Dövlətin intuitiv təfəkkürlə idarə olunması



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə29/54
tarix17.09.2017
ölçüsü2,8 Kb.
#460
1   ...   25   26   27   28   29   30   31   32   ...   54

88 
 
Misirdə  səmavi  dinin,  təkallahlılığın  yayılmasında  böyük  işlər 
görmüşlər.  Səmavi  dinlərdə  monoteizmə,  yəni  təkallahlığa 
(Yehovaya) inam İbrahimxəlil peygəmbərin adı ilə bağlanılır.  
Dövlət  özü,  dövlətin  rəhbəri  tarixən  dini  inanclara 
qarışmışdır.  Lakin  müasir  dövrdə  sivil  ölkələrdə,  dünyəvi 
ölkələrdə  artıq  dini  hakimiyyət  dünyəvi  hakimiyyətdən  ayrı 
düşünülür.  Dünyəvi  hakimiyyət  dini  hakimiyyəti  dövlət 
hakimiyyətindən bir qədər kənarda qəbul edir. Dini hakimiyyət 
kilsə  rəhbərləri,  Müqəddəs  Ocaq  xadimləri  adlanır.  Düzdür, 
Roma  katolik  kilsəsinin  hakimiyyəti  Vatikan  dövlətinin 
fəaliyyəti  ilə  təsdiqlənir.  Bir  qədər  siyasi  fəaliyyəti  özündə 
saxlayır. Eləcə də Səudiyyə Ərəbistan Krallığı dini dövlətdir və 
konstitusiya  Qurani  kərimdən  və  peygəmbər  sünnələrindən 
ibarətdir.  1992-ci  ildə  Səudiyyə  Ərəbistanı  Krallığının  (dövlət 
quruluşu  teokratik  monarxiyadır)  Nizamı  (Əsasnaməsi)  qəbul 
edilibir.  Səudiyyə  Ərəbistanı  Kralının  titulu  İki  Müqəddəs 
Ocağın Xadimi adlanır.  İranın dövlət  rəhbəri ali dini lider olan 
ruhani  şəxsdir.  Bu  ölkədə  dövlət  hakimiyyəti  dini  hakimiyyətə 
tabedir.  Demək  olar  ki,  idarəçilikdə  əsasən  dindarların  hakim 
olduğu dualizm var.  
Dövlət-din münasibətləri baxımından dünya dövlətlərini iki 
qrupa  ayırmaq  olar:  din  əsasında  öz  qanunvericiliklərini 
formalaşdıran  dövlətlər-bunlara  aid  etmək  olar:  Səudiyyə 
Ərəbistanı;  İran  (1979-cu  ilin  noyabr  ayında  qəbul  olunmuş 
konstitusiya  Qurani  Kərimə  əsaslanır,  şəriət  qanunlarını  əks 
etdirir); Qətər (dövlətin daimi konstitusiyası 2004-cü ildə qəbul 
olunub.  İslam dövlətin əsas dinidir, şəriət qanunvericiliyin əsas 
mənbəyidir); Küveyt (1962-ci ildə qəbul olunmuş konstitusiyaya 
əsasən,  islam  dini  və  şəriət  qanunvericiliyin  əsasıdır);  İraq 
(2005-ci 
ildə 
qəbul 
edilmiş 
konstitusiyaya 
əsasən 
qanunvericiliyin  əsasını  islam  dini  təşkil  edir.  Federativ-
parlamentli quruluşlu demokratik respublikadır); Pakistan(1973-
cü  ildə  qəbul  olunmuş  konstitusiyaya  əsasən,  Ali  hakimiyyət 
Allaha  məxsusdur,  insanlar  Quranı  Kərim  və  sünnə  əsasında 


89 
 
həyatlarını  təşkil  edirlər);  Yəmən  (1990-cı  ildə  qəbul  olunan 
konstitusiyaya  əsasən,  hüqüqun  əsasını  şəriət  qanunları  təşkil 
edir)  və  s.  Adları  sadalanan  dövlətlərin  konstitusiyalarında 
göstərilir ki, dövlətin rəsmi dini islam dinidir. 2014-cü ildə qəbul 
edilən Misir konstitusiyasında da qeyd olunur ki, İslam şəriətinin 
prinsipləri  qanunvericiliyin  əsaslarını  təşkil  edir.  Danimarka 
Krallığının  Kosntitusiyasına  əsasən,  Yevangel  Lüteran  kilsəsi 
dövlətin əsas kilsəsidir.  
İkinci  qrup  dövlətlərə  isə  dünyəvi  dövlətlər  aid  olur.  Belə 
dövlətlərdə din əsas hakimiyyət ideologiyası kimi qəbul olunmur 
və  qanunvericiliyin  bazasını  dünyəvi  prinsiplər,  sivil  hüquqlar 
təşkil  edir.  Lakin  dövlət  dinin  himayədarı  kimi  çıxış  edir. 
Məsələn,  Azərbaycan  Konstitusiyasında  yazılır  ki,  Azərbaycan 
demokratik,  hüquqi,  dünyəvi  və  unitar  respublikadır.  Digər  bir 
maddədə  (Dövlət-din  münasibətləri)  yazılır  ki,  Azərbaycan 
Respublikasında  din  dövlətdən  ayrıdır  .  Bütün  dini  etiqadlar 
qanun  qarşısında  bərabərdir.  İtaliya  konstitusiyasında  (  “Əsas 
prinsiplər”  hissəsi,  maddə-7)  qeyd  olunur  ki,  dövlət  və  katolik 
kilsəsi özlərinə məxsus olan sahələrdə suveren və müstəqildirlər. 
1958-ci  il  tarixli  Fransa  konstitusiyasının  birinci  maddəsinə 
əsasən,  Fransa  bölünməz,  dünyəvi,  sosial,  demokratik 
respublikadır. Dinindən, dilindən, iqrindən asılı olmayaraq bütün 
insanlar qanun qarşısında bərabərdirlər. Dünyəvi dövlətlərin sayı 
çoxluq təşkil edir.  
Dünyəvi  dövlətlərdə  dini  proseslərin  tənzimlənməsi 
məqsədilə  dini  qurumlarla  əlaqəli  dövlət  təşkilatları  fəaliyyət 
göstərir.  Məsələn,  Azərbaycanda  bu  kimi  qurum  mövcuddur. 
Türkiyədə  Dəyanət  İşləri  Başqanlığı  (Dəyanət  Vəqfi)  fəaliyyət 
göstərir.  Qafqaz  Müsəlmanları  İdarəsi  isə  özünün  əmlakları 
(burada  məscidlər  və  digər  zəyarətgahlar  nəzərdə  tutulur)  olan 
müstəqil  dini  qurumdur.  Lakin  bu  idarənin  fəaliyyəti  dövlət 
qanunvericiliyinə zidd ola bilməz.  
Azərbaycanda  dini  etiqad  azadlığı  haqqında  qanun  var.  Bu 
qanunla  dini  inancların,  dini  ibadətlərin  sərbəst  yerinə 


90 
 
yetirilməsinə  şərait  yaradılır.  İnsanların  dini  inanc  azadlıqları 
hüquqla müəyyən olunur.  
Din vicdandır. Ulu Yaradanla bəndəsi arasında vasitədir. Bu 
baxımdan  da  həyatda  yaşamaq  qaydalarıdır.  Həyat  əxlaqı  və 
həyat gözəlliyidir. Həyatın mənası dində əks olunur. 
Dinin  insanlar  üçün  öz  vəzifəsi  var:  bu,  əsasən  insanları 
yaxşı əməllərə, saf həyata, saf əxlaqa, zahidliyə, aqilliyə, ədalətli 
davranışa,  humanistliyə,  güzəştlərə,  bağışlamağa,  sülhə,  əmin-
amanlığa,  qardaşlığa  və  bütün  müsbət  amallara  səsləməkdən 
ibarətdir.  Din  Uca  Tanrıdan  insanlara  hədiyyə  olunan  dəyər 
olduğundan  bütün  mənəvi  dəyərlər  bu  vasitədə  aşılanır.  Dinin 
vəzifəsi insanların ruhən təmizliyinə xidmət etməkdən ibarərtdir. 
Din  insanları  cəhalət  quyusundan  çıxarmaq  üçün  onlara 
göndərilən həyat qaydlarıdır. Allah öz bəndəsinə onun (bəndənin 
özünün)  tərəfindən  din  yolu  ilə  qiymət  verməyi  öyrədir.  Yəni, 
din insanın insane qiymət verməsi üçündür.  
Dini  inanc  şəxsin  Allahı  ilə  öz  arasında  olan  bağlantıdır. 
Dini  ibadətlər  də  Allah  tərəfindən  buyurulmaqla  insanların 
özlərinə  yönəlir.  Dini  inanc,-  vicdan  müstəqilliyi,  vicdan 
azadlığı  olmaqla,  fərdidir.  Hər  kəsin  özünə  aiddir.  Bir  şəxs  öz 
inancını başqa şəxsə məcburən qəbul etdirə bilməz. Onda o şəxs 
Allah hesab olunmuş olar ki, o da günahdır. Bir şəxs dinlə başqa 
şəxs üzərində hakim kəsilə bilməz.  
Dövlət  isə  öz  siyasəti  ilə  insanların  vicdanlarına  müdaxilə 
etmir. Öz fəaliyyətini insanların inanc yolunda ibadət təminatına 
yönəldir.  Onu  da  nəzərə  almaq  lazımdır  ki,  dövlət  siyasəti 
pozitiv  olmaqla  yanaşı,  həm  də  çirkablarla,  riyakarlıqlarla  dolu 
olan,  yalanlarla  müşahidə  olunan  bir  oyun  səhnəsidir.  Siyasət 
səhnəsi  qarışıq  maraqlar  çəlləyidir.  Dini  bu  baxımdan  bir  saf 
ideya mənbəyi olaraq hakimiyyətdən uzaqda saxlamaq lazımdır. 
Din  insan  vicdanı  olaraq,  insan  mənəviyyatının  tərkibi  olaraq 
hakimiyyətdən daha alidir, fövqdür. Bu baxımdan dini inancları 
hakimiyyət oyunlarına, maraqlara qurban vermək olmaz. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə