Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə61/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   57   58   59   60   61   62   63   64   ...   175

131 

 

tarixi,  mədəniyyəti  və  coğrafiyası  bir  olan  Oğuz  türkləri  yaĢayırdı.  Hər  iki  xalqın 



Oğuz  xan,  Mete  xan,  Göytürk  kitabələri,  Dədə  Qorqud,  Nizami  Gəncəvi,  Füzuli, 

Nəsimi, Nəsirəddin Tusi, Koroğlu və bir çox baĢqa ortaq tarixi və mədəni dəyərləri 

mövcuddur.  Və  bu  tək  millətin  birlikdə  qurduğu  Türk  Qafqaz  Ġslam  Ordusu 

Azərbaycanın azad və müstəqil bir dövlət olaraq öz ayaqları üstündə dura bilməsi 

üçün imperializmə və istilaçılara qarĢı savaĢırdı. 

Göyçay  savaĢının  Türk  Qafqaz  Ġslam  Ordusu  və  Azərbaycan  üçün  çox 

əhəmiyyətli nəticələri ortaya çıxmıĢdır: 

a.  Sank-Peterburq  və  Bakıdakı  bolĢevik  Sovet  rəhbərləri  yeni  rejimin  və 

xüsusilə  Qızıl  Ordunun  qarĢısında  heç  bir  hərbi  gücün  dura  bilməyəcəyini 

düĢünürdülər. Qafqazda yaĢayan xalqlar da rus bolĢevik ordusunun məğlubedilməz 

bir  hərbi  güc  olduğuna  inandırılmıĢdı.  Ġnsanların  düĢüncəsində  yer  alan  "Qızıl 

Ordu  məğlub  edilə  bilməz"  mifologiyasını  Türk  Qafqaz  Ġslam  Ordusu  Göyçay 

yaxınlarında tamamilə aradan qaldırdı. Mehmetçik dosta, düĢmənə bunu göstərdi: 

"Bu  ordu  heç  də  məğlubedilməz  deyildi.  Qızıl  Ordunun  Qafqazdakı 

arzularına çatması mümkün olmayacaqdır." 

b.  Azərbaycanda  yaĢayan  xalq  əvvəlcə  Türk  Qafqaz  Ġslam  Ordusuna 

qatılmaq istəmirdi. Çünki bu ordunun Qızıl Ordu qarĢısında heç bir varlıq göstərə 

bilməyəcəyinə inanırdılar. Türk ordusunun eynilə ruslar kimi Azərbaycana istila və 

istismar  məqsədilə  gəldiyi  yolunda  bolĢeviklərin  apardığı  qara  təbliğatlardan  da 

təsirlənmiĢə 

bənzəyirdi. 

TəĢkil  edilən  az  saydakı  milislər  isə  əsasən  Qazax,  Tovuz,  Gəncə,  Borçalı, 

Zaqatala  və  Quba  bölgələrində  yaĢayan  türklərdən  ibarət  idi.  Azərbaycan  türkləri 

Göyçay savaĢından sonra Mehmetçiyin yalnızca öz qardaĢlarına yardım üçün yenə 

bir  türk  torpağı  olan  Azərbaycana  gəldiyinə  və  onları  qətliamdan  qurtarmağa 

çalıĢdığına  inandı.  Xalq  artıq  bu  qənaətə  gəlmiĢdi  ki,  Qafqaz  Ġslam  Ordusu 

türklərin əsgəridir və məqsədləri Qafqazdakı türk və müsəlmanların qurtuluĢu üçün 

Anadolu  yaylalarından  gəlib,  buralarda  savaĢmaqdır.  Qafqazdakı  türk  vətəninin 

iĢğal edilməsiylə ortaya çıxacaq etnik təmizləmə və soyqırımın qarĢısını ala biləcək 

olan yeganə qüvvə də bu ordudur. 

c.  Paytaxtdakı  26  Bakı  komissarı  idarəsinin  Bakı  və  ətrafındakı  AbĢeron 

yarımadasından kənarda qalan bölgələrdən və xüsusilə Gəncədə yaĢayan erməni və 

ruslardan könüllü əsgər toplamasının qarĢısı bu savaĢla kəsilmiĢ oldu. 

d. 


5-ci Qafqaz piyada diviziyası Azərbaycana daxil olduqdan sonra 10-cu 

Qafqaz  alayının  Göyçayın  Ģərqində  28-ci  və  29-cu  taborların  uğradığı  fəlakət  ilə 

Kürdəmirin  qurtarılması  üçün  gedən  hücumda  Müsüslü  və  Həsən  bəy  dəstələri 

qanlı  itkilər  vermiĢdi.  Bunların  baĢlıca  səbəbi,  lazımi  tədbirlərin  vaxtında 

alınmaması,  müxtəlif  istiqamətlərdən  aparılan  hərəkatda  xəbərləĢmə  və  əlaqənin 

lazım gəldiyi kimi təmin oluna bilməməsi və birlikdə hərəkət edilə bilməməsi kimi 




132 

 

problemlər  olmuĢdu.  Kürdəmir  hərəkatında  Müsüslü  yaxınlarındakı  düĢmən 



qüvvələri  dəmiryolundan  ayrılmamaq  məcburiyyətindəydi.  Bölgəyə  göndərilən 

gücləndirici  bir  piyada  alayı  ilə  mürəttəb  (nizami)  süvari  birliklərinin  və  milis 

dəstələrinin  çəkilən  düĢməni  mühasirəyə  alıb  əsir  və  hətta  məhv  etməsi  lazım 

gəlirkən bu vəzifəni yerinə yetirə bilməmiĢdir. 

e. 

DüĢmən qüvvələri geri çəkilərkən, dəmir yolunu təxrib edir və önəmli 



körpüləri də dağıdırdı. Əsgərlərin cəbbəxanası kifayət qədər deyildi, su və yemək 

sıxıntısı  da  artmıĢdı.  Təmiz  içmə  suyunun  təmin  oluna  bilməməsi  nəticəsində 

yoluxucu  xəstəliklər  ortaya  çıxmıĢdı.  Türk  Qafqaz  Ġslam  Ordusunun  bu  və  buna 

bənzər  həyati  məsələlərdə  tədbir  alması  lazım  gəlirdi.  Ordunun  dayanacaq  və 

istirahət  edəcək  yerlərinin  yaxĢı  sistemləĢdirilərək,  tamamlama  iĢlərinin  vaxtında 

görülməsi bir zərurət halını almıĢdı. 

f.  Türk  Qafqaz  Ġslam  Ordusu  Göyçay  savaĢından  sonra  bütün  enerjisini  və 

qüvvəsini Bakının qurtarılmasına yönəltdi. 



5. Göyçay və Qaraməryəm ətrafındakı Ģəhidliklər: 

Azərbaycanda Ģimaldakı Qafqaz ilə qərb bölgələrini əhatə edən Qarabağda 

yüksək dağlar və yaylalar var. Ölkənin orta zonalarında isə bu iki dağlıq bölgənin 

arasında  qalan  çuxur  və  düzənliklər  yer  alır.  Bu  düzənliklərə  Aran  və  Muğan 

düzənlikləri  deyilir.  Azərbaycandakı  bu  çuxur  və  düzənliklərdən  iki  önəmli  çay 

keçir.  Bunlardan  birincisi,  Türkiyədən  baĢlayan  və  Gürcüstanı  keçib,  Ģimaldan 

Azərbaycana  girən  Kür,  digəri  də  yenə  ġərqi  Anadoludan  Naxçıvana,  oradan  da 

Azərbaycana  axan  Araz  çayıdır.  Bu  iki  çay  Azərbaycanın  cənub  bölgəsində 

Sabirabad  yaxınlarında  birləĢərək,  Bankə  ətrafında  Xəzər  dənizinə  tökülür. 

Xüsusilə Kür çayı Azərbaycanı Ģimaldan cənub-Ģərq istiqamətində keçərək hər iki 

tərəfindəki kənd təsərrüfatı sahələrinə həyat verir. 

Göyçay, Bakı Ģose yolundan təxminən iki saat uzaqlıqdadır. ġose yolu, dik 

yamacları və sərt döngələri aĢaraq əvvəlcə Mərəzə və ġamaxıya çatır. Türkiyədəki 

Bolu  dağları  keçidinə  bənzəyən  dolambaclı  dağ  yolunu  aĢdıqdan  sonra  təpələrin 

ətəyindəki  Ağsu  qəsəbəsinə  çatır.  Ağsudan  sonra  isə  Qaraməryəm  və  Göyçaya 

uzanır,  Ağsu  təpələrində  eynilə  Bolu  dağlarında  olduğu  kimi,  türklərin  milli 

yeməyi olan ĢiĢ kababı biĢirən bir çox dincəlmə yerləri vardır. Buradakı kəkotulu 

kababın dadından doymaq olmaz. 

Göyçay-Qaraməryəm  zonasının  yerli  camaatının  önəmli  dolanacaq 

mənbələrindən  biri  də  nar  yetiĢdirməkdir.  Qafqazın  hər  yerində  Göyçayın  narı 

bilinir  və  tanınır.  Bakıdan  Tiflisə,  ya  da  Gürcüstanın  Borçalı  bölgəsində  yaĢayan 

qohumlarını  ziyarətə  gedən  Azərbaycanlı  türklər  özləri  ilə  hədiyyə  olaraq  mütləq 

Göyçay narı götürürlər. 

Qaraməryəmdən  Göyçaya  uzanan  yolun  hər  iki  tərəfində  nar  bağları  var. 

Yerli  xalq  bu  bölgədəki  nar  ağaclarının  Göyçay  savaĢlarında  torpağa  düĢən 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə