Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə49/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   45   46   47   48   49   50   51   52   ...   175

105 

 

Ordusu  təĢkilatı  ilə  bu  ordunun  vəzifələrini  açıqlayan  və  "Hərbiyə  naziri  Ənvər" 



imzalı 22 mart 1918-ci il tarixli bir də təlimatnamə vardı.

25

 



Nağı  ġeyxzamanlı  xatirələrində  Nuru  paĢa  ilə  yanındakı  türk  əsgərlərinin 

Gəncəyə giriĢini belə anlatmıĢdı: 

"Gəncə xalqı türk ordusunu qarĢılamaq üçün Ģəhər meydanına toplanmıĢdı. 

Dövlət dairələri və  məktəblər tətilə çıxmıĢ, tələbələr əsgərlərin gələcəyi  yolun iki 

tərəfinə  düzülmüĢdülər.  Müharibədə  rusların  iĢğal  etdiyi  ġərqi  Anadolu 

bölgəsindən  Cəmiyyəti-Xeyriyyə  tərəfindən  toplanan  kimsəsiz  uĢaqlardan  dörd 

yaĢı  olanlar  da  qarĢılama  mərasiminə  aparılmıĢdı.  Azərbaycanın  müxtəlif 

bölgələrindəki uĢaq evlərindən gətirilən bu yavrular, meydanda hazır idilər. Yolun 

və meydanın hər iki tərəfinə toplanan qadın, kiĢi, yaĢlı, gənc bütün xalq, əsgərləri 

coĢquyla alqıĢlayırdı. Sevincdən hər kəsin gözlərindən yaĢ gəlirdi. UĢaq evlərindən 

gətirilən  bu  uĢaqlar  əsgərlərə  yaxınlaĢaraq  əllərindən  tutur  və  haralı  olduqlarını 

soruĢurdular.  O  əsnada  bir  bağırıĢ,  çağırıĢ  qopdu.  Doqquz  yaĢındakı  bir  uĢaq 

atasını tanıyıb, ona doğru qaçmağa baĢladı. Ata-oğul sevinc çığırtıları qoparırdılar. 

QucaqlaĢdılar, hıçqıra-hıçqıra ağlaĢdılar, öpüĢüb qoxlaĢdılar. Bu qovuĢmanı görən 

Gəncəli  türklər  Anadoluda  bir-birini  itirən  və  Qafqazda  yenidən  qovuĢan  ata-

oğulun  sevincinə  ortaq  oldular.  Bütün  meydan  hıçqıra-hıçqıra  sevinc  göz  yaĢı 

tökürdü."

26

 



Türk  Qafqaz  Ġslam  Ordusu  komandanı  Nuru  paĢanın  Gəncəyə  gəliĢi 

münasibətilə Azərbaycan Ģairi Əhməd Cavad bir Ģeir yazmıĢdı.

27 

 

EY ƏSGƏR 



Dağa-daşa bayrağını öpdürüb,  

Duman kimi bu dağları bürüyün!  

Dənizlərə salam rəsmi çəkdirib,  

Göylərdəki bulud kimi yürüyün.  

Yürü, yürü batan günün izinə,  

Gülümsəyir doğan günəş üzünə. 

 

Bu qarışıq duman çıxan bacadan  

Sən gəlmədən iniltilər çıxardı.  

Geciksəydin, məzlumların fəryadı  

Yeri, göyü, kainatı yaxardı.  

Yürü, yürü batan günün izinə, 

Gülümsəyir doğan günəş üzünə. 

 

Ey türk mənə sevda çiçək bu şeylər,  

Göydə çiçək, yerdə sənin bayrağın!  


106 

 

Durnalarla göndərdiyim salamı  



Gətirdimi sənə neynək torpağın!  

Yürü, yürü batan günün izinə, 

Gülümsəyir doğan günəş üzünə. 

Nuru  paĢanın  25  mayda  Gəncəyə  girməsindən  bir  gün  sonra  Tiflisdəki 

Zaqafqaziya Cümhuriyyəti Seym Məclisi fəaliyyətini dayandırdı. Seym Məclisinin 

Azərbaycanlı  üzvləri  sürətlə  Gəncəyə  gedərək  qurucu  mahiyyətdə  xidmət  edəcək 

Milli  Məclisi  yaratdılar.  Gəncə  keçici  paytaxt  olaraq  müəyyən  olundu  və  28  may 

1918-ci ildə Azərbaycan Cümhuriyyəti elan edildi.

28

 

Müstəqil Azərbaycan Xalq Cümhuriyyətinin elanından sonra Qafqaz Ġslam 



Ordusu komandanı Nuru paĢa vaxt itirmədən çalıĢmalara baĢladı. Qurulmaqda olan 

ordu Azərbaycanın hərbi təĢkilatını əmələ gətirəcəkdi. Nuru paĢa ilk olaraq Qafqaz 

Ġslam Ordusunun quruluĢ, çalıĢma üsul və əsasları ilə bağlı bir təlimat təsdiqlədi.

29

 



Ölkənin  müxtəlif bölgələrindəki  mülki  və  hərbi  vəzifəlilərin iĢlərini davam etdirə 

bilmələri  və  mərkəzə  bağlı  olaraq  çalıĢa  bilmələri  üçün  bəzi  düzənləmələr 

(sistemləĢdirmələr)  apardı.  Beləcə  önəmli  Ģəhər  və  qəsəbələrdə  asayiĢ  və  dövlət 

sistemi  təmin  edilməyə  baĢladı.  Azərbaycanda  dövlət  avtoriteti  sürətlə  təsis 

edilirdi. 

Nuru  paĢa  Azərbaycandakı  insan  qaynağı,  yetiĢmiĢ  kadr  və  imkanların 

məhdud  olması  səbəbindən,  düĢmən  iĢğalından  qısa  müddətdə  qurtulmanın  asan 

olmayacağını  gördü.  31  may  1918-ci  ildə  Ənvər  paĢa  və  3-cü  Orduya  bölgədəki 

durum haqqında bir məktub göndərdi: 

"BolĢeviklər Dağıstan və ġimali Qafqazı tamamən ələ keçirmək üzrədirlər. 

Hər yerdə ermənilərin təcavüzü artmaqdadır. Bakı sürətlə zəbt edilməzsə buralarda 

durum  daha  təhlükəli  bir  hal  alacaqdır.  Müsəlmanların  təĢkil  etdiyi  korpusda 

əsgərdən  çox  zabit  vardır.  Korpusun  tərkibi  minə  qədər  olub,  bunun  yarısı  türk 

sıraviləridir. Bakı məsələsinin yardımsız həlli mümkün deyildir. Ġngilislərin Bakını 

gücləndirdiyi  zənn  edilir.  Burada  taxıl  məhsulları,  ixrac  ediləcək  qədər  çoxdur. 

Əhali  türk  ordusunun  gəlməsini  səbirsizliklə  gözləməkdədir.  Gəncə  vilayətində 

bəzi  yerlərdə  gürcülər  binalara  alman  bayrağı  ilə  birlikdə  öz  bayraqlarını  da 

çəkmiĢlər."

30

 

Nuru  paĢa,  ordunun  quruluĢu  üçün  kifayət  qədər  personal  və  mühimmatın 



təmin  edilməsi  üçün  3-cü  Ordu  Komandanlığı  və  Ənvər  paĢa  ilə  davamlı 

ünsiyyətdəydi.  Ġlk  olaraq  Gəncədə  təxminən  min  nəfərdən  əmələ  gələn  bir  Milli 

Korpus  təĢkil  edildi.  ġərqi  Anadoluda  ruslara  əsir  düĢən,  ancaq  daha  sonra  bir 

yolunu  taparaq  xilas  olan  və  ölkənin  müxtəlif  bölgələrində  dirəniĢ  güclərini  idarə 

edən  Osmanlı  zabitləri  ətraflarına  bəzi  könüllüləri  toplamıĢdılar.  Bu  milislər  də 

hərbi  təlimə  tabe  olmağa  baĢladı.  Ancaq  nizamlı  hərbi  birliklərin  təĢkil  edilə 

bilməsi üçün kifayət qədər pul, silah və uniforma üçün parça tapılmırdı. Nuru paĢa 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə