Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə64/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   60   61   62   63   64   65   66   67   ...   175

137 

 

əĢyalarını  at  və  öküz  arabalarına  yükləyib  Göyçaya  sığınmıĢdılar.  Ġsmayıllının 



Hacıhətəmli  kəndindən  Ağası  Ağasıyev  də  böyüklərindən,  ağsaqqallardan  bu 

savaĢları,  qəhrəmanların  necə  Ģəhid  olduqları  haqqında  hekayələri  dinləyərək 

böyümüĢdü: 

"Babamın,  nənəmin  anlatdıqlarına  görə,  bütün  kənd  əhalisi  ermənilərdən 

canlarını  qurtara  bilmək  üçün  Göyçaya  doğru  qaçırlarmıĢ.  Ġstifadə  edə  biləcəkləri 

əĢyalarını  atlara,  arabalara  toplayıb,  qoyun  və  inəklərini  də  qabaqlarına  qatıb, 

kənddən qaçmıĢlar. Göyçayın yaxınlığında indiki asfalt yolun yerləĢdiyi yerdə türk 

əsgəri  ilə  qarĢılaĢmıĢlar.  Əsgərlər  onlara  "Biz  düĢmənlə  savaĢmağa  gedirik. 

Kəndinizə, ev-eĢiyinizə, ailənizə yenə qayıdacaqsınız. Heç bir Ģeydən qorxmayın" 

demiĢlər.  Ermənilər  buralardan  qovulduqdan  sonra  onlar  da  evlərinə  qayıtmıĢlar. 

Türklərdən biri burada Ģəhid olmuĢdur. Onu öldüyü yerdəcə basdırmıĢdılar." (ġəxsi 

arxiv). 


Sovet  Ġttifaqı  dövründə  böyük  bir  mədəniyyət  təxribatı  aparılmıĢdı. 

Ġnsanların  öz  keçmiĢi  ilə  bağlarını  qoparmaq  istəyirdilər.  Ancaq  insanların 

ruhundan  və  yaddaĢından  tarixi  silib  atmaq,  aparılan  təbliğatlara  rəğmən  asan 

olmurdu.  Hacıhəsənli  kəndindəki  məscid  də  Sovet  dövründə  bağlanmıĢdı.  O 

dövrdə bəzi böyük Ģəhər mərkəzlərində bir-iki məscid açıq saxlanılırdı. 

"Sovet  dövründə  Ġsmayıllının  məscidi  bağlanmıĢdı.  Amma  Göyçay  daha 

böyük  olduğu  üçün  məscidi  açıq  imiĢ.  Babam  cümə  günü  kənddən  çıxıb,  bəzən 

atla,  bəzən  də  piyada  gedərək  bu  məsciddə  namaz  qılarmıĢ.  Yenə  bir  gün  cümə 

namazına gedərkən görmüĢdür ki, buradakı türk qəbrinin üzərində bir ağac parçası 

basdırılmıĢdır.  Ətrafında  hasarı yox imiĢ.  Mal-qoyun  ayaqlayırmıĢ.  Atam  məzarın 

ətrafını  hasara  almıĢdır.  Bir  müddət  sonra  baĢ  hissəyə  qoyulan  ağac  çürümüĢ  və 

atam onun yerinə böyük bir daĢ gətirib qoymuĢdur. Oradan hər gəlib-keçəndə ona 

dua edir və Quran oxuyur və məzarın ətrafını təmizləyirmiĢ." (ġəxsi arxiv). 

Ağası  bəy  təhsilini  davam  etdirə  bilmək  üçün  qonĢu  kəndə  gedib-gələrkən 

Mustafa ÇavuĢun məzarının qarĢısındakı yoldan keçmək məcburiyyətində qalırmıĢ. 

Böyüklərindən  öyrəndiyi  qədərilə  hər  oradan  keçəndə  Ģəhid  Mustafa  ÇavuĢa 

hörmət və ehtiram göstərirmiĢ. 

"Bizim  kənddə  orta  məktəb  yox  idi.  O  üzdən  48-52-ci  illərdə  Bığır 

məktəbində oxudum. Hər həftə kənddən çıxıb bu yolu keçər, Bığıra məktəbə gedər, 

həftənin  sonunda  təkrar  evə  ailəmin  yanına  gəlirdim.  Bu  gediĢ-gəliĢdə  atamın 

anlatdıqlarını xatırlardım. O illərdə bizə dini bilgi və dua öyrədilməsi qadağan idi. 

Ancaq  atam  bizə  [Bir  türk  qəbri  var,  oradan  keçərkən  "bismillah"  deyin,  "Allah 

rəhmət eləsin" deyin] deyə tənbeh edərdi. Biz də gedib-gələrkən bildiyimiz duaları 

oxuyardıq". (ġəxsi arxiv). 

Türk Silahlı Qüvvələr AttaĢeliyi Mustafa ÇavuĢun yatdığı məzarı da kəsmə 

daĢlarla inĢa etdirdi və məzara dəmir barmaqlıqlardan qapı düzəltdirdi. 




138 

 

Ağası  bəy  istər  gənc,  istər  yaĢlı  olsun,  hər  kəsin  öz  keçmiĢinə  hörmət  və 



ehtiram  göstərməsinin  zəruri  olduğunu  bildirir.  Edilən  yaxĢılıqların,  yardımların 

heç bir zaman unudulmayacağını söyləyir: 

"Bizim  ağsaqqalların  dediyinə  görə,  türk  əsgəri  bizim  köməyimizə 

gəlməsəydi,  ermənilər  burada  yaĢayanların  hamısını  qıracaqmıĢ.  Onlar  gəlib 

buraları  düĢmənlərdən  qurtarmıĢdır.  Ona  görə  biz  eyni  qandan  gəldiyimiz  türk 

xalqına  minnətdarıq.  Onların  ölənlərinə  rəhmət,  qalanlarına  can  sağlığı  diləyirik." 

(ġəxsi arxiv). 

Yolumuz Ġsmayıllıya aid olan Hacıhətəmli kəndinə düĢdü. Rus bolĢevikləri 

və  erməni  daĢnakları  bölgədə  yaĢayan  erməni  və  rus  kəndlərinin  də  yardımı  ilə 

Göyçaya bir basqın təĢkil etmiĢdilər. Türk Qafqaz Ġslam Ordusunun qəhrəmanları 

bu  basqını  geri  oturdaraq,  irəliyə  doğru  hərəkətə  keçmiĢdilər.  Bu  təqib  əsnasında 

Ģəhid  olan  iki  igid  Mehmetçik  Ģəhid  olduqları  yerdə  qanlı  libasları  ilə  dəfn 

edilmiĢdi.  Hacıhətəmlidə  yaĢayan  kəndlilər  də  o  tarixdən  etibarən  vəfat  edən 

yaxınlarını müqəddəs insanlar olaraq qəbul etdikləri Ģəhidlərə qonĢu olsunlar deyə 

bu qəbirlərin ətrafındakı sahəyə dəfn etməyə baĢlamıĢdılar. Kənd qəbiristanlığının 

yeri  də  beləcə  dəyiĢmiĢ  və  yerli  əhali  qucaq-qucağa  yatan  iki  igidin  ətrafını 

müqəddəs  bir  məkana  döndərmiĢdi.  Beləcə  Ģəhidlərin  məzar  yeri  də  itirilməkdən 

qurtarılmıĢdı.  Burada  yatan  qəhrəman  Ģəhidlərin  də  adları  bilinmir...  (Foto:  ġəxsi 

arxiv). 

Türk Silahlı Qüvvələri Hacıhətəmli Ģəhidliyini də yenidən abadlaĢdırdı. ġair 

demiĢdi: 

"Bayraqları bayraq yapan üstündəki qandır, 

Torpaq, əgər uğrunda ölən varsa, vətəndir". 

Bu  Ģeir  Ģəhidlərin  məzar  daĢına  yazıldı  və  ətrafdan  gəlib-keçənlərə  o 

torpaqların hansı Ģərtlərdə vətən olduğunu anlatmaqdadır. 

Qaraməryəm-Mollaishaqlı  və  Bığır  qəsəbələrinə  gedən  yolların  kəsiĢdiyi 

yerdə bir abidə yüksəlir. Yolun düz baĢında yerləĢən abidənin hazırlanmasında türk 

mədəniyyətinin  incə  zövqünü  əks  etdirən  gözəl  bir  memari  üslubdan  istifadə 

olunmuĢdur.  Abidə  Göyçay  bölgəsində  erməni  daĢnakları  və  rus  bolĢeviklərliyə 

gedən  qanlı  vuruĢmalarda  həyatını  itirənlərin  xatirəsini  yaĢatmaq  üçün  ucaldıldı. 

Qəhrəman  Türk  Silahlı  Qüvvələri  bu  abidəni  də  Mərdəkan,  Acıdərə  və  ġəkidəki 

kimi  eyni  memari  üslubda,  eyni  xüsusiyyətdə  və  eyni  materiallarla  inĢa  etdirdi... 

Ay  ilə  ulduz  ağ  mərmərdən,  sütun  isə  qranit  daĢdan  düzəldildi...  (Foto:  ġəxsi 

arxiv). 


Göyçay  savaĢında  torpağın  qara  bağrına  düĢən  qəhrəmanların  xatirəsini 

əbədiləĢdirmək  üçün  düzəldilən  Ģəhidliyin  divarlarına  mərmər  kitabələr 

yerləĢdirildi.  Kitabələrə  isə  diqqətlə  seçilən  Ģeirlər  qazılmıĢ  və  ziyarətçilərin 

oxuması təmin olunmuĢdur... 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə