49
kirayəyə veriləcək və dəyərləri sahiblərinə ödənmək üzrə mal sandıqları vasitəsilə
əmanətə qeyd ediləcəkdir;
e) Bütün bu məsələlər xüsusi komissiyalar vasitəsilə həyata keçiriləcək və
bu xüsusda bir təlimatnamə hazırlanacaqdır".
Tələt PaĢanın Sədarətə təzkirə verməsindən bir gün sonra 27 may 1915-ci
ildə "Səfər vaxtı hökumətin əmrlərinə boyun əyməyənlərə tətbiq olunacaq hərbi
tədbirlər haqqında müvəqqəti qanun" çıxarıldı. Bu keçici qanun "Təqvimi-
Vəqaye"də 1 iyun 1915-ci ildə nəĢr olunaraq qüvvəyə mindi.
43
DüĢmənin Anadolu torpaqlarına əsgər çıxarmasını asanlaĢdıracaq
bölgələrdə təhcir tətbiq olunmasına təminat verilmiĢdir. Daha sonra bu təcrübə
üsyan çıxaran, düĢmənlə əməkdaĢlıq edən, erməni komitəçilərə yardım edən digər
vilayətlərdəki erməniləri də əhatə edəcək Ģəkildə geniĢləndirilmiĢdir. BaĢlanğıcda
katolik və protestan ermənilər kənar olunurkən, daha sonra bunlar arasından zərərli
iĢlər görənlər də sövq olundu.
Tələt PaĢa Qərb ölkələrinin etirazı və basqısı qarĢısında təhcirin məqsədinin
ermənilərin kökünü kəsmək, ortadan qaldırmaq və yox etmək olmadığını bildirirdi.
Bu məqsədlə 29 avqust 1915-ci ildə Xudavəndigar, Konya, Ankara, Ġzmit, Adana,
MaraĢ, Urfa, Hələb, Zor, Sivas, Kütahya, Karəsi, Niüdə, Məmüratül-Əziz,
Diyarbəkir, Qarahisarı-Sahib, Ərzurum və Kayseri vali və idarəçilərinə göndərdiyi
Ģifrəli teleqrafda təhcirin qayəsini bu Ģəkildə açıqlamıĢdı:
"Ermənilərin yerləĢdikləri yerdən çıxarılaraq təyin edilən məntəqələrə
göndərilmələrində hökumətin qayəsi, bu ünsürlərin hökumət əleyhinə fəaliyyət
göstərmələrini və bir Ermənistan hökuməti təĢkili haqqındakı milli arzularını təqib
edə bilməyəcək bir hala gətirilmələrini təmin əsasına dayanmaqdadır. Bu, kimsənin
məhvi demək olmadığı kimi, köçürülmə əsnasında qrupların əmniyyəti təmin
edilməli və mühacirlər üçün ayrılan vəsait hesabına iaĢələrinə aid hər cür tədbir
görülməlidir. Yerlərindən çıxarılıb göndərilənlərdən baĢqa, yerlərində qalan
ermənilər bundan sonra yerlərindən çıxarılmamalıdır. Əvvəllər də təbliğ edildiyi
kimi, əsgər ailələri ilə ehtiyac nisbətində sənətkar, protestan və katolik ermənilərin
köçürülməməsi qəti olaraq qərarlaĢdırılmıĢdır. Erməni qruplarına hücum edənlər
və ya bu kimi hücumlara təĢəbbüs göstərən jandarm və məmurlar haqqında ciddi
qanuni tədbir görülməli və bu kimilər dərhal iĢdən çıxarılaraq Divanı-Hərblərə
təslim edilməlidir. Bu kimi hadisələrin təkrarından vilayət və sancaqlar məsuliyyət
daĢıyacaqlar".
44
Osmanlı dövləti bu mövzuda hüquqi struktur yaratmıĢ və bəzi qanunlar
çıxararaq dəstəkləmiĢdir. Qanun əhatəsində türk arxiv sənədlərinə görə təxminən
702.500 adam ölkənin cənub bölgələrinə köç etdirilmiĢdir. Ermənilər daha sonrakı
illərdə bu köç əsnasında milyonlarla insanın öldüyünü iddia etmiĢdilər. Yolçuluq
zamanı ortaya çıxan problemlərdən ölənlər olduğu kimi, baĢqa səbəblərdən ölümlər
50
də meydana gəlmiĢdir. Hesablamalara görə, Birinci Dünya müharibəsində müxtəlif
səbəblər üzündən ölən ermənilərin sayı təxminən 300 mini keçməmiĢdir. Ermənilər
və onları qoruyan dövlətlər tərəfindən bu ədəd 1918-ci ildən bu günə qədər bir
neçə yüz mindən bir neçə milyona çıxarılmıĢdır. Təhcir zamanı ölən ermənilərin
sayı haqqında müxtəlif ölkələrin elm adamları müqayisəli olaraq araĢdırmalar
aparmıĢdır. Erməniləri zorla köç etdirmə məsələsi, hər Ģeydən əvvəl bir savaĢ
məcburiyyəti olaraq, alınmıĢ tədbirlərdən doğmuĢdur.
Arxa cəbhədə ermənilərə təhcir tətbiq olunarkən, ruslar, Qafqaz cəbhəsində
çətin vəziyyətdə qalan türk qüvvələri qarĢısında ciddi bir hərbi hərəkata giriĢmədi.
Bəzi önəmli hərbi qüvvələrini ġərqi Avropadakı alman qüvvələrinin qarĢısına nəql
etmə fürsəti tapmıĢdı. Bu dövrdə ġərqi Anadoluda olan Qars, Artvin, Ağrı,
Ərzurum, Ġspir, AĢkale, Rizə, Trabzon, Bayburt, GümüĢxanə, Ərzincan, Van,
Bitlis, MuĢ rusların iĢğalı altındaydı.
BirləĢmiĢ Millətlərin təsvir etdiyinə görə, soyqırım bir milləti, mənsub
olduğu irq və ya inancı səbəbindən tamamən, ya da qismən məhv etməkdədir. Bu
bir suçdur. Təhcir isə bir ölkədə yaĢayan azlıqlardan birini, təhlükəsizlik əsasıyla
bir bölgədən bir baĢqa bölgəyə məcburi köçə tabe etməkdir. Osmanlı dövlətinin
Birinci Dünya müharibəsi illərində ermənilərə qarĢı çıxardığı və tətbiq etdiyi qərar
bir təhcirdir. Aparılan əməliyyatın soyqırım ilə əlaqəsi yoxdur. Təhlükəsizlik və
hərbi səbəblər üzündən belə bir təcrübəyə gedilmiĢdir. Birinci Dünya
müharibəsində alman BaĢ Qərargahının təmsilçiləri, müttəfiqi olan Osmanlı dövləti
ilə əldə edilən anlaĢmalara görə, ordularda kurmay (hərbi akademiya məzunu)
zabitlər yerləĢdirilirdi. Bu zabitlər ermənilərdəki hərəkətliliyə diqqət çəkərək,
erməni partiyalarından DaĢnak və Hnçaq liderlərinin, ölkənin daha təhlükəsiz
bölgələrə köçürülmələrinin gərəkliliyini təlqin etmiĢdilər. Ancaq müharibənin o
çətin Ģərtlərində bəzi yerli rəhbərlər bu köçü lazım olduğu kimi nizamlaya
bilməmiĢdilər. Osmanlı dövləti də ġərq cəbhəsində bəzi həssas bölgələrdə yaĢayan
erməni liderlərini daha təhlükəsiz olan cənubdakı ətraflara yerləĢdirmiĢdi. Orta və
Qərbi Anadolu ilə xüsusən Ġstanbulda yaĢayan ermənilər təhcir edilməmiĢdi. Çünki
o bölgələrdə yaĢayan ermənilərin dövlətə zərər vermələri mümkün deyildi.
Osmanlı dövlətində illik büdcə mart ayında təsdiqlənməkdəydi. Dövlətin
erməni vətəndaĢlarını əvvəlcədən təhcirə tabe etmək kimi bir düĢüncəsi, ya da
planı olsaydı, vacib olan məbləği mart ayından əvvəl hər hansı bir Ģəkildə büdcəyə
daxil etməsi lazım gələrdi. SarıqamıĢ hadisəsi və ardından ermənilərin türklərin
qətlinə baĢlaması üzündən Daxiliyyə Nəzarəti büdcəsinə 60 milyon quruĢ əlavə
məbləğ qoyulması ilə əlaqəli qanun, 1915-ci ilin iyununda çıxarılmıĢdır. Üstəlik də
təhcirə tabe olanlardan kiçik yaĢlılara günlük 60 para, böyüklərə də 3 quruĢ yol
xərci verilməsi qərarlaĢdırılmıĢdı. Milliyyəti ya da irqi səbəbindən bir qisim