Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə66/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   62   63   64   65   66   67   68   69   ...   175

141 

 

həqiqi  mənasında  bir  cihad  səviyyəsində  yüksəlmiĢ  döyüĢlər  və  bu  döyüĢlərin 



sonunda da bu torpaqların birlik və bütünlüklə qurtuluĢa nail olması da  məsələnin 

bir baĢqa tərəfidir." (ġəxsi arxiv). 

Bakıdan  yola  çıxan  Qızıl  Ordu  qüvvələri  2  mindən  çox  piyada,  12 

pulemyot,  6  top,  iki  zirehli  və  dörd  nəqliyyat  gəmisi  ilə  26  iyun  1918-ci  ildə 

ölkənin cənubunda Kür çayının Xəzərə qovuĢduğu Bankə qəsəbəsinə çatdılar.

56 


Bu 

hərbi dəstənin 200-ü rus, 300-ü Ġranlı  müsəlman və qalanı da ermənilərdən ibarət 

idi. Zirehli gəmilərdə iki top və iki də pulemyot var idi. Gəmilərlə Kür çayına girən 

piyadalar  Ģimala  doğru  irəliləməyə  baĢlamıĢdılar.  Bankə  ətrafındakı  qəsəbə  və 

kəndlərdə  yaĢayan  malakan  və  xaxol  deyilən  rusların  da  qatılması  ilə  sayları 

gedərək  artırdı.  Keçdikləri  yerlərdə  sahilin  hər  iki  yanında  yerləĢən  türk  evlərini 

talan  edir  və  yandırırdılar.  DüĢmən  əsgəri  bu  Ģəkildə  Salyana  doğru  irəliləyərək, 

Ģəhərin üç kilometr cənubuna qədər yaxınlaĢmıĢdı.

57

 

Salyanın  ağsaqqallarından  kərbəlayı  Eyvaz  Məmmədov  o  illərdəki 



hadisələrə Ģahid olan böyüklərindən eĢitdiklərini belə anlatdı: 

"Kür çayının sahilindəki kəndləri bir-bir yandırır, adamları qırırdılar. Onlar 

heç  baxmırlar  hansı  tərəfdəndir,  kimliyi  nədir,  qocadır,  cavandır,  hər  kəsi 

öldürürlər. Kürün balaca bir qolu var, AğquĢ çayı, əhali hamısı çayın o biri tərəfinə 

qaçır.  Ermənilər  bunları  qıra-qıra  gəlib,  BeĢlər  kəndini  keçirlər.  ƏrəbqardaĢ 

kəndində  bir  molla  Quran  oxuyurmuĢ.  Quran  oxuyan  molla  qaçmır.  Deyirlər  ki, 

sən də qaç. O isə deyir ki, mən Quran oxuyuram, mənə nə edəcəklər... Ermənilər 

oraya çatdığı zaman onu baĢından bir güllə ilə vururlar, baĢı düĢür Quranın üstünə. 

Sonra  gəlirlər  QaraqaĢlının  o  tərəfində  BeĢlərin  bəri  yanında  bir  qayalıq  var, 

yüksək bir yerdir, orada dururlar." (ġəxsi arxiv). 

AraĢdırmaçı  Azər  Turan  bölgədəki  rus  bolĢevik  və  erməni  daĢnak  hərbi 

qüvvələrinin sayının bilinəndən daha artıq olduğunu söyləyir: 

"Ermənilər buraya 6 min nəfərlik bir qoĢunla gəldilər. Tarixi mənbələrdə 2 

min  deyilir,  amma  onun  1500-ü  erməni  idi.  O  qoĢunların  arasında  ġahsevənlər 

deyilən,  tarixi  mənbələrdə  əcəmlər,  ya  da  farslar  deyilən  300  nəfər  ermənilərə 

yardım  edirdi.  Qalan  qüvvələr  isə  yerli,  bədməzhəb,  kommunist  qüvvələr  idi. 

Buralardakı rus və ermənilər də onlara qoĢuldu." (ġəxsi arxiv). 

Erməni  daĢnakları  və  rus  bolĢevikləri  o  illərdə  böyük-kiçik,  yaĢlı-gənc, 

qadın-kiĢi fərqi qoymurdular. Onlara görə qarĢılarına çıxan insanların öldürülməsi 

üçün  türk  əsilli  olması  kifayət  idi.  Salyanlı  ağsaqqallar  ermənilərin  və  rusların 

1918-ci  ildə  törətdiyi  qətliamı  anladarkən  bu  gün  belə  kövrəlir,  qəzəblənirlər. 

Onların gözləri yaĢla dolur, ağlayırlar. 

Sürahi,  hələ  oyun  oynayan  dövründə,  6-7  yaĢlarında  kiçik  bir  qızdı. 

UĢaqlığının  ən  gözəl  günlərini  yaĢayırdı.  Ətrafda  olan-bitəndən  xəbərsizdi. 

HəmyaĢıdları  ilə  oyunlar  oynayaraq,  dünyanı  qavramağa,  həyatı  yeni-yeni 



142 

 

öyrənməyə  çalıĢırdı.  Bir  gün  gözlərinin  qarĢısında  dostlarını  öldürdülər.  Qolunun 



biri  artıq  yerində  yox  idi.  Qatillər  dirsəyindən  kəsib,  əlinə  verdilər.  Böyük-böyük 

adamlar dostlarını  niyə  öldürdü, qolundakı  izah edilməsi  mümkünsüz  olan acının, 

ürəyindəki o dəhĢətli qorxunun, uĢaq ruhundakı fırtınaların səbəbi nə idi, bilmirdi... 

Kiçik Sürahinin yaĢadıqlarını kərbəlayı Eyvaz Məmmədov belə anlatdı: 

"Rəhmətlik  Sürahi  xala  mənə  belə  anlatmıĢdı:  Biz  12  nəfər  uĢaq  idik. 

Gördük  ki,  ermənilər  gəlir,  qaçdıq  bir  təpəyə.  Orada  isti  su  var  idi,  onun  yanına 

qaçdıq. Oraya çatmazdan əvvəl baxdım daldan 5-6 nəfər adam gəlir, bizi çağırırlar. 

Bizim dilimizdə  danıĢırdılar.  Biz də  nə bilək,  elə  bildik öz adamlarımızdır.  Orada 

dayandıq,  yanımıza  gəldilər.  Silahlı  idilər,  uĢaqların  hamısını  öldürdülər  və 

toplayıb  yandırdılar.  Mənim  qolumu  dirsəkdən  kəsdilər.  Qan  çox  axıb  ölməyim 

deyə  üst  tərəfini  bağladılar.  Sonra  kəsilən  əlimi  o  biri  əlimə  verdilər.  Dedilər, 

kənddəkilərə  get  söylə,  de  ki,  baxın,  ermənilər  adama  belə  zülm  edirlər.  O 

vəziyyətdə gəldim çıxdım kəndə." (ġəxsi arxiv). 

Salyan,  Bankə  və  Neftçala  bölgəsində  yaĢayan  türklər  vəziyyəti  Gəncəyə 

bildirdilər.  Türk  Qafqaz  Ġslam  Ordusu  bu  vəziyyətə  seyirçi  qala  bilməzdi.  Dərhal 

hərəkətə  keçdi.  Cavad  dəstəsindən  minbaĢı  Nazim  Ramazanovun  komandasında 

bir  piyada  bölüyü,  bir  pulemyot  dəstəsi,  bir  dağ  topu  və  73  atlıdan  ibarət  milis 

süvari  alayı,  26  iyun  1918-ci  ildə  Qaraağacdan  paroxodla  Salyana  doğru  hərəkət 

etdi.

58 


Rus  çarlığı  ordularında  xidmət  edərək  minbaĢı  rütbəsinə  qədər  yüksələn  və 

daha  sonra  Türk  Qafqaz  Ġslam  Ordusu  sıralarına  qatılan  minbaĢı  Nazim 

Ramazanov  düĢmənin  Salyana  hələ  çatmadığını  görüncə  Ģəhərin  cənubunda  3 

kilometr  məsafədə  Cavad  kəndi  ətrafında  müdafiə  xətti  qurdu.  Türk  dəstələrinə 

bölgədə  yaĢayan  türklərdən  də  qatılanlar  oldu.  MinbaĢı  Nazim  bəy  ilk  olaraq  60 

nəfərlik  bir  milis  qüvvəsini  bolĢeviklərin  üzərinə  göndərdi.  Erməni  daĢnakları  və 

rus  bolĢeviklərindən  ibarət  qüvvələr  28  iyunda  Surra  kəndi  yaxınlarında  bir  türk 

dəstəsinə  hücum  etdilər,  ancaq  bir  uğur  əldə  edə  bilmədilər.  Rus  bolĢevikləri  və 

erməni  daĢnakları  29  iyunda  türk  qüvvələrini  sağ  tərəfdən  mühasirəyə  almaq 

istədilər.  Türk  süvariləri  düĢmənin  Surra  və  Qarabucaq  kəndləri  ətrafındakı  bu 

təĢəbbüsünü  də  uğurla  geri  oturtdu.  Tərəflər  arasındakı  qarĢılıqlı  taqətdən  salma 

hücumu  2  iyula  qədər  davam  etdi.  Türk  birlikləri  sayca  üstün  olan  düĢməni  bu 

müddətdə çox pis əzdi, böyük zərər verdirdi. Onların Salyana girməsini əngəllədi. 

Göyçayda  yerləĢən  26-cı  tabor  komandiri  minbaĢı  Əhməd  Həmdi  bəy  Cavad 

dəstəsi və minbaĢı Nazim Ramazanovun yardımına göndərildi. Türk süvari alayı 2 

iyulda  hücuma  keçərək,  düĢməni  pəriĢan  bir  vəziyyətdə  cənuba  doğru  çəkilməyə 

məcbur etdi. Ancaq bu təqibdə düĢmən qüvvələri məhv edilə bilmədi.

59

 



Kərbəlayı Eyvaz Məmmədov: 

"Burada  QaraqaĢlı  kəndinin  yanında  bir  kanal  var.  Salyanlıların  sevib, 

saydığı bir ağa varmıĢ. Əhalini bu kanalın o tərəfində toplayıbmıĢ. Adi tüfənglərlə 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   62   63   64   65   66   67   68   69   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə