Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə48/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   44   45   46   47   48   49   50   51   ...   175

103 

 

olunduğunu,  əgər  istərsə  ġimali  Qafqazda  vəzifə  verə  biləcəyini  bildirdi.  Albay 



Kazım  bəy  yarbaylıqdan  general-leytenant  rütbəsinə  yüksəldilən  Nuru  bəyin 

əmrində çalıĢacağını öyrənincə bu vəzifədən əfvini istədi. 

Ənvər  paĢa  Qafqazda  yaĢayan  türk  və  müsəlman  xalqların  yaĢadığı 

bölgələrdə  gərək  olan  təĢkilatlanmanı  yaratması  və  onlardan  əmələ  gələcək  bir 

"Ġslam  Ordusu"  qurması  üçün  qardaĢı  yarbay  Nuru  bəyi  vəzifələndirdi.  Nuru  bəy 

iki  tümənlik  bir  korpus  və  bəzi  milis  süvari  alaylarından  təĢkil  ediləcək  Qafqaz 

Ġslam  Ordusuna  əmr  edəcəkdi.

18

  Zabit  heyətləri  də  buna  görə  təyin  olunacaqdı. 



Nuru bəyin belə bir orduya yarbay rütbəsilə əmr etməsi mümkün deyildi. Bu üzdən 

iki rütbə  yüksəldilərək fəxri general-leytenant rütbəsinə  yüksəldildi. Nuru paĢa ilə 

Qafqaza gedəcək zabitlərə də fəxri olaraq bir üst rütbə verildi.

19

 



Osmanlı  dövlətinin  müttəfiqi  olan  Almaniya  Qafqazda  Brest-Litovsk 

müqaviləsi  ilə  müəyyən  olunan  sərhədlərin  Ģərqinə  keçilməsini  istəmirdi. 

Almanların Gürcüstan və xüsusilə Bakı nefti üzərində də gizli hesabları var idi. Bu 

üzdən türk ordusunun Azərbaycana girməsinə kəskinliklə qarĢı çıxırdı. Bu və buna 

bənzər  səbəblərə  görə  Ənvər  paĢa  bu  təĢkilatlanmanı  son  dərəcə  gizli  bir  Ģəkildə 

yürüdürdü.  BaĢda  Almaniya  və  Rusiya  olmaq  üzrə  böyük  dövlətlərin  diqqətini 

çəkməmək  üçün  qurulacaq  ordunun  Azərbaycanda  yaĢayan  türk  və 

müsəlmanlardan  təĢkil  edilmiĢ  kimi  göstərilməsinə  cəhd  edirdi.  Bu  üzdən  orduya 

da  "Qafqaz  Ġslam  Ordusu"  adının  verilməsi  uyğun  görülmüĢdü.  BaĢkomandan 

vəkili  Ənvər  paĢa  bu  ordunun  qurula  bilməsi  üçün  Ģəxsən  çalıĢmıĢdı.  GeniĢ  bir 

qismin  marağını  çəkməmək  və  qarĢı  tədbir  almalarını  əngəlləmək  üçün  qardaĢı, 

əmisi və çox yaxın özəl əməkdaĢlıq içində olduğu dostları ilə çalıĢmalar aparmıĢdı. 

Qafqazda, xüsusilə Bakı, ġamaxı və Yerevanda rus bolĢeviklərin və erməni 

daĢnakların  baĢlatdığı  türklərə  qarĢı  etnik  təmizləmə  və  soyqırım  hərəkatı  sürət 

qazanmıĢdı.  Azərbaycanda  yaĢayan  türklərin  imdadına  yetiĢə  bilmək  üçün  Nuru 

paĢanın  çox  sürətli  hərəkət  etməsi  lazım  gəlirdi.  Osmanlı  sultanı  5-ci  Mehmet 

RəĢad  tərəfindən  Nuru  paĢanın  Qafqaz  Ġslam  Ordusu  komandanı  olduğuna  və 

bütün  Qafqazda  Sultan  adından  hərbi  və  siyasi  fəaliyyət  göstərəcəyinə  dair  bir 

fərmana verilmiĢdi

20



4.Azərbaycan Cümhuriyyətinin elan edilməsi: 

Cənubi  Qafqaz  Cümhuriyyəti  Məclisi  Seym,  yalnız  gürcü  və  erməni 

mənafelərini qoruyan bir təĢkilat durumundaydı. Seym Məclisində önəmli vəzifələr 

gürcü  və  ermənilərə  verilmiĢdi.  Azərbaycanlı  türklərə  isə  yalnızca  sosial  yardım 

məsələləri ilə əlaqəli sahələr saxlanmıĢdı. 

Birinci  Dünya  müharibəsində  türklərin  müttəfiqi  Almaniya,  Qafqaz 

məsələsində Osmanlı dövləti ilə fərqli bir mənafe toqquĢmasına girmiĢdi. Qafqazın 

zənginliklərini  ələ  keçirmək  istəyən  Almaniya,  xüsusilə  Bakı  neftində  söz  sahibi 




104 

 

olmağı hədəfə alırdı. Bu mülahizələrlə almanların dəstəyini təmin edən gürcülər 26 



mayda Cənubi Qafqaz Cümhuriyyətindən ayrılaraq, müstəqilliyini elan etmiĢdilər. 

Osmanlı dövləti Gürcüstan, Ermənistan və Azərbaycan ilə ayrı-ayrı dostluq 

və  əməkdaĢlıq  müqavilələri  imzalamaq  üçün  çalıĢırdı.  Türkiyə  Qafqazda  edəcəyi 

hərbi hərəkatın təhlükəsiz bir Ģəkildə yürüdülə bilməsi üçün bəzi strateji bölgələrlə 

dəmir  yollarını  nəzarəti  altına  almaq  və  erməni  və  gürcü  qüvvələrinin  türk  hərbi 

hərəkatına  müdaxilə  edə  bilməyəcək  bir  vəziyyətə  gətirilməsini  təmin  etmək 

istəyirdi.  Türklərin  gürcü  və  ermənilərə  qəbul  etdirməyə  çalıĢdığı  bu  istəklərə 

almanlar Ģiddətlə qarĢı çıxdı. Almanlar gürcülərlə Potidə imzaladıqları müqavilə ilə 

Batum-Tiflis

 

dəmir yolunun nəzarətini ələ keçirdilər. Bununla da kifayətlənməyən 



almanlar  ruslara  əsir  düĢən  əsgərlərindən  birliklər  qurmağa  baĢladılar.  Ermənilər 

isə  Tiflis-Culfa  dəmir  yolunun  nəzarətini  almanlara  vermək  istəyirdilər.  Osmanlı 

dövləti  bu  dəyiĢikliklər  qarĢısında  lazım  gələn  çalıĢmaları  sürətlə  tamamlayaraq, 

istəklərini qəbul etdirdi. Batumda 31 may 1918-ci ildə ermənilərlə, 3 iyun 1918-ci 

ildə  də  gürcülərlə  dostluq  və  əməkdaĢlıq  müqavilələri  imzaladı.

21

  Bu  yenilik 



Almaniya ilə Osmanlı dövlətinin arasını açmaqda gecikmədi. BaĢkomandan vəkili 

Ənvər  paĢa  Türkiyə  ilə  Almaniya  arasında  ortaya  çıxan  bəzi  anlaĢılmazlıqları 

çözmək  üçün  Osmanlı  Orduları  kurmay  baĢqanı  alman  generalı  Von  Seeckt  ilə 

Batuma  getdi.  Məsələ  burada  gen-bol  araĢdırıldı.  Fəqət  almanlar  daha  sonra 

bildiklərini  tətbiq  etməyə  çalıĢdılar.  Buna  görə  3-cü  Ordu  komandanı  Vəhib  paĢa 

Gümrüdəki  türk  hərbi  birliklərinin  Tiflis  üzərinə  yürüməsini  əmr  etdi.  10  iyun 

1918-ci  ildə  irəli  hərəkata  baĢlayan  birliklər  qarĢılarına  çıxan  gürcü-alman 

birləĢmiĢ qüvvələrini dağıtdı. Bəzi alman zabit və əsgərlərini də əsir etdilər. Alman 

baĢ Qərargahının Ənvər paĢa nəzdində dövrəyə girməsi nəticəsində əsirlər sərbəst 

buraxıldı,  türk  əsgəri  də  irəli  hərəkatı  dayandırdı.  Bu  dəyiĢikliklərə  rəğmən 

almanlar  qısa  bir  müddət  sonra  türk  əsgərinin  Gürcüstandakı  dəmir  yollarından 

faydalanmasına müxtəlif əngəllər çıxarmağa davam etdilər.

22

 

Batumda  bu  dəyiĢikliklərin  yaĢandığı  günlərdə  Nuru  paĢa  geniĢ 



səlahiyyətlərlə  təchiz  olunaraq,  25  mart  1918-ci  ildə  6-cı  Ordunun  yerləĢdiyi 

Mosula  getdi.

23

  Buradan  seçdiyi  iyirmi  nəfərlik  qərargah  zabiti  və  gərəkli  hərbi 



personalla  birlikdə  8  apreldə  Mosuldan  hərəkətlə  Revandiz,  Sovuçbulaq,  Təbriz 

üzərindən  Zəngəzura  çatdı  və  20  apreldə  Osmanlı  sultanının  ona  verdiyi  fərmanı 

yayınladı.  Paytaxt  Bakı  düĢmən  iĢğalı  altındaydı.  Qara  dəniz-Tiflis-Bakı  quru  və 

dəmir yolu xəttinin üzərində olması və ətrafında sıx olaraq türklərin yaĢaması kimi 

bəzi  əlveriĢli  səbəblərə  görə  Nuru  paĢa  ordu  mərkəzinin  Gəncədə  qurulmasına 

qərar verdi.

24

 

Türk  Qafqaz  Ġslam  Ordusu  komandanı  Nuru  paĢa  25  may  1918-ci  ildə 



coĢqun sevgi nümayiĢi altında Gəncəyə girdi. Nuru paĢanın yanında Qafqaz Ġslam 


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə