Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə50/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   46   47   48   49   50   51   52   53   ...   175

107 

 

silah  və  cəbbəxana  ilə  bərabər  təxminən  on  min  dəst  hərbi  forma  göndərilməsi 



halında  əsgər  alımına  baĢlayacaqlarını  bildirdi.  Bundan  baĢqa  kifayət  qədər 

tərbiyəçi zabit və serjantın da göndərilməsini istədi.

31

 

Qafqazdakı  durumun  ciddiyyətini  təxmin  edən  Vəhib  paĢa  istənilən  silah, 



cəbbəxana  və  digər  ehtiyacların  təmin  edilərək  yola  çıxarılacağını,  bundan  baĢqa 

bir müfrəzənin də ən qısa müddətdə göndəriləcəyini bildirdi.

32

 

5. Türk Qafqaz Ġslam Ordusunun quruluĢu və güclənməsi: 



Osmanlı dövləti ilə Azərbaycan  Cümhuriyyəti arasında 4 iyun 1918-ci ildə 

Batumda  bir  Dostluq  və  ƏməkdaĢlıq  müqaviləsi  imzalanmıĢdı.  Müqaviləyə 

Osmanlı Dövləti Ədliyyə naziri Xəlil bəy və ġərq Orduları komandanı Vəhib paĢa 

ilə  Azərbaycan  ġurayı  Milli  rəisi  Məmməd  Əmin  Rəsulzadə  və  Xariciyyə  naziri 

Məmməd Həsən bəy imza atmıĢdılar.

33

  Rəsulzadə,  bu  müqavilə  hökmlərinə  görə, 



Qafqazdakı  türk  və  müsəlman  xalqa  qarĢı  qətliamın  bir  an  öncə  dayandırılması 

üçün Osmanlı Dövlətindən hərbi yardım istədi.

34 

BaĢkomandan vəkili Ənvər paĢa 



isə  gələn  raportlara  istinadən  durumun  ciddiliyini  anladı  və  ġərq  Orduları 

Komandanlığı  tərkibində  olan  5-ci  Qafqaz  piyada  diviziyasının  Qafqaz  Ġslam 

Ordusu  sıralarına  qatılması  üçün  əmr  verdi.  Bundan  sonra  5-ci  Qafqaz  piyada 

diviziyası,  albay  Mürsəl  bəyin  komandirliyi  ilə  Gəncəyə  hərəkət  etdi.  Bu 

diviziyada 9, 10 və 13-cü Qafqaz piyada alayları, 19-cu və 42-ci süvari alayları, 5-

ci Qafqaz səhra  topçu  alayı,  1-ci və 2-ci  batareyalardan  ibarət  olan Ģnayder  topçu 

taboru ilə 4-cü və 5-ci batareyalardan əmələ gələn dağ topçu taboru vardı. Bundan 

baĢqa xəbərləĢmə,  istehkam,  tibbi, səyyar  xəstəxana,  nəfəsli orkestr, çörəkçi  kimi 

dəstək  qolları  və  yardımçı  bölüklər  ilə  qruplar  xidmət  edirdi.  5-ci  Qafqaz  piyada 

diviziyasının tərkibində 257 zabit, 5575 əsgər və 1266 heyvan var idi.

35

 

5-ci Qafqaz piyada diviziyasından ilk olaraq Gəncə Müfrəzəsi adı verilən və 



minbaĢı  Cəmil  Cahid  bəyin  (sonradan  general  Toydəmir)  əmrindəki  9-cu  Qafqaz 

alayı  ilə  minbaĢı  Zihni  bəyin  komandanlığındakı  mürəttəb  2-ci  süvari  alayı,  4 

iyunda  Qarakilisin  Ģimalındakı  Cəlaloğlundan  Gəncəyə  hərəkət  etdi.  Bu  hərbi 

birliklər  yollarına  çıxan  bəzi  alman  birliklərini  zorla  Tiflisə  dönməyə  məcbur 

etdilər.

36 


Bölgədəki  erməni  quldurlarını  da  təmizlədilər.  Xalqın  sıx  sevgi 

nümayiĢləri altında Qazax və Tovuz

37

 bölgəsindən  keçərək,  9-10 iyunda  Gəncəyə 



çatdılar  və  Qafqaz  Ġslam  Ordusunun  əmrinə  girdilər.  Diviziyanın  geridə  qalan 

hissəsi isə 15 iyuna qədər dalbadal Gəncəyə çatdı. Xalq  Gəncədə türk əsgərlərini 

qurbanlar  kəsərək  böyük  bir  coĢqu  ilə  qarĢıladı.  ġəhərin  hər  yanı  qurtarıcı  olaraq 

görülən  Osmanlı  dövləti  və  Azərbaycan  bayraqları  ilə  bəzədildi.  Beləcə  Gəncədə 

rus Qızıl Ordu və erməni daĢnak qüvvələrinin qarĢısında savaĢa biləcək həqiqi bir 

nizami ordu var idi. 

Rumıniyada  Qaliçya  cəbhəsində  xidmət  edən  15-ci  piyada  diviziyası  isə 

gəmilərlə  Köstəncədən  ayrılaraq,  28  iyunda  Batum  limanına  çatdı  və  oradan 




108 

 

Gümrüyə keçdi. Bu diviziyadan, əvvəlcə 38-ci alay, sentyabr ayının əvvəlində də 



56-cı  alay,  36-cı  diviziyadan  da  106-cı  və  107-ci  alaylar  yay  aylarında 

Azərbaycana göndəriləcəkdilər. 

Azərbaycan türklərinin milli Ģairi Əhməd Cavad xalqın bu sevincini yazdığı 

Ģeirlərlə dilə gətirirdi. Əhməd Cavad "Türk Ordusuna" adlı Ģeirində deyirdi: 



Ey şanlı ölkənin şanlı ordusu,  

Unutma Qafqaza gəldiyin günü.  

Gəlirkən qovmağa Turandan rusu  

Ayağını Qara dəniz öpdümü, 

 

İlk atarkən əski bürcə addımı,  

Qars Qalası salam topu atdımı.  

Sən yaparkən orda zəfər şənliyi,  

Məğlub düşmən qaşlarını çatdımı. 

 

Çıxdığın gün Allahu-əkbər dağına  

Dağıstan dağları qibtə eylədi.  

Baxdım Xan Sarayı viran tağına,  

"Sən gələrsən, şən olaram" söylədi. 

 

Gəldiyin gün Kürün axar-baxarı  

Əski günahlardan silkindi çıxdı.  

Eşidib Gümrüdə tək bir səsini,  

Araz sevincindən dünyanı yıxdı. 

Milli  Ģair  Əhməd  Cavad  qəhrəman  Mehmetçiyin  Gəncəyə  çatması 

münasibətilə qələmə aldığı bir baĢqa Ģeirində də bu duyğuları dilə gətirmiĢdi: 

Qardaşlığın fərmanına baş əyib,  

Məzlumların imdadına yetişdin.  

Qaranlıqda süngü sənə yol açdı,  

Sən o yolda muradına yetişdin.  

Yürü, yürü batan günün izinə, 

Gülümsəyir doğan günəş üzünə. 

 

Bu qarşıkı duman çıxan bacadan,  

Sən gəlmədən iniltilər çıxardı.  

Geciksəydin məzlumların fəryadı  

Yeri-göyü, kainatı yıxardı.  

Yürü, yürü batan günün izinə,  

Gülümsəyir doğan günəş üzünə



109 

 

Nuru paĢa Gəncəyə çatdığı andan etibarən bir yandan nizamlı ordu qurmaq, 



digər  yandan  da  ölkədə  asayiĢi  təmin  etmək  üçün  çalıĢırdı.  ĠĢğal  altında  olan 

Bakıda  vəzifəsini  davam  etdirə  bilməyən  Azərbaycan  Məclisi  müvəqqəti  paytaxt 

olaraq  Gəncəni  seçmiĢdi.

38

  Gəncə  o  illərdə  55-60  min  əhalisi  ilə  Bakıdan  sonra 



Azərbaycanın ikinci böyük Ģəhəriydi. Türkiyədə Ģimal-Ģərqi Anadolu yaylalarından 

baĢlayan  Kura  çayı  Gürcüstana  və  oradan  da  Azərbaycana  çataraq  Kür  adını 

almıĢdı. Gəncə Kür çayına tökülən Gəncə çayının iki tərəfində yerləĢmiĢdi. Əhalisi 

iyirmi  min  ətrafında  olan  ermənilər  Gəncə  çayının  Ģərq  sahilində,  türklər  və  az 

saylı ruslar isə qərb sahilində yaĢayırdılar. ġərqi Anadolu və Qafqazda ermənilərin 

türklərə  qarĢı  törətdiyi  qətliam  və  soyqırım  bu  bölgədə  yaĢayan  erməniləri  də 

həyəcanlandırmıĢdı.  Türk  hərbi  birliklərinin  bölgəyə  girməsindən  son  dərəcə 

narahat  olmuĢdular.  Gəncədə  yaĢayan  türklərlə  ermənilər  arasındakı  gərginlik 

davamlı  olaraq  artırdı.  Çünki  Gəncədə  yaĢayan  ermənilər  ġaumyan  idarəsinin 

əmrindəki Qızıl Ordunun Gəncəyə çatmasını gözləyirdilər. ġərqi Anadoludakı rus 

iĢğalı sona çatdığı zaman Gəncə və çevrəsində 600 nəfərlik silahlı bir milis təĢkilatı 

qurmuĢdular.  Əllərində  pulemyotlar,  gərəkli  sursat  və  piyada  tüfəngləri  var  idi. 

ġaumyanın  vəzifələndirdiyi  bəzi  rus  zabitləri  də  bunlara  təlim  verirdi.  Türk 

əsgərini arxadan vurmaq üçün fürsət gözləyirdilər. 

Nuru  paĢa  paytaxtdakı  ermənilərin  itaət  altına  alınması  üçün  əllərindəki 

silahlarının  toplanması  gərəkdiyinə  qərar  verdi.  MinbaĢı  Cəmil  Cahid  bəy 

komandasındakı  9-cu  Qafqaz  alayı  ilə  minbaĢı  Zihni  bəy  komandasındakı  2-ci 

süvari alayı Gəncəyə çatınca bunlara Gəncə Müfrəzəsi adı verilmiĢdi.

39

 

Gəncə  Müfrəzəsi  ermənilərin  silahlarını  buraxmasını  və  idarəyə  itaət 



etməsini təmin etmək üçün hərəkətə keçdi. Bunun üçün 10 iyunda gecə yarısından 

sonra  Gəncə  çayını  keçərək  Ģərq  tərəfdə  olan  erməni  məhəlləsini  arxadan 

mühasirəyə  aldı.  Beləliklə,  daha  arxadakı  erməni  kəndləri  ilə  məhəllənin  əlaqəsi 

kəsilmiĢ  və  11  iyun  sabahından  etibarən  mühasirə  baĢlamıĢ  oldu.

40 

Erməni 


məhəlləsinin  çox  yaxınında  olan  Yelenendorfda  (indiki  Göygöl)  isə  almanlar 

yaĢayırdı.  Bunlar  da  ölkədəki  anarxiya  vəziyyətindən  zərər  görməmək  üçün  əli 

silah  tutan  gənclərdən  bir  milis  təĢkilatı  qurmuĢdular.  Əllərində  yüngül  silahlarla 

bərabər dörd də pulemyot var idi. Gəncə Müfrəzəsi komandanları, alman milislərin 

baĢındakı  səlahiyyətlilərlə  görüĢərək,  onlarla  əməkdaĢlıq  aparmalarını,  əks  halda 

silahlarının  alınacağını  bildirdilər.  Almanlar  türklərlə  mücadilə  etmələri  halında 

zərərli  çıxacaqlarını  anlayınca,  bu  təklifi  qəbul  edərək  Gəncə  Müfrəzəsinə 

qatıldılar.  Alman  milislər  Zurnabad-Hacıkənd  xəttinə  yerləĢdirildi.  Beləliklə  bu 

kəndlərin  ermənilərlə  əlaqəsi  kəsilərək,  Gəncə  Müfrəzəsinin  arxası  əmniyyətə 

alındı. Alman milis taborunun vəzifəsini layiqincə yerinə yetirə bilməsi və nəzarət 

altında saxlanılması üçün baĢçılıq etməyə komandir olaraq türk zabitlər gətirildi.

41

 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   46   47   48   49   50   51   52   53   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə