17
Bütün bunlar vərdiş məsələsidir. (Bunu yadda saxla!) Ana öyrənib
ki, insan uça bilməz. Tomas isə yox. O, hələ insanın bu dünyada nəyi
eləyə biləcəyi və nəyi eləyəmməyəcəyini bilmir.
Bəs dünya necə, Sofi? Dünyamız da fəzada beləcə, fırlanır.
Kədərlisi odur ki, bu, təkcə bizim böyüdükcə öyrəndiyimiz kimi,
cazibə qüvvəsi səbəbindən deyil. Dünya özü bir anda vərdişə çevrilir.
Elə çıxır ki, böyümə prosesində biz dünyaya heyrətlənmək
qabiliyyətimizi itiririk. Və belə etdikcə, özəkdəki bir şeyi itiririk,
filosoflar isə məhz o şeyi bərpa etmək istəyirlər. Daxilimizdə hansısa
bir qüvvə bizə deyir ki, həyat nəhəng bir sehrdir. Biz düşünməyi
öyrənməzdən əvvəl bu sehrin içinə düşmüşük.
Daha dəqiq desək: fəlsəfi sualların bizim hamımıza aid olmasına
baxmayaraq, hamımız filosof olmuruq. Cürbəcür səbəblərdən əksər
insanlar gündəlik məsələlərə elə aludə olurlar ki, dünyaya
heyrətlənmək arxa plana sıxışmış olur.
(Onlar dovşanın tüklərinin diblərinə gedir, orada rahatca xumarlanır və
qalan həyatlarını orada keçirirlər.)
Uşaqlar üçün dünya və hər şey yenidir, heyrətlənməyə əsas verir.
Böyüklər üçün belə deyil. Əksər böyüklər dünyanı adi bir şey kimi
qəbul edirlər.
Bu, filosofların istisna olduğu vacib bir nöqtədir. Filosof dünyaya
heç vaxt alışmır. Onun üçün dünya həmişə bir qədər ağlasığmaz,
heyrətləndirici, bilməcə kimi görünməkdə davam edir.
Beləcə, filosoflarla balaca uşaqların önəmli bir ortaq qabiliyyəti var.
Elə bil, filosof həyatı boyu uşaq kimi sadəlövh qalır.
Odur ki, Sofi, sən seçim etməlisən. Hələ həyatdan bezməmiş bir
uşaq olmağı seçirsənmi? O böyüklər kimi olmayan filosofluğu
seçirsənmi?
Özünü nə uşaq, nə də filosofun yerində görmürsənsə, deməli, sən
dünyaya elə alışmısan ki, o, artıq səni heyrətləndirmir. Diqqətli ol!
Nazik bir buzun üzərindəsən. Hər halda elə ona görə bu fəlsəfə kursunu
alırsan. Mən sənin və
insanların biganə olmasına izn verməyəcəyəm. Mən istəyirəm ki, sənin
downloaded from KitabYurdu.org
18
araşdıran bir təfəkkürün olsun.
Tam kurs pulsuzdur. Kursu dayandırmaq istəyirsənsə, sərbəstsən.
Bu halda poçt qutusuna mənim üçün məktub qoymalısan. Diri bir
qurbağa qoysan, kifayətdir. Ya da nəsə yaşıl bir şey olsun, yoxsa
poçtalyon qorxa bilər.
Yekunlaşdırsaq: ağ dovşan sehrbazın şlyapasından çıxarılır. Bu, çox
böyük dovşan olduğundan, nömrə milyonlarla il çəkir. Bütün insanlar
dovşanın tüklərinin ucunda doğulur, o yerdə ki, onlar sehrbaz
nömrəsinə heyrət etmək imkanına malikdirlər. Lakin onlar böyüdükcə
tüklərin dibinə tərəf yuvarlanırlar. Orada da qalırlar. Orada onlar üçün
elə rahat olur ki, incə tüklərdən tutub üzüyuxarı dırmaşmağa heç vaxt
ürək etmirlər. Yalnız filosoflar dilin və mövcudluğun uzaq, ucqar
hüdudlarına doğru bu riskli səyahəti həyata keçirirlər. Bəziləri yıxılır,
bəziləri isə ümidsiz də olsa, dırmaşmağa davam edir, dibdə rahat yurd
salmış, özlərinə dadlı yemək, içmək tədarükü görməkdə olan insanlara
hayqırırlar. “Xanımlar və bəylər, biz fəzada süzürük!” Lakin kimsə
vecinə almır. “Qoymazlar
oturaq,” - deyirlər. Öz söhbətlərinə davam edirlər: “Çörək ver, zəhmət
olmasa. Bu gün azuqəmiz nə qədər artıb? Tomat neçəyədir? Bilmirsiz,
Şahzadənin nəyi olacaq?”
Axşamüstü anası evə qayıdanda Sofi hələ də heyrət içindəydi. İçində
sirli filosofdan gələn məktublar olan şirniyyatqabını xəlvəti guşəsində
yaxşıca gizlətmişdi. Ev tapşırıqlarını hazırlamağa çalışan Sofi
məktubları düşünə- düşünə oturdu.
Əvvəllər heç vaxt bu qədər gərgin fikirləşməmiş, baş sındırmamışdı.
O, daha uşaq deyildi - lakin böyüməmişdi də. Sofi başa düşdü ki, o,
artıq kainatın sehrli şlyapasından çıxarılmış dovşanın xəzində tüklərin
diblərinə doğru enməyə başlayıb. Lakin filosof onu dayandırmışdı. O
kişi və ya o qadın Sofinin boynunun arxasından əlilə tutub onu yenidən
bir vaxt uşaq tək oynadığı tüklərin ucuna qoymuşdu. Və burada -
tüklərin ucunda Sofi dünyanı sanki ilk dəfəymiş kimi görürdü.
Filosof onu xilas etmişdi. Buna şübhə yox idi. Məktubların naməlum
müəllifi onu gündəlik həyatın bozluğundan qurtarmışdı.
downloaded from KitabYurdu.org
19
Anası saat beşdə evə çatanda Sofi onu qonaq otağına çəkib kresloya
oturtdu.
Ana, səncə, yaşamaq heyrətamiz bir şey deyil? - deyə sözə başladı.
Qadın elə təəccübləndi ki, əvvəlcə cavab vermədi. Adətən o evə
gələn vaxt Sofi dərslərini öyrənirdi.
Hərdən heyrətlənirəm, - anası dedi.
Hərdən? Yaxşı, bəs səncə dünyanın mövcud olması özü heyrətamiz
deyil?
Qurtar bu söhbəti.
Niyə? Bəlkə sən fikirləşirsən ki, dünya çox normaldır?
Elə deyil ki? Elədir də.
Sofi gördü ki, filosof haqlıdı. Böyüklər dünyanı adi qəbul eləyirlər.
Onlar öz monoton həyatlarında bir dəfə və həmişəlik bihuşedici yuxuya
qərq olunmalarına izn veriblər.
Sən elə böyümüsən ki, dünyaya öyrəşmisən, daha səni heç nə
təəccübləndirmir.
Bu nədi danışırsan?
Hər şeyə bu qədər alışmış səndən danışıram, səndən. Demək
istəyirəm, lap qaranlıqdasan.
Adam anasıyla belə danışmaz, Sofi.
Yaxşı, onda qoy başqa cür deyim. Kainatın silindr şlyapasından
çıxarılan ağ dovşanın tüklərinin dibində özünə rahat yer eləmisən. İndi
kartof qızartmağa başlayacaqsan, sonra qəzet oxuyacaqsan, saat yarım
mürgü vuracaqsan, sonra televizorda xəbərlərə baxacaqsan!”
Anasının sifəti tutuldu. Sofinin dediyi kimi, mətbəxə gedib kartof
qızartmağa başladı. Bir azdan otağa qayıtdı, bu dəfə o Sofini kresloya
oturtdu.
Sənə sözüm var, - deyib başladı. Belə səslə o, yalnız ciddi məsələlər
barədə danışardı.
Özünü narkotikə bulaşdırmamısan, hə, mənim balam?
Sofi az qala şaqqanaq çəkib güləcəkdi, amma söhbətin niyə bu
məcraya gəldiyini anladı.
Dəli olmusan? Səni yalnız o belə gic-gic danışdıra bilər! O axşam
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |