Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə161/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   157   158   159   160   161   162   163   164   ...   175

343 

 

Küçələri mərmər daşlı,  



Gözəlləri sırma saçlı,  Cəzayir hey!... 

Bu,  həzin  və  düĢündürücü  bir  nəğməydi.  Hamı  ağlayırdı.  Markara 

körpüsünü  bu  göz  yaĢları  və  xəyal  qırıqlığı  ilə  keçdik.  Turan  nəğməsi,  bizim 

gənclik  illərimizin,  hədər  getmiĢ  səsiydi.  Bu  hərəkat  əsl  rəhbərini  tapa  bilmədiyi 

üçün, Turan mübarizəsi, bir intizar, bir xəyal və həyəcan mənbəyi olaraq qaldı

46



Dağıstanda  isə  15-ci  piyada  diviziyasının  köçürülməsinə  21  noyabrda 

baĢlandı.  Biçeraxov  qüvvələrinin  Mahaçqala  yaxınlığından  qaçarkən  dağıtdığı 

Manas çayının üzərindən keçən körpü təmir edilərək, yalnız bir istiqamətdə qatar 

keçə  biləcək  bir  vəziyyətə  gətirildi.  Türk  hərbi  birliklərini  daĢıyan  son  qatar  26 

noyabrda Mahaçqaladan çıxdı. 15-ci piyada diviziyası qərargahı da elə həmin gün 

Dərbənddən  tərpəndi.  15-ci  piyada  diviziyası  komandanı  (podpolkovnik)  yarbay 

Süleyman  Ġzzət  bəy  Mahaçqaladan  Dərbənd  istiqamətinə  gedərkən,  hansı  hisslər 

keçirdiyini belə yazıya alıb: 

"Qatarın çox yavaĢ hərəkət etməsinə rəğmən, Manas körpüsündən keçərkən 

çox yırğalanırdı. Qeyri-ixtiyari nəzərlərimi Ģərqə, Xəzər dənizinə doğru çevirdim. 

Tarki  dağına  baxa  bilmirdim.  Çünki  Manas  körpüsünün  qərbinə  düĢən  bu  dağda, 

bir çox Ģəhid müharibə yoldaĢım və bunların içində ən qəhrəman və fədakar bölük 

komandirlərimizdən  Əziz,  Səbri  və  Haqqı  əfəndiləri  qoyub  gedirdim.  Heç  bir 

yaralının  Temirxan  ġura  və  Mahaçqala  xəstəxanalarında  qalmaması  üçün  lazımi 

əmrləri vermiĢdim. Bunlar üçün xüsusi bir qatar hazırlatmıĢdım. Buna baxmayaraq 

mənə elə gəlirdi ki, kimsə qalıb. Buna görə də son dərəcə mütəəssir idim"

47



ġimali  Qafqaz  Komandanı  Yusif  Ġzzət  paĢa,  Bakıya  gələrək  ingilis  iĢğal 



qüvvələri  komandanı  General  Tomson  ilə  görüĢmüĢdü.  General  Tomson 

"Türkiyənin imzaladığı saziĢdən kənara çıxılmayacağını və eləcə də ġimali Qafqaz 

hökumətini  tanımayacaqlarını,  Dağıstandakı  Osmanlı  əsgər  və  zabitlərinin  də 

bölgəni  boĢaltmasının  tələb  olunduğunu"  söyləmiĢdi.  Bakıdan  Dərbəndə  gedən 

Yusif  Ġzzət  paĢa,  əvvəlcə  ġimali  Qafqaz  (Dağıstan)  Respublikasının  əmrində 

qalacaq zabit və əsgər heyətinin bölgəni boĢaltmaq üçün Temirxan ġurada dərhal 

toplanmasını  istədi.  Ġstər  Bakı,  istərsə  də  Dağıstanda  olan  hərbi  birliklərin 

çəkilməsi haqqında verilən əmrlər bir-birini təkzib edirdi, ortada bir anlaĢılmazlıq 

yaranmıĢdı. Dağıstanda yaralı türk əsgərlərindən qalan olub-olmadığı, silah, sursat 

və mühümmat qalıb-qalmadığı dəqiq məlum deyildi. Bu çəkilmə nizami bir Ģəkildə 

deyil,  sanki  düĢmən  qabağından  qaçırmıĢ  kimi  çox  sürətli  və  təlaĢ  içində 

gerçəkləĢirdi

48



Yusif Ġzzət paĢa Dərbənddə qalaraq Temirxan-ġuradan gələcək türk zabit və 



əsgər  heyətini  gözləyirdi.  15-ci  piyada  diviziyası  komandanı  Süleyman  Ġzzət  bəy 

qəhrəman Mehmetçiyin Dərbənddən çıxmağını belə təsvir edir: 




344 

 

"Hərəkətdən  əvvəl  musiqiçilərimiz  vida  havaları  çalırdı.  Dərbəndin  isti 



qanlı insanları heyətimizlə qucaqlaĢaraq, dostcasına  vidalaĢırdılar. Qatar yerindən 

tərpənəndə  stansiyadakı  camaat  ağlayaraq,  dəsmal  yelləyərək  bizi  yola  salırdılar. 

Stansiyadan çıxanda hamımızda bir hüzn var idi. Təxminən bir ay əvvəl Dərbəndə 

hücum edərkən düĢmənin zirehli qatarından açılan ani atəĢ nəticəsində burada 56-

cı  alayın  1-ci  batalyonundan  25  nəfər  Ģəhid  vermiĢdik.  Ertəsi  gün  mühasirə  ilə 

ġimali Qafqazın qapısı olan bu türk qəsəbəsini ələ keçirmiĢdik və cümə namazını 

qədim  məsciddə  xalq  ilə  birlikdə  qılmıĢdıq.  ġimali  Qafqaz  Respublikasının 

istiqlalını,  düĢmənin  güclü  hücumunu  geri  oturdarkən,  burada  elan  etmiĢdik. 

Bunları  düĢünərək  mütəəssir  və  pəriĢan  bir  halda  Xaçmaza  daxil  olduq.  Burada 

camaatla birlikdə bizi qarĢılayan azərbaycanlılardan bir minbaĢı, ağlayaraq bunları 

söylədi:  "Sizlər  buralara  qədər  gəldiniz.  Bizə  yardım  edərək  bizi  Dövlət  sahibi 

etdiniz. Ġndi bizləri qoyub gedirsiniz. Ancaq kimlərin ümidinə qoyub gedirsiniz?" 

Ona münasib sözlərlə təsəlli verdim"

49



15-ci  piyada  diviziyası  komandanı  və  qərargahını  aparan  qatar,  29  noyabr 

1918-ci ildə Biləcəri stansiyasına çatdı. Qəhrəmancasına döyüĢdüyü və heyətindən 

bir  çoxunu  Ģəhid  verdiyi  ərazilərdən,  yüksəkliklər  və  dərələr  arasından  keçərək, 

həzin  duyğular  içində  Gəncəyə  getdi

50

.  Gəncə  Bələdiyyə  sədri  Həsən  bəy, 



komandanlar  Gəncədəykən  Nuru  paĢa,  Mürsəl  paĢa  və  Süleyman  Ġzzət  bəy  ilə 

Ģəhər  rəhbərlərinin  də  iĢtirak  etdiyi  bir  vida  yeməyi  vermiĢdi.  Yemək  zamanı 

duyğu  yüklü  söhbətlər  edildi.  Nuru  paĢa  qoltuq  ağacı  ilə  yeriyən  Süleyman  Ġzzət 

bəyi təqdim edərkən, Bakının qurtuluĢu üçün böyük fədakarlıqla döyüĢən 38 və 56-

cı  alayların  tabe  olduğu  15-ci  piyada  diviziyasının  komandiri  olduğunu  və  daha 

sonra da Dağıstan və Mahaçqalanı fəth etdiyini bildirdi. Süleyman Ġzzət bəy də öz 

qısa nitqində bunları söylədi: 

"Yollarda  gələrkən  heç  bir  Ģəhid  məzarı  görmədim.  Bu  Ģəhidlərimizi 

toplayın  və  münasib  bir  yerdə  dəfn  edin.  Bu  Ģəhidlər  içində,  heç  olmazsa 

zabitlərimizin  adlarını  və  Ģəkillərini  hərbi  hissələrdən  istəyin.  Məmləkətinizin 

istiqlalı uğrunda bu qəhrəman silah yoldaĢlarımızı gələcək tarixinizə yazın. Bunu, 

xüsusilə,  Bələdiyyə  sədrindən  rica  edirəm,  dedim.  Möhtərəm  sədr  bunun  mütləq 

ediləcəyini vəd etdi".

51

 



15-ci  piyada  diviziyası  komandanı  Süleyman  Ġzzət  bəy  Dərbənddən 

çıxdıqları  26  noyabr  1918-ci  il  tarixindən  etibarən  qarĢılaĢdıqları  çətinlikləri  belə 

qeyd edir: 

1.

 



Ələt-Nəvai stansiyaları arasında lokomotivi vaqona birləĢdirən qarmaq 

birdən  qırıldı.  Qatar  üç  kilometrə  qədər  geri  getdi.  Çığıra-bağıra  əsgərlərlə 

tormozları  basdıq  və  qəzaya  uğramaqdan  qurtardıq.  Qatarda  bələdçi  və  gardfren 

yox  idi.  Yalnız  bir  rus  maĢinisti  ilə  bir  körükçü  vardı.  MaĢinist  4  gündən  bəri 

yuxusuz  olduğunu  və  qızdırması  olduğunu  söylədi.  Ona  döĢəkağı,  paltar,  çay  və 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   157   158   159   160   161   162   163   164   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə