86
Gümrünün mühasirəyə alınması məqsədilə irəli hərəkata baĢlaması üçün əmr verdi.
Ordu komandirliyinə görə Cənubi Azərbaycanda olduqca sıxıntılı bir vəziyyət
vardı. Bu üzdən Gümrü-Culfa dəmir yolunun tezliklə ələ keçirilməsi lazım gəlirdi.
Ermənilərin zülmü altında yox olmağa məhkum edilən bölgədəki türklərə yardım
edilməsi və hər gün müxtəlif səbəblər üzündən məhv olan və bu bölgədə tutulan
əsir türk əsgərlərinin qurtarılması ilə ordu intizamı baxımından, qrup birliklərinin
irəli hərəkata baĢlamasını vacib bilmiĢdi. Bölgədəki ermənilərə aid süvari və
piyada qüvvələrinin sayı 6 minə yaxın idi. Türk əsgərinin irəliləyiĢini dayandıra
bilməyən ermənilər qısa müddətdə çəkilmək məcburiyyətində qaldılar. 1-ci Qafqaz
korpusu Gümrü-Culfa, 5-ci Qafqaz diviziyası da Gümrü-Tiflis dəmir yolunu ələ
keçirdi. Türk əsgəri daha sonra Gümrü istiqamətində irəliləyiĢini davam etdirdi.
Bölgədə olanların da qatılması ilə 7 min nəfərə çatan erməni və rus hərbi birlikləri,
burada da davam gətirə bilmədi və Qarakilsə istiqamətində geri çəkildi. 2-ci avcı
taboru uğurlu bir yürüĢdən sonra 16 mayda Gümrüyə girdi.
20
Gümrünün təxminən 60 kilometr Ģərqindəki Qarakilsəyə çəkilən erməni
birliklərinin bölgəyə yerləĢməsinə fürsət verilmədən məhv edilməsi üçün təcili
hərəkətə keçilməsi lazım gəlirdi. Həmçinin 1-ci və 2-ci Qafqaz korpusları
Sərdarabad, Qarakilsə, Ġrəvan istiqamətində hücuma keçdilər. Sərdarabad 21
mayda, Qarakilsə isə 28 mayda Ģiddətli bir hücum nəticəsində düĢmən
qüvvələrindən təmizləndi.
21
Bölgədə olan təxminən 20 min nəfərlik erməni və rus
hərbi birliklərinin baĢ komandiri Nazarbekov idi. Buradakı erməni qoĢunlarının
baĢında isə həyatının tək məqsədi "türkləri öldürmək" olan Andranik dururdu.
Müxtəlif səbəblər üzündən təəssüf ki, bu 20 min nəfərlik erməni birlikləri tamamən
məhv edilməmiĢ və bunlar Ģərqdəki Dilican bölgəsinə çəkilmiĢdilər.
4. Batum Konfransı (11 may - 4 iyun 1918-ci il)
Qafqaz cəbhəsindəki 3-cü Ordunun irəli hərəkatı nəticəsində Qars, Ərdahan
və Batum ilə Gümrü və Qarakilsə ətrafı ələ keçirilmiĢ, Gümrü-Naxçıvan-Culfa
dəmir yolu nəzarət altına alınmıĢdı. Cənubi Azərbaycanda da Dilman və Xoy
ətrafında önəmli uğurlar əldə edilmiĢdi. Trabzon Konfransında Osmanlı dövlətinin
istəklərini qəbul etməyən Zaqafqaziya Seymi bu yeni əməli durum qarĢısında
çarəsizlik içində bir çıxıĢ yolu axtarırdı. Nəhayət, Osmanlı dövlətinin istəyinə
uyğun olaraq 11 may 1918-ci ildə müstəqilliyini elan edərək "Zaqafqaziya
Cümhuriyyəti" adını almağa məcbur oldu.
22
Osmanlı dövləti Zaqafqaziya Cümhuriyyətindən sülh görüĢmələrinin
tezliklə baĢladılması üçün təmsilçilərini Batuma göndərməsini istədi. Hökumət
rəhbərliyinə gətirilən Çenkeli gürcü, erməni və Azərbaycan türklərindən ibarət olan
heyətlə Tiflisdən Batuma getdi. Batum Konfransında o günlərdə müstəqilliyini elan
edən ġimali Qafqaz (Dağıstan) Cümhuriyyəti də Heydər Bammat adındakı bir
nümayəndə tərəfindən təmsil edilirdi.
87
Osmanlı dövlətinin təmsilçiləri isə görüĢmələrə Ədliyyə Naziri və Dövlət
ġurası rəisi Xəlil bəyin rəhbərliyində bir heyətlə qatılırdı. 3-cü Ordu komandiri
Vəhib paĢa da heyətdə yer almaqdaydı. Sədrəzəm Tələt PaĢa türk heyətinə
ermənilər və gürcülərin bölgədə qüvvətli bir dövlət qurmalarının əngəlləməsi üçün
qəti təlimat vermiĢdi.
23
BolĢevik Sovet Rusiyası rəhbərləri də konfransa qatılmağı istəyirdi. Ancaq
bu istəkləri Osmanlı dövləti və Zaqafqaziya Cümhuriyyəti tərəfindən qəbul
edilmədi. Buna əsasən Çiçerin, Çenkeliyə bir teleqraf göndərərək, Batum
Konfransında alınan qərarları qəbul etməyəcəklərini bildirdi.
24
Osmanlı dövləti Batum Konfransına güclü bir formada girdi. Tiflis idarəsi
Brest-Litovsk Müqaviləsində alınan qərarları Trabzonda rədd etmiĢdi. Buna görə
baĢladılan hərbi hərəkatın ardından masaya oturmağa məcbur qalmıĢdı.
Türk heyətinin konfransdakı istəklərini bu Ģəkildə xülasə edə bilərik:
-Antanta təmsilçilərinin Cənubi Qafqazdan çıxarılması;
-Bölgədəki türk və müsəlman əhaliyə geniĢ haqlar verilməsi;
-Zaqafqaziya Cümhuriyyətinin əsgərlərini tərxis etməsi;
Axıska və Axalkələk bölgəsinin boĢaldılaraq Osmanlı dövlətinə verilməsi;
-Türk hərbi birliklərinin Cənubi Azərbaycana asanca nəql edilə bilməsi
üçün Qars-Gümrü-Eçmiədzin-Naxçıvan-Culfa dəmir yolunun nəzarəti ilə bölgənin
Osmanlı dövlətinə verilməsi;
-Ġngiltərə ilə müharibə davam etdiyi müddətcə Cənubi Qafqazdakı bütün
dəmir yollarından Osmanlı dövləti tərəfindən sərbəstcə istifadə edilməsi.
Türk heyətinin, əhalisi gürcü əsilli müsəlman olan Batum ilə türklərin
çoxluq təĢkil etdiyi Axıska və Axalkələk bölgələrinin Osmanlı dövlətinə verilməsi
məsələsindəki istəklərinin hüquqi dəlili mövcuddu. Bu bölgələrdə yaĢayan xalq öz
gələcəklərini müəyyən etmək üçün 26 aprel 1918-ci ildə bir xalq səsverməsi təĢkil
etmiĢ və Osmanlı dövlətinə qatılmaq qərarı almıĢdı. Bu irəliləyiĢlər, bolĢeviklərin 8
noyabr 1917-ci ildə verdikləri "sülh dekreti" ilə 15 noyabr və 3 dekabr 1917-ci il
tarixlərində açıqladıqları "Rusiyadakı millətlərin haqlarına aid bəyannamə"
mətnlərinə də uyğundu.
25
Bu Ģərtlərin ağır olduğunu düĢünən Tiflis idarəsinin təmsilçiləri
Osmanlılarla
bağlanacaq
müqaviləyə
Almaniya,
Avstriya-Macarıstan
Ġmperatorluğu və Bolqarıstanın imza qoymasını istədilər. Xəlil bəy bu istəyi,
müzakirəyə gərək görmədən rədd etdi. Almaniya isə türklərin Ermənistan və
Azərbaycana girməsinə Ģiddətlə qarĢı çıxırdı. Gürcüstanı himayəsinə alan
Almaniya Qafqaz dəmir yollarına nəzarət etməyə və Bakı neftindən pay almağa
çalıĢırdı.
Osmanlı hərbi birlikləri hərəkata davam edərkən Batum Konfransı da iĢini
davam etdirirdi. Ancaq Çenkeli türk heyətinin istəklərini kəskin bir dillə rədd