Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə158/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   154   155   156   157   158   159   160   161   ...   175

337 

 

Bu  əmrə  əsasən  indiki  Ġran  və  Qafqazda  olan  hərbi  birlikləri  geri  çəkmək 



vəzifəsi  9-cu  ordu  Komandanı  Yaqub  ġövqi  paĢaya  həvalə  olunmuĢdu

24

.  Cənubi 



Azərbaycanda  9-cu  Ordunun  tərkibində  olan  11-ci  diviziya  ilə  4-cü  Korpus 

Qərargahı və nizami süvari briqadası (12-ci süvari alayı və AĢirət süvari alayı) və 

bu korpusun ərzaq və cəbbəxana qolları, olduqları yeri boĢaltmaq üçün hazırlıqlara 

baĢladı.  4-cü  Korpus  Qərargahı  ilə  nizami  süvari  briqadası,  Rəvandiz  üzərindən 

qərbə doğru hərəkətə baĢladı. Osmanlı hissələrinin Təbrizi boĢaltması barədə əmrin 

səs-sədası  camaat  arasında  yayılandan  sonra,  bölgədə  yaĢayan  türklər  xəbərin 

doğru  olduğuna  uzun  müddət  inana  bilmirdilər.  Bu  xəbərin  bir  Ġngilis  təbliğatı 

olduğunu  düĢünürdülər.  Ancaq  18  noyabr  1918-ci  il  tarixində  geri  çəkilmə 

əməliyyatı  baĢlayanda  təbrizli  türklərlə  Osmanlı  Ordusu  arasında  vidalaĢma 

əsnasında  hüzün  dolu  və  duyğulu  anlar  yaĢandı.  11-ci  diviziya  Təbriz,  Dilman, 

Xoy  və  Culfa  bölgəsindən  ġərqi  Bəyazidə  çəkildi.  Beləliklə,  böyük  fədakarlıqla 

alınan yerlər 4 dekabr 1918-ci il tarixində tamamilə boĢaldılmıĢ oldu

25



Hərbiyə  Nazirliyi  26  oktyabr  1918-ci  il  tarixində  yaydığı  əmrlə,  Qafqaz 



Ġslam  Ordusu  və  ġimali  Qafqaz  Komandanlıqları  əmrində  olan  əsgəri  birliklərin 

geri  çəkilməsi  üçün  hazırlıqlara  baĢlamasını  istəmiĢdi.  O  tarixlərdə,  Ġstanbula 

göndərilməsi əmr edilən  5-ci  Qafqaz piyada  diviziyası  ilə  15-ci  piyada  diviziyası 

və  36-cı  Qafqaz  diviziyasından  106  və  107-ci  piyada  alayları  və  bir  topçu 

batalyonu, Azərbaycan və Dağıstanda xidmət edirdi. Bu hərbi birliklər, Dağıstanda 

Mahaçqalanı  düĢmən  iĢğalından  qurtarmıĢ,  ġimali  Qafqazın  müxtəlif  yerlərindən 

rus və ermənilərin çıxarılması üçün canla-baĢla döyüĢmüĢdülər. 9-cu Ordunun geri 

çəkilməsi ərəfəsində Arpaçay və Araz çayının Ģərqində ermənilərin bir əks-hücuma 

keçmə  ehtimalı  yaranmıĢdı.  Türk  Ordusunun  bölgədən  çəkilməsi  xəbəri  ilə 

əlaqədar Axıska və Axalkalaki xalqı ilə Ġğdır və ətrafında böyük bir təlaĢ yaĢandı. 

Bölgənin  yerli  türk  xalqı  ermənilərdən  qorunmaq  məqsədilə  hərbi  birləĢmələr 

yaratmağa  baĢlamıĢdı.  Qafqaz,  ġərqi  Anadolu,  Naxçıvan  və  Təbriz  bölgələrində 

böyük bir narahatçılıq yaranmıĢdı

26



Türk  Qafqaz  Ġslam  Ordusu  Komandanlığı  və  ġimali  Qafqaz 

Komandanlığının  ləğv  edildiyi  və  düĢmənlə  saziĢ  imzalandığı,  eləcə  də  Brest-

Litovsk müqaviləsinə daxil olmayan bölgələrin boĢaldılması ilə əlaqədar əmr, Nuru 

paĢaya 5 noyabr 1918-ci il tarixində çatdı

27

. Nuru paĢa bu əmri 11 noyabr 1918-ci 



il  tarixində  Dağıstanda  Mahaçqalanı  düĢmən  iĢğalından  qurtaran  15-ci  piyada 

diviziyası  komandanı  Süleyman  Ġzzət  bəyə  bildirmiĢdi.  Nuru  paĢanın  Süleyman 

Ġzzət bəyə göndərdiyi yazı belə idi: 

"Brest-Litovsk  Müqaviləsinə  daxil  olmayan,  iĢğal  edilən  Qafqaz 

bölgələrinin  24  oktyabr  1918-ci  il  tarixindən  etibarən  altı  həftə  ərzində 

boĢaldılması,  Sədrəzəm  və  Hərbiyə  naziri  Əhməd  Ġzzət  paĢadan  alınan  əmr 

əsasındadır.  Bu  səbəbdən,  Mahaçqala  cəbhəsindəki  bütün  Osmanlı  birliklərinin 



338 

 

göndərilməsi  lazım  gələcək.  Azərbaycandakı  dəmir  yolu  avadanlıqları,  bütün 



Osmanlı  birliklərini  birdən  daĢıya  bilməyəcəyindən,  15-ci  piyada  diviziyasının 

sürətlə daĢınmasına baĢlamaq tələb olunur. 

15-ci  Piyada  Diviziyası  daĢındıqdan  sonra,  növbə  ilə  Bakı  və  digər 

yerlərdəki hərbi birliklər, əvvəlcə Qazax məntəqəsinə göndəriləcəkdir. 15-ci piyada 

diviziyasını  daĢıyan  qatarlar  geri  qayıtdıqdan  sonra,  digər  birliklər  daĢınacaqdır. 

Bununla  əlaqədar,  bu  əmrin  alınması  ilə  Mahaçqala  cəbhəsindəki  15-ci  piyada 

diviziyası ilə digər birliklərin dərhal daĢınmasına baĢlanılacaqdır. 

Köçürülmənin  təĢkilinə  15-ci  piyada  diviziyası  komandanı  cavabdehdir. 

Hərbiyə Nazirliyinin 26 oktyabr 1918-ci il tarixli və 5.336 saylı əmrinə görə ġimali 

Qafqada  və  Azərbaycanda  xidmət  etmək  istəyənlər  qalacaqdır"

28

.  Mahaçqalanın 



ələ keçirilməsi tapĢırığını alan 15-ci piyada diviziyası komandanı Süleyman Ġzzət 

bəy,  Nuru  paĢadan  gələn  əmri  ġimali  Qafqaz  komandanı  Yusif  Ġzzət  paĢaya 

göndərdi.  Yusif  Ġzzət  paĢa  15-ci  piyada  diviziyasının  öz  əmrində  olduğunu 

bildirərək, Nuru paĢanın bu barədə əmr verə bilməyəcəyini söylədi. Buna rəğmən 

Süleyman Ġzzət bəy, köçmə hazırlıqlarına baĢladı. ġimali Qafqaz Respublikasında 

vəzifə  almaq istəyən zabit,  serjant və  sıravilərin adları Temirxan-ġuradakı ġimali 

Qafqaz  Komandanlığına  bildirildi.  Yusif  Ġzzət  paĢa  da  ġimali  Qafqaz  Ordusunda 

xidmət etməyi qəbul etmiĢdi

29



Süleyman Ġzzət bəy diviziyaya bir əmr yayaraq, bütün hərbi birliklərin, 17 



noyabr  1918-ci  il  tarixində  silah  və  mühümmatı  ilə  birlikdə  geri  çəkilmək  üçün 

təyin  olunan  toplaĢma  nöqtələrinə  doğru  getməsini  tələb  etdi.  15-ci  piyada 

diviziyasının qatarla daĢınması lazım gələn 190 zabit və 4,811 sıravi mövcudu var 

idi


30

Osmanlı  Dövləti  və  Ġngilislər  arasında  razılaĢdırılan  Ģərtlər  çərçivəsində, 



türk  birliklərinin  bir  bölüyü  Qafqazda  qala  biləcəkdi.  Hərbi  birliklərin  çəkilmə 

hazırlıqları  davam  edirkən,  ingilislər  11  noyabr  1918-ci  ildə  Osmanlı  BaĢ 

Nazirliyinə  bir  nota  göndərdilər.  Buna  görə  Qafqazda,  Birinci  Dünya 

müharibəsindən əvvəlki Osmanlı-Rus sərhədlərinə qayıdılması tələb olunurdu: 

"SaziĢin 11-ci maddəsinə əlavə bənddir: 

Osmanlı  Dövləti  ilə  Rusiya  arasında  müharibədən  əvvəlki  hüduddan 

kənarda olan bütün türk birliklərini və onlara aid elementləri geri almaları barədə 

əmr etməniz üçün Britaniya  hökumətindən təlimat almıĢam. Sözü gedən birlik və 

ünsürlərin  Azərbaycanda  saxlanılması  heç  bir  Ģəkildə  mümkün  deyildir.  Bu 

boĢaltmanın tamamlanması üçün Xəlil və Nuru paĢalar ilə Ənvərin atası Əhmədin 

və  Ġslam  Ordusunda  hər  hansı  bir  xidmət  üçün  göndərilmiĢ  olan  türk  zabit  və 

sıravilərinin də geri çəkilməsi tələb olunur"

31



Bu yazıdan da baĢa düĢüldüyü kimi, Osmanlı Dövlətinin Ģərq hüdudları, Bi-



rinci  Dünya  müharibəsinin  baĢladığı  1914-cü  ildəki  hüdudlarına  çəkiləcəkdi.  Bu 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   154   155   156   157   158   159   160   161   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə