446
İqtisadiyyat müvəkkili arvadına qahmar çıxdı:
- Səbrini basmalıdı! Bu axşam xaç suyuna salınma mərasimi
istəyirsə, bunu özü etməlidi.
Alberto ciddi baxışlarla Sofiyə baxdı və:
-
Vaxtdı, - dedi.
- Getməzdən əvvəl heç olmasa, qəhvələri paylaya bilərsən? - deyə
Sofinin anası soruşdu.
-
Təbii ki, ana. Bu dəqiqə. - Sofi dedi.
Sofi masadakı termosu götürüb mətbəxə getdi. Qəhvə makinasında
qəhvənin süzülməsini gözləyəndə quşlara və balıqlara yem verdi.
Hamama gedib Qovindanın qarşısına bir yarpaq qoydu. Pişiyi gözə
dəymirdi. Yenə də böyük bir konserv qutusunu açıb pişik yeməyini
dərin bir qaba tökdü. Hiss edirdi ki, gözləri dolmağa başlayır.
Bağa qayıdanda ətrafın 15 yaş şənliyindən çox uşaq bağçasını
andırdığını gördü. Limonad şüşələrinin çoxu masanın ətrafında
düşmüş, süfrənin üstünə şokoladlı pirojna bulaşmış, kişmişli çörəklərin
olduğu qab yerə yuvarlanmışdı. Sofi gələn vaxt uşaqlardan birinin ad
günü tortunun içinə qoyduğu fişəng gurultuyla partladı və tort parçaları
uçub masanın və qonaqların üstünə yapışdı. Ən çox xanım
İngebriqtsenin qırmızı şalvarı bulaşdı. Ən maraqlısı o idi ki, heç kəs
bütün bunları vecinə almırdı. Coanna əvvəlcə əlindəki böyük şokoladlı
pirojnanı Jurgenin sifətinə sürtmüş, ardınca onu yalamağa başlamışdı.
Sofinin anası ilə Alberto başqalarından bir az aralıda oturmuşdular,
Sofiyə əl elədilər.
Deməli, axır ki, Alberto ilə baş-başa qalıb danışa bildiniz, ana - Sofi
dedi.
Çox haqlı imişsən, - anası dedi, - Alberto əla insandı. Səni bu güclü
qollara etibar edirəm.
Sofi onların arasında oturdu. Uşaqların ikisi dama çıxa bilmişdilər.
Qızlardan biri gəzib əlindəki saç sancağı ilə şarları partladırdı. Bu vaxt
motosikllə dəvətsiz bir qonaq da gəlmişdi.
Motosiklinin arxasında böyük bir pivə çəlləyi və viski şüşəsi vardı. Bir
neçə könüllü onu içəri gətirdi. Bu vaxt iqtisadiyyat müvəkkili ayağa
downloaded from KitabYurdu.org
447
qalxıb əl çaldı və soruşdu:
Oyun oynamaq istəyirsinizmi, uşaqlar?
Pivə şüşələrindən birini götürdü, içindəkini boşaltdı və boş şüşəni
yerə - çəmənliyin ortasına qoydu. Sonra masaya yaxınlaşıb tortun
altındakı beş halqanı götürdü və uşaqlara halqaları şüşənin başına necə
atmağı başa saldı.
- Son çırpıntılar, - Alberto dedi, - Mayor son nöqtəni qoymamış və
Hilde qovluğu bağlamamış bu dəqiqə buradan qaçmalıyıq.
- Bütün bunları tək yığışdırmalı olacaqsan, ana, - Sofi dedi.
- Eybi yox, mənim balam. Bu, sənə görə bir həyat deyil onsuz da.
Alberto sənə daha yaxşı bir həyat verə bilərsə, bu məni xoşbəxt edəcək.
Doğrudan, demişdin ki, onun ağ atı var?
Sofi bağa baxdı. Bağ tanınmaz olmuşdu. Otluğun üstündə şüşələr,
toyuq sümükləri, şarlar...
Bir vaxtlar bura mənim kiçik cənnətim idi, - Sofi dedi.
İndi isə cənnətdən çıxmaq vaxtı gəlib, - Alberto dedi.
Oğlanlardan biri ağ “Mercedes”ə oturmuşdu. Bir anda qaza
basmasıyla maşının bağın qapısını yerə aşırıb sürətlə bağa girməsi bir
oldu.
Sofi kiminsə onu qolundan tutaraq xəlvəti guşəsinin olduğu keçidə
tərəf çəkdiyini duydu. Albertonun səsini eşitdi:
Elə indi!
Bu vaxt ağ “Mercedes” bir alma ağacına çırpılıb dayandı. Ağacdakı
bütün almalar tappatarapla yerə töküldülər.
Bu, lap ağ oldu! Dərhal kompensasiya tələb edirəm! - iqtisadiyyat
müvəkkili qışqırdı.
Yenə də arvadı onu dəstəkləyirdi:
Hamısının səbəbkarı bu şərəfsiz adamdı! Hardadı o?
Sanki yer yarıldı, içinə girdilər, - deyən Elen Amundsenin səsində
qürur yox deyildi.
Ayağa qaıxdı, uzun masaya yaxınlaşıb fəlsəfi şənlikdən qalanları
yığışdırmağa başladı və “Yenə qəhvə istəyən var?” - soruşdu.
Kontr-xal
downloaded from KitabYurdu.org
448
...eyni vaxtda səslənən iki və daha çox musiqi...
Hilde yatağında dikəlib oturdu. Sofi ilə Albertonun əhvalatı sona
çatırdı. Bəs əslində? Atası bu son fəsli niyə yazmışdı? Sofinin dünyası
üzərindəki gücünü göstərmək üçünmü?
Fikirli-fikirli hamama gedib geyindi. Yeməyini tez yeyib bağa çıxdı,
yelləncəkdə oturdu.
Şənlikdəki yeganə məntiqli şeyin Albertonun çıxışı olması
məsələsində Alberto ilə razı idi. Bəlkə atası Hildenin dünyasının da
Sofinin şənliyi qədər xaotik olduğunu demək istəyir? Yoxsa onun da
dünyası bir gün darmadağın olacaq?
Sonra da Sofi ilə Albertonun bu məsələsi. Onların gizli planı necə
olmuşdu?
Əhvalatı Hilde özümü davam etdirməliydi? Onlar təhkiyədən çıxa
bilmişdilərmi? Bəs indi haradadırlar?
Birdən bir şeyi başa düşdü: Sofi ilə Alberto təhkiyədən çıxa
biliblərsə, onlar haqqında bu qovluqda daha heç nə ola bilməz. Çünki
burada yazılanlar, təəssüf ki, atasına məlum olanlar idi.
Bəlkə sətirlərin aralarında nə isə var? Bu, adi ehtimal deyildi.
Hildenin yadına düşdü ki, kitabda buna eyham oxumuşdu. Hilde kitabı
bir neçə dəfə də oxumalı olduğunu anladı.
Ağ “Mercedes” bağa girəndə Alberto Sofini qolundan tutub keçidə
çəkmişdi. Buradan meşəyə keçib mayorun evinə qaçdılar.
- Cəld! - Alberto qışqırdı, - mayor bizi axtarmağa başlamamış
çatdırmalıyıq.
Artıq mayorun bizə çata bilməyəcəyi yerdəyik? Sərhəddəyik.
Gölü qayıqla keçib mayorun evinə gəldilər. Alberto yerdəki,
zirzəmiyə düşən qapını açdı. Sofini ora itələdi və hər
şey qaranlığa qərq oldu.
***
Bunlar olan günlərdə Hilde öz planı üzərində işləyirdi.
Kopenhagendəki Anna Kvamsdala bir neçə məktub yollamış
və bir neçə dəfə zəng etmişdi. Hilde başqa dost, tanışlarından da kömək
istədi. Az qala siniflərinin yarısı bu işə qoşulmuşdu. Ara-sıra “Sofinin
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |