Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə29/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   25   26   27   28   29   30   31   32   ...   175

64 

 

Türklərin,  rus  ordusundakı  çözülmə  haqqında  vaxtında  məlumat  ala 



bilmədiyi  və  ya  toplanan  bilgilərin  lazım  gəldiyi  kimi  dəyərləndirilə  bilmədiyi 

aydın olur.  Kifayət qədər  kəĢfiyyat bilgisinə  sahib oluna  bilsəydi,  rusların rahatca 

geri  çəkilməsinə  imkan  verilməyə  bilərdi.  Budan  baĢqa  geri  çəkilən  rus  hərbi 

birliklərinin  yerini  erməni  silahlı  bandalarının  alması  və  arxa  cəbhədəki  türkləri 

qətlə yetirməsinin də qarĢısı alına bilərdi. 

General  Perjevalski  əlində  qalan  hərbi  birliklərin  türk  ordusu  tərəfindən 

məhv  edilməsinə  fürsət  verməyəcək  Ģəkildə  geri  çəkilmə  hazırlıqlarına  baĢladı. 

Ruslar  Qafqaz  Ordusundakı  çözülmənin  türklər  tərəfindən  vaxtında  xəbər  alına 

bilmədiyini  qəti  olaraq  anlamıĢdılar.  Geri  çəkilmə  hazırlıqlarının  gizlənməsi 

məqsədiylə eyni günlərdə atəĢkəs etmək üçün türk hərbi məqamlarına baĢ vurdular. 

Nəhayət, 18 dekabr 1917-ci ildə Ərzincan mütarikəsi (atəĢkəs haqqında müqavilə) 

imzalandı. Osmanlı dövləti bu mütarikədən heç bir qazanc əldə edə bilmədi.

57

 

Ruslar  mütarikə  imzalamaq  istədiklərini  Mosuldakı  6-cı  Orduya  da  bir 



teleqraf  çəkərək  bildirmiĢdilər.  Bir  həftə  davam  edən  müzakirələrdən  sonra  1 

yanvar  1918-ci  ildə  mütarikə  imzalandı.  YüzbaĢı  Səlahəddin  bəy  bu  mütarikənin 

imzalanmasından sonra baĢ verən hadisələri xatirəsində belə anladır: 

"Bu  heyət  getdikdən  sonra  Azərbaycanlı  bir  heyətin  gəldiyini,  13-cü 

korpusdan bildirdilər. Heyət, Mosula gəldiyi zaman bizdən istədikləri Ģeyi anladıq. 

Rusiya  artıq  dağılmıĢdır,  belə  bir  dövlət  yoxdur.  Çarlıq  idarəsi  altında  yaĢayan 

bütün millətlər üsyan qaldırmıĢ, azadlıq istəyirlər. Qafqaz türkləri də bir dövlət və 

hökumət qurmaq üçün bizim yardım etməmizi arzu edirlər". 

Bu  istək  baĢkomandanlığa  yazıldı.  BaĢkomandanlıq  da  Azərbaycan 

heyətinin yanına bir neçə zabit verilərək, Azərbaycanda bir incələmə və araĢdırma 

aparılmasını  əmr  etdi.  Bundan  sonra  kurmay  yüzbaĢı  Ġsmayıl  Berkok,  yüzbaĢı 

Sarıgözəlli  Midhət,  topçu  teymen  (leytenant)  Müzəffər  bu  heyətlə  Qafqaza 

göndərildi. 

Heyət  Mosul-Kərkük-Bana  yolu  ilə  Cənubi  Azərbaycana  keçdi  və  Təbriz-

Culfa yolu ilə Gəncəyə çatdı. Sonra Bakı və ġimali Qafqaza getdi. 

Xəlil PaĢa Kərkükdə ikən BaĢkomandanlıq Vəkalətindən bir teleqraf aldıq: 

"Azərbaycanda  baĢ  verəcək  hərəkat  və  qurulacaq  hökumət  üçün  kimi  münasib 

görürsünüz?  Bir  həftə  öncə  Trablisqərbdən  gələn  yarbay  Nurunumu,  yoxsa  albay 

Kazım bəyimi (Qarabəkir)?" deyə soruĢurdu, Ənvər paĢa. Nuru bəy Ənvər paĢanın 

qardaĢıydı və 1909-cu ildə zabit olan bu sinif hələ yüzbaĢı rütbəsindəydi. Nuru bəy 

yarbaylığa yüksəlmiĢdi. Ənvərin və Nuru bəyin əmisi olan Xəlil paĢa bu iĢə Kazım 

bəyin münasib olduğunu yazmıĢdı". 

Ənvər  paĢa  ruslarla  Ərzincan  mütarikəsinin  imzalandığı  günlərdə  Orta 

Asiyada  xidmət  edəcək  xüsusi  qüvvələri  gücləndirməyə  çalıĢırdı.  YüzbaĢı 

Səlahəddin bəy bu mövzuda deyir: 



65 

 

- Kərkükdən Mosula döndüyümüz zaman baĢkomandanlıqdan yeni bir Ģifrə 



aldıq. Belə idi: 

"Əfqan  kralının  yanında  çalıĢmaq  üçün,  yüz  min  altın  verərək  bir  zabit 

göndərmək istəyirəm. Tövsiyə edəcəyiniz bir zabit varmı?" 

Xəlil paĢa bir həftə sonra Ģifrəyə cavab verdi: 

"Yavərim teymen Səlahəddin bəyi bu iĢə tövsiyə edə bilərəm". 

Komandan bu Ģifrəni yazmaq üçün mənə verdiyi zaman etiraz etdim. "Mən 

bu iĢi görə bilmərəm, nə bilgim, nə də durumum əlveriĢlidir" dedim. 

Xəlil  paĢa,  "Bu  halda  ediləcək  Ģeyi  zatən  kimsə  bilməz.  Vətənini  sevən, 

ölümdən qorxmayan, qadına, pula, içkiyə qarĢı zəif olmayan hər adam bu iĢi görər. 

Sən də görərsən" dedi.

59

 

3-cü  Ordu  komandanı  Vəhib  paĢa,  geri  çəkilən  general  Perjevalskiyə  4 



fevral  1918-ci  ildə  bir  məktub  göndərərək,  rus  ordusunun  boĢaltdığı  yerlərdə 

ermənilərin türklərin qətlini dayandırmaq üçün irəli hərəkata baĢlayacağını bildirdi. 

Bu  hərəkatın  ruslara  qarĢı  düĢməncəsinə  bir  davranıĢ  olaraq  dəyərləndirilməməsi 

gərəkdiyini də xüsusi bildirdi. Bu məktubdan da anlaĢılır ki, Vəhib paĢanın o tarixə 

qədər rusların Qafqaz Ordusundakı çözülmənin ölçüsü haqqında bir bilgisi yox idi. 

Halbuki general Perjevalskinin əmrində, sistemli ordu bir yana dursun, heç doğru-

dürüst tabor və ya alay belə qalmamıĢdı. Çünki 1917-ci il dekabr ayının əvvəlində 

əmrində  təxminən  40  min  əsgər  var  idi  və  onların  da  böyük  bir  hissəsi  fərarilik 

etmək üçün fürsət axtarırdı. 

Ruslara əsir düĢdükdən  sonra bir yol tapıb qaçan və Trabzona çatan süvari 

teymen Hüsaməddin bəy (əməkli kurmay  yarbay  Hüsaməddin Tuğaç), SuĢəhrində 

bulunan  3-cü  Ordu  qərargahına  gedərək,  komandan  Vəhib  paĢaya  Qafqazdakı 

durum haqqında təfsilatı ilə məlumat verdi. Teymen Hüsaməddin bəyin anlatdıqları 

tamamən  müĢahidə,  incələmə,  təmas  və  Ģəxsən  dinlədiklərindən  meydana  gəlirdi. 

Bu baxımdan birinci dərəcədə önəmli bir qaynaqdı.

60

 



Hüsaməddin bəyin raportu xülasə olaraq bu Ģəkildəydi: 

-Qafqaz cəbhəsində rus ordusu adında sistemli heç bir qüvvə qalmamıĢdır. 

-Azərbaycandan keçərək Rusiyaya getmək istəyən rus əsgərlərinin qatarları 

Gəncə yaxınlarında yerli xalq tərəfindən dayandırılaraq silahları alınmaqdadır. 

-Tiflisdəki  ingilis  və  fransız  hərbi  təmsilçiləri  cəbhəni  tərk  edən  Çar 

Rusiyası  ordusunun  yerini  doldurmaq  üçün  erməni  və  gürcülərdən  bir  korpus  və 

Cənubi Qafqazdakı ruslardan da bir tümən təĢkil etməyə çalıĢmaqdadırlar. 

Azərbaycan silahlanmaq və hərbi təĢkilat qurmaq üçün Tiflisdəki Seym 



hökumətinə  baĢ  vurmuĢdur.  Fəqət  bu  hökumət  ilə  ingilis  və  fransız  hərbi 

təmsilçiləri,  Azərbaycanlılara  güvənmədikləri  üçün  türklərin  silahlanmasında  bir 

sıra  çətinliklər  çıxarmaqdadırlar.  Azərbaycanlı  türklər  ġimali  Qafqazda  olduğu 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə