Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə28/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   24   25   26   27   28   29   30   31   ...   175

62 

 

Ermənilərin  ruslar  tərəfindən  silah  altına  çağırılması  Qafqazda  yaĢayan 



türklər  arasında  narahatlığa  yol  açmıĢdı.  Tiflis  Jandarma  Ġdarəsi  rəisi  albay 

Pastryulin 28 sentyabr 1914/5174 tarix və saylı gizli teleqrafda belə yazırdı: 

"Agentlərimizin  verdiyi  bilgiyə  görə,  erməni  könüllülərin  silah  altına 

çağırılması,  müsəlman  xalqı  ciddi  biçimdə  rahatsız  etmiĢdir.  Müsəlman  əhali 

ermənilərin  özlərinə  qarĢı  savaĢacağına  inanır.  Ġrəvan  sakini  Molla  MəĢədi 

Məmmədli  oğlu  özbaĢına  əvvəlcə  Bakıya,  ardından  Gəncəyə  gedərək, 

müsəlmanları durumdan xəbərdar etmiĢdir". 

Qafqaz BaĢ Valiliyi Yazı ĠĢləri müdiri Pisarski Bakı ġəhər rəisi və general-

qubernatorlara  göndərdiyi  24  dekabr  1914/2682  tarix  və  saylı  çox  gizli  və  Ģəxsi 

məktubda ermənilər və türklərin münasibətlərini diqqətlə izləmələrini istəyir və iki 

xalq  arasında  anlaĢılmazlıq  çıxmaması  üçün  erməni  birliklərini  öncədən  müəyyən 

olunan  yerə  göndərməyi  təklif  edirdi.  Məktubda  bildirdiyinə  görə,  ermənilərin 

etdiyi basqı və təhdidlər səbəbindən türklərin qəzəbləndiyi anlaĢılırdı.

31

 



Rusiyanın  paytaxtı  Peterburqda  dövlət  avtoritetinin  itməsi,  ordunun 

enerjisini və savaĢ qabiliyyətini itirmiĢ olduğu və kəndlilərin torpaq və daha yaxĢı 

həyat Ģərtləri istəklərinin zirvəyə çatdığı bir dövrü  gətirdi.  BolĢeviklərin ideoloqu 

olan  Lenin  Rusiyadakı  bu  qeyri-müəyyənlik  dövründə  8  noyabrda  Ġsveçrədən 

Peterburqa  getdi.  Trotski  rəhbərliyindəki  ixtilalçı  kommunist  bolĢeviklər  bir 

çevriliĢ edərək hökuməti ələ keçirdilər.

52

 

Rusiyadakı  hakimiyyət  qovğası  və  ölkədə  sabitliyi  təmin  edə  bilməyən 



bolĢeviklər  savaĢı  ən  qısa  müddətdə  sona  çatdıracaq  barıĢ  anlaĢmasının  yollarını 

aramağa  baĢladılar.  Bu  çərçivədə  hökumətin  ilk  göstərdiyi  fəaliyyət,  çarın 

bağladığı  gizli  müqavilələri  dünya  ictimaiyyətinə  açıqlamaq  oldu.  SavaĢdan  öncə 

və savaĢın davam etdiyi illərdə Antanta dövlətləri bəzi müqavilələr bağlamıĢdılar. 

Bunlardan  ən  sonuncusu  və  ən  geniĢ  əhatəlisi  də  1916-cı  ildə  imzalanan  Sykes-

Pickot müqaviləsi idi.

53

 

Bu  müqavilələrdən  də  göründüyü  kimi,  Birinci  Dünya  müharibəsində 



Antanta dövlətləri arasında bağlanan gizli müqavilələrdə Osmanlı dövləti tamamən 

bölüĢdürülürdü.  Türklərə  isə  NevĢehir,  KırĢehir,  Ankara,  Çankırı,  Kastamonu, 

EskiĢehir  və  Bursa  saxlanılırdı.

54

  Sykes-Pickot  müqaviləsinə  görə,  Qafqazdan 



baĢlayan və Ġskəndərun körfəzi ilə Çuxurovaya qədər uzanan böyük bir Ermənistan 

dövləti  qurulacaqdı.  Ərəbistan  yarımadası  isə  Osmanlı  dövlətindən  ayrılaraq,  bir 

Ərəb  dövləti  təĢkil  ediləcəkdi.  Krallığına  da  indiki  Ġordaniyada  olan  HaĢimi 

sülaləsindən  ġərif  Hüseyn  gətiriləcəkdi.  Ərəbistanın  xaricində  Suriya  və  Livan 

fransızların,  Ġraq  və  Fələstin  isə  Ġngiltərənin  himayəsinə  veriləcəkdi.  Türkiyənin 

bölüĢdürülməsi  ilə  əlaqəli  plan  Rusiyaya  bildirilincə  Peterburq  idarəsi  bunu 

dəstəkləməklə bərabər, Ġstanbul və Çanaqqala boğazlarındakı istəyinə əlavə olaraq, 

ġərqi Anadoluda Van və Ərzurum ilə Trabzon və ətrafının da özünə aid olduğunu 




63 

 

bildirdi.  Bundan  baĢqa  bu  bölgəni  ermənilərə  verməyəcəyini  də  bildirdi.  Ġngiltərə 



Rusiyanın  bu  istəyini  qəbul  etmək  məcburiyyətində  qaldı.  Erməni  məsələsini 

hadisələrin  gediĢinə  tərk  etmiĢdi.  Digər  tərəfdən,  bu  proqramın  həyata  keçməsi 

halında,  Ġngiltərə,  Rusiya  ilə  ortaq  sərhədə  sahib  olacaqdı.  Bunu  da  istəmirdi.  Bu 

məqsədlə, Rusiya ilə arasında ya kiçik bir Ermənistan, ya da bir Kürdüstan dövləti 

qurmanın  maraqlarına  daha  uyğun  olacağı  nəticəsinə  gəldi.  Dərhal  hərəkətə 

keçərək  kürdləri,  Diyarbəkir,  Urfa  və  Mosul  ilə  ətrafını  əhatə  edən  bir  dövlət 

qurmaları  üçün  təhrik  etməyə  baĢladı.  Bu  durumu  öyrənən  Fransa  etiraz  edərək 

Vandan  Çuxurovaya  qədər  olan  bir  koridorun  Suriya  və  Mosul  daxil  olmaqla 

özünə verilməsini istədi. Ġngiltərə bu istəyə də qarĢı çıxa bilmədi.

55

 



Bu  qarıĢıq  istək  və  bölüĢmə  çərçivəsində  Osmanlı  dövlətinin  torpaqları 

Antanta dövlətləri arasında sanki məzada çıxarılmıĢ və bölüĢdürülmüĢdü: 

 

Rusiya Boğazlar ilə ġərqi Anadolunu, 



 

Yunanıstan Ġzmir və ətrafını, 

 

Ġtaliya Antalya və həvalisini, 



 

Fransa  Çuxurova,  Suriya  və  Cənubi  Azərbaycana  qədər  uzanan  bir 

koridoru, 

 

Ġngiltərə Ġraq və Fələstini alırdı. 



 

Ərəbistan isə ayrı bir dövlət olurdu. 

Antanta  dövlətləri  arasındakı  gizli  müqavilələr  bununla  da  qalmadı. 

Rusiyada  Fevral  ixtilalı  baĢlayana  qədər  həm  üçlü  müttəfiqlər  arasında,  həm  də 

Ġngiltərə ilə digər ortaqları arasında bağlanan ikili müqavilələr davam etdi. 

Ġngiltərə  Rusiyanın  savaĢdan  çəkildiyini  görüncə  ġərqi  Anadolu  və 

Qafqazda bir Ermənistan, Qara dənizin ġərq sahilində Yunan Pont dövləti, Cənub-

Ģərqi  Anadolu  və  Mosul  bölgəsində  Kürdüstan,  Boğazlarda  bir  Boğaz  dövləti  və 

Orta  Anadoluda  da  Türkiyə  olmaq  üzrə  beĢ  kiçik  dövlət  qurulmasına  qərar  verdi. 

Qərbi Anadolu yunanlara, Antalya və çevrəsi də italyanlara verilirdi. Bəsrə körfəzi, 

Ərəbistan yarımadası və Fələstində isə on ayrı dövlətin təməllərini atırdı. Ġngiltərə, 

bu  əhatədə  Osmanlı  dövlətini  "böl-parçala-ud"  anlayıĢı  çərçivəsində  ortadan 

qaldırmağa və imperialist əməllərini həyata keçirməyə çalıĢırdı. 

Rusiyada  ixtilal  bütün  sürətiylə  sürərkən,  Rus  Qafqaz  Orduları  komandiri 

Qrandyuk Nikolay vəzifəsindən alındı, yerinə ordu qərargah rəisi general Yudeniç 

gətirildi.  General  Yudeniç  bütün  çalıĢmalarına  rəğmən  ordudakı  fərarilərin 

qarĢısını ala bilmədi. Yudeniç ixtilala da qarĢıydı. Nəhayət, 1917-ci ilin iyununda 

Yudeniç  də  istefa  etdi  və  yerinə  general  Perjevalski  təyin  edildi.  1917-ci  ilin 

dekabr  ayında  Qafqaz  cəbhəsində  rus  ordusundan  200.000  nəfər  əsgərlikdən 

qaçmıĢdı. Cəbhədə ancaq 40.000-ə yaxın əsgər qalmıĢdı.

56

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə