Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə45/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   41   42   43   44   45   46   47   48   ...   175

97 

 

Birinci  və  ikinci  maddələrdəki  qərarların  həyata  keçirilməsi  üçün  Türkiyə 



Ermənistanı  xalqına  hər  cür  yardım  etmək  və  Türkiyə  Ermənistanındakı  rus 

ordusunu  çıxarmaq  məqsədilə  məhəlli  komissiyalar  vücuda  gətirmək  kimi 

xidmətlərlə Qafqaz iĢləri fövqəladə komissarı Stepan ġaumyan vəzifəlidir. 

Qeyd:  Türkiyə  Ermənistanının  coğrafi  hüdudları,  erməni  xalqının 

demokratik  əsaslar  daxilində  ediləcək  seçimlə  müəyyən  olunacaq  təmsilçiləri 

tərəfindən,  qonĢu  ölkələrlə  münaqiĢəli  məntəqələr  müsəlman  və  digər  xalqlarla 

anlaĢmaq surətiylə və Qafqaz fövqəladə komissarının iĢtirakı ilə təyin olunacaqdır. 

Ġmza: Xalq Komissarları Heyəti rəisi Ulyanov Lenin - Milli İşlər Komissarı 

Cuqaşvili Stalin.

Bu sənəddən də anlaĢıldığına görə, Lenin də özündən əvvəlki rus çarlarının 

isti  dənizlərə  enmək  üçün  tətbiq  etdiyi  politikaları  sürdürməyə  qərarlı  görünürdü. 

BolĢevik liderlər dünya hakimiyyəti üçün Qafqaz üzərindən Bəsrə körfəzi və Hind 

okeanına  çatmağı  xəyal  edirdilər.  Bu  planın  hərəkət  bazası  yenə  Qafqaz  olacaqdı 

və  bunun  üçün  də  bölgənin  bolĢevik  Rusiya  idarəsi  altına  girməsi  lazım  gəlirdi. 

ġaumyan  Tiflisdəki  Seym  Məclisində  olan  adamlarının  müvəffəqiyyət  qazana 

bilməməsindən  sonra  çalıĢmalarını  Bakı  və  ətrafında  yoğunlaĢdırdı.  Çünki 

cəbhədən qaçaraq evlərinə dönməyə çalıĢan 20-25 minə yaxın rus və erməni əsgər 

Bakıda  toplanmıĢdı.  Osmanlı  dövlətinə  xəyanət  etdikləri  üçün  ġərqi  Anadoludan 

qaçan minlərlə erməninin böyük bir hissəsi də Bakıda idi. Xəzər dənizində isə rus 

çarlığının savaĢ gəmiləri vardı. Bakı və ətrafındakı neft quyularının baĢında da rus 

və erməni iĢçilər çalıĢırdı. Bu Ģərtlər ġaumyanı olduqca ümidləndirirdi. 

Azərbaycan  Atatürk  Mərkəzinin  sədri  professor  Nizami  Cəfərov  o 

günlərdəki vəziyyəti belə xülasə etmiĢdir: 

"Azərbaycanın  o  tarixlərdə  türk  ordusunun  yardımına  böyük  ehtiyacı  var 

idi.  Rus  iĢğalı  dövründə  çar  idarəsi  Azərbaycan  türklərini  hərbiyə  almırdı. 

Azərbaycan  Cümhuriyyəti  qurulunca  özünü  qoruya  biləcək  sistemli  bir  ordusu 

yoxdu.  Azərbaycanı  müdafiə  edəcək  baĢqa  bir  gücü  təsəvvür  etmək  mümkün 

deyildi.  Bunu  da  nəzərə  almaq  lazımdır  ki,  Azərbaycan  böyük  basqılarla  qarĢı-

qarĢıya  qalmıĢ,  hər  tərəfdən  mühasirə  altına  alınmıĢdı.  Bir  tərəfdən  tamamilə 

vəhĢiləĢmiĢ,  Ģəxsiyyətini  itirmiĢ  rus  bolĢevik  Qızıl  Ordusu,  o  biri  tərəfdən  yeni 

imperialist  məqsədlər  güdərək  Qafqaza  gələn  ingilis  əsgərləri,  baĢqa  bir  tərəfdən 

ayrı  iddialarla  bölgədə  erməni  dövləti  qurmaq  üçün  hərəkətə  keçən  ermənilər 

Azərbaycan üzərində hesablar aparırdılar".

4

 



BolĢeviklər  və  ermənilər  AbĢeron  yarımadasındakı  zəngin  neft  yataqlarını 

tamamən  ələ  keçirmək  üçün  türkləri  bölgədən  uzaqlaĢdırmaq  istəyirdilər.  Türkiyə 

və  Avropa  cəbhəsindən  Qafqaza  dönən  erməni  əsilli  rus  əsgərlərini  də  Bakıda 

toplayırdılar.

5

  ġaumyanın  bir  baĢqa  düĢüncəsi  də  Xəzər  dənizi  ilə  Qara  dəniz  və 



Aralıq  dənizinə  sahili  olan  "Böyük  Ermənistan"  təsəvvürünü  həyata  keçirə 


98 

 

bilməkdi. Rus və erməni ortaqlığı, bu xəyala çata bilmək üçün 19 mart 1917-ci ildə 



Bakıda  "ĠĢçilər  soveti"  (Proletar  soveti)  adlı  bir  məclis  qurdular.  ĠĢçilər  sovetində 

çoxluğu  ixtilalçı  sosialistlər  və  menĢeviklər  təĢkil  edirdi.  BolĢeviklər  isə  azlıq 

təĢkil  edirdi.  Buna  rəğmən  sovetin  baĢına  ġaumyan  gətirildi.  Bu  birlikdə  dərin 

görüĢ  ayrılıqları  var  idi.  Qısa  müddət  sonra  ġaumyan  devrilərək  yerinə  ixtilalçı 

sosialistlərdən erməni əsilli Sako Sakiyan seçildi. Fəqət Sakiyan da idarəyə hakim 

ola  bilmirdi.  Bu  dəyiĢikliklərdən  sonra  həmin  ilin  oktyabr  ayında  Bakıda 

mübahisəli bir seçki keçirildi. Təxminən 25.700 seçicinin səs verdiyi seçkidən bu 

nəticə ortaya çıxdı:  

-Türklərin dəstəklədiyi Müsavat Xalq Partiyası: 9.617 səs, 

-Rusların  çoxluqla  və  ermənilərin  qismən  dəstəklədiyi  Ġxtilalçı  Sosialist 

Partiyası: 

6.285 səs, 

-Erməni DaĢnak Partiyası: 5.288 səs, 

-Rusların böyük çoxluqla dəstəklədiyi BolĢevik Partiyası: 3.823 səs, 

-Rus ziyalılarının dəstəklədiyi MenĢevik Partiyası: 687 səs. 

Çox mübahisəli və Ģübhəli seçkinin nəticələrinə görə, Bakı sovetində türklər 

azlıqda  qalmıĢ,  rus  və  erməni  təmsilçilər  çoxluğu  ələ  keçirmiĢdilər.  Bu  səbəbdən 

Fətəli  xan  Xoyski  kimi  türk  ziyalıları  da  bu  məclisdə  artıq  bir  varlıq  göstərə 

bilmirdilər. 

Bakıda  təĢkil  olunan  yeni  sovet,  qısa  müddətdə  bütün  iqtidarı  ələ  keçirdi. 

Türklərin  dəstəklədiyi  Müsavat  Partiyası  ilə  digər  siyasi  partiyalar  hökumətdən 

çəkildilər. Bakı sovetinin baĢına Lenin tərəfindən geniĢ səlahiyyətlərlə göndərilən 

Stepan ġaumyan, komitəçi üsullarla yenidən gətirildi. Bakıda əhali etibarilə böyük 

çoxluğu  təĢkil  edən  türklərə  qarĢı  qısa  müddətdə  basqı,  təhdid  və  hədələmə 

hərəkətləri  baĢladı.  Zatən  ġaumyanın  baĢlıca  vəzifəsi  Bakı  və  ətrafını  türklərdən 

təmizləməkdi.  Rus  bolĢeviklər  və  erməni  daĢnaklar  siyasi  güclərinin  də  verdiyi 

cəsarətlə  Bakıda  qısa  müddətdə  müsəlman-xristian  qarĢıdurması  əmələ  gətirdilər. 

Bakı sovetinin baĢında duran ġaumyan Cənubi Qafqazda kommunist hakimiyyətini 

qəti  bir  Ģəkildə  təmin  etmək  üçün  Ģərtlərin  yetiĢdiyini  düĢünürdü.  Bölgədə  etnik 

təmizlik aparmaq üçün fürsət gözləyirdi. 18 mart (31 mart) 1918-ci ildə bu fürsəti 

də yaxaladıqlarını düĢündülər. Lənkərandan Bakıya gedən 20-yə qədər Azərbaycan 

türkünün  silahlarını  almaq  bəhanəsiylə  çıxarılan  gərginlikdə  gözü  dönmüĢ  rus 

bolĢevik və erməni daĢnak militanlar qarĢılarına çıxan türklərə təcavüz göstərməyə 

baĢladılar.  Rus  və  erməni  ittifaqı,  üç  gün,  üç  gecə  davam  edən  qətliamda  qadın, 

kiĢi,  qoca,  cavan,  uĢaq  demədən  14  mindən  çox  türkü  acımadan  öldürdülər. 

Bakının  türk  məhəllələri,  dənizdəki  donanmadan,  təyyarələrlə  havadan  və  yerdən 

top atəĢinə tutuldu. Məscidlər, məktəb və mədəniyyət mərkəzləri dağıdıldı, mətbəə, 

teatr,  məktəb  və  kitabxanalar  yandırıldı.  Türklərin  önəmli  bir  hissəsi  canilərin 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə