Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə42/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   38   39   40   41   42   43   44   45   ...   175

90 

 

Azərbaycan Xalq Cümhuriyyətinin quruluĢunu elan edən və nizamlayan bu 



mətn  Müsavat  Xalq  Partiyasının  partiya  proqramından  alınmıĢdı.  Fətəli  xan 

Xoyskinin rəhbərliyi ilə qurulan bu ilk hökumət 8 nazirdən ibarət idi. Bunlardan 6-

sı Müsavat partiyasına və tərəfsizlərə, biri bolĢevik Hümmət partiyasına və biri də 

blok  qrupuna  verilmiĢdi.  Beləliklə,  Azərbaycanda  yaĢayan  türklər  ilk  milli 

dövlətləri ilə hökumətlərini qurmuĢ oldular. Dövlətin keçici paytaxtı olaraq Gəncə 

elan  edildi.  Bakının  normal  Ģərtlərdə  Azərbaycanın  paytaxtı  olması  lazım  gəlirdi. 

Ancaq  bolĢeviklər  tərəfindən  31  dekabr  1917-ci  ildə  "Qafqaz  Fövqəladə 

Komissarı" sifətiylə Peterburqdan göndərilən erməni əsilli kommunist ġaumyan bir 

çevriliĢ  ilə  18  martda  idarəni  ələ  keçirmiĢdi.  Azərbaycanlı  türk  liderlər  Bakıdakı 

Müsavat  Xalq  Partiyası  tərəfindən  qurulan  hökumətin  yıxılması  nəticəsində 

Gəncəni Azərbaycan dövlətinin keçici paytaxtı olaraq elan etmək məcburiyyətində 

qalmıĢdılar. 

Azərbaycan Cümhuriyyəti elan edildikdən sonra Batumda olan təmsilçiləri 

Osmanlı  dövlətinin  təmsilçiləri  ilə  müzakirələrə  baĢladılar.  Müstəqil  Azərbaycan 

Cümhuriyyəti  adından  Milli  ġura  sədri  Məmməd  Əmin  Rəsulzadə  və  Xariciyyə 

Naziri Məmmədhəsən Hacınski, Osmanlı Dövlət ġurasının dövlət sədri və Ədliyyə 

Naziri  Xəlil  bəy  və  3-cü  Ordu  komandiri  Vəhib  PaĢa  bir  araya  gəldilər.  Tərəflər 

aparılan  görüĢmələrdən  sonra  4  iyun  1918-ci  ildə  bir  yardımlaĢma  və  iĢbirliyi 

müqaviləsi imzaladılar.

34

  Bu  anlaĢmanın  dördüncü  maddəsinə  görə,  ölkədə  asayiĢ 



və  təhlükəsizliyi  qorumağa  ehtiyac  duyularsa,  Osmanlı  dövləti  Azərbaycan 

hökumətinə  silahlı  qüvvələri  ilə  yardım  göstərməyi  qəbul  edirdi.  Azərbaycan  bu 

maddəyə  dayanaraq  ölkədə  əmin-amanlığı  və  asayiĢi  təmin  etmək  üçün  Osmanlı 

dövlətindən  hərbi  yardım  istədi.

35

  Bu  istək  Osmanlı  heyəti  tərəfindən  həmin  an 



qəbul  edildi.

36 


Osmanlı  dövləti  Brest-Litovsk  Sülh  Müqaviləsi  hökmlərinə 

dayanaraq Gürcüstan, Ermənistan və Azərbaycan dövlətləri ilə də ayrı-ayrı dostluq 

və iĢbirliyi müqavilələri imzalamıĢdı. Ġstanbul hökuməti, arzu etdiyi ilk hədəflərinə 

çatmıĢdı.  GeniĢ  bir  cəbhəyə  yayılan  3-cü  Ordunun  strateji  hədəflərə  görə  istifadə 

olunması  üçün  yenidən  təĢkilatlanması  vacib  bilindi.  6-cı  və  9-cu  ordular  bir 

ordular  qrupu  Ģəklində  yenidən  təĢkilatlandırıldı.

37

  3-cü  Ordu  isə  birbaĢa 



BaĢkomandanlıq  Vəkalətinə  bağlandı.  9-cu  ordunun  əsl  vəzifəsi,  Urmiyə  gölü  ilə 

Xəzər  dənizi  arasındakı  Cənubi  Azərbaycanı  nəzarət  altına  alaraq  bolĢeviklərin 

Ġranda  olan  ingilislərə  yardım  etməsinin  qarĢısını  almaqdı.  Bu  vəzifəni  icra  edə 

bilmək məqsədilə Urmiyə gölü ətrafındakı erməni quldurlarının təmizlənməsi üçün 

dərhal hərəkətə keçməsi lazım gəlirdi. 

1.

 



Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 67-68. 

2.

 



Zaqafqaziya  Seyminin  15  Fevral  1918  tarixli  toplantı  sənədləri  üçün 

bax: Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 69-71. 

3.

 

Yenə orada, s. 74. 




91 

 

4.



 

Akdes Nemət Kurat, Türkiyə və Rusiya, Ankara, 1990, s. 468. 

5.

 

Yenə orada. 



6.

 

Yenə orada, s. 469. 



7.

 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s.79-80. 



8.

 

Kurat. Türkiyə və Rusiya, s. 471. 



9.

 

Yenə orada, s. 472. 



10.

 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 78-79. 



11.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 478. 

12.


 

Yenə orada, s. 479. 

13.

 

Yenə orada. 



14.

 

Yenə orada, s. 470-506. 



15.

 

Yenə orada, s. 479. 



16.

 

Yenə orada, s. 496. 



17.

 

Yenə orada, s. 501-502. 



18.

 

Yenə orada, s. 504. 



19.

 

Yenə orada, s. 508. 



20.Yenə orada, s. 507-511.  

21.Yenə orada, s. 514-522. 

22.

 

Kurat, Türkiyə və Rusiya, s. 473. 



23.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 522. 

24.


 

Kurat, Türkiyə və Rusiya, s. 474. 

25.

 

Bəyannamələr üçün bax: Əlavə 1. 



26.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 522. 

27.


 

Mirzəbala Məmmədzadə, Milli Azərbaycan hərəkatı, s. 87. Xəlil bəyin 

Çenkeliyə  verdiyi  notanın  mətni  belə  idi:  "Zati-alilərinə  məlum  olduğu  üzrə, 

Qafqazın vəziyyəti çox kritik və mübhəmdir və bu səbəbdən də həll edilməsi lazım 

gələn  problemlər  var.  Bakı  və  ətrafında  yüz  minlərlə  türk  və  müsəlman,  özlərini 

inqilabçı  adlandıran  vicdansız  quldurların  qanlı  pəncələrində  inləyir  və  bu 

zavallıları 

təhdid 


edən, 

bərpası 


mümkünsüz 

fəlakət, 

gündən 

günə 


yaxınlaĢmaqdadır.  Saysız  mütəĢəkkil  quldur  dəstələrinin  hücumları  vaqe  olan 

Qafqazın  digər  qisimlərindəki  türk  və  müsəlman  əhalinin  vəziyyəti  təsəllibəxĢ 

deyil. Rəis həzrətləri, yəqin qəbul edərsiniz ki, bu adı daĢımağa layiq olan heç bir

 

hökumət,  həmsərhəd  olduğu  bir  ərazidə  belə  cinayətlərin  saysız  artmasına  dözə 



bilməz.  Və  yenə  qəbul  edərsiniz  ki,  Qafqazı  məhv  edən  anarxiyaya  münasibətdə, 

Osmanlı dövlətinin vəziyyəti çox həssasdır. Çünki bu anarxiya, Osmanlı dövlətinin 

əhalisiylə  eyni  irqə  və  dinə  mənsub  olan  bir  əhalinin  əmniyyətini  də  əlaqədar 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə