Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə40/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   36   37   38   39   40   41   42   43   ...   175

86 

 

Gümrünün mühasirəyə alınması məqsədilə irəli hərəkata baĢlaması üçün əmr verdi. 



Ordu  komandirliyinə  görə  Cənubi  Azərbaycanda  olduqca  sıxıntılı  bir  vəziyyət 

vardı. Bu üzdən Gümrü-Culfa dəmir yolunun tezliklə ələ keçirilməsi lazım gəlirdi. 

Ermənilərin zülmü altında  yox olmağa  məhkum edilən bölgədəki türklərə  yardım 

edilməsi  və  hər  gün  müxtəlif  səbəblər  üzündən  məhv  olan  və  bu  bölgədə  tutulan 

əsir türk əsgərlərinin qurtarılması ilə ordu intizamı baxımından, qrup birliklərinin 

irəli  hərəkata  baĢlamasını  vacib  bilmiĢdi.  Bölgədəki  ermənilərə  aid  süvari  və 

piyada  qüvvələrinin  sayı  6  minə  yaxın  idi.  Türk  əsgərinin  irəliləyiĢini  dayandıra 

bilməyən ermənilər qısa müddətdə çəkilmək məcburiyyətində qaldılar. 1-ci Qafqaz 

korpusu  Gümrü-Culfa,  5-ci  Qafqaz  diviziyası  da  Gümrü-Tiflis  dəmir  yolunu  ələ 

keçirdi.  Türk  əsgəri  daha  sonra  Gümrü  istiqamətində  irəliləyiĢini  davam  etdirdi. 

Bölgədə olanların da qatılması ilə 7 min nəfərə çatan erməni və rus hərbi birlikləri, 

burada  da  davam  gətirə  bilmədi  və  Qarakilsə  istiqamətində  geri  çəkildi.  2-ci  avcı 

taboru uğurlu bir yürüĢdən sonra 16 mayda Gümrüyə girdi.

20

 



Gümrünün  təxminən  60  kilometr  Ģərqindəki  Qarakilsəyə  çəkilən  erməni 

birliklərinin  bölgəyə  yerləĢməsinə  fürsət  verilmədən  məhv  edilməsi  üçün  təcili 

hərəkətə  keçilməsi  lazım  gəlirdi.  Həmçinin  1-ci  və  2-ci  Qafqaz  korpusları 

Sərdarabad,  Qarakilsə,  Ġrəvan  istiqamətində  hücuma  keçdilər.  Sərdarabad  21 

mayda,  Qarakilsə  isə  28  mayda  Ģiddətli  bir  hücum  nəticəsində  düĢmən 

qüvvələrindən təmizləndi.

21

 Bölgədə olan təxminən 20 min nəfərlik erməni və rus 



hərbi  birliklərinin  baĢ  komandiri  Nazarbekov  idi.  Buradakı  erməni  qoĢunlarının 

baĢında  isə  həyatının  tək  məqsədi  "türkləri  öldürmək"  olan  Andranik  dururdu. 

Müxtəlif səbəblər üzündən təəssüf ki, bu 20 min nəfərlik erməni birlikləri tamamən 

məhv edilməmiĢ və bunlar Ģərqdəki Dilican bölgəsinə çəkilmiĢdilər. 



4. Batum Konfransı (11 may - 4 iyun 1918-ci il) 

Qafqaz cəbhəsindəki 3-cü Ordunun irəli hərəkatı nəticəsində Qars, Ərdahan 

və  Batum  ilə  Gümrü  və  Qarakilsə  ətrafı  ələ  keçirilmiĢ,  Gümrü-Naxçıvan-Culfa 

dəmir  yolu  nəzarət  altına  alınmıĢdı.  Cənubi  Azərbaycanda  da  Dilman  və  Xoy 

ətrafında önəmli uğurlar əldə edilmiĢdi. Trabzon Konfransında Osmanlı dövlətinin 

istəklərini  qəbul  etməyən  Zaqafqaziya  Seymi  bu  yeni  əməli  durum  qarĢısında 

çarəsizlik  içində  bir  çıxıĢ  yolu  axtarırdı.  Nəhayət,  Osmanlı  dövlətinin  istəyinə 

uyğun  olaraq  11  may  1918-ci  ildə  müstəqilliyini  elan  edərək  "Zaqafqaziya 

Cümhuriyyəti" adını almağa məcbur oldu.

22

 



Osmanlı  dövləti  Zaqafqaziya  Cümhuriyyətindən  sülh  görüĢmələrinin 

tezliklə  baĢladılması  üçün  təmsilçilərini  Batuma  göndərməsini  istədi.  Hökumət 

rəhbərliyinə gətirilən Çenkeli gürcü, erməni və Azərbaycan türklərindən ibarət olan 

heyətlə Tiflisdən Batuma getdi. Batum Konfransında o günlərdə müstəqilliyini elan 

edən  ġimali  Qafqaz  (Dağıstan)  Cümhuriyyəti  də  Heydər  Bammat  adındakı  bir 

nümayəndə tərəfindən təmsil edilirdi. 




87 

 

Osmanlı  dövlətinin  təmsilçiləri  isə  görüĢmələrə  Ədliyyə  Naziri  və  Dövlət 



ġurası  rəisi  Xəlil  bəyin  rəhbərliyində  bir  heyətlə  qatılırdı.  3-cü  Ordu  komandiri 

Vəhib  paĢa  da  heyətdə  yer  almaqdaydı.  Sədrəzəm  Tələt  PaĢa  türk  heyətinə 

ermənilər və gürcülərin bölgədə qüvvətli bir dövlət qurmalarının əngəlləməsi üçün 

qəti təlimat vermiĢdi.

23

 

BolĢevik Sovet Rusiyası rəhbərləri də konfransa qatılmağı istəyirdi. Ancaq 



bu  istəkləri  Osmanlı  dövləti  və  Zaqafqaziya  Cümhuriyyəti  tərəfindən  qəbul 

edilmədi.  Buna  əsasən  Çiçerin,  Çenkeliyə  bir  teleqraf  göndərərək,  Batum 

Konfransında alınan qərarları qəbul etməyəcəklərini bildirdi.

24

 



Osmanlı  dövləti  Batum  Konfransına  güclü  bir  formada  girdi.  Tiflis  idarəsi 

Brest-Litovsk  Müqaviləsində  alınan  qərarları  Trabzonda  rədd  etmiĢdi.  Buna  görə 

baĢladılan hərbi hərəkatın ardından masaya oturmağa məcbur qalmıĢdı. 

Türk heyətinin konfransdakı istəklərini bu Ģəkildə xülasə edə bilərik: 

-Antanta təmsilçilərinin Cənubi Qafqazdan çıxarılması; 

-Bölgədəki türk və müsəlman əhaliyə geniĢ haqlar verilməsi; 

-Zaqafqaziya Cümhuriyyətinin əsgərlərini tərxis etməsi; 

Axıska və Axalkələk bölgəsinin boĢaldılaraq Osmanlı dövlətinə verilməsi; 

-Türk  hərbi  birliklərinin  Cənubi  Azərbaycana  asanca  nəql  edilə  bilməsi 

üçün Qars-Gümrü-Eçmiədzin-Naxçıvan-Culfa dəmir yolunun nəzarəti ilə bölgənin 

Osmanlı dövlətinə verilməsi; 

-Ġngiltərə  ilə  müharibə  davam  etdiyi  müddətcə  Cənubi  Qafqazdakı  bütün 

dəmir yollarından Osmanlı dövləti tərəfindən sərbəstcə istifadə edilməsi. 

Türk  heyətinin,  əhalisi  gürcü  əsilli  müsəlman  olan  Batum  ilə  türklərin 

çoxluq təĢkil etdiyi Axıska və Axalkələk bölgələrinin Osmanlı dövlətinə verilməsi 

məsələsindəki istəklərinin hüquqi dəlili mövcuddu. Bu bölgələrdə yaĢayan xalq öz 

gələcəklərini müəyyən etmək üçün 26 aprel 1918-ci ildə bir xalq səsverməsi təĢkil 

etmiĢ və Osmanlı dövlətinə qatılmaq qərarı almıĢdı. Bu irəliləyiĢlər, bolĢeviklərin 8 

noyabr 1917-ci ildə verdikləri "sülh  dekreti" ilə 15 noyabr və 3 dekabr 1917-ci il 

tarixlərində  açıqladıqları  "Rusiyadakı  millətlərin  haqlarına  aid  bəyannamə" 

mətnlərinə də uyğundu.

25

 



Bu  Ģərtlərin  ağır  olduğunu  düĢünən  Tiflis  idarəsinin  təmsilçiləri 

Osmanlılarla 

bağlanacaq 

müqaviləyə 

Almaniya, 

Avstriya-Macarıstan 

Ġmperatorluğu  və  Bolqarıstanın  imza  qoymasını  istədilər.  Xəlil  bəy  bu  istəyi, 

müzakirəyə  gərək  görmədən  rədd  etdi.  Almaniya  isə  türklərin  Ermənistan  və 

Azərbaycana  girməsinə  Ģiddətlə  qarĢı  çıxırdı.  Gürcüstanı  himayəsinə  alan 

Almaniya  Qafqaz  dəmir  yollarına  nəzarət  etməyə  və  Bakı  neftindən  pay  almağa 

çalıĢırdı. 

Osmanlı  hərbi  birlikləri  hərəkata  davam  edərkən  Batum  Konfransı  da  iĢini 

davam  etdirirdi.  Ancaq  Çenkeli  türk  heyətinin  istəklərini  kəskin  bir  dillə  rədd 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə