Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə32/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   28   29   30   31   32   33   34   35   ...   175
    Bu səhifədəki naviqasiya:
  • "hər

70 

 

təlaĢa  qapılan  Sovet  Rusiyası  hökuməti  Almaniya  və  müttəfiqlərinin  bütün 



istəklərini qəbul etmək məcburiyyətində qaldı. 

Sovet  heyətinin  sədri  Sokolnikov  barıĢın  və  anlaĢma  hökmlərinin  bolĢevik 

hökumətinə  zorla  diktə  etdirildiyini  bilərək,  Ġttifaq  dövlətlərinə  qəti  etiraz  etdi. 

Ancaq  görə  biləcəkləri  bir  Ģey  də  qalmamıĢdı.  Uzun  müzakirələrin  ardından, 

nəhayət, 3 mart 1918-ci ildə Brest-Litovsk müqaviləsi imzalandı.

73

 



Brest-Litovsk  Müqaviləsinin  Osmanlı  dövləti  və  Qafqazı  əlaqələndirən 

maddələri belə idi: 

1.

 

Rus  əsgərləri  ġərqi  Anadolunu  6  -  8  həftə  içində  tamamən  tərk 



edəcəkdir. 

2.

 



Türk hərbi birlikləri boĢaldılan yerlərdə nəzarəti təmin edincəyə qədər 

rus  ordusu  bölgədə  asayiĢi  və  güvənliyi  təmin  edəcək,  qisas  alma  və  soyğun 

hadisələrinin qarĢısını alacaqdır. 

3.

 



Erməni bandaları silahsızlandırılaraq tamamən dağıdılacaqdır. 

4.

 



Ruslar  Ərdahan,  Qars  və  Batumu  dərhal  boĢaldacaqdır.  Rusiya  bu 

bölgədə  dövlətlər  hüququ  ilə  cəmiyyət  hüququ  baxımından  yenidən 

təĢkilatlanmağa  qarıĢmayacaqdır.  Bu  bölgələrin  gələcəyinə,  yerli  xalq  ilə  qonĢu 

dövlətlər və xüsusilə Osmanlı dövləti anlaĢaraq qərar verəcəkdir. 

5.

 

Osmanlı dövləti ilə Rusiya arasında indiyə qədər olan bütün anlaĢmalar 



və xüsusilə ekonomik və ticari sözləĢmələr qüvvədən düĢəcəkdir. 

Türk  ordusu  görüĢmələrin  davam  etdiyi  tarixlərdə  Əlviyəi-səlasə  (üz 

vilayət)  deyilən  Qars,  Ərdahan  və  Batumi  xaricindəki  torpaqlarını  geri  almıĢdı. 

Ancaq erməni quldurları bölgədə qətliama davam edirdi. AnlaĢma Ģərtlərində Qars, 

Ərdahan və Batumi sancaqlarının Osmanlı dövlətinə nə zaman  və  necə qatılacağı 

məsələsində  bir  açıqlıq  yox  idi.  Hökmlərə  görə  bu  üç  sancağın  bilavasitə  zəbt 

edilməsi  lazım  gəlirdi.  Fəqət  bolĢevik  liderlər  bölgəni  Rusiyanın  ayrılmaz  bir 

parçası olaraq görürdülər. 

Məclisi-Məbusanın  Brest-Litovsk  müqaviləsi  haqqında  təĢkil  etdiyi  bir 

toplantıda  məlumat verən  baĢkomandan  vəkili Ənvər paĢa  Qafqazda  yaĢayan türk 

və müsəlman xalqların müstəqil bir dövlət qurması haqqındakı Osmanlı təklifinin 

barıĢ  görüĢmələri  əsnasında  qəbul  edilməsini  bir  itki  olaraq  dəyərləndirməmiĢdi. 

Ənvər  paĢa  Qafqazda  yaĢayan  türklərə  dəyiĢik  yollardan  yardımda  olacağını  da 

bildirmiĢdi.  Osmanlı  Məclisi  də  bolĢeviklərin  ixtilal  məruzəsində  yer  alan  "hər 



millət öz gələcəyini təyin etmə haqqına sahibdir" ifadəsi doğrultusunda Dağıstan 

və Azərbaycanın qısa müddətdə müstəqilliyinə qovuĢacağını proqnozlaĢdırırdı. 

 

1.

 



Albay  Hüsaməddin  Ərtürkün  Xatirələri,  (nəĢrə  haz.  Samih  Nafiz 

Tansu), Ġstanbul, 1957, s. 170-200. 




71 

 

2.



 

Xəlil  Ġbrahim  Göytürk,  Bilinməyən  tərəfləri  ilə  ġövkət  Sürəyya 

Aydəmir, Ankara, 1977, s. 27. 

3.

 



Təhsin Ünal, Türk siyasi tarixi, Ankara, 1978, s. 469. 

4.

 



Əli Fuad Türkgəldi, Görüb eĢitdiklərim, Türk Tarix Qurumu nəĢriyyatı, 

Ankara, 1951, s. 114. 

5.

 

Yenə  orada,  s.439;  Ġttihad  və  Tərəqqi  partiyası  tərəfindən 



Ģeyxülislamlıq  vəzifəsinə  gətirilən  Musa  Kazım  əfəndi  Saraya  getdiyində,  "Mən 

nəticəni  yaxĢı  gönnürəm;  kaĢ  ki,  bu  iĢin  izindən  az  zərərlə  çıxa  bilsək  demiĢ, 

vəkillərdən  Lütfi  bəy,  "Ey  xoca,  bu  sözləri  burada  deyil,  Nazirlər  Kabinetində 

söylə  deyəndə,  Musa  Kazım  əfəndi,  "Söyləyirəm,  söyləyirəm,  amma  dəliqanlıya 

(Ənvər paĢaya) söz anlada bilmirəm" Ģəklində cavab vermiĢdi. 

6.

 



Bu mövzuda daha geniĢ məlumat üçün bax: Əli Fəthi Okyar, Üç dövrdə 

bir adam, Ġstanbul, 1980, s. 23-29. 

7.

 

Ünal, Türk siyasi tarixi, s. 437-440. 



8.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, I 



c,  Genelkurmay  mətbəəsi,  Ankara,  1993,  s.  100;  Alman  gəmiləri  "Geoben 

("Yavuz)  və  "Breslav  ("Midilli)  8/9  avqustda  Zanaqqala  boğazından  Mərmərə 

dənizinə  girdi.  27  oktyabr  1914  tarixində  "təlim  məqsədiylə  Qara  dənizə  çıxdı. 

Odessa,  Sevastopol,  Novorossiysk  və  Kofedəki  rus  dəniz  bazalarını  bombaladı. 

Ənvər  paĢa,  bu  hadisəni,  "Ruslar  təlim  üçün  Qara  dənizə  çıxan  gəmilərimizə 

hücum  etdilər  Ģəklində  dəyərləndirmiĢdi.  Bu  hadisədən  sonra  Çar  Rusiyası  1 

noyabr  1914  tarixində  ġərqi  Anadoluda  3-cü  ordunun  bölgəsində  dörd  yerdən 

sərhədi keçərək Osmanlı dövlətinə hücum etdi. Bu surətlə Osmanlı dövləti Birinci 

Dünya müharibəsinə girdi. 

9.

 



Tələt paĢa, sədrəzəm olaraq 1917-ci ilin ilk günlərində Berlinə getmiĢ, 

dönüĢdə Sofiya elçisi Əli Fəthi Okyar ilə görüĢmüĢdü. Okyar, Tələt paĢanın, Sultan 

Əbdülhəmid  ilə  görüĢündə,  sabiq  sultanın  savaĢ  haqqında  bunları  söylədiyini 

bildirməkdədir: "Bu hərbi, dənizlərə hakim olan udar. Almanların təbii qaynaqları 

məhduddur.  Biz,  geniĢ  sərhədlərimizi  qorumaq  üçün  böyük  çətinliklərlə 

qarĢılaĢacağıq. Əgər bu savaĢa girmək zəruri olmuĢsa, heç olmasa mümkün olduğu 

qədər dar cəbhələrdə müharibə aparmaq və uzaq yerləri yerli xalqın çoxluq təĢkil 

etdiyi  qüvvələrlə  müdafiə  elmək  yolunu  seçmək  vacibdir...  Bunları  əvvəlcədən 

fikirləĢmək  lazım  idi.  Mənfi  nəticələrlə  qarĢılaĢdıqdan  sonra  fikir  soruĢmağın  nə 

faydası  var?  Tələt  paĢa,  Əbdülhəmidin,  "Tətbiq  edilən  qərarlardan  əvvəl  yada 

düĢsəydim, uzun təcrübələrim nəticəsində bəzi tövsiyələrim ola bilərdi. Amma hal-

hazırda  hadisələr  yaxĢı  ya  da  pis  nəticələrini  göstərmək  üzrədir.  Artıq  nə  deyə 

bilərəm  ki?  deyərək,  onu  əməlli-baĢlı  tənqid  etdiyini  bildirməkdədir.  Okyar,  Öz 

dövrdə bir adam, s. 213-214. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə