Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə86/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   82   83   84   85   86   87   88   89   ...   154

259 

 

Varlığımıza da əmin olmayacağıq yəni? 



Həm hə, həm də yox. Berkli deyirdi ki, gördüyümüz, eşitdiyimiz hər 

şey Tanrının gücünün təsiridi. Çünki Tanrı “daim üzə-üzə olduğumuz 

fikir  və  duyğuların  bizdə  yenidən  olmasını  təmin  edərək  hər  an 

şüurumuzdadı”.  Yəni  bütün  təbiət  və  bütün  varlığımız  Tanrıda 

mövcuddu. Mövcud olan hər şeyin səbəbi Odur. 

Çox təəccübləndim. 



- Yəni  məsələ  “olmaq,  ya  olmamaq”da  deyil.  Sual  həm  də  nə 

olmağımızdı.  Doğrudan  da  ət  və  sümükdən  ibarət  insanlarıqmı? 

Dünyamız obyektiv gerçəklikdirmi, yoxsa bütün bu gördüklərimiz elə 

öz şüurumuzdu? Berklinin çək-çevir etdiyi məsələ maddi gerçəklik də 

deyildi.  O,  eyni  zamanda  “zaman”  və  “məkan”ın  mütləq  və  maddi 

varlıq olub-olmadığı məsələsində də şübhəli idi. Bizim bir-iki həftəmiz 

Tanrının bir- iki həftəsilə eyni şey olmaya da bilər. 

Hər  şeyi  ehtiva  edən  bu  ruhun  Berkli  üçün  Xristianlıq  Tanrısı 

olduğunu dedin. 

Bəli, dedim. Bizim üçünsə... 



-Aha? 

-  Bizim üçünsə “hər şeyin səbəbi özü olan” bu “ruh” Hildenin atası 

ola bilər. 

Sofi  yerində  donub  qaldı.  Sifəti  sanki  bir  sual  işarəsi  idi.  Başqa 

yandan da, sanki birdən-birə hər şey aydınlaşırdı. 

Doğrudan buna inanırsan? 



-  Başqa bir izah tapa bilmirəm. Başımıza gələnlərin yeganə izahı 

bu ola bilər. Orda-burda qabağımıza çıxan açıqcalar və başqa işarələr... 

Hermesin  qəfildən  danışmağa  başlaması,  mənim  ağzımdan  çıxan 

sözlər... 

Mən... 


-  Sənə  həmişə  Hilde  əvəzinə  Sofi  deməyim!  Adının  Sofi 

olmadığını bildiyim halda! 

Nə danışırsan? Ağlın dumanlandı sənin! 



- Düzdü,  sərsəmlədim.  Odlu  Günəşin  ətrafında  fırlanmaqdan  başı 

gicəllənən bir planet kimi... 

downloaded from KitabYurdu.org



260 

 



Və bu Günəş Hildenin atasıdı, eləmi? 

Elə də demək olar. 



Deməli, o, bizim üçün Tanrıdı, hə? 

- Düzünü desəm, bəli. Amma buna görə o əxlaqsız utanmalıdı! 

Bəs Hilde? 



O, əsl mələkdi, Sofi. 

Mələk? 


Bu “ruh” Hildeyə görünür. 

- Albert Knaqın Hildeyə bizdən danışdığını demək istəyirsən? 

-Yaxud bizdən yazdığını! Gerçəkliyi əmələ gətirən substansiyanı duya 

bilməyəcəyimizi 

öyrəndik. 

Ətrafımızdakı 

gerçəkliyin 

səs 

dalğalarından,  ya  kağız  və  yazıdan  əmələ  gəldiyini  biləmmərik. 



Berkliyə görə, yalnız ruh olduğumuzu bilə billik. 

Və Hilde əsl mələkdi... 



- Bəli,  o,  əsl  mələkdi.  Gəl,  bu  məsələyə  nöqtə  qoyaq.  Ad  günün 

mübarək olsun, Hilde! 

Birdən otağa mavitəhər işıq yayıldı. Bir neçə saniyədən sonra göy 

guruldadı və ev titrədi. Alberto fikrə getmişdi. 

Evə getməliyəm, - Sofi dedi. 



Qalxıb  qapıya  tərəf  getdi.  Dolabın  altında  yatmış  Hermes  onun 

qapını açmasıyla oyandı. Sanki onun arxasınca: 

Hələlik, Hilde! - deyirdi. 

Pilləkənləri sürətlə enib özünü küçəyə atdı. Küçə bomboş idi. Yağış 

yağırdı. Asfalt yoldan bir neçə maşın keçdi, avtobus isə gözə dəymirdi. 

Böyük  meydana  qədər  və  oradan  şəhərin  küçələri  boyunca  yüyürdü. 

Qaça-qaça yalnız bir şeyi düşünürdü. 

Sabah  ad  günüdü.  On  beşinə  başladığı  bir  vaxtda  həyatın  yuxu 

olduğunu bilmək necə də kədərli idi! Sanki bir milyon pul qazanmış, 

mükafatı almasına bir neçə saniyə qalmış bunun əslində yuxu olduğunu 

başa düşmüşdü. Sofi yaş stadionu da qaça-qaça keçdi. Birdən kiminsə 

ona tərəf qaçdığını duydu. 

Anası  idi.  Göydə  dalbadal  şimşək  çaxırdı.  Anası  Sofini  möhkəm 

qucaqlayıb deyirdi: 

downloaded from KitabYurdu.org



261 

 



Nə olub bizə, mənim balam? 

Bilmirəm, - ağlayırdı Sofi. 



Sanki hər şey pis bir yuxudu! 

Bjerkli 

...ulu nənəsinin bir qaraçı qadından aldığı sehrli güzgü... 

Hilde  Moller  Knaq  Lillesand  kənarındakı  köhnə  kapitan  evinin 

çardağındakı otağında oyandı. Saata baxdı. Hələ səhər saat altı olsa da, 

səma  aydın  idi.  Günəş  şüaları  otağın  bir  divarını  büsbütün 

işıqlandırırdı. 

Çarpayısından  qalxıb  pəncərəyə  getdi.  Gedəndə  yazı  masasının 

üstünə  əyilib  təqvimdən  bir  səhifə  qopardı.  14  iyun,  1990,  çərşənbə 

axşamı. Kağızı əzib zibilqabına tulladı. 

Təqvim  indi  15  iyun,  1990-cı  ili  göstərirdi  və  sanki  bu  tarix  ona 

gülümsəyirdi. Hələ yanvar ayında təqvimin bu səhifəsini açıb “15 yaş!” 

yazmışdı. 15 yaşının ayın 15-ə düşməsi xoşuna gəlirdi. Bir də heç vaxt 

belə olmayacaqdı. 

15 yaş! Bu, onun yetkin həyata atılması deyildimi? Belə vacib bir 

gündə gedib yenidən yatmayacaqdı ki! Üstəlik, bu 

gün  məktəbin  son  günüdü.  Saat  birdə  kilsədə  bir  mərasim  olacaq, 

vəssalam. Hələ bir həftəyə atası Livandan qayıdacaq, 24 iyunda evdə 

olacağına söz vermişdi. 

Hilde  pəncərədən  bağa,  bağdakı  kiçik  körpü  və  qırmızı  qayıq 

tərsanəsinə  baxdı.  Hələ  kateri  qayıq  tərsanəsindən  çıxarmamışdılar, 

amma  köhnə  qayıq  suda,  körpüyə  bağlı  durmuşdu.  O  qədər  yağış 

yağandan sonra qayığa yığılmış suları boşaltmalı idi. 

Bura tamaşa edərkən yadına 6-7 yaşı olanda özbaşına qayığa minib 

fyordaj  çıxdığı  gün  düşdü.  Çıxandan  sonra  qayıqdan  suya  yıxılmış, 

üzə-üzə  güclə  sahilə  çıxa  bilmişdi.  Yamyaş  olandan  sonra  kolların 

arasından sürünə-sürünə keçib bağa gəlmiş, anası onu görəndə üstünə 

yüyürmüşdü.  Qayıq  və  avarlar  fyordda  düşüb  qalmışdı.  Hələ  də  bu 

kimsəsiz qayıq, yanında suda üzən avarlarla yuxularına girirdi. Bunu 

həmişə utandırıcı bir hadisə kimi xatırlayırdı. 

Bağları nə barlı-bəhərli, nə də səliqəli idi. Amma yenə də Hildenin 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə