar,  gərginliyin  aradan  qaldırılması  üçün 
atılan  uğurlu  addımlar,  regional  və  ümumdünya  iqtisadi 
böhranından  çıxmaq  üçün  əməli  fəaliyyət  şəxsiyyətin  müsbət 
imiclərlə  dolu  olan  siyasi  portretini  meydana  gətirir.  Liderin 
siyasi və ictimai portreti onun karyerası ilə də müəyyən olunur. 
Karyera  liderin  həyatı  boyu  topladığı  ictimai-  siyasi  fəaliyyətlə 
                                                 
1
 Nitq mədəniyyətinə dair bu kimi fikirlər Nadir Abdullayevin 2013-cü ildə 
çapdan çıxmış “Nitq mədəniyyətinin əsasları”kitabındandır. http://www.anl. 
az/el/Kitab/2014/Azf-277620.pdf 
 


104 
 
də  müəyyən  olunur.  Maddi-mənəvi  portret  ictimai-siyası 
fəaliyyətin  ruhunu,  portret  məzmununu  yaradır.  Liderin  tarixi 
şəxsiyyətə  çevrilməsi  onun  ictimai-siyasi  portreti  ilə  müəyyən 
olunur.  Burada  təkanverici  və  tamamlayıcı  qismdə  mənəvi-etik 
dəyərlər  çıxış  edir.  Tarixdə  irs  yaratmaq  və  iz  qoymaq,  hər 
hansısa  bir  hərəkəti  ilə  tarixin  axarını  dəyişmiş  siyasətçilər, 
dövlət  rəhbərləri  öz  siyasi  portretlərini  əbədi  olaraq  cızmış 
olurlar.  
Tarix  şəxsiyyətlər  üçün  müsbət  və  mənfi  portretlər  bəxş 
etmişdir. Daha doğrusu, bir çox şəxsiyyətlər olublar ki, tarixə öz 
müsbət  portretlərini  (sülh  müəllifləri,  işğallara,  imperiya 
zülmlərinə  qarşı  mübarizə  müəllifləri),  elələri  də  olublar  ki, 
mənfi  portretlərini  (müharibə  müəllifləri,  münaqişə  müəllifləri) 
bəxş ediblər.  
Dahilik,  dühalıq  özü  elə  pozitiv  portretin  yaranmasını 
şərtləndirib.  Humanist  baxışlı  insanlar,  liderlər  öz  daxili 
saflıqları  və  ədalətli  xarakterləri  ilə  özlərinin  xarici  aləmlərini 
birləşdirirlər.  Onlarda  daxili  aləmlə  xarici  aləmin  simmetrik 
uyğunluğu  meydana  gəlir.  Bu  uyğunluq  siyasi  portreti  daha  da 
mənalı və təsirli edir.  
Dövlətdə,  cəmiyyətdə,  beynəlxalq  aləmdə  şəxsiyyətin 
müsbət  portreti,  imici  o  şəxsiyyətə  olan  ictimai-siyasi  və 
dünyəvi hörmətdən, inamdan, etibardan meydana gəlir.  
 
Dövlət və hökümət liderlərinin siyasi portretlərini yaradan 
amillər: 
-sosial mənəvi-əxlaqi dəyərlər; 
-ictimai-siyasi hadisələr və axarlar, cərəyanlar; 
-şəxsin ictimai-siyasi nüfuzu; 
-şəxsin mədəni qabiliyyəti; 
-şəxsin bilik və bacarığı, istedadı, qabiliyyəti; 
-şəxsin müdrikliyi və pozitiv, xeyirxah amalları, niyyəti; 
-şəxsin  ləyaqəti,  səbr  və  dözümü,  əzmi,  mətinli  olması  və 
digər müsbət keyfiyyətləri; 
-şəxsin  həyata  keçirdiyi  işlərin  miqyası  və  axar  yönünü 
dəyişdirmək gücü və s. 


105 
 
Liderin  həyat  axarında  keçmişi  ilə  gələcəyi  arasındakı 
müstəvidə bir zəngin toplanmış nüfuz xalları mövcud olur. Lider 
bu  xalları  məhz  zaman  ardıcıllığı  ilə  etimadlı  və  etibarlı 
əməllərdən qazanmış olur.  
Lider  münaqişələrdə,  müharibələrdə  tərəfləri  arasında 
vasitəçilik missiyasını rahat şəkildə öz üzərinə götürə bilir. Ona 
inam,  onda  ədalətin  tərənnümü  o  şəxsdə  ictimai-siyasi  və 
dünyəvi etibarı qazandırır.  
 
Meritokratiya: 
hakimiyyətin 
dəyərli 
və 
ləyaqətli 
əsaslarla formalaşdırılması 
 
Meritokratiya 
–lat.meritus-ləyaqət,  yunanca  kratos-
hakimiyyət  –yəni,  “ləyaqətli  şəxslərin  hakimiyyəti”  mənasını 
verir.  Bu  nəzəriyyəyə  əsasən,  “ləyaqətli  elita”  sosial 
mənşəyindən  asılı  olaraq,  qabiliyyəti,  istedadı  olan  və  maliyyə 
baxımından  imkanlı  şəxslər  tərəfindən  formalaşdırılır.  Elmi 
fikirlərə  əsasən,  qədim  Çində  bu  təlim  analoji  olaraq 
konfutsiançılığa  əsaslanır.  Orta  əsrlərdə  Çində  Sun  Sülaləsinin 
yaratdığı  imperiyada  (960-1279)  üçmərhələdən  ibarət  olan 
Keçzyuy  adlanan  imtahan  yolu  ilə  yerli  hakimiyyət  elitası 
formalaşırmış.  Bu  proses  başlıca  olaraq  konfutsian  təhsil 
sisteminə  əsaslanırmış.  Belə  bir  elmi  fikir  var  ki,  bu  sistem 
Çində (605-1905-ci illəri əhatə etməklə) 1300 il mövcud olmuş 
və  bürokratik  aparata  istedadlı,  bilikli  və  qabiliyyətli  adamları 
seçirmiş.  Burada  seçim  kriteriyası  olaraq  əsasən,  incəsənətin 
bilinməsi, konfutsiançılığa dair biliklər və idarəetmə problemləri 
üzrə biliklər müəyyən edilirmiş. 
Dövlət  qulluğuna  imtahanlar  hal-hazırda  da  müxtəlif 
ölkələrdə  keçirilir.  Burada  keçid  üçün  məntiqi  və  dövlətə, 
siyasətə,  tarixə,  cəmiyyətə  dair  elmi  suallar  müəyyən  olunur. 
Eyni  zamanda  dövlət  idarəçiliyi  (siyasi  və  inzibati  idarəçilik) 
üçün  kifayət  qədər  siyasət  institutları,  partiyalar,  ali  məktəblər 
fəaliyyət  göstərirlər.  Bu  institutlar  kadr  hazırlığı  ilə  məşğul 
olurlar.  İnstitutlarda  dövlət  idarəçiliyinin  nəzəri  və  təcrübi 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə