Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə143/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   139   140   141   142   143   144   145   146   ...   154

431 

 

Açıq de, sən doğrudan bunların hamısını yalan-palan hesab edirsən? 



Əlbəttə, onların hamısını bir qəlibə salıb pis adlandırmaq əsl filosofa 

yaraşmaz.  Amma  bu  sözlərin  mövcud  olmayan  bir  ərazinin  xəritəsi 

olduğunu deməkdən imtina etmirəm. Yum bunların çoxunu “fantaziya 

fraqmentləri” adlandırıb oda atıb yandırardı. Bu kitabların çoxunda bir 

dənə də əsl təcrübə yoxdu. 

Bəs niyə bu qədər çox nəşr olunur? 

Belə kitabları nəşr etmək böyük bir kommersiya müəssisəsidi. Çox 

adam elə bu cür kitablar istəyir. 

Səncə, niyə? 

Şübhəsiz ki, bu, mistik, gündəlik boz həyatdan fərqli olan şeylərin 

arzulanmasından  qaynaqlanır.  Lakin  bu,  görünən  kəndə  bələdçi 

axtarmaq kimidi. 

Necə yəni? 



- Biz möcüzəvi bir macəranın içindəyik. Gözlərimizin qarşısında bir 

sənət əsəri. Özü də günün günorta çağı, Sofi! Bu, fövqəladə gözəl bir 

şey deyil? 

Elədi. 



- Elə isə niyə həyəcanlı, transendental bir şey eşitmək üçün falçılara, 

saxta elmlərə üz tutaq? 

Deyirsən, bu kitabları yazanlar yalançı və saxtakardırlar? 



- Yox,  sözüm  o  deyil.  Burada  da  bir  Darvin  sistemilə  üz-  üzə 

olduğumuzu demək istəyirəm. 

Necə yəni? 



- Bir  günün  içində  nə  qədər  müxtəlif  hadisələr  baş  verə  biləcəyini 

düşün. Elə öz həyatının bir gününü gözünün 

qarşısına gətirə bilərsən. Gün ərzində bütün gördüklərini, yaşadıqlarını 

düşün. 


-Aha? 

- Bəzən qəribə təsadüflər görürsən. Dükana girib 28 kronluq bir şey 

alırsan.  Bir  azdan  Coanna  gəlib  sənə  olan  28  kron  borcunu  ödəyir. 

Birlikdə 

kinoya  getmək  istəyirsiniz,  gedib  görürsünüz  ki, 

oturacağınızın nömrəsi 28-di. 

downloaded from KitabYurdu.org



432 

 



Çox mistik təsadüf olardı. 

- Hər  halda  təsadüfdü.  Məsələ  burasındadır  ki,  insanlar  belə 

təsadüfləri  toplayırlar.  Belə  təcrübələr  milyonlarca  insanlaırn 

həyatlarından toplanıb bir kitaba yığılanda inandırıcı məlumatlar kimi 

görünür.  Bunların  sayı  durmadan  artır.  Amma  bir  daha  görürük  ki, 

burada da yalnız udan lotoreya biletləri görünür. 

- Amma  belə  şeyləri  daim  yaşayan  gələcəyi  görənlər,  mediumlar 

doğrudan da var, yox? 

- Var,  bəli.  Fırıldaqçıları  çıxsaq,  bu  mistik  adlandırılan  hadisələrə 

izah tapmaq mümkündü. 

Nədi bu izah? 



Freydin şüuraltı nəzəriyyəsi yadındadı? 

Əlbəttə. 



- Freyd deyirdi ki, biz öz şüuraltımızın mediumu ola bilirik. Bəzən 

qəfildən özümüzü bir şey düşünərkən və ya edərkən yaxalayırıq, niyə 

belə  etdiyimizi  bilmirik.  Çünki  xəbədar  olduğumuzdan  daha  çox 

təcrübə, fikir və xatirəmiz var. 

-Aha? 

- Elə adamlar var ki, yuxuda danışır və ya gəzirlər. Buna da bir növ 



“ruhi  avtomatizm”  deyə  bilərik.  Hipnoz  altında  olan  insanlar  da  öz 

iradələrindən asılı olmadan nə isə deyə və ya edə bilirlər. “Avtomatik 

yazı” yazmağa çalışan sürrealistləri yadına sal. Bununla onlar sadəcə 

öz şüuraltılarına medium kimi xidmət etməyə çalışırdılar. 

Yad imdadı. 



- Əsrimizdə zaman-zaman “spiritualizm oyanışı” yaşanıb ki, bunun 

da  əsas  ideyası  hər  hansı  mediumun  ölmüş  adamla  ünsiyyətə  girə 

bilməsidi.  Medium  ölünün  səsilə  danışaraq  və  ya  avtomatik  yazının 

köməyilə  qırx,  əlli,  yaxud  yüzillərlə  əvvəl  ölmüş  adamdan  mesaj  ala 

bilər. Buna ölümdən sonrakı həyat 

olmasının və ya insanın bir neçə dəfə yaşamasının sübutu kimi baxılır. 

Bilirəm. 



- Bütün  mediumların  fırıldaqçı  olduğunu  demirəm.  Bəziləri 

gördükləri işə doğrudan da inanırlar. Onlar həqiqətən də mediumdurlar, 

downloaded from KitabYurdu.org



433 

 

lakin yalnız öz şüuraltılarının mediumudurlar. Trans vəziyyətində olan 



mediumları  yaxından  öyrəniblər,  onların  bu  zaman  özlərinin  də 

haradan  gəldiyini  bilmədikləri  bilik  və  bacarıqları  ortaya  çıxıb. 

Məsələn, ibranicə bir söz belə, bilməyən bir qadın medium trans vaxtı 

bu  dildə  danışmağa  başlayıb.  Belə  nəticə  çıxarıblar  ki,  ya  o  qadın 

əvvəllər də yaşayıb, ya da ölünün ruhuyla ünsiyyətdədi. 

Səncə hansı variant? 



- Sonradan bu qadının uşaq olanda yəhudi dayəsi olduğu bilinib. 

-Ah. 


- Kefin pozuldu buna görə? Bu misal əslində insanların şüuraltında 

nələr, nə yaşantılar ola bildiyini göstərir. 

Başa düşürəm. 



- Gündəlik  həyatdakı  bir  sıra  qəribə  hadisələr  Freydin  şüuraltı 

nəzəriyyəsi  ilə  izah  oluna  bilər.  Uzun  illər  görüb-  eşitmədiyim  bir 

tanışımın telefon nömrəsini axtaran kimi o mənə zəng edə bilər. 

Tüklərim biz-biz oldu. 



- Amma  bunun  izahı  son  dəfə  birlikdə  olarkən  dinlədiyimiz  bir 

mahnının indi radioda səslənməsi ola bilər. Məsələ burasındadı ki, biz 

əlaqənin altında yatan səbəbdən xəbərsizik. 

- Deməli, bu ya yalan-palandı, ya udan lotoreya biletləri effektidi, ya 

da şüuraltıdı. Hə? 

- Əsas odu ki, hər halda bu cür kitablara şübhəylə yanaşmaq lazımdı. 

Bu,  ən  azı  filosoflar  üçün  vacibdi.  İngiltərədə  skeptiklərin  bir 

assosiasiyası  var.  Bu  təşkilat  çox  illər  bundan  əvvəl  hər  hansı 

fövqəltəbii  varlığın  mövcudluğuna  kiçik  bir  sübut  gətirənə  çoxlu  pul 

mükafatı vəd etmişdi. Böyük bir əlamət tələb olunmurdu, sadəcə kiçik 

bir  telepatiya  nümunəsi  bəs  edirdi.  Lakin  o  vaxtdan  heç  kəs  irəli 

çıxmadı, bu mükafatı qazanmaq üçün müraciət etmədi. 

Hmm. 


- Digər tərəfdən, biz insanların anlamadığı çox şey ola bilər. Bəlkə 

də  biz  təbiətin  qanunlarını  başa  düşmürük.  Keçən  əsrdə  maqnetizm, 

elektrik  kimi  fenomenlər  bir  növ  sehr  sayılırdı.  Ulu  nənəmə 

televizordan, kompüterdən danışsaydılar, gözləri bərələrdi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   139   140   141   142   143   144   145   146   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə