Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə67/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   63   64   65   66   67   68   69   70   ...   175

143 

 

onların  qarĢısına  çıxmıĢlar.  Ancaq  bir  Ģey  edə  bilməmiĢlər.  Ağa  dərhal  türklərə 



xəbər  vermiĢdir.  Türklər  də  yardıma  gəlmiĢ  və  yanlarında  da  bir  top  varmıĢ. 

Ermənilər isə Kür çayında gəmidə durub Salyana uzaqdan top atəĢi açarmıĢ. Türk 

topçuları  elə  bir  mərmi  atmıĢdır  ki,  gəminin  tüstü  çıxan  yerindən  içəri  girmiĢ  və 

partlayıb hamısını məhv etmiĢdir. Ruslar,  Azərbaycanda belə atıĢ atan ola bilməz, 

demiĢlər.  Onlar  da  anlamıĢdır  ki,  bunlar  türklərdir.  Oradan  da  çəkilib  getməyə 

baĢlamıĢlar. Çəkilərkən də ətrafdakı kəndləri dağıda-dağıda getmiĢlər."

60

 

Salyan savaĢında türklərdən 13 əsgər Ģəhid olmuĢ, 17 əsgər də yaralanmıĢdı. 



DüĢmən  qüvvələri  isə  132  ölü  və  600  də  yaralı  vermiĢdi.  30  sandıq  rus  piyada 

cəbbəxanası, bir səyyar mətbəx ilə kabel və s. ləvazimat da ələ keçirilmiĢdi.

61

 

Salyan  bölgəsindəki  ikinci  toqquĢma  12  iyul  1918-ci  ildə  rusların  yaĢadığı 



Yeni Vasilyevka  xəttində  meydana  gəldi. DüĢmənin 400 piyada və 50 süvarisi ilə 

əlində 12 makinalı tüfəng, 3 top və 2 zirehli gəmi var idi. Hacıqabul qəsəbəsində 

olan iki    düĢmən təyyarəsi  də  hər  gün  havaya  qalxaraq  türk  qoĢunlarının üzərinə 

bomba  yağdırırdı.  Türk  qoĢunları  isə  Salyan  ilə  QaraqaĢlı  arasında  müdafiə  xətti 

qurmuĢdu.  Ərazinin  düz  olması  səbəbindən  Kür  çayındakı  gəmilər  və  havadan 

açılan atəĢlə davamlı bombardman altında olurdular. 

Qızıl  Ordu  qüvvələri  top  atəĢi  dəstəyi  altında  türk  mövqelərinə  qarĢı  üç-

dörd dəfə hücuma keçdilər. Ancaq hər dəfəsində ağır itkilər verərək geri çəkilmək 

məcburiyyətində qaldılar. Xıllı kəndi ətrafında da davam gətirə bilməyən düĢmən 

qüvvələri bu dəfə də Bankədə toplanmağa baĢladı.

 

Salyan  hərbi  dəstəsi  minbaĢı  Əhməd  Həmdi  bəy  komandasında,  Yeni 



Vasilyevka-Bankə bölgəsində yerləĢən erməni daĢnak və rus bolĢevik qüvvələrinə 

12  iyulda  bir  basqın  etdi.  DüĢmənin  böyük  bir  hissəsi  burada  məhv  edildi. 

Gəmilərə  çatıb  canlarını  qurtara  bilənlər  isə  Xəzər  dənizinə  doğru  qaçmağa 

çalıĢdılar.  Bankə  ətrafında  quruda  olan  düĢmən  əsgərlərinə  də  basqın  edildi  və 

böyük  bir  çoxluğu  məhv  edildi.  Canlarını  qurtara  bilən  qana  susamıĢ  quldur 

dəstələri buradan düz Bakıya getdilər.

62

 

Azər Turan: 



"Erməni  gəmisi  Qaralı  kəndi  ətrafından  Salyan  tərəfə  gedirdi.  Demosdin 

gəmisi  Bakıdan  gəlmiĢdi.  Bu,  Əli  Bayramovun  idarə  etdiyi  gəmi  idi.  Ġçində 

ermənilər  var  idi.  Gəmi  QaraqaĢlı  istiqamətində  gedirdi.  O  tərəfdə  olan  türk 

topçusu gəmiyə dəqiq atəĢ açır, topun mərmisi gəminin bacasından içəri düĢür və 

gəmini məhv edir." 

Qızıl  Ordunun  gəmi  və  qayıqlarının  Kürə  bir  daha  girməsinin  qarĢısını 

almaq üçün çayın ağzı köhnə pantonlarla qapadıldı, bəzi köhnə gəmilər də batırıldı. 

DüĢmənin sahilə çıxmasını əngəlləmək və bölgədəki asayiĢi təmin etmək üçün də 

minbaĢı  Nazim  Ramazanov  bir  bölük  piyada,  iki  rus  pulemyotu  və  bir  topla 



144 

 

birlikdə  bölgədə  vəzifələndirildi.  Geri  qalan  qüvvələr  15  iyulda  Palat-Toqay 



bölgəsinə çəkildi.

63

 



Salyan  müharibələrində  Türk  Qafqaz  Ġslam  Ordusuna  bağlı  kiçik  bir  hərbi 

dəstə özündən say, silah və sursat baxımından çox üstün vəziyyətdə olan daĢnak və 

bolĢevikləri bir daha məğlub etmiĢdi. Hacıqabuldakı iki düĢmən təyyarəsi hər gün 

Qaraağac  üzərində  uçaraq  türk  qoĢunlarını  bombalayırdı.  Salyan-Bankə-Neftçala 

bölgəsindən qovulan düĢmən qüvvələrindən dörd pulemyot, 63 piyada tüfəngi, 100 

sandıq  piyada  və  top  mərmisi,  7  kiçik  qayıq,  bir  miqdar  benzin,  duzlu  balıq  kimi 

bəzi  əĢya  və  yemək  ələ  keçirilmiĢ,  31  nəfər  də  əsir  alınmıĢdı.  Türk  hərbi 

qüvvələrindən isə ikisi milis olmaq üzrə 11 əsgər Ģəhid olmuĢ, bir zabit ilə 13 əsgər 

yaralanmıĢdı.

64

 



Salyan və Bankə ətrafında gedən müharibənin nəticəsində bölgədə yaĢayan 

türklər  böyük  bir  qətliamdan  qurtarılmıĢdı.  Rus  bolĢevik  və  erməni  daĢnak 

qüvvələrinin Kür çayı boyunca irəliləyərək, Yevlax Ģəhərini ələ keçirmələri və türk 

ordusunu  arxadan  mühasirəyə  almaları  əngəllənmiĢdi.  BolĢevik  Qızıl  Ordu  hərbi 

qüvvələrinə qarĢı cəbhə xəttini bütöv tutmaqla vəzifələndirilən 5-ci Qafqaz piyada 

diviziyası düĢmən hücumlarına qarĢı Azərbaycanın hər tərəfinə yetiĢməyə çalıĢırdı. 

Diviziyanın tərkibi isə təxminən 5800 nəfərdən ibarət idi. Bu qədər az sayda hərbi 

Qüvvənin  geniĢ  bir  coğrafiyada  savaĢması,  hərb  sənəti  baxımından  mümkün 

deyildi.  Buna  rəğmən  Mehmetçik  düĢmənin  Azərbaycanda  törətdiyi  qətliamı 

dayandırmaq  və  iĢğala  son  vermək  üçün  fövqəlbəĢər  bir  cəhd  göstərmiĢdi.  Türk 

ordusu  Göyçay  savaĢında  əvvəlcə  böyük  bir sarsıntı  keçirmiĢ,  sonra  girdiyi  bütün 

savaĢlarda Qızıl Ordu qüvvələrinə qarĢı həmiĢə qalib gəlmiĢdi. 

Mehmetçiklər  Anadoludan  qopub  gəldilər.  SoydaĢlarının  imdadına 

yetiĢdilər.

 

Ancaq  təəssüf  ki,  Salyan  və  Neftçala  bölgəsində  də  bəzi  qəhrəmanlar 



həlak oldular. Bir gül bağçasına girərcəsinə Ģəhadət Ģərbətini daddılar. 

Salyan Ģəhər qəbiristanlığında Türk Qafqaz Ġslam Ordusunun  igidləri yatır. 

Bu  məzarlıqda  yatan  qəhrəmanlardan  birinin  rütbəsi  naməlumdur.  Fəqət  topçu 

zabiti  Ömər  bəy  olduğu  bilinir.  Yerli  xalq  Ömər  bəyə  "paĢa"  ünvanını  layiq 

görmüĢdür. Qəbir daĢına bir top rəsmi yazılmıĢ, ölüm tarixi olaraq isə 1337, yəni 

1918-ci il iĢlənmiĢdir. Qərənfillərlə süslənən  məzar abidəsinin üstünə ay-ulduz ilə 

süslənmiĢ qara qranit daĢdan bir də kitabə yerləĢdirilmiĢ, altına da "Bu qəbir 1918-

ci ildə vəfat etmiĢ Ömər paĢanındır" sözləri yazılmıĢdır. 

Türklər özlərinə edilən yardımı unutmazlar, qədir-qiymət bilən bir millətdir. 

Qafqazda  və  Azərbaycanda  yaĢayan  türklər  də  Anadoludakı  qardaĢları  kimidir. 

Salyanlılar  öz  vətəninin  önəmli  bir  hissəsi  iĢğal  altında  olmasına  rəğmən  1918-ci 

ildə Qafqazda yaĢayan qardaĢlarının imdadına çatan qəhrəman Mehmetçiyi heç bir 

zaman unutmadılar. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə