Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə72/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   68   69   70   71   72   73   74   75   ...   175

153 

 

gecə Göyçaya - orada yaĢayan qohumlarımızın yanına qaçırlar. Orada bir müddət 



yaĢamıĢ,  ermənilər  getdikdən  sonra  yenə  də  buraya,  öz  evlərinə  dönmüĢlər. 

Ailəmiz  ġamaxıya  dönərkən  mən  Kürün  kənarında  doğulmuĢam.  Erməni-

müsəlman davası vaxtında baĢımıza belə bir əhvalat gəlib." (ġəxsi arxiv). 

ġamaxı  ətrafında  o  illərdə  6  erməni,  6  da  malakan  kəndi  vardı.  Türk 

kəndlərinin sayı isə 60 olardı. 

ġamaxı  yaxınlığındakı  Mərəzə  qəsəbəsi,  adını  Oğuzların  Marası 

oymağından almıĢdı. Tarixi qaynaqlar burada təxminən 500 çadırdan ibarət Marası 

türklərinin  yaĢadığını  bildirirlər.  Marası  da,  sonradan  Ģifahi  dildə  öz  əvvəlki 

formasını  dəyiĢərək  Mərəzə  Ģəklinə  düĢmüĢdür.  Erməni  daĢnakları  mərəzəlilərlə 

danıĢmaq və bir nəticə əldə etmək bəhanəsilə qəsəbənin sayılıb-seçilən adamlarını 

bir  təpənin  arxasındakı  dərəyə  dəvət  etmiĢ,  orada  onları  amansızcasına 

öldürmüĢlər. Bu hadisədə 115 nəfər adam həyatını itirmiĢdir. 



Mərəzəli  Nəriman  Heybətoğlu,  o  acı  dolu  günlər  haqqında  böyüklərdən 

eĢitdiklərini belə ifadə edir: 

"Bizim  ağsaqqalları  Mərəzənin  ġamaxı  tərəfindəki  bir  dərəyə,  bir  kəndə 

deyil, məhz bir dərəyə çağırıblar. Bizimkilər də heç nədən Ģübhələnməyərək oraya 

gediblər.  O  dərədə  115  adam  öldürülüb.  Bu  xəbər  kəndə  yayılır.  Hərə  bir  tərəfə 

qaçır  -  uĢaq,  qadın,  qız,  cavan,  qoca  -  hamı  özünü  dağa-daĢa  vurur.  Gizlənib 

canlarını 

qurtarmağa 

çalıĢırlar.  Kəndin  baĢbilənləri,  ağsaqqalları  qətlə 

yetirildiyindən,  hərə  bir  tərəfə  dağılıĢır.  Ermənilər  boĢ  qalmıĢ  Mərəzənin  mal-

mülkünü  talan  etmiĢ,  evləri  yandırmıĢlar.  Əhali  çox  pis  vəziyyətə  düĢür.  Ta  ki, 

Türk Ordusu Azərbaycana gəlib əmin-amanlıq yaradana qədər" (ġəxsi arxiv). 

ġamaxılı Misir Ġbrahimovun atası son Rus çarı Ġkinci Nikolayın ordusunda 

xidmət  etmiĢ  və  yüzbaĢı  rütbəsinə  qədər  yüksəlmiĢdi.  Erməni  daĢnakları  və  rus 

bolĢeviklərinin  hücumu  zamanı  o,  ətrafda  əli  silah  tutanları  baĢına  yığıb, 

hücumların    qarĢısını almağa çalıĢır, lakin əllərində kifayət qədər silahları yox idi. 

Silahla davranmağı bacaranların sayı da yox dərəcəsində idi. 

Misir baba: 

"Gəldilər  xəbər  verdilər  ki  atama,  atam  da  yüzbaĢıdır,  çar  Nikolayın 

ordusunda  yüzbaĢıydı,  ruslarla  ermənilər  gəlir,  nə  edək,  dedilər.  Bəzi  silahlı 

insanlarla  onlara  qarĢı  çıxmağa  çalıĢdılar,  lakin  bacarmadılar.  Sonra  biz  də  çıxıb 

getdik  ġamaxıdan.  ġəkər  ilə  Bığır  kəndi  arasında  bizim  Cavanlının  qıĢlağı  vardı. 

Hər  il  yay  aylarında  buraya  gələrdik.  Bığır  ilə  ġəkər  camaatı  bizi  görəndə 

təəccübləndilər,  bunlar  bu  vaxtı  niyə  yaylaqdan  döndülər.  Aradan  iki  gün  keçdi, 

heyvanlarla  mal  otlayırdı.  Üçüncü  gün  mallar  bağların  kənarında  otlayarkən, 

həvəsləndim, çobanların yanına getdim. Bir az durmuĢdum ki, bağın hər tərəfindən 

qoĢun  doldu  bağa.  Malların  otlaması  üçün  yer  qalmadı.  BaĢlarında  ĢiĢ  papaq 

əsgərlər  doldu.  Türklərin  papağı  imiĢ  onlar.  Mən  bilmirdim  onlar  kimdir.  Baba, 



154 

 

baba  deyə  qıĢqırdım,  qorxdum,  ağladım,  gedib  dedim  ki,  ermənilər  doldu  bağa, 



mallarımızı aparacaqlar, uĢaqları öldürəcəklər. KiĢi bir az fikirləĢdi, sonra yüyürüb 

onların  yanına  getdi.  Baxıb  gördüm  ki,  onlarla  qucaqlaĢıb-öpüĢürlər.  Babamın 

yanına  gəldim.  Komandir  mənə  dedi:  "Oğul  bala,  qorxma,  qorxma,  gavurları 

tezliklə  qovacağıq.  Biz  qardaĢlarıq,  atalarıq,  sizə  köməyə  gəlmiĢik,  qorxma." 

(ġəxsi arxiv). 

ġamaxı  və  ətrafında  yaĢayan  əhali  türk  əsgərini  bağrına  basdı.  Mal-davar 

kəsib əsgərlərin qarnını doyurdu, su və çörəyini onlarla yarı böldü. 

Misir baba: 

"Atam  gedib  bir  qazan  gətirdi.  Böyük  bir  qazan.  Ġçi  qatıqla  dolu  idi. 

Malımız,  davarımız  çox  idi,  qatıq  dolu  qazanı  gətirdi  bunlara.  Onlar  dedilər  ki, 

"dünyada  yemərik,  yaxın  durmarıq.  Biz  bunu  hələ  qazanmamıĢıq,  borcun  olsun, 

sonra  yeyərik".  "Siz  böyük  çətinliklərlə  qaçıb  canınızı  qurtararaq  buralara 

gəlmisiniz, biz bunu yeyə bilmərik". Babam dedi ki, "ay kiĢi, fikir eləməyin. Onun 

haqqı mənə çoxdan çatıb. Sizin buraya gəliĢiniz mənə bəsdir". (ġəxsi arxiv). 

Misir  baba  Türk  əsgərlərilə  erməni  daĢnakları  arasındakı  silahlı  döyüĢlərin 

də Ģahidi olmuĢdu. 

Misir baba: 

"Onu  gözümlə  gördüm  ki, bir xəbər  gəldi,  çay fincanı  əlindəydi.  Onu  yerə 

qoydu,  durdu  ayağa,  papağı  qaldı,  ayaqqabısı  qaldı  yerdə.  Qopub  getdilər.  Bu 

qobunun (qurumuĢ su yatağı) qırağında bir gurhagur qopdu ki, Allah göstərməsin... 

O tərəfdən pulemyotlardan atəĢ açılırdı. Sonra ermənilərin hamısı qaçmağa baĢladı. 

Bizimkilər  gəldilər,  sonra  orada  Ağsunun  bərisində  bir  quyu  vardı.  Ermənilər 

quyunun  yanında  dayandılar,  müdafiə  üçün  mövqe  tutdular.  Türk  əsgəri  gəlib 

oraya  çatdı,  bir  gurhagur  da  burada  qopdu.  Bu  dərələr,  təpələr  sanki  bir-birinə 

qovuĢdu. Erməniləri qırıb-çatdılar. Sonra rus və ermənilər oradan  çıxıb Acıdərəyə 

qaçdılar. Burada da dayandılar ki,  türkün qabağını kəssinlər. Burada da qırıldılar. 

Orada türkün bir zabitinə güllə dəyib, qəbri indi də oradadır. Türklər sonra məzarı 

baĢqa yerə köçürmək istədilər, amma bizimkilər qoymadılar, buraxmadılar." (ġəxsi 

arxiv). 

Türk-Qafqaz  Ġslam  Ordusu  ilə  Türkiyədən  Azərbaycana  gedən  Ģair  Arif 

Ġrfan  Qaraosman  "Qafqaz  Türklərinə"  bir  çox  Ģeir  həsr  etmiĢdir.  Misir  baba  Arif 

Ġrfan bəyin o günlərdə yazdığı Ģeiri oxuyur: 

 

QAFQAZ TÜRKLƏRĠNƏ 

Ey Qafqazın nurlu siması,  

Ey əcdadımın şirin yuvası,  

Ey türk irqinin böyük anası,  

Ey uca dağın münbit obası,  



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə