92
“Biz anadangəlmə ideyalarlamı doğuluruq?” Çətin ki, - Sofi
düşündü. İdeyalarla yaxşı təchiz olunmuş yeni doğulmuş körpə
təsəvvür etmək çətindi. Digər tərəfdən, heç kəs bunu bilə bilməz, axı
uşağın danışa bilməməsi heç də o demək deyil ki, onun başında heç bir
ideya yoxdu. Lakin əlbəttə, şeylər haqda nə isə bilməzdən öncə biz
onları görməliyik.
“Bitki, heyvan və insan arasındakı fərq nədir?" Sofi çox aydın
fərqlər görə bilirdi. Məsələn, bitkinin çox mürəkkəb emosional həyatı
yoxdu. Məsələn, kim qəlbi ağrıyan bir zəngçiçəyi haqda eşidib? Bitki
yetişir, qidalanır və çoxala bilmək üçün toxumlar verir. Adamın bitkilər
haqda deyə biləcəyi təxminən bu qədərdi. Sofi belə nəticə çıxardı ki,
bitkilərə aid edilən şeylər heyvanlara və insanlara da tətbiq olunur.
Amma heyvanların başqa xüsusiyyətləri də var. Məsələn, onlar hərəkət
edə bilirlər. (Hansısa qızılgül marafon qaçışına çıxıbmı?) Heyvanlarla
insanlar arasındakı fərqləri göstərmək isə bir az çətin idi. İnsanlar
düşünə bilir, amma məgər
heyvanlar bunu etmir? Sofi əmin idi ki, onun pişiyi Şerekan düşünə
bilir. Ən azı öz işini bilir. Lakin bu, fəlsəfi suallarda özünü göstərirmi?
Pişik, bitki heyvan və insan arasındakı fərq haqda fikir yürüdə bilirmi?
Çətin! Pişik ya məmnun olur, ya da əksinə; pişik özünə sual verirmi ki,
Tanrı varmı, mənim ölməz ruhum varmı? Bunu demək olduqca çətindi.
Eyni sual uşaq və anadangəlmə ideyalar haqda da ortaya çıxır. Belə
məsələlər haqda ya pişiklə müzakirə açdın, ya körpəylə, - ikisi də birdi.
“Yağış niyə yağır?” Sofi çiyinlərini çəkdi. Yəqin ona görə ki,
dənizlərin suyu buxarlanır və buludlar sıxılıb su damcılarına çevrilir.
Bunu o, hələ üçüncü sinifdə öyrənib. Əlbəttə, kimsə deyə bilər ki, yağış
bitkilərin və heyvanların böyüməsi üçün yağır. Amma məgər bu
doğrudur? Hamamdakı duşun məgər nəsə xüsusi bir məqsədi olur?
Sonuncu sualınsa məqsədlə nəsə bir əlaqəsi olmalıdı. “Yaxşı yaşamaq
üçün nə gərəkir?”
Filosof bu barədə hələ kursun lap əvvəlində nə isə yazmışdı.
Hamının yeməyə, istiliyə, sevgiyə və şəfqətə ehtiyacı var. Nə olur
olsun, bunlar yaxşı həyat üçün başlıca şərtlərdi.
downloaded from KitabYurdu.org
93
Sonra o qeyd etmişdi ki, insanlar həmçinin müəyyən fəlsəfi suallara
cavab tapmaq ehtiyacı duyurlar. İstədiyin işdə işləmək də çox güman
ki, vacibdi. Maşın sürməkdən zəhlən gedirsə, taksi sürücüsü kimi çox
da xoşbəxt ola bilməzsən. Yoxlama yazı işlərindən zəhlən gedirsə,
müəllim işləmək heç yaxşı fikir deyil. Sofi heyvanları sevir və veterinar
olmaq istəyirdi. Lakin hər halda o, yaxşı yaşamaq üçün lotoreyada
milyon kron udmağın vacib olduğu qənaətində deyildi. Əksinə. Belə
bir deyim var: şeytan bekar əllər üçün iş tapır.
Anası onu günorta yeməyinə çağırana qədər Sofi yuxarıda - otağında
oturdu. Anası ət və kartof qızartmışdı. Desertə sarı moruq və qaymaq
vardı.
Onlar cürbəcür şeylərdən danışdılar. Anası ondan on beş yaşını necə
qeyd etmək istədiyini soruşdu. Ad gününə cəmi bir neçə həftə qalırdı.
Sofi çiyinlərini çəkdi.
Kimisə dəvət etmək, yəni şənlik keçirmək istəmirsən?
Ola bilər.
Martam, Anna Mariyanı, Eleni çağıra bilərik və əlbəttə ki, Coannanı.
Ceremi də ola bilər. Qərar sənindi. Mən öz on beş yaşımı elə aydın
xatırlayıram ki. Elə bil, təzəlikcə olub. Özümü artıq böyümüş hiss
edirdim. Qəribədi, Sofi! O vaxtdan heç dəyişməmişəm elə bil.
Dəyişməmisən. Heç nə dəyişmir. Sadəcə inkişaf eləmisən, daha da
böyümüsən.
Bilmirəm... özümü çox yetkin hiss edirdim. Hər şey elə sürətlə keçdi
ki.
ARİSTOTEL
...insanların anlayışlarını səliqəyə salmaq istəyən təsnifatçı...
Günorta anası mürgü vuranda Sofi həyətə düşüb öz xəlvəti yerinə
çəkildi. Ona gəlmiş yeni məktub yox idi. Çəhrayı zərfə bir parça qənd
qoydu, üstünə isə “Albertoya” yazdı.
Çox keçməmiş Sofi oturduğu yerə itin yaxınlaşdığını duydu.
“Hermes”, - çağırdı, it ağzında iri qəhvəyi bir zərflə koğuşa girdi. Sofi
qolunu morj kimi fısıldayan itin boynuna saldı: “Yaxşı oğlan!” İçində
qənd olan çəhrayı zərfi götürüb itin ağzına verdi. İt çəpərdən sivişib
downloaded from KitabYurdu.org
94
yenidən meşəyə tərəf üz qoydu.
Sofi çox ehtiyatla böyük zərfi açdı, fikrində ancaq bu idi ki, görəsən,
orada qayıq və ev haqda bir şey yazılıbını.
Orada həmişəki kimi makinada yazılmış vərəqlər vardı, yuxarıdan
sancaqla bir-birinə tikilmişdi. Onlara tikilməmiş ayrıca bir vərəq də
vardı. Bu vərəqdə yazılmışdı:
“Əziz Detektiv xanım, yaxud daha dəqiq desəm, Oğru xanım!
Doğrudan deyirəm, qətiyyən inciməmişəm. Əgər sənin bu marağın
fəlsəfi müəmmalara cavab tapılmasında olsaydı, mən deyərdim ki,
sənin bu macəran çox ümidverəndir. Sadəcə olaraq, indi köçməli
olacağam və bu, bir az zəhlətökən işdir. Məncə, heç kəsi yox, özümü
günahkar bilməliyəm. Bilməliydim ki, sən şeylərin kökünə getməyi
xoşlayan adamsan.
Salamlar,
Alberto”.
Sofinin üstündən elə bil yük götürüldü. Deməli, bütün bu olanlardan
sonra Alberto ona hirslənməyib. Bəs köçmək neyçün?
Kağızları götürüb otağına yüyürdü. Anası oyananda evdə olmaq
tədbirli hərəkət olardı. Rahatca çarpayısına uzanıb
Aristotel haqqında oxumağa başladı.
Filosof və alim
Əziz Sofi,
Yəqin ki, Platonun ideyalar nəzəriyyəsindən təsirlənmisən. Sən
ondan təsirlənən yeganə insan deyilsən! Bilmirəm başdan ayağa
hamısını mənimsəmisənmi, hər hansı tənqidi qeydin varmı, yoxmu.
Amma varındırsa, əmin ola bilərsən ki, həmin tənqid iyirmi ilə yaxın
Akademiyada Platonun şagirdi olmuş Aristoteldə də yaranıb (e.ə.384-
322).
Aristotel əslən afinalı deyildi. O, Makedoniyada doğulmuş,
Platonun altmış bir yaşı olanda onun Akademiyasına gəlmişdi.
Aristotelin atası tanınmış həkim və alim idi. Onun keçmişi haqda bu
məlumat artıq bizə onun fəlsəfi layihəsi haqda nə isə deyir. Aristoteli
ən çox təbiət fənləri maraqlandırırdı. O, təkcə böyük yunan
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |