Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə21/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   17   18   19   20   21   22   23   24   ...   175

47 

 

Ġstanbulda  yaĢayan  77735  ermənidən  2435-i  həbs  olundu,  dəstə  baĢçıları  hərbi 



məhkəmələrə çıxarıldı. 

Ənvər  PaĢa  2  may  1915-ci  ildə  Daxiliyyə  naziri  Tələt  PaĢaya  bir  məktub 

göndərdi: 

"Van gölü ətrafındakı və Van valiliyinin bildiyi yerlərdəki ermənilər, üsyan 

və inqilab  üçün daimi bir ocaq halındadırlar. Bu xalqın oradan qaldırılaraq üsyan 

yuvasının dağıdılması gərəkliyi fikrindəyəm. 3-cü Ordunun verdiyi məlumata görə 

ruslar  20  apreldə  hüdudları  daxilindəki  müsəlman  əhalini  çılpaq  bir  halda 

hüdudumuz  daxilinə  sürgün  etdilər.  Həm  buna  qarĢılıq  olaraq  və  eyni  zamanda 

yuxarıda söylədiyim məqsədi hasil etmək üzrə ya adı keçən erməniləri və ailələrini 

Rusiya  hüdudları  daxilinə  sürgün  etmək,  yaxud  adı  keçən  erməniləri  və  ailələrini 

Anadolu  daxilində  müxtəlif  yerlərə  paylaĢdırmaq  lazımdır.  Bu  iki  alternativdən 

münasib  olanının  seçilərək  icrasını  rica  edirəm.  Bir  məhzuru  yoxsa,  üsyançı 

ailələrini  və  üsyan  mərkəzlərini  hüdud  xaricinə  sürgün  etməyi  və  onların  yerinə 

hüdud xaricindən gələn müsəlman xalqı yerləĢdirməyi tərcih edirəm".

37

 

Daxiliyyə vəkili Tələt PaĢa 23 may 1915-ci ildə 4-cü Ordu Komandanlığına 



göndərdiyi Ģifrədə baĢqa vilayətlərə köçürüləcək ermənilər haqqında bilgi verir və 

boĢaldılmasını istədiyi yerləri bu Ģəkildə bildirirdi: 

a)

 

Ərzurum, Van və Bitlis vilayətləri; 



b)

 

MaraĢ Ģəhər mərkəzi xaric olmaqla, MaraĢ sancağı; 



c)

 

Hələb  vilayətinin  mərkəz  qəzası  xaric  olmaqla,  Ġskəndərun,  Belen, 



Cisri-ġugur və Antakya qəzaları daxilindəki kənd və qəsəbələr; 

ç)  Adana,  Sis  (Kozan)  və  Mərsin  Ģəhər  mərkəzləri  xaric  olmaqla,  Adana, 

Mərsin, Kozan və Cəbəli-Bərəkət sancaqları. 

Ərzurum, Van və Bitlis bölgəsindən çıxarılan ermənilər, Mosul vilayətinin 

cənub  qismi  ilə  Zor  sancağına  və  mərkəz  xaric  olmaqla,  Urfa  sancağına 

yerləĢdiriləcəkdilər.  Adana,  Hələb  və  MaraĢ  ətrafından  çıxarılan  ermənilər  isə 

Suriya  vilayətinin  Ģərq  qismi  ilə  Hələbin  Ģərq  və  cənub-Ģərqində  hökumət 

tərəfindən müəyyən edilən yerlərə yerləĢdiriləcəkdilər. Köçürülmə iĢlərinə nəzarət 

etmək  üçün  bir  mülkiyyə  müfəttiĢi  ilə  maliyyədən  xüsusi  bir  məmur  və 

təhlükəsizlik qüvvələri də cəlb olunmuĢdu.

38

 

Osmanlı  dövləti  ermənilərin  sıx  yaĢadıqları  bölgələrdə  də  oxĢar  tədbirlər 



görməyə  baĢladı.  26  may  1915-ci  ildə  yenə  Daxiliyyə  Vəkaləti  tərəfindən  verilən 

bir təzkirə ilə ermənilərin yaĢadıqları yerlərdən çıxarılaraq, Diyarbəkirin cənubuna, 

Fərat vadisinə və Urfa ətraflarına köçürülüb yerləĢdirilmələri istənildi. Həmin gün 

Tələt  bəyin  imzası  ilə  bu  məsələylə  əlaqədar  bir  məktub  Sədrəzəmə  göndərildi. 

Beləliklə,  erməni  təhciri  həqiqətən  baĢlamıĢ  oldu.  Belə  bir  məsələylə  əlaqəli 

sənədin  Nazirlər  ġurasının  qərarıyla  təsdiq  olunması  vacib  ikən  təhcirlə  bağlı 

təzkirə  ittihadçı  bir  üsulla  tək  bir  nazir  tərəfindən  çıxarılmıĢdı.  Tələt  PaĢa 



48 

 

vəziyyətin həssaslığı qarĢısında Nazirlər ġurası və Məclis qərarı olmadan belə bir 



təhcirin məsuliyyətini təkbaĢına öhdəsinə götürmək durumunda qalmıĢdı.

39

 



SarıqamıĢ hərəkatının uğursuz olması və rusların 1915-ci ilin mayında Vanı 

ələ keçirməsindən cəsarətlənən ermənilər türk ordusunun qərbindəki bölgələrdə də 

üsyan  etdilər.

40

  Türk  ordusunun  arxasında  olan  bütün  kənd,  qəsəbə  və  Ģəhərlərdə 



yaĢayan  türklərə  hücum  edir  və  qorxunc  qətllər  törədirdilər.

41

  Qafqaz  cəbhəsində 



ruslarla  birlikdə  hərəkət  edən  erməni  quldurları  türk  ordusunun  arxasına  keçərək 

sabotaj,  bombalama  və  üsyana  təĢviq  hərəkətləri  təĢkil  edirdilər.  Rusların,  Vanın 

iĢğalı  zamanı  ermənilərin  türk  və  müsəlmanları  acımadan  qətl  etmələrinə  göz 

yumması,  quldurların  Bitlis  və  Zeytun  kimi  bölgələrdə  də  təcavüzkarlıqlarını 

davam etdirmələri  və  1915-ci ilin iyulunda  MuĢ qırğını Osmanlı ölkəsində  böyük 

qəzəbə yol açdı.

42

 Ermənilərin qırğın törətməsi davam edərkən, Osmanlı orduları o 



aylarda  Çanaqqalada  və  SüveyĢ  kanalında  düĢmənlə  boğuĢurdu.  Osmanlı  dövləti 

ermənilərin  rus  ordusu  ilə  birlikdə  hərəkət  etmələrinə  və  türkləri  öldürmələrinə, 

türk  və  müsəlmanlardan  tamamən  təmizlənmiĢ  və  arındırılmıĢ  bir  coğrafiya  üçün 

hərəkətə  keçmələrinə  seyrçi  qala  bilməzdi.  ġərqi  və  Orta  Anadoluda  yaĢayan 

erməniləri o dövrdə türklərin əlindən hələ çıxmamıĢ olan Suriya və Ġraqa məcburi 

köçə  tabe  etdi.  Sənədlərdən  də  aydın  olduğuna  görə,  Tələt  PaĢanın  baĢlatdığı  və 

Məclisi-Vükəla  tərəfindən  də  uyğun  görülən  təhcir,  doğrudan  da  cəbhələrin 

təhlükəsizliyinə xələl gətirəcək bölgələrdə tətbiq olunmuĢdur. Bunlardan birincisi, 

Qafqaz  və  Ġran  cəbhəsinin  arxa  bölgəsini  təĢkil  edən  Ərzurum,  Van  və  Bitlis  ilə 

Sina cəbhəsini təĢkil edən Mərsin-Ġskəndərun bölgələridir. 

Daxili  ĠĢlər  Nazirliyi  tərəfindən  hazırlanan  və  Sədarətə  göndərilən  təhcirlə 

əlaqəli  təzkirə  29  may  1915-ci  ildə  Məclisi-Vükəlaya  göndərildi.  Osmanlı  Milli 

Məclisi  də  30  may  1915-ci  ildə  məsələ  haqqında  bir  qərar  aldı.  Bu  qərara  görə, 

Osmanlı  Dövləti  BaĢ  Nazirliyi  30  may  1915-ci  ildə  Daxili  ĠĢlər,  Maliyyə  və 

Hərbiyyə  Nəzarətlərinə  bir  məktub  göndərərək,  təhcirin  tətbiq  olunacağı  əsas  və 

üsulları bildirdi. Buna görə: 

a)

 

Ermənilər  özlərinə  ayrılan  bölgələrə,  can  və  mal  əmniyyətləri  təmin 



olunaraq, rahat bir Ģəkildə köçürüləcəklər; 

b) 


Yeni evlərinə yerləĢincəyə qədər iaĢələri mühacirlər üçün ayrılan vəsait 

hesabına təmin ediləcəkdir; 

c)

 

KeçmiĢ  maliyyə  durumlarına  uyğun  olaraq  özlərinə  əmlak  və  ərazi 



veriləcəkdir; 

ç)  Möhtac  olanlar  üçün  hökumət  tərəfindən  məskən  inĢa  olunacaq, 

daĢınmaz  malları  təsbit  və  qiymətləri  təqdir  edildikdən  sonra  buralara 

yerləĢdiriləcək  olan  müsəlman  mühacirlərə  veriləcəkdir.  Bu  mühacirlərin 

istifadələri xaricində qalan zeytunluq, tutluq, üzüm  və portağal bağlarıyla, dükan, 

karvansara, fabrik və anbar kimi gəlir gətirən yerlər, açıq artırma ilə satılacaq və ya 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə