Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə47/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   43   44   45   46   47   48   49   50   ...   154

141 

 

onlara  Davudun  soyundan  bir  Sülh  Şahzadəsi  göndərəcəyini  xəbər 



verirdilər.  O,  əvvəlki  Krallığı  bərpa  edəcək  və  insanlara  xoşbəxtlik 

gətirəcək. 

Peyğəmbər Yeşa deyirdi: “Qaranlıqda gicəllənən insanlar böyük bir 

işıq görəcəklər. Ölüm kölgəsi altındakı insanların üzərinə işıq saçacaq”. 

Belələrinə isə qurtuluş peyğəmbərləri deyilir. 

Yekunlaşdırsaq: İsrail xalqı Davud Krallığında xoşbəxt yaşayırmış. 

Ancaq  onların  vəziyyəti  pisləşəndə  bir  sıra  peyğəmbərlər  ortaya 

çıxaraq  bir  gün  Davudun  soyundan  yeni  bir  kral  gələcəyini 

müjdələdilər.  Bu  “Məsih”,  yaxud  “Tanrının  oğlu”  insanları 

“qurtaracaq”,  İsrailin  əzəmətini  bərpa  edəcək  və  “Tanrı  Krallığı” 

quracaqdı. 

İsa 


Həə,  ümid  edirəm,  oxumağa  davam  edirsən,  Sofi.  Qarşımızda  üç 

əsas söz var: “Məsih”, “Tanrının oğlu” və “Tanrı Krallığı”. Əvvəllər 

bütün  bunlar  siyasi  mənada  başa  düşülürdü.  İsanın  vaxında  da  Kral 

Davud kimi yeni məsih, siyasi, hərbi və dini lider gələcəyinə inananlar 

çox idi. Bu “xilaskar” Roma hakimiyyəti altında yaşayan yəhudilərin 

əzablarına son qoyacaq “milli xilaskar” kimi təsəvvür edilirdi. 

Amma  bununla  yanaşı,  daha  uzaqgörən  insanlar  da  var  idi.  Hələ 

İsadan  iki  yüz  il  əvvəldən  bir  “məsihin  gəlib  bütün  dünyanı  xilas 

edəcəyinə inanan peyğəmbərlər olmuşdu. 

Deyirdilər  ki,  O,  təkcə  ibraniləri  xaricilərin  əsarətində  yaşamaqdan 

qurtarmayacaq,  həmçinin  bütün  bəşəriyyəti  ölümdən  və  günahlardan 

xilas edəcək. “Xilas” həsrəti bütün Ellin dünyasını bürümüşdü. 

Və beləliklə, Nazaretli İsa ortaya çıxdı. O, bir tərəfdən vəd olunan 

“məsih”  deyildi,  digər  tərəfdən,  “Tanrının  oğlu”,  “Tanrı  krallığı”  və 

“xilas”  sözlərini  işlədir,  bununla  da  əvvəlki  peyğəmbərlərlə  əlaqəni 

saxlayırdı.  O,  at  üstündə  Qüdsü  gəzir  və  kütlələrin  onu  ümummilli 

xilaskar kimi tanımasına rəvac verirdi, bununla da köhnə kralların “tac 

qəbul etmə mərasimləri” yoluyla gedir, insanların onu yağlamasına da 

icazə  verirdi.  “Budur,  vaxt  gəlib  çatdı,  -  deyirdi,  -  Tanrı  Səltənəti 

yaxınlaşır”. 

downloaded from KitabYurdu.org



142 

 

Bütün  bunları  bilmək  vacibdir,  lakin  onlardan  daha  vacibi  budur: 



İsanı başqa “məsihilərdən fərqləndirən cəhət onun hərbi və ya siyasi 

üsyankar olmadığını açıq-aşkar deməsidir. Onun vəzifəsi daha böyük 

idi. O, insanlara qurtuluşdan və Tanrının əfvindən danışırdı. Yolda rast 

gəldiyi adamlara deyirdi: “Sənin günahların Onun xatirinə bağışlanır”. 

Günahların  bu  şəkildə  bağışlanması  hələ  o  zamana  qədər 

görünməmiş hadisəydi. Bu azmış kimi Tanrını öz “atası” kimi təqdim 

edirdi. O zaman yəhudilərin arasında buna olduqca qəribə baxırdılar. 

Ona  görə  də  çox  keçməmiş  o  zamankı  yazarlar  arasında  İsaya  qarşı 

etiraz dalğası yüksəldi. 

Deməli,  vəziyyət  belə  idi:  İsanın  yaşadığı  dövrdə  bir  çox  insanlar 

təmtəraqlı  şəkildə  nizəli,  qılınclı  bir  Məsihin  gəlib  Tanrı  Krallığını 

yenidən quracağını gözləyirdilər. “Tanrı krallığı” ifadəsi, sözün daha 

geniş mənasında İsanın moizələrində tez- tez təkrarlanırdı. İsa “Tanrı 

krallığf’nın qonşuya sevgi, zəifə və kasıba mərhəmət, səhv edənlərin 

bağışlanması olduğunu söyləyirdi. 

Bu, çox əski və hərbi bir ifadənin mənasında yüz səksən dərəcəlik 

dramatik  dəyişiklik  demək  idi.  İnsanlar  “Tanrı  dövləti”  quracaq  bir 

hərbi lider gözlədiyi vaxt birdən-birə uzun əlbisə və səndəl geyinmiş 

İsa peyda olub Tanrı Krallığının qonşunu özün kimi sevmək olduğunu 

bəyan  edir.  Lakin  bununla  iş  bitmir,  Sofi.  O  deyirdi  ki,  biz 

düşmənlərimizi sevməliyik! Kimsə bizə şillə vuranda biz cavab zərbəsi 

vurmamalıyıq, əksinə, o biri 

üzümüzü  çevirməliyik.  Və  yeddi  dəfə  deyil,  yetmiş  yeddi  dəfə  əfv 

etməliyik. 

İsa  fahişələrlə,  cinayətkarlarla,  xalqın  sevmədiyi  siyasi 

fırıldaqçılarla söhbət edir, onlardan üstün olmadığını nümayiş etdirirdi. 

O,  bir  qədər  də  uzağa  getdi!  Bəyan  etdi  ki,  atasının  bütün  varidatını 

israf  etmiş  bir  avara,  yaxud  dövlət  pulunu  mənimsəmiş  bir  adam  da 

tövbə edib Tanrıdan bağışlanmaq diləsə, Tanrı onu əfv edəcək, çünki 

Tanrının mərhəməti böyükdür. 

Amma hələ dayan, Sofi, İsa bir az da uzağa gedərək deyirdi ki, belə 

günahkarlar  Tanrının  nəzərində  öz  qüsursuzluqlarıyla  öyünən  “ipək 

downloaded from KitabYurdu.org



143 

 

kimi” insanlardan daha dürüst və əfvə daha çox layiqdirlər. 



İsaya görə, heç kəs Tanrının mərhəmətini pul verərək qazana bilməz. 

İnsanlar özləri-özlərini xilas edə bilməzlər. (Yunanların çoxu isə belə 

düşünürdü!)  İsanın  dağ  moizəsində  insanlara  danışdığı  bu  ciddi  etik 

tələblərin məqsədi yalnız bunları insanlara Tanrı iradəsi kimi çatdırmaq 

deyil, həm də heç bir insanın Tanrının gözündə qüsursuz olmadığını 

göstərmək  idi.  Tanrının  mərhəməti  sonsuzdur,  sadəcə,  biz  ona  üz 

tutmalı və bağışlanmağımız üçün dua etməliyik. 

İsanın  həyatından  və  təliminin  qalanından  danışmağı  sənin 

dinşünaslıq  müəlliminə  saxlayıram.  Əsl  iş  onundur.  Ümid  edirəm  o, 

İsanın necə nadir bir insan olduğunu sizə izah edə biləcək. O, həm öz 

dövrünün  dilində  danışmağı  bacaran,  həm  də  köhnə  müharibə 

çağırışlarına  daha  dərin  məzmun  verə  bilən  gözəl  bir  insan  idi. 

Təəccüblü deyil ki, çarmıxa çəkilərək öldürüldü. Onun göstərdiyi xilas 

yolu bir çox güc sahiblərinin mənafelərinə elə zidd idi ki, onu aradan 

götürülmək əsas fikirləri olmuşdu. 

Biz Sokrat haqda danışanda insanların məntiqinə müraciət etməyin 

necə təhlükəli ola biləcəyini görmüşdük. İndi İsanın həyatı timsalında 

isə şərtsiz insani sevgi və şərtsiz mərhəmət iddialarının necə təhlükəli 

ola  biləcəyini  görürük.  Hətta  bugünkü  dünyada  böyük  dövlətlərin 

kasıblara yemək, sülh, sevgi və dövlətin düşmənlərinin bağışlanması 

kimi sadə istəkləri yerinə  yetirə bilmədiyini, bunlarla üz-üzə gələndə 

necə hirsləndiklərini görürük. 

Platonun Afinanın ən dürüst insanı olan Sokratın bu dürüstlüyünü 

həyatıyla  ödəmək  məcburiyyətində  qalmasından  necə  heyrətləndiyini 

xatırlayırsan, Sofi. Xristian təlimlərinə əsasən, İsa ən dürüst insandır. 

Buna  baxmayaraq,  o  da  ölümə  məhkum  edilib.  Xristianlığa  görə,  o, 

insanlıq uğrunda can verib. Xristianlar “İsanın sevdası” deyəndə bunu 

nəzərdə  tuturlar.  İsa  insanların  günahlarını  Tanrının  qəzəbindən 

qurtulsunlar deyə üstünə götürmüş “əzabkeş qul”dur. 

Pavel 


İsa çarmıxa çəkildikdən və dəfn edildikdən bir neçə gün sonra onun 

qəbirdə dirildiyi barədə şayiələr yayılmağa başladı. Beləliklə, onun adi 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   43   44   45   46   47   48   49   50   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə