407
“gerçəküstü”nə çata biləcəkdi. Çünki şüurun senzurasından qurtulub
söz və rəsmlərdən azad istifadə edə bilmək incəsənət adamı için çox
vacib bir şeydi.
-Anladım.
- Müəyyən mənada, Freyd bütün insanların əslində incəsənət adamı
olduğunu nümayiş etdirirdi. Hər bir yuxu kiçik bir sənət əsəridi, hər
gecə hamımız yuxu görürük.
Pasientlərinin yuxularını şərh edərkən Freyd ədəbi mətni və ya rəsmi
izah edərkən etdiyimiz kimi, rəmzlərin dilindən istifadə edirdi.
-
Bəs biz hər gecə yuxu görürük?
- Son tədqiqatlara görə, yatdığımız müddətin təxminən 20 faizini,
yəni hər gecə 2-3 saat yuxu görürük. Yuxu zamanı narahat ediləndə
əsəbləşirik, qıcıqlanırıq. Bu da hər bir insanın öz varlığını incəsənət
şəklində ifadə etmək ehtiyacı duyduğunun bir sübutudu. Yuxularımızın
mövzusu bizik. Rejissoru, ssenaristi, aktyorları da bizik. İncəsənətdən
heş başı çıxmadığını deyən insan əslində özünü tanımayan insandı.
-
Aydındı.
- Freyd insan şüurunun nə qədər möhtəşəm bir şey olduğunu
göstərirdi. Pasientlərilə apardığı işdə görüb yaşadığımız hər şeyin
şüurumuzun dərin bir küncündə qalması və bu təəssüratların işıq üzünə
çıxarıla bilməsi nəticəsinə gəlmişdi. Bir anlıq “yaddaşımız duruxur”,
sonra “dilimizin ucuna gəlir” və nəhayət, “birdən yadımıza düşür”, - bu
proses
şüuraltımızda olan bir şeyin yarıaçıq qapı taparaq, şüurun üzünə
çıxmasıdı.
-
Amma bəzən bu, çox vaxt aparır.
- Bəli, sənətkarlar bununla yaxşı tanışdırlar. Qəfil bir an gəlir ki,
bütün qapılar, dolablar açılır. Bizə lazım olan rəsmlər, sözlər öz-özünə
gəlir... Bu, şüuraltının “qapağını bir az qaldırmaqla” olur. Buna ilhama
gəlmək deyə bilərik, əziz Sofi. Sanki çəkdiyimiz, yazdığımız şey
hansısa mənbədən gəlir...
-
Yəqin möhtəşəm bir hissdi.
- Əminəm ki, sən də bu hissi yaşamısan. Yorulmuş uşaqlarda belə
downloaded from KitabYurdu.org
408
ilhamlanma tez-tez olur. Bəzən elə yorğun olurlar ki, cin kimi ayıq
görünürlər. Amma sonra birdən sanki hələ öyrənmədikləri sözləri
taparaq əhvalat danışmağa başlayırlar. Sözlər oradadır, sözlər və
ideyalar onların şüurunda gizli şəkildə mövcuddu, indi isə senzura və
nəzarət aradan qalxır və üzə çıxırlar. Sənətkarlar üçün də məntiqin və
diqqətin şüuraltındakı duyğu və düşüncələrə axıradək nəzarət etməməsi
çox vacibdi. Sənə bu barədə kiçik bir nağıl danışım?
-
Əlbəttə.
-
Bu, çox ciddi və çox kədərli nağıldı.
-
Olsun.
- Bir vaxtlar ayaqlarının qırxından da hünərlə istifadə edərək gözəl
rəqs edən bir qırxayaq var imiş. Meşədəki bütün heyvanlar onun
rəqsinə tamaşa etməyə gəlirlər və hər dəfə də heyran qalırlar. Amma
onun bu rəqsini bəyənməyənlər də olub. Bunlardan biri də tısbağa imiş.
-
Paxıllıq edirmiş, ona görə.
- Necə edim ki, qırxayağın rəqsinə mane olum? - fikirləşirmiş.
Desəydi ki, gözəl rəqs etmirsən, - yaxşı olmazdı. “Mən səndən gözəl
rəqs edirəm”, - desə də yaxşı olmazdı. Fikirləşir, fikirləşir, axırda əla
bir plan hazırlayır.
-
Necə?
- Oturub qırxayağa bir məktub yazır. “Ey tayı-bərabəri olmayan
qırxayaq! Sizin əsrarəngiz rəqslərinizin aciz bir heyranıyam. İcazənizlə
sizdən bunu öyrənmək istəyirəm: Necə olur ki, belə gözəl rəqs edə
bilirsiniz? Rəqsə əvvəlcə 28-ci sol ayağınızı, sonra 39-cu sağ ayağınızı
atmaqla başlayırsınız? Ya yoxsa əvvəlcə 17-ci sağ ayağınızı qaldırıb,
sonra 44-cü sol
ayağınızı endirirsiniz? Cavabınızı gözləyirəm İmza: Əsil
pərəstişkarınız Tısbağa”.
-
Buna bax e!
- Qırxayaq məktubu alan kimi əslində rəqs vaxtı nə etdiyini
fikirləşməyə başlayır. Əvvəlcə hansı ayağını qaldırır? Bəs sonra hansı
ayağını? Səncə, axırda nə olub?
-
Qırxayaq daha rəqs etməyib?
downloaded from KitabYurdu.org
409
- Bəli, elə belə də olub. Bu bizə ağlın yaradıcılığı necə əngəlləyə
biləcəyini göstərən gözəl bir nümunədi.
-
Doğrudan da kədərli idi.
- Yəni sənətkar üçün özünü “buraxmaq” vacibdi. Sürrealistlər də hər
şeyin öz-özünə baş verdiyi anlardan istifadə etməyə çalışırdılar.
Qarşılarına bir boş ağ vərəq qoyur, nə yazdıqlarını düşünmədən, o an
içlərindən gələni yazırdılar. Buna avtomatik yazı deyirdilər. Bu ifadə
əslində mediumun qələmi ölənlərdən birinin ruhunun oynatdığına
inandığı spiritualizmdən gəlir. Amma belə şeylərdən sabah danışarıq.
-
Necə istəyirsən, elə olsun.
- Müəyyən mənada sürrealist sənətkar da medium, vasitəsçidi. O, öz
şüuraltısının mediumudu. Şüuraltının bəlkə də hər bir yaradıcı prosesdə
rolu var. Niyə ona “yaradcılıq” deyirik?
-
Bilmirəm. Yeni bir şey yaratmaq deyil?
- Düzgün fikirdi. Bu zaman təxəyyül və ağıl arasında gözəl bir
əməkdaşlıq olur. Çox vaxt ağıl təxəyyülü udur və bu ciddi məsələdi,
çünki təxəyyül olmadan yeni bir şey yaradıla bilməz. Məncə, təxəyyül
Darvin sistemi kimidi.
-
Necə yəni?
- Darvinizmə görə, təbiətdə bir-birinin ardınca mutantlar ortaya
çıxır, lakin onlardan yalnız bir qismi yaşamaq haqqı qazanır.
-Və?
- Biz ilhamlananda, çoxlu yeni fikirlər tapanda da belə olur. Şüurda
bir-birinin ardınca fikir mutasiyaları baş verir. Təbii ki, əgər özümüzə
çox güclü senzura tətbiq etməsək. Lakin bu fikirlərin yalnız bir
qismindən istifadə oluna bilər. Ağıl burada
əhəmiyyət kəsb edir. Çünki ağlın da mühüm bir funksiyası var. Günün
gəliri masanın üstünə qoyulanda seçici olmalıyıq.
-
Pis müqayisə deyil.
- Hər “ağlımıza gələn”in “dilimizdə” olduğu bir vəziyyət təsəvvür
elə. Hələ qeydlərimizi, yazı masamızın siyirtmələrinin içindəki
kağızların ortaya tökülməsini demirəm! Onda dünya təsadüfi
impulslarla dolar, heç bir seçmə olmazdı.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |