135
Məzarın yerləĢdiyi təpəyə çatmaq üçün dağın Ģərq tərəfindəki dərələr,
yarıqlar və keçidlərdən keçib, uzunca bir yolu demək olar ki dırmanaraq çıxmaq
lazım gəlir. Məzarın yerləĢdiyi təpənin üstündəki kiçicik bir düzlükdən Göyçay
ovası və Bığır qəsəbəsinə doğru baxınca, bölgədəki çətin təbiət Ģərtlərini daha
yaxĢı anlamaq mümkün olur. ġəhid Qədir əfəndinin əbədi yuxuya getdiyi yerdən
aĢağılara baxınca, oradakı müharibənin hansı Ģərtlər altında getdiyi bir daha aydın
olur.
Ətraf kəndlərdə yaĢayan türklərdən biri, çölün ortasındakı təpələrin
üzərində yatan Qədir əfəndinin məzar yeri itməsin deyə baĢ ucuna bir ağac parçası
yerləĢdirmiĢdir. Üzərinə də kiril hərfləri ilə "Mərhum Qədir əfəndiyə qara qızın
nəvəsi Ġlhamdan yadigar" Ģəklində yazılı bir lövhə asmıĢdır. Bir baĢqa kəndli də
məzarın ətrafını dəmir barmaqlıqlarla hasara almıĢdır. Yerlilərdən biri məzarın baĢ
hissəsinə bir alça ağacı əkmiĢdir. Alça ağacı indilərdə ġəhid Qədirin məzarındakı
torpaqdan aldığı qida ilə qıpqırmızı və meyxoĢ meyvələr verməyə davam edir.
Qafqazdakı türklər Qədir əfəndinin məzarını müqəddəs bir məkan halına
gətirmiĢlər. Məzarlıq zamanla yaxĢı bir qismət gözləyən gənc qızların, sevdiyinə
qovuĢmaq istəyənlərin, uĢağı olmayanların və baĢqa dilək sahiblərinin ziyarət yeri
halına gəlmiĢdir. Ziyarətçilər alça ağacının budaqlarına rəngarəng parçalar
bağlamıĢlar. Bu cür ənənələr türk millətinin Orta Asiyada keçmiĢ dövrlərdə
mənsub olduğu Göy Tanrı inancından bu günümüzə qədər daĢıdığı bir davranıĢ
formasıdır. Bu ənənə Anadolu, Balkanlar, Qafqaz və Orta Asiya ilə Orta ġərq kimi
türklərin yaĢadığı bir çox coğrafiyada günümüzdə hələ də yaĢadılmaqdadır.
Atalarını daima hörmətlə anmaq və keçmiĢini əsla unutmamaq, qəhrəman
Türk Silahlı Qüvvələrinin bir xüsusiyyətidir. Bakıdakı Türk Silahlı Qüvvələri
AttaĢeliyi qəhrəman Mehmetçiyin torpağa düĢdüyü yer olan Bığır kəndinin
təpəsində Qədir əfəndinin əziz xatirəsini yaĢatmaq üçün məzarını kəsmə daĢlarla
yenidən inĢa etdirərək, kitabəsini də səliqə ilə yerləĢdirmiĢdir. (Foto: Özəl arxiv).
Qədir əfəndiyə Allahdan rəhmət diləyir və bir baĢqa təpəyə istiqamətlənirik.
Dərin yarıqları aĢaraq, qarĢıdakı Türk Dağına dırmanırıq.
Bığır kəndi düz bir ərazidə təpələrin tükəndiyi və düzənliyin baĢladığı yerdə
qurulub. Yerli əhali Bığırın Ģərqində və arxasındakı bu yüksək və dik təpəyə, orada
yatan Mehmetçiyə görə Türk Dağı adını vermiĢdir. Təpənin hakim nöqtəsində
yatan qəhrəmanın adı bilinmədiyi üçün dağa bu adı layiq görmüĢlər.
Bu təpələrə dırmanmaq olduqca çətindir. YoxuĢlar, cığırlar, dərə yataqları
və dik yamacları dırmanmaq lazım gəlir. Təpənin ətəklərinə çatınca vadidən
yuxarıya doğru baxıldığı zaman qəhrəman Mehmetçiyin hansı Ģərtlərdə
savaĢdığını, Qafqazda yaĢayan türklərin səsini, imdad çığırtısını və bunun mənasını
daha yaxĢı qavramaq mümkün olur...
136
Türk Dağındakı məzar, Bığır kəndi ilə qarĢısında uzanan düzlüyü və ovanı
yuxarıdan aĢağı seyr edir. Daha irəlilərdə Kür çayının suvardığı bərəkətli torpaqlar
uzanır. Türk Dağında yatan bu qəhrəmanın məzarı da yenə Türk Silahlı Qüvvələr
AttaĢeliyi tərəfindən kəsmə daĢlarla inĢa edilmiĢdir. Qədir əfəndinin məzarında
olduğu kimi, ətrafı dəmir barmaqlıqla əhatə olunmuĢdur. Məzarın yerləĢdiyi
əraziyə girmək üçün dəmir barmaqlıqlı kiçik bir qapı qoyulması da diqqətdən
yayınmamıĢdır. Ətrafdakı məzarların hamısı da eyni memarlıq üslubda
düzəldilmiĢdir... (Özəl arxivimiz).
Türk Dağından uzaqlara baxınca göy üzündə süzülən bir qartal gözünüzə
çarpar. Bəllidir ki, ətrafda gəziĢən bir dovĢan, ya da bir baĢqa ov axtarır. Qafqazın
imdadına çatan qəhrəmanlar da bu qartal kimi Anadoludan, Ərciyəsdən,
Toroslardan, Palantökənlərdən çıxmıĢlar, düĢmənin üstünə atılmıĢdılar. DüĢmənin
qadın və uĢaqları öldürməsinin qarĢısını almıĢdılar.
Bığır kəndinin kənarında da bir Ģəhidlik var. Qarabağda ermənilərə qarĢı
savaĢarkən həyatını itirənlər üçün düzəldilmiĢdir.
Bığır təpələrindən Ģərq istiqamətində uzaqlara baxınca, Bakı-Göyçay
yolunun üzərində yerləĢən Türk Ģəhidliyi görünür... ġəhidlik Qədir əfəndi ilə
qucaq-qucağa yatan, ancaq sayı və məzar yeri belə bilinməyən adsız
qəhrəmanların, Göyçay Ģəhidlərinin xatirəsini yaĢatmaq üçün inĢa edilmiĢdir.
Göyçayın Ģərqində Qaraməryəm ilə Bığır kəndləri ətrafında davam gətirə
bilməyən bolĢevik Qızıl Ordu hərbi qüvvələrinin bir qolu Ģərq tərəfdə Ġsmayıllı-
ġamaxı istiqamətində qaçmağa baĢlamıĢdılar. 13-cü Qafqaz alayı isə düĢməni təqib
etməkdə idi. Qəhrəmanlar gözü dönmüĢ qatillərə nəfəs almağa imkan vermirdi. Bu
ətrafdakı təpələrdə, dik yamaclarda, dərələrdə və düzlüklərdə bolĢevik və
daĢnakları təqib edir, onlara aman vermirdilər.
Anadoluda hər bir türkün evində uĢaqlara nağıllar danıĢılır. Ağbirçək
nənələrin anlatdığı bu hekayələrdən biri mütləq Qaf dağı haqqında olur. 13-cü
alayın qəhrəmanlarından Mustafa ÇavuĢ da, ehtimal ki, Anadoluda hər bir türkün
evində danıĢılan Qaf dağı nağıllarını dinləyərək böyümüĢdü. Və tale onu 1918-ci
ildə Türk Qafqaz Ġslam Ordusu ilə birlikdə uĢaqlığındakı nağıllar dünyasında
önəmli bir yeri olan Qaf dağına gətirdi. Yeyəcək çörəyi, içəcək suyu da buraya
qədərmiĢ. Erməni daĢnak-rus bolĢevik qüvvələri ilə qəhrəmancasına vuruĢarkən
Mustafa ÇavuĢa Ģəhadət Ģərbəti içmək burada nəsib olmuĢdur. Yağlı güllə Mustafa
ÇavuĢu Mollaishaqlı kəndi yaxınlarında vurmuĢdur. Ġndi Bığırdan Mollaishaqlıya
uzanan vadilərdən birinin yerləĢdiyi Ġrəmə məntəqəsində yatır. Məzarı kiçicik
təpələrin arasında, bir yoxuĢun döĢündə durur və qarĢısında uzanan bərəkətli ovanı
seyr edir.
Ġsmayıllının Hacıhəsənli kəndində yaĢayanlar da ermənilərin təcavüzünə
məruz qalmıĢdılar. Çəkidə yüngül, qiymətdə ağır nə varsa daĢıya bildikləri