Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə162/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   158   159   160   161   162   163   164   165   ...   175

345 

 

yemək verdik. Bir gürcü lokomotivi əlimizə keçdi və onu qoĢaraq yolumuza davam 



etdik. 

2.

 



Stansiya  iĢçiləri  müxtəlif  bəhanələrlə  qatarımızı  gecikdirirdilər.  Yol 

vermirdilər.  Bəzən  stansiyaya  da  salmırdılar.  Tək  xətt  üzərində  arxadan  gələcək 

digər bir qatarla toqquĢma təhlükəsi ilə üz-üzə qoyurdular. Gəncə stansiyasına və 

digər stansiyalara zorla və oxları əsgərlərimizə açdıraraq girmiĢdik. 

3.

 

Lokomotivlər  tez-tez  xarab  olurdu  və  elə  həmin  yerdə  də  qalaraq 



qatarların hərəkətinə mane olurdu. 

4.

 



Bəzi  stansiyalarda  lokomotiv  depoya  gedərək  qatarımızı  tərk  edir  və 

gardfrenlər  qaçırdı.  Depodan  zorla  lokomotiv  götürüb  və  orada  əlimizə  keçəni 

gardfren edərək yolumuza davam edə bilirdik. 

5.

 



Bir  qatarımız  kifayət  qədər  gardfren  olmadığı  üçün  və  yoxuĢu  aĢağı 

enərkən,  aramsız  fit  verməsinə  baxmayaraq,  girəcəyi  stansiya  bağlı  olduğundan, 

vaqonlar  bir-birinə  girdi.  Qatar  aĢdı.  Faciəvi  surətdə  bir  çox  Ģəhid  və  yaralımız 

oldu. Hər halda, bunların gizli əllər vasitəsilə edilmiĢ olduğu mütləqdir. Lakin biz 

bunları araĢdıracaq vəziyyətdə deyildik

52



Azərbaycan torpaqlarında son türk hərbi birliyi olan 15-ci piyada diviziyası 

komandanı  və  qərargahı  30  noyabr  1918-ci  il  tarixində  Gəncədən  Tiflisə  yola 

düĢdü.  Ġstər  Gəncədə,  istərsə  də  Azərbaycanın  son  dayanacağı  olan  Ağstafa 

stansiyasında böyük bir izdiham var idi. Ortada heç bir məsul Ģəxs olmadığı üçün, 

sərhədin digər tərəfindəki gürcülər də türk əsgərinə böyük çətinliklər yaradırdılar. 

Süleyman  Ġzzət  bəy  bu  Ģərtlər  altında  Tiflisə  çatdı.  Burada  Osmanlı  Dövlətinin 

siyasi  və  hərbi  təmsilçisi  olan  Əbdülkərim  paĢa  ilə  görüĢdü.  PaĢa,  Tiflis  və 

Batumdakı vəziyyəti müxtəsər belə söyləmiĢdi: 

"Yeni  Kabinetdən  hələ  bir  xəbər  almamıĢam.  Nəqliyyat  olacaq,  mənim 

xəbərim  yoxdur.  Nuru  paĢa,  "mənə  yol  verməsələr,  savaĢaraq  keçərəm"  deyir. 

Yaqub ġövqü paĢa "bu kafirlərə de, yol versinlər" deyir. Axalkalaki və  Axıskaya 

göndəririk,  meydanda  sahibi  yox.  Ermənistan  qatarlarımızı  keçirmir.  Gürcülər 

qəsdən  problemlər  yaradır.  Burada,  hökumət  də  daxil  olmaqla,  hamı  türklərin 

əleyhinədir. Qəzetlər bizləri tənqid etdi və Azərbaycana çox hücum etdi. Gürcüstan 

hökuməti  məni  və  hərbi  təmsilçiliyimi  heç  tanımır.  Yazdıqları  Ģeylər  daim  siyasi 

təmsilçi  adına  göndərilir.  Yanımda  tək  bir  mühafizə  edənim  də  yoxdur.  Böyük 

çətinliklər içindəyəm"

53



Həqiqətən  də  gürcülər  türklərə  qarĢı  böyük  tərbiyəsizlik  edirdilər. Tiflisdə 

qadınlar  yollarda  türk  əsgəri  görüncə,  yumruqlarını  bir-birinə  vuraraq  "Ġngilislər 

gəlir,  ingilislər  gəlir"  deyə  qıĢqırırdılar.  Osmanlı  Dövləti  və  türk  ordusunun 

Gürcülərə heç bir pisliyi dəyməmiĢdi. Həqiqətən də Gürcüstanda nəqliyyat böyük 

çətinliklərlə tapılırdı. Gürcülər, ən böyüyündən ən kiçiyinə qədər türklərə düĢmən 

kəsilmiĢdilər. 




346 

 

Böyük  ümidlərlə  baĢlayan  Turan  yolçuluğunda,  Osmanlı  Dövlətinin  ilk 



olaraq  Gürcüstanı  nəzarət  altına  alması  lazım  idi.  Türk  ordusu  Batuma  girdiyi 

zaman,  irəli  hərəkət  edərək,  ətrafdakı  Poti  limanı  ilə  dəmiryolu  üzərindəki 

Özerketi, Samzedi, Kutaisi və nəhayət Tiflisin əldə edilməsi üçün zəmin var idi. O 

dövrdəki Gürcü hökuməti və Osmanlı Dövləti arasında "Azərbaycan və Dağıstanda 

irəli hərəkat baĢa çatdıqdan sonra geri çəkilmək" qeydi ilə bir müqavilə imzalana 

bilərdi.  Bu  müqavilə  vaxtında  bağlansaydı,  ilk  növbədə  almanların  Gürcüstana 

girməsinin  qarĢısı  alınardı.  Qafqaza  ediləcək  hərbi  yardımlarda  müxtəlif 

problemlər  və  hərbi  birliklərin  geri  çəkilərkən  qarĢılaĢdığı  çətinliklər  də  ortaya 

çıxmazdı. 

Türk  Qafqaz  Ġslam  Ordusu  və  15-ci  piyada  diviziyasına  mənsub  olan  son 

hərbi  birliklər  Tiflis  yaxınlığındakı  Mixaylovkadan  3  dekabr  1918-ci  il  tarixində 

hərəkət edərək, tam 9 gün davam edən qatar yolçuluğundan sonra, Gürcüstanın son 

stansiyası  Nataliyə  çata  bildi

54

.  Beləliklə,  5-ci  Qafqaz  piyada  diviziyası  ilə  15-ci 



piyada diviziyası hərbi birliklərinin hamısı 1918-ci il dekabr ayının ilk həftəsində 

Gürcüstanı tərk edərək, Osmanlı Dövlətinin torpaqları olan Batuma çatdılar. Lakin 

Batum da ingilislərin iĢğalı altındaydı. 

Hərbi  birliklər,  Gəncə  və  Ağstafa  stansiyalarında  gedəcəkləri  istiqamətə 

görə  qruplaĢdırılmıĢdılar.  5-ci  Qafqaz  piyada  diviziyası  Sivasda,  15-ci  piyada 

diviziyası  isə  Samsunda  xidmət  edəcəkdi

55

.  Azərbaycan  və  Dağıstanı  düĢmən 



iĢğalından  qurtaran  və  məğlub  olmayan  qəhrəman  5-ci  Qafqaz  və  15-ci  piyada 

diviziyaları Batumda ingilislərin təzyiqi ilə qarĢılaĢdılar

56

. Çünki Batum, ingilislər 



tərəfindən  iĢğal  edilmiĢdi.  17-18  dekabr  1918-ci  il  tarixində  iki  Ġngilis  döyüĢ 

gəmisi  gəldi.  19  dekabrda  Batum  limanını  nəzarətə  götürdülər.  24  dekabrda  da 

Ģəhərə  hərbi  vali  təyin  etdilər.  Bütün  idarə  onun  nəzarəti  altında  olmaq  Ģərti  ilə, 

müxtəlif millətlərdən ibarət bir heyət təĢkil etdirərək, 27 dekabrda hakimiyyəti ələ 

aldılar

57

. Müqavilə Ģərtlərinə  uyğun olaraq, türk əsgərinin yüngül və ağır silahları 



müsadirə edildi, ərzaq, heyvan və digər imkanları müsadirə olundu. Nümunə üçün 

deyə bilərik ki, Batumda 100 ton buğda, 15-ci piyada diviziyasına məxsus və pulu 

ödənilərək  satın  alınmıĢ  44.000  kiloqram  Ģəkər,  12  çəllək  kürü,  2  çəllək  tomat 

pastası,  bir  neçə  çəllək  balıq,  gön,  dəri,  bolluca  konserv  və  taxıl  Ġngilislər 

tərəfindən müsadirə edilmiĢdi.

58

 



YüzbaĢı Səlahəddin bəy xatirələrində Türkiyəyə köçürülməyə çalıĢılan türk 

əsgərinin silah və sursatı haqqında bunları qeyd edir: 

"Hərbi  material  və  cəbbəxananı  Azərbaycandan  Türkiyəyə  göndərməyə 

çalıĢırdıq.  Bunlardan  iki  qatar  dolusu  cəbbəxana  (sursat)  Tiflis  stansiyasında 

dayanmıĢdı. Bunlar Bakıya göndəriləcəkdi. Lakin barıĢıq imzalandığı üçün burada 

qalmıĢdı. Gürcülər bu sursatı bizdən pulla almaq istədilər. Hər mərmiyə 50 quruĢ 

təklif etdilər. Mən Batumun vəziyyətini bildiyim üçün bu təkliflə razılaĢdım. Lakin 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   158   159   160   161   162   163   164   165   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə