Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə57/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   53   54   55   56   57   58   59   60   ...   175

123 

 

Ģərtdir.  5-ci  piyada  diviziyasının  düĢmənə  vuracağı  ilk  zərbə  bizə  Qafqazın  bu 



zonasında  güclü  və  qüvvətli  bir  mövqe  qazandıracaqdır.  Hücumdan  əvvəl  bir 

həqiqətin  əsgərlərə  lazım  gəldiyi  Ģəkildə  anladılması  zəruridir.  Diviziyanın 

hissələri  imkanlar  daxilində  23-24  iyunda  cəbhəyə  göndəriləcəkdir.  BolĢeviklərə 

qarĢı 27-28 iyunda  ümumi  bir  hücum aparılması düĢünülür.  Bu  durum  göz  önünə 

alınaraq, gərək olan hazırlıqların aparılması lazımdır."

23

 



Gəncədəki  qərargah,  5-ci  Qafqaz  piyada  diviziyasının  arxa  cəbhədə  olan 

bütün  qüvvələrini  və  ölkənin  bəzi  bölgələrinə  göndərilən  bütün  qrupları, 

Göyçaydakı cəbhə xəttində topladı. Hücum üçün gərəkli silah və cəbbəxana təchiz 

etdi. Gəncədən Göyçaya göndərilən hərbi qüvvələr arasında 46-cı taborun istehkam 

bölüyü,  Ģnayder  və  dağ  topçu  taboru  ilə  9-cu  alayın  avtomat  tüfəng  bölüyü  kimi 

dayaq  və  müharib  siniflərlə  bərabər,  Azərbaycan  türklərindən  ibarət  könüllü 

dəstələr  də  var  idi.  5-ci  Qafqaz  piyada  diviziyasının  qüvvəsi  225  müharib  zabit, 

5277  müharib  piyada,  4342  tüfəng,  36  avtomat  tüfəng  ilə  14  dağ  topu  və  1939 

heyvan  idi.  5-ci  Qafqaz  piyada  diviziyası  əmrində  olan  Azərbaycan  türklərindən 

isə 30 müharib zabit, 727 müharib əsgər, 605 tüfəng, 21 avtomat tüfəng və 6 top 

mövcud idi. Erməni daĢnak və rus bolĢeviklərin hərbi varlığı olaraq da 10 mindən 

artıq piyada ilə 16 top, iki zirehli tank və çox sayda avtomat tüfəng var idi.

24

 

Ermənilərin  hücum  hazırlıqları  haqqında  bilgi  sahibi  olmalarının  və  bunu 



Qızıl  Ordu  qüvvələrinə  çatdırmalarının  qarĢısını  almaq  üçün  Göyçayda  və 

ətrafdakı  erməni  kəndlərində  bəzi  tədbirlər  görüldü.  Göyçaydakı  az  sayda  erməni 

5-ci Qafqaz piyada diviziyası Komandanlığı Qərargahının qarĢısındakı bir həkimin 

evinə doldurularaq nəzarət altında saxlanıldı.

25

 

Hücum  hazırlıqlarının  son  dərəcə  gizli  aparılmasına  rəğmən,  Qızıl  Ordu 



qüvvələrinin  görülən  iĢlərdən  xəbərdar  olduğu  bilinir.  BolĢeviklər  27  iyunda  üç 

tabor piyada ilə səhər tezdən hücum etdi. DüĢmən qüvvələri Göyçay-Qaraməryəm 

yolunun  Ģimalındakı  10-cu  Qafqaz  alayına  Ģimal  tərəfdən  və  arxadan  təcavüz 

etdilər.


26 

Cənubda  yerləĢən  Müsüslüdə  isə  göstəriĢ  hücumu  etdilər.  10-cu  Qafqaz 

alayının əmrinə verilən diviziya ehtiyatı 25-ci tabor və nizami 2-ci süvari alayının 

da  savaĢa  qatılması  ilə  Ģimaldakı  bu  təhlükə  qısa  müddətdə  aradan  qaldırıldı.

27

 

Alayın hər pilləsindəki komandirlər, Qaraməryəm-Göyçay yolu boyunca irəliləyən 



düĢmənin  atəĢinə  qarĢılıq  olaraq,  cəbhədən  və  yandan  müdafiə  edərək,  ciddi  bir 

müqavimət  və  qərarlılıq  göstərdilər.  BolĢeviklərin  taktika  və  manevralarını 

vaxtında  sezərək,  müharibənin  gediĢini  dəyiĢdilər  və  düĢmənin  qarĢısını  aldılar. 

Hardasa döĢ-döĢə aparılan bu müharibədə rus bolĢevik və erməni daĢnak qüvvələri 

süngü  taxıb  irəliyə  keçməyə  cəsarət  edə  bilmədilər.  10-cu  alayın  qüvvələri  qarĢı 

hücuma  keçərək  Qızıl  Ordu  qüvvələrini  səhərki  mövqelərindən  təxminən  3 

kilometr geriyə atdı.

28

 




124 

 

5-ci Qafqaz piyada  diviziyası Azərbaycan  torpaqlarında  ilk dəfə  29 iyunda 



birgə

 

hücuma  hazırlaĢırdı.  Hücum  10-cu  və  13-cü  Qafqaz  alayları  ilə  aparılacaq, 



nizami  2-ci  süvari  alayı  da  düĢmənin  sol  yan  və  arxasına  Qaraməryəm 

istiqamətində  axın  edərək,  düĢmənin  qaçmasına  əngəl  olacaqdı.  Səhər  tezdən 

baĢlayan  hücumda  komandirləri  ən  çox  düĢündürən  içməli  su  və  məhdud  olan 

cəbbəxana idi.

29

 

Günorta  saatlarında  havanın  isti  olması  səbəbindən,  hər  iki  tərəfin  hərəkət 



qabiliyyəti  qalmırdı.  Ona  görə  də  tərəflər  vuruĢmaya  ara  verirdilər.  Türk 

əsgərlərinin içməli suyu arabalarla Göyçaydan gətirilirdi. Cəbbəxanası da məhdud 

idi. Bu üzdən daha çox atəĢ açmaq əvəzinə süngü taxaraq savaĢırdılar. Susuzluq isə 

günortadan  sonra  kəskin  həddə  çatmıĢdı.

30

  Günün  sonunda  Qaraməryəmin  qərbi 



tamamən,  Ģimal-Ģərqi  də  qismən  türk  hərbi  qüvvələrinin  əlinə  keçmiĢdi. 

Qaraməryəmdə  yerləĢən  Qızıl  Ordu  qüvvələrinin  qərbində  düzənlik  var  idi.  Bu 

istiqamətdən tamamən sıxıĢdırılmıĢdılar. ġərq istiqamətində isə Ağsu var idi. Ağsu 

qəsəbəsinin düz arxasında isə dik təpələr yüksəlirdi. DüĢmənin qaçıĢ yolları ciddi 

mənada  kəsilmiĢdi.  Bu  üzdən  axĢama  doğru  Qaraməryəmin  Ģərqindəki  təpələrə 

doğru  çəkildilər.  Beləliklə  Qaraməryəmin  Ģərqi  tamamən  türk  hərbi  qüvvələrinin 

əlinə keçdi.

31

 



Qızıl  Ordunun  səhər  etdiyi  ani  hücum  qarĢısında  bir  an  ĢaĢqınlıq  yaĢayan 

10-cu  alay  qısa  müddətdə  toparlanmıĢ  və  düĢməni  geri  oturtduqdan  sonra  irəli 

gedərək,  yeni  mövqelər  də  ələ  keçirmiĢdi.  Bu  uğur  cəbhə  xəttindəki  türk 

qüvvələrinin  əhvalını  olduqca  yüksəltmiĢdi.  Bu  savaĢda  Müsüslüdən  gətirilən 

Həbib Səlimovun komandasındakı Azərbaycan könüllü süvari birliyinin də böyük 

qatqısı olmuĢdu.

32

 

Qızıl  Ordu  hərbi  qüvvələri  qərb  və  cəbhə  istiqamətindən  hücum  imkanı 



qalmadığını  və  arxalarında  da  dağlar  olduğunu  görüncə,  5-ci  Qafqaz  piyada 

diviziyasının sol tərəfindən arxasına doğru, o bölgədəki erməni və rus kəndlərinin 

də  yardımı  ilə  gecədən  istifadə  edərək Ģimaldan  bir hücum  hərəkatına  giriĢdilər.

33

 



Bu  bölgənin  olduqca  eniĢ-yoxuĢlu  bir  ərazi  quruluĢu  var  idi.  30  iyunda  səhərə 

yaxın min nəfərlik piyada, iki top və iki avtomat tüfənglə Göyçaya basqın etdilər.

34

 

Erməni  əsilli  Emirov  komandasındakı  bolĢevik  qüvvələri  Pəzəvənd  və  Kırdadut 



kəndlərindən hərəkata baĢladı. Topçu və avtomat tüfəng atıĢları ilə Göyçaya doğru 

hərəkət edirdilər. Xalq təlaĢ içində Ucar istiqamətində qaçırdı. Bu arada Göycayda 

nizamlı bir  hərbi qüvvə  yox idi.  Çox təhlükəli  bir durum  ortaya  çıxmıĢdı.  O  gecə 

Qazaxdan Gəncəyə yeni gəlmiĢ olan könüllü süvari birliyinin baĢına öz təĢəbbüsü 

ilə keçən minbaĢı Əhməd Həmdi bəy Ģəhərin Ģimalına doğru hərəkət etdi. Bu arada 

Qərargah  baĢqanı  Qaraməryəm  cəbhəsindəki  25-ci  tabora  telefonla  xəbər  verərək 

Göyçayın  yardımına  tələsməyi  əmr  etdi.  AğdaĢ  ərazisi  komandiri  minbaĢı  Ġhsan 

bəyə də əmr verərək, əlindəki bütün qüvvələrlə yardıma gəlməsini istədi.

35

 Əhməd 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə