Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə44/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   40   41   42   43   44   45   46   47   ...   175

95 

 

Ənvər  paĢa  Çərkəz  MarĢal  Fuad  paĢa  kimi  seçkin  Qafqaz  köçmənlərindən 



əmələ  gələn  bir  təĢkilatlanmaya  gedərək,  ġimali  Qafqazda  üsyan  edilməsi  üçün 

"Türk  Səhiyyə  Missionu"  adında  bir  komitə  qurmuĢdu.  Digər  tərəfdən  də 

Gürcüstanda  acarlarla  oxĢar  çalıĢmalar  yürüdürdü.  Rusiyada  1917-ci  ilin  mart 

ayında  baĢlayan  anarxiya  və  oktyabr  ilə  noyabr  aylarında  yaĢanan  ixtilal  Ənvər 

paĢanı  olduqca  cəsarətləndirmiĢdi.  Türkçülük  və  turançılıq  sahəsindəki  fikirlərini 

tətbiq  edə  bilmək  üçün  qızıl  kimi  bir  fürsətin  qarĢısına  çıxdığını  qısa  müddətdə 

anlamıĢdı. 

Rusiyada dövlət  və cəmiyyətdə baĢlayan çözülmə rus ordusunda da davam 

edirdi. Qafqaz cəbhəsində zirvə nöqtəyə çatan dağılma bölgədə böyük bir avtoritet 

boĢluğu  doğurmuĢdu.  Rus  hərbi  birliklərinin  yerini  alan  silahlı  erməni  quldurları 

Qafqazdakı  türk  və  müsəlman  xalqa  qarĢı  etnik  təmizliyə  baĢlamıĢdı.  Erməni 

quldurlarının ġərqi Anadoluda baĢlatdığı vəhĢət və qırğın Azərbaycanda da sürətlə 

yayılırdı.  Bundan  sonra  Azərbaycan  türkləri  Osmanlı  dövlətindən  yardım  istədi. 

Qafqaz türklərindən ibarət olan bir heyət 1917-ci ilin oktyabr ayında 6-cı ordunun 

yerləĢdiyi Mosula getdi. Bir baĢqa heyət də 1918-ci ilin martında Batum üzərindən 

Ġstanbula  çatdı.  6-cı  Ordu  komandanı  Xəlil  paĢa  Qafqaz  və  Ġrandakı  durumu 

yerində görmək və gərəkli araĢdırma aparmaq məqsədilə topçu teymen (leytenant) 

Müzəffər  bəyin  rəhbərliyində  bir  heyəti bölgəyə  göndərdi.  Teymen  Müzəffər  bəy 

vəzifəsini tamamlayıb Mosula döndüyündə Qafqazda gərəkli təĢkilatı qurmaq üçün 

Ģərtlərin uyğun olduğunu raport etmiĢdi. Bu dəyiĢikliklərdən baĢqa ġərqi Avropada 

ruslara  əsir  düĢən  Avstriyalı  bir  zabit  həbsdən  qurtarılaraq  Qafqaz  üzərindən 

Ġstanbula  çatmıĢdı.  Bu  zabitin  verdiyi  bilgilər  də  paytaxtda  dəyərləndirilmiĢdi. 

Buna görə Qafqazda rus idarəsinin çökdüyü, bölgədə yaĢayan türklərin müstəqillik 

üçün  savaĢmağa  hazır  olduqları,  ancaq  bunları  təĢkilatlandıracaq  və  öndərlik 

edəcək  heyətlərdən  məhrum  olduqları  üçün  hərəkətə  keçə  bilmədikləri  nəticəsinə 

gəlindi.  Bundan  baĢqa,  Qafqaz  tüklərinin  qabaqcılları,  siyasətçiləri  və  ziyalıları 

Osmanlı  dövlətindən  yardım  istəyirdilər.  Ənvər  PaĢa  bu  və  buna  bənzər 

dəyiĢikliklər və dəyərləndirmələr nəticəsində Qafqaz və Orta Asiyada türk birliyini 

təmin etmək üçün tarixi bir fürsətin qarĢılarına çıxdığını düĢünürdü. Çünki Qafqaz 

və  Türküstanda  rus  ordusundan  əsər  qalmamıĢdı.  Bundan  baĢqa  gürcü  və 

ermənilərin hərbi birlikləri də türk ordusuna əngəl ola biləcək gücdə deyildi. 

2. BolĢevik ixtilalı və Azərbaycandakı irəliləyiĢlər: 

Qafqazda  önəmli  bir  yeri  olan  Bakı,  ġirvanĢahlar  dövründən  rus  iĢğalına 

qədər  bir  xanlıq  mərkəziydi.  Türk  tarixi  və  mədəniyyətinin  Qafqazdakı  önəmli 

sayıla  biləcək  mərkəzlərindən  biri  olma  özəlliyini  də  daima  qorumuĢdu.  Bundan 

baĢqa  Qafqazda  neft  ilk  dəfə  Bakıda  çıxarılmıĢdı.  Bu  üzdən  iĢ  və  aĢ  tapa  bilmə 

ümidi  daĢıyan  daha  çox  insanın  axınına  uğramıĢdı.  Buna  rəğmən  Ģəhərdəki 




96 

 

əhalinin böyük çoxluğunu Oğuz türkləri təĢkil edirdi. Bu və buna bənzər özəlliklər 



səbəbindən Azərbaycanın ən böyük mərkəzi və təbii paytaxtı Bakı Ģəhəri idi. 

Sankt-Peterburqda baĢlayan üsyanın ardından Rusiyanın iĢğalı altındakı bir 

çox  bölgədə  çarlıq  idarəsinə  müxalif  güclər  idarəni  ələ  keçirmiĢdilər.  BolĢeviklər 

iqtidara  gəlincə,  Lenin,  baĢda  neft olmaq  üzrə  Azərbaycanın zənginliklərini  əldən 

çıxarmamaq üçün hərəkətə keçdi. Arzularına çata bilmək üçün niyyətini 18 dekabr 

1917-ci ildə ortaya qoydu. Bunu həyata keçirə bilmək üçün də erməni əsilli Stepan 

ġaumyanı  "Qafqaz  Fövqəladə  Komissarı"  olaraq  geniĢ  səlahiyyətlərlə  Bakıya 

göndərdi.  Stepan  ġaumyan,  bolĢevik  idarəsini  Azərbaycanda  gücləndirmək  üçün 

Əzizbəyov  və  Nəriman  Nərimanov  kimi  yerli  türk  əsilli  kommunistlərdən  böyük 

dəstək gördü. 

Qafqaz  Fövqəladə  Komissarının  xidmət  sahəsini  müəyyən  etmək  üçün 

Rusiya Komissarlar Heyəti sədri Lenin və Millətlər Komissarı Stalin tərəfindən 30 

dekabr 1917-ci il tarixində Cənubi Qafqaz və ġərqi Anadolunun gələcəyi ilə bağlı 

iĢlər  görmək  səlahiyyəti  verildi.  Bu  qərarnaməyə  görə  ġaumyana  verilən  baĢlıca 

vəzifə Cənubi Qafqazdakı milli istiqlal hərəkətlərinin qarĢısını almaq, bölgədə bir 

Kommunist  Sovet  rejimi  təsis  etmək  və  rus  ordusunun  iĢğalı  altında  olan  ġərqi 

Anadolu  torpaqlarında  da  Sovet  Rusiyasının  himayəsində  bir  Ermənistan  dövləti 

qurmaqdı.

2

 

Rusiya  Komissarlar  Heyəti  sədri  Lenin  ilə  Millətlər  Komissarı  Stalin 



tərəfindən hazırlanan qərarnamə belə idi: 

Dekret  No.  13:  Xalq  Komissarları  ġurası,  rus  ordusu  tərəfindən  iĢğal 

edilmiĢ  olan  Türkiyə  Ermənistanında  erməni  xalqının  tam  istiqlal  elan  etmək 

dərəcəsinə qədər öz müqəddəratını təyin  haqqını müdafiə edəcəyini bütün erməni 

xalqına elan edir. 

Xalq  Komissarları  ġurası,  bu  haqqın  tətbiqi  üçün  bütün  erməni  xalqının 

sərbəst rəy ilə milli iradə təsbit edincəyə qədər bir sıra yardımçı çarələrə təvəssül 

etməyi gərəkli bilir və yardımçı tədbir olmaq üzrə bunları qərar altına alır: 

1.

 



Türkiyə  Ermənistanını  iĢğal  edən  rus  ordusu  dərhal  çıxarılıb  o 

məntəqələrdə  Ģəxsi  əmniyyət  və  nizamı  təmin  üçün  erməni  xalq  milis  qüvvələri 

qurulmalıdır. 

2.

 



Türkiyə  bayrağına  xəyanət  edərək  düĢmən  tərəfinə  keçən  ermənilərlə 

digər  məmləkətlərdə  yaĢayan  erməni  mühacirlərin  hər  hansı  bir  əngəllə 

qarĢılaĢmadan Türkiyə Ermənistanına geri dönmələri təmin edilməlidir. 

3.

 



Böyük  savaĢ  əsnasında  Türkiyə  hökuməti  tərəfindən  zorla  Türkiyənin 

iç  vilayətlərinə  sürülən  ermənilərin  heç  bir  əngəllə  qarĢılaĢmadan  Türkiyə 

Ermənistanına gətirilmələri təmin edilməlidir. 

4.

 



Demokratik  erməni  xalq  komissarları  Ģurası  ilə  erməni  komitəsi 

Türkiyə Ermənistanının keçici idarəsini təĢkil etməlidir. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə