Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə68/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   64   65   66   67   68   69   70   71   ...   175

145 

 

Sovet  Ġttifaqı  dövründə  Qafqazda  yaĢayan  türklərin  hafizəsini  silmək 



istədilər.  "Türk"  kəlməsinə  qadağa  qoydular.  Milli  kimliyi  ilə  yaĢamaq  istəyən 

türklərə  böyük  təzyiqlər  göstərdilər.  Acımasız  iĢgəncə  və  qorxutma  metodları 

tətbiq  etdilər,  bir  çoxunu  sürgünə  yolladılar.  Bunlara  rəğmən  müasir  marksist  rus 

çarları millətin ruhundakı, hafizəsindəki tarixi qazıyıb yox edə bilmədilər. 

Hafizəsindəki  qeydi  silinməyənlərdən  biri  olan,  Salyanın  dünyagörmüĢ 

ağsaqqallarından Kərbəlayı Eyvaz bəy o qorxu illərini bu sözlərlə dilə gətirir: 

"O  illərdə  mən  komsomolun  katibi  idim.  Orada  məndən  baĢqa  bir  dostum 

da var idi. Getdim onunla danıĢdım, dedim ki, türkün qəbir daĢları yerə yıxılmıĢdır, 

heç kəs baxmır, təmir edək. Bir saat keçmədi ki, bütün rayon əhalisi ayağa qalxıb 

üstümə gəldi. Sonra  məni  sorğuya çəkdilər, dedilər ki, "sən türklərin agentisən?". 

Dedim nə agent, mən türkəm. Bu etdiyiniz nədir, belə Ģeymi olar? Getdim onların 

böyüklərinə dedim ki, dostumu çağırın gətirin, o nə danıĢdığımızı söyləyər. Onu da 

tapıb  gətirdilər.  Mən  ona  "daĢ  böyrü  üstə  yıxılıb,  onu  təmir  edək  demədimmi?". 

Sonra baĢa düĢdülər ki, pis bir niyyətimiz yoxdur, bizə heç nə eləmədilər. UĢaqlar 

da  o  daĢı  yenidən  yerinə  qoyub  bərkitdilər.  Sonra  1957-ci  ildə  gəldik  buraları 

təmizlədik.  Bələdiyyə  idarəsinin  rəisi  vardı,  o  mənim  uĢaqlıqdan  bəri  dostum  idi. 

Ondan  xahiĢ  etdim  ki,  o  məzarın  üstünə  mərmər  qoyaq  və  üstünü  də  yazdıraq. 

Sonra  da  hər  kəsdən  xahiĢ  etdim,  xəbər  verdim,  onlar  da  gəldilər  təmir  etdilər. 

Amma bu türklərin Azərbaycana gəlməsi haqqında, Zülfəli Ġbrahimov vardı, onun 

kitabında  hamısı  geniĢ  yazılmıĢdı.  Ermənilərin  türklərə  qarĢı  törətdiyi  qırğınlar 

haqqında o kitabda ətraflı yazılıb. Ġndi yazılanlardan danıĢmıram, o yazıb 1935-ci 

ildə.  Həmin  iĢdən  də  müdafiə  edib  elmlər  doktoru  adı  alıb.  1937-ci  ildə 

qorxusundan  iflic  oldu.  Çolaq  idi  deyə  Sibirə  sürgün  etmədilər  və  həbs  də 

etmədilər.  Yoxsa  dərhal  içəri  basar,  Sibirə  göndərər,  öldürərdilər.  Bizdə  Yusif 

Kazımov  var  idi,  o  da  türk  qəbirlərinə  qayğı  göstərərdi.  O,1924-cü  ilə  qədər 

Türkiyə  tərəfdarı  idi.  Müsavat  partiyasının  üzvü  olmuĢdu.  1937-ci  ildə  öldürmək 

istədilər, amma ölmədi. Sonra Sibirə sürgünə göndərildi." 

ġəhid topçu zabiti Ömər bəyin məzarından bir az irəlidə dörd qəhrəman da 

yatır.  Salyan  qəbiristanlığında  əbədi  yuxuya  getmiĢlər.  Onlar  da  Qafqazın 

imdadına  çatanlardandır.  Böyük  Turan  dövləti  yolunda  həlak  olanlardandır.  Rus 

bolĢevik  və  erməni  daĢnak  ordusunun  Qafqazdakı  türkləri  öldürməsinin  qarĢısını 

alanlardandır.  Salyan  xalqı  bu  qəhrəmanların  xatirəsinə  də  bir  qəbir 

düzəltdirmiĢdir.  Ad-soyadları  bilinmir,  ancaq  salyanlılar  onları  ürəklərində 

yaĢadırlar. 

Salyanlılar  erməni  və  rusların  törətdiyi  vəhĢətdən,  qırğından,  zülmdən 

özlərini  qurtaran  bu  adsız  qəhrəmanları  qucaqlayıb,  bağırlarına  basdılar.  Sovet 

Ġttifaqı  dövründəki  təzyiqlərə  rəğmən  qəbirləri  qorudular.  ġəhidlərin  cənazələrini 

Ģəhər  qəbiristanlığında  dəfn  edərək  yerlərinin  itməsinin  qarĢısını  aldılar. 




146 

 

Azərbaycan  müstəqilliyini  qazandıqdan  sonra  salyanlılar  da  keçmiĢə  sahib 



çıxmanın ən gözəl nümunələrini göstərməyə baĢladılar. Bu coğrafiyada yaĢayanlar 

Anadoludakı  insanlarla  eyni  soydan  gəldiklərini  artıq  açıqca  və  rahatlıqla  dilə 

gətirə  bilirlər.  Dili  bir,  dini  bir,  qanı  bir  millətin  övladları  olduqlarını  hayqıraraq 

dilə  gətirməkdən  çəkinmirlər.  Yüksələn  bayrağın  və  müstəqilliyin  qiymətini  çox 

yaxĢı  bilirlər.  Bu  duyğuların  daĢıdığı  mənanı,  müstəqilliyini  itirməyən  və  vətəni 

düĢmən  ayaqları  altında  əzilməyən  insanlar  bəlkə  anlamaqda  çətinlik  çəkə  bilər. 

Fəqət o qorxunc hadisənin baĢa gəlməməsi üçün azadlığın, müstəqilliyin, vətən və 

torpağın qiymətini, al bayraq altında yaĢayarkən önəmini bilmək lazım gəlir. 

Salyanlılar vətənin və bayrağın qiymətini artıq çox yaxĢı dərk edirlər. Çünki 

onlar  bu  xoĢbəxt  dəyərləri  keçmiĢdə  itirmiĢdilər.  Bunun  acısını  ürəklərində 

duymuĢdular.  Ġndi  yüksələn  bayrağın  bir  daha  enməməsi  üçün  səy  göstərirlər. 

Salyan  Ġcra  Hakimiyyəti  ictimai-siyasi  Ģöbəsinin  müdiri  ġəmsəddin  Əbilov  yerli 

idarəçi olaraq Ģəhidlərə lazım olan qayğını göstərdiklərini anladır: 

"Salyandakı  iĢ  adamları  Ģəhidlərin  məzarında  bərpa  iĢləri  aparmaq  üçün 

bələdiyyə  rəisinin  yanına  getdilər.  Bələdiyyə  rəisi  ilə  birlikdə  icra  baĢçısı  Vaqif 

bəyə  durumu  anlatdılar.  Vaqif  müəllim  də  bu  təklifi  həyəcanla  qarĢıladı  və 

qəbirlərin  baxımı  və  bərpası  və  ətrafının  təmizlənib,  düzəldilməsinin  öz  vəzifəsi 

olduğunu bildirdi. Əvvəlcə qəbirlərin üstlərindəki yazıları oxuması üçün Salyan və 

ətrafında elminə, biliyinə hər kəsin hörmət etdiyi alim və etnoqraf RəĢid müəllimə 

müraciət  etdik.  Qəbir  daĢlarının  üstündə  olan  yazılar  ərəb  dilində  yazılmıĢdı.  Bu 

yazılar  zamanla  itməyə  baĢlamıĢdı.  Yazıların  fotolarını  çəkdikdən  sonra  RəĢid 

müəllim onun üstündəki yazıları aydınlaĢdırdı. RəĢid müəllim uzun və yorucu bir 

çalıĢmadan sonra dedi ki, qəbir üstündə "Bu qəbir Allahın rəhmətinə getmiĢ Ömər 

paĢanındır.  Vəfatı  1337  hicri,  1918  miladi"  sözləri  yazılıb.  Biz  bunları  yenidən 

düzəltdikdən sonra 31 mart 2002-ci ildə Azərbaycan türklərinin soyqırımı günündə 

burada  bir  mərasim  təĢkil  etdik.  Bütün  Salyan  xalqının,  sakinlərinin  iĢtirakı  ilə 

böyük  bir  tədbir  keçirdik.  Salyan  əhalisi  olaraq  türk  paĢası  Ömər  paĢaya  olan 

məhəbbətinə görə hamı ürəkdən iĢtirak etdi. Mərasimdə çıxıĢ edənlər atəĢli sözlər 

söylədi. Türk qardaĢlarımızın bizə göstərdikləri hörmət daxilində biz də onlara öz 

məhəbbətimizi  və hörmətimizi göstərdik. Hal-hazırda Salyan Ġcra Hakimiyyəti  və 

rəsmi  dairələr,  türk  soyqırımı  ilə  bağlı  olaraq,  bu  qəbiristanın  giriĢində  bir  abidə 

qoyulmasına  qərar  verdik.  Onun  qoyulmasını,  inĢallah,  baĢa  çatdıracağıq. 

Qəbiristanlıqdakı digər qəbirlər də naməlum əsgərlərin, adsız qəhrəmanların, türk 

əsgərlərinin  qəbridir.  Bizim  məktəblilər  müəllimlərin  nəzarəti  ilə  bu  qəbirləri 

ziyarət  edirlər.  O  qəbirlərin  üstündə  Ģeirlər  oxuyur,  ora  gül-çiçəklər  qoyurlar. 

Bütün Azərbaycan əhalisi kimi Salyan xalqı da türkləri heç bir vaxt unutmayacaq, 

onların qəbirlərini ziyarət edəcək." 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə