Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə65/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   61   62   63   64   65   66   67   68   ...   175

139 

 

"Basdığın yerləri torpaq deyərək, keçmə, tanı, 



Düşün altındakı minlərcə kəfənsiz yatanı,  

Sən şəhid oğlusan, incitmə, yazıqdır, atanı, 

Vermə, dünyaları alsan da, bu cənnət vətəni." 

Türk  dastanları  göy  üzünü  Oğuz  xanın  çadırı,  günəĢi  də  onun  tuğuna 

bənzədirlər.  Orxondakı  Göytürk  kitabələrində  də  bu  anlayıĢ  mövcuddur.  Bilgə 

Kağan  kitabəsində  yer  ilə  göy  arasındakı  insanları  idarə  etsinlər  deyə,  Göy 

Tanrının Ġstəmi Xan ilə Ġl Bilgə Xatunu vəzifələndirdiyindən söz edilir. ġəhidliyə 

qoyulacaq  kitabə  də  bu  anlayıĢın  bir  davamı  xarakterində  və  diqqətlə 

hazırlanmıĢdır... 

"Göy qübbənin altında yatar qanlar içində, 

Ey yolçu, bu torpaqlar üçün canı verənlər. 

Haqqın bu vəli qulları daş türbəyə girməz, 

Qüfrana bürünmüş, yalnız "Fatihə" bəklər." 

Türk  Qafqaz  Ġslam  Ordusu  Azərbaycandan  qatılanlarla  birlikdə  Göyçay, 

Qaraməryəm  və  Kürdəmir  ətrafındakı  vadilərdə  və  təpələrdə  13  zabit  və  235 

əsgərini  Ģəhid  verdi.  Ancaq  onların  məzarları  bu  gün  haradadır,  bilinmir.  Keçən 

zaman içində qeyb olmuĢ, Sovet Ġttifaqı dövründə tamamən dağıdılmıĢdır. 

6.Azərbaycanın cənub bölgələrindəki savaĢlar: 

Salyan  və  Bankə  ilə  ətrafının  düşməndən  təmizlənməsi:  Kür  çayı  ġərqi 

Anadoluda  Ərzurum  yaylalarından  baĢlayır.  Yüksək  dağlardan  fıĢqıran 

bulaqlardan,  çeĢmələrdən  bəslənir,  suyu  boldur.  Dərin  vadiləri  aĢarkən  coĢur, 

çağlayır və Ģırıl-Ģırıl axır. Gürcüstandan keçərək Azərbaycana çatır. QardaĢı Araz 

çayı  ilə  Sabirabad  yaxınlarında  qucaqlaĢır,  həsrətə  son  verir  və  coĢquyla  Xəzər 

dənizinə  qovuĢur.  Anadolunun  sevgisini,  məlahətini,  havasını,  ruhunu,  türklərin 

təmkinliliyini  alır,  Xəzər  dənizinə  və  ətrafına  daĢıyır,  oradakı  insanlarla 

qucaqlaĢdırır. 

Salyan  və  ətrafına  Muğan  bölgəsi  deyilir.  Muğan  düzü  ucsuz-bucaqsız  bir 

ovadır. Azərbaycanın taxıl anbarıdır. Kür çayı keçdiyi torpaqlara və ətrafdakı kənd 

təsərrüfatı sahələrinə həyat verir. Kür çayı Muğan düzündə sakitləĢir, sərtliyindən 

əsər-əlamət qalmır. Kür çayı dərin və suyu boldur. Çay gəmilərinin səyahəti üçün 

uyğundur.  Birinci  Dünya  müharibəsi  illərinin  ölçülərinə  görə  orta  böyüklükdəki 

hərbi gəmilər və balıqçı qayıqları Kürdə rahatlıqla hərəkət edə bilirdilər. 

Bakıdakı  erməni  daĢnaklarının  və  rus  bolĢeviklərinin  qurduğu  hökumətə 

bağlı  olan  silahlı  qüvvələr  dəmir  yolu  boyunca  irəliləyərək  Türk  Qafqaz  Ġslam 

Ordusunun  mərkəzi  olan  Gəncə  üzərinə  yeriməyə  qərar  vermiĢdilər.  Bunun  üçün 

də əvvəlcə Yevlaxda Kür çayı üzərindəki iki sahili birləĢdirən tarixi körpünü kəsib, 

bölgəni  nəzarət altına almaq istəyirdilər. Göyçaya qədər də irəliləmiĢdilər. Ancaq 

qəhrəmanlar  Qızıl  Ordu  qüvvələrinin  qarĢısını  Göyçayda  kəsdilər.  Erməni 




140 

 

daĢnakları  və  rus  bolĢevikləri  burada  heç  gözləmədikləri  ağır  bir  məğlubiyyətlə 



qarĢılaĢdılar. ġose və dəmir yolu boyunca irəliləmələri artıq mümkün deyildi. 

Erməni  əsilli  Stepan  ġaumyanın  rəhbərlik  etdiyi  bolĢevik  26  Bakı 

Komissarlarının,  Türk  Qafqaz  Ġslam  Ordusunun  Kür  çayının  Ģərqinə  keçməsini 

mütləq  əngəlləmələri  lazım  gəlirdi.  Fəqət  quru  hərəkatının  bir  nəticə 

verməyəcəyini  də  görmüĢdülər.  Göyçay,  Qaraməryəm  və  Kürdəmir  yaxınlarında 

savaĢ  davam  edərkən  Kür  çayının  Xəzər  dənizinə  töküldüyü  yerdən  çay  gəmiləri 

ilə  girib  Ģimala  doğru  irəliləyərək,  türk  ordusunu  arxadan  mühasirəyə  almağı 

planlaĢdırdılar.  Yevlaxı  və  üzərindəki  körpünü  ələ  keçirərək,  ikmal  yollarını 

kəsməyi də düĢündülər. 

Muğan  düzündə  yay  mövsümü  yeni  baĢlamıĢdı.  Muğan  ovalarında 

sünbüllər boy atmıĢdı. Bakını iĢğal edən erməni daĢnakları və rus bolĢevikləri qıĢ 

mövsümünü  rahat  keçirə  bilmək  üçün  Muğanın  arpa  və  buğdasına  da  göz 

qoymuĢdular. Ancaq bundan daha önəmli səbəbləri də vardı. Azərbaycanın önəmli 

ziyalılarından,  düĢüncə  adamlarından  araĢdırmaçı-yazar  Azər  Turan  bu  mövzuda 

baxıĢlarını dilə gətirir: 

"Türk Qafqaz Ġslam Ordusu əgər o torpaqlara gəlməsəydi,  təbii ki, bu  gün 

Azərbaycan  xəritəsində  Cavad  qəzasının,  Neftçala  və  Salyan  bölgələrinin  adı 

olmayacaqdı.  Çünki  buraları  tarixdən  və  xəritədən  silmək  istəyirdilər.  Rus  və 

ermənilər  bunun  üçün  hərəkətə  keçmiĢdilər.  Bakıdan  gəmilərlə  yola  çıxdılar  və 

Kürün dənizə töküldüyü yerə getdilər. Kürdən QaraqaĢlıya qədər, Salyan ərazisinə 

qədər, sahilyanı bütün kəndlərdə qətl törədərək irəliləmiĢdilər." (ġəxsi arxiv). 

Bəs,  ermənilər,  durduğu  yerdə  özlərindən  olmayan  insanları  hansı  səbəb 

üzündən  öldürürdülər?  Sivil  insanlara  niyə  təcavüz  edirdilər?  Azər  Turana  görə, 

ermənilərdəki bu davranıĢ formasının uzunca bir tarixi keçmiĢi var. Və bu qəzəbin, 

kinin 1990-cı illərdə Xocalıda, Qarabağda bir daha ortaya çıxdığını bildirir: 

"1918-ci  ildə  Muğan  bölgəsinin  Cavad  qəzasında  baĢ  verən  hadisələrə 

baxsaq,  ermənilərin  bu  torpaqlarda  törətdiyi  gerçək  bir  soyqırımdır.  Yəni  o 

tarixlərdə törətdikləri qətliamlar bu günün Xocalı mənzərəsinə yalnızca bir hazırlıq 

mahiyyətindəydi.  O  günkü  bir  baĢlanğıc  idi.  Nə  mənada  desəniz,  bizim  bu  gün 

gözümüzün önündə yalnız Xocalı var. Əhalisi ilə, insanı ilə məhv olmuĢ bir Xocalı 

var  qarĢımızda.  Ermənilərin  çirkin  üzü  və  təcavüzkarlığı  var.  Amma  1918-ci  ilin 

iyun ayında ermənilər Cavad qəzasının Uzunbabalı kəndini tamamilə tarixdən silib 

atmıĢdılar.  Yəni  hər  tərəfi  yandırıb,  kəndi  xarabalığa  çevirmiĢdilər.  Qaralı 

kəndində  bütün  əhalini,  xüsusilə  kiĢiləri,  silahsız  kiĢiləri,  bir  sözlə  bütün 

baĢıpapaqlıları

55 


qətlə yetirmiĢdilər. Ümumiyyətlə, onların törətdiyi fəlakət, onların 

törətdiyi  faciə xalqın  yaddaĢında bu günə qədər yaĢayır. Erməni  vəhĢətini heç bir 

vaxt  unutdurmur.  Amma  bu  məsələnin  baĢqa  bir  tərəfi  də  var,  Qafqaz  Ġslam 

Ordusunun buralara gəliĢini və buralarda müzəffər döyüĢlərini də xatırladır. Sözün 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə