Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə62/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   58   59   60   61   62   63   64   65   ...   175

133 

 

qəhrəman  Mehmetçiyin  qanı  ilə  bəsləndiyinə  inanır.  Mehmetçik  Göyçay  narına 



özünəxas  dadını  və  qan  qırmızısı  rəngini  vermiĢdir.  Bu  nar  ağaclarının  bitdiyi 

yerdə  bir  neçə  söyüd  və  palıd  ağacı  var.  Yolun  solunda  isə  Göyçay  Ģəhidlərinin 

xatirəsini yaĢatmaq üçün bir abidə düzəldilmiĢdir. Buradakı qovĢaqdan sağa dönən 

yol  isə  Mollaishaqlı  kəndinə  gedir.  ġəhidlikdən  sola  ayrılan  yol  da  nar  bağlarının 

ortasından keçərək Bığır kəndinə çatır. 

Qaraməryəm,  Bığır,  Hacı  Hətəmli  və  Türk  dağı  ətrafındakı  dik  yamaclı 

təpələrdə, keçid və boğazlarda, qurumuĢ çay yataqlarında sinə-sinəyə çətin və qanlı 

vuruĢmalar yaĢanmıĢdı. 

5-ci  Qafqaz  piyada  diviziyası  ilə  Anadoludan  Qafqaza  gedən  qəhrəman 

əsgərlərdən  biri  də  Sivaslı  əsgər  Mehmet  oğlu  Turan  idi.  Turan  bəy  Qafqaz 

cəbhəsindəki hərbi hərəkata qatılmıĢ, Bakı düĢmən iĢğalından qurtarıldıqdan sonra 

oraya  yerləĢmiĢ, evlənmiĢ və oğul-uĢaq sahibi olmuĢdu. Turan bəyin nəvələri indi 

Bakıda  yaĢayırlar.  Böyük  nəvəsi  Mahmud  Turanoğlu  babasından  eĢitdiklərini 

bizimlə də bölüĢdü: 

"Babamın bizə anlatdıqlarına görə, Göyçayda süvari dəstəsində vuruĢurmuĢ. 

Boy-buxunu  yerində  olduğu  üçün,  onu  Azərbaycanlı  türklərdən  ibarət  olan  bir 

süvari  dəstəsinə  vermiĢdilər.  Həqiqətən  də  igid  bir  görünüĢü  vardı.  SavaĢda 

silahları  son  dərəcə  az  imiĢ.  Mərmiləri  belə  qənaətlə  iĢlədir  və  lazım  olmadıqca 

atəĢ  açmırlarmıĢ.  Mərmiləri  az  olduğu  üçün  çarə  olaraq  süngü  hücumunu 

seçmiĢlər. DüĢmənin üzərinə sıx-sıx süngü hücumu edirlərmiĢ. Havanın son dərəcə 

isti olması, əsgərləri və heyvanları canından bezdirirmiĢ. Ġçməli suyun az olması və 

arabalarla  daĢınması  üzündən  əsgərlər  arasında  böyük  bir  susuzluq  dərdi 

çəkilirmiĢ. Bu da Mehmetçiyi pəriĢan edirmiĢ, taqətdən salırmıĢ." (ġəxsi arxiv). 

SavaĢlarda  zaman-zaman  əsir  dəyiĢimi,  hətta  həyatını  itirənlərin  cəsədinin 

savaĢ  meydanından  bəlli  bir  müddət  sonra  qarĢılıqlı  olaraq  alınması  keçmiĢ 

tarixlərdən  bəri  davam  edən  bir  ənənədir.  5-ci  Qafqaz  piyada  diviziyasının 

komandirləri, bolĢevik səlahiyyətlilərinə əsirlərin qarĢılıqlı olaraq dəyiĢdirilməsini 

təklif etmiĢdi. Mahmud Turanoğlunun babasının anlatdıqlarına görə, Qızıl Ordu bu 

istəyə uymuĢ, ancaq fərqli bir cavab vermiĢdi: 

"Bizim  hərbi  dəstələrdən  13  Mehmetçik  əsir  düĢmüĢdü.  Komandirlərimiz 

onlara  xəbər  verdilər  və  "əsirlərimizi  sərbəst  buraxın,  biz  də  sizinkiləri  buraxaq" 

dedilər. Biz əlimizdəki bəzi rus və erməni əsirləri sərbəst buraxdıq. Onlar da bizim 

əsirləri  arabalarla  gətirib  uzaqda  yolun  bir  kənarına  atdılar.  Çatıb  baxdığımızda 

dəhĢətverici mənzərə ilə qarĢılaĢdıq. Bizim əsir düĢən 13 Mehmetçiyimiz tanınmaz 

haldaydı.  Bütün  orqanları,  qolları,  ayaqları  parçalanmıĢ,  kəsilmiĢ,  doğranmıĢ 

vəziyyətdəydi.  Acı  və  ələm  verici  iĢgəncələrdən  sonra  öldürüldükləri  anlaĢılırdı. 

Silah qardaĢlarımızın bu Ģəkildə zalımca öldürülməsi bizdə böyük bir üzüntüyə yol 

açmıĢdı." (ġəxsi arxiv). 




134 

 

Müharibənin  də  bir  qanunu  və  əxlaqı  vardır.  Türklər  aman  diləyənə  əl 



qaldırmaz,  canını  bağıĢlayar.  Əsir  alınan  düĢmən  əsgəri  ilə  yeməyini  və  suyunu 

paylaĢar, həkimlər müalicə edər. Bu bir türk adətidir. Erməni daĢnaklarının və rus 

bolĢeviklərinin gücü isə müdafiəsiz və silahsız olan insanlara, qadınlara, uĢaqlara, 

yaĢlı və qocalara çatırdı. Keçdikləri hər yeri yandırıb dağıdırdılar, fəqət qarĢılarına 

qəhrəman  Mehmetçik  çıxınca  nə  edəcəklərini  ĢaĢırırdılar.  Bəslədikləri  kin,  nifrət 

və qəzəblərini də əsir düĢən Mehmetçikdən çıxarırdılar. 

Mehmetçik,  Qızıl  Ordu  qalıqlarını  təmizləmək  üçün  bölgədəki  hərəkata 

davam  edirdi.  13-cü  Qafqaz  alayının  qəhrəmanları  yenə  düĢməni  təqib  edirdi. 

Göyçay düzənliyi isti günlərindən birini yaĢayırdı. GünəĢ bütün pərdələrini açmıĢ, 

elə bil qəzəbli oxlarını Bığırın təpələrinə və vadilərinə sancırdı. Türk Qafqaz Ġslam 

Ordusunun  savaĢdığı  bu  ərazi  Qafqazın  cənub  ətəklərində  Kür  çayına  enən 

bölgədədir  və  son  dərəcə  eniĢ-yoxuĢlu  idi.  Düzənlikləri  dərin  yarğanlarla  bir-

birindən  ayrılmıĢdı,  yüksək  təpələr  və  yamacları  da  son  dərəcə  dik  idi.  Nizamlı 

ordunun hərəkatını çətinləĢdirirdi. 

Qaraməryəm  yaxınlarında  məğlubiyyətə  uğrayan  erməni  daĢnak  və  rus 

bolĢevik  qüvvələrinin  bir  hissəsi  cənubdakı  Bığır  kəndinə  doğru  qaçırdı. 

Mehmetçiklər

 

isə  birləĢmiĢ  düĢmən  qüvvələrini  təqib  edirdi.  DüĢmən  əsgərləri 



təpələrin  üzərində  səngər  tutmuĢ,  aĢağıdakı  dərə  yatağında  olan  Mehmetçiyə 

yuxarıdan atəĢ yağdırırdılar. Səngərdəki pulemyotların susdurulması üçün əmr alan 

bir  manqa  Mehmetçik  divar  kimi  dik  yamacdan  sürünərək,  dırmanmağa  baĢladı. 

Yuxarıya  çatdıqlarında  süngü  taxıb  Qızıl  Ordu  əsgərləriylə  boğaz-boğaza 

savaĢdılar. Səngərlərin qarĢısında qanlı toqquĢmalar yaĢandı. Sonunda Mehmetçik 

bu təpələri ələ keçirmiĢdi. ġəhid olan əsgərlərini də dərhal orada qanlı libasları ilə 

torpağa vermiĢdi. Rus bolĢevik və erməni daĢnak əsgərlərinin bu təpələrdə qazdığı 

səngərlər,  pulemyot  yuvaları  indi  də  durmaqdadır.  Buradakı  yaĢlılar  igidlərin  bu 

dərə  yatağında,  vadinin  yamaclarında,  silahların  lüləsi  od  kimi  qızarıncaya  qədər 

düĢmənlə savaĢdıqlarını danıĢırlar. 

Qədir  əfəndi  də  qəhrəmanlarla  bərabər  bu  təpəyə  dırmanmıĢdı.  Qəhrəman 

silahdaĢları kimi o da süngü taxmıĢdı. Ancaq yağlı gülləni o təpənin üstündə yedi. 

Son nəfəsində tək bir istəyi vardı: "Bir damla su...". 

Bu  üzdən  yerli  xalq  Qədir  əfəndinin  məzarını  ziyarətə  gedərkən,  özləri  ilə 

mütləq  bir  ĢüĢə  su  aparırlar.  Son  nəfəsində  su  istəyən  Qədir  əfəndinin  məzarının 

üstünə tökürlər. 

Təpənin  baĢında  və  Qədir  əfəndinin  yatdığı  məzarın  ətrafında  torpağı 

eĢələdiyimiz zaman o illərdə baĢ verən vuruĢmalardan qalan gilizləri tapmaq hələ 

də  mümkündür.  Tapacağımız  gilizlərin  birindən  çıxan  güllə  bəlkə  də  Qədir 

əfəndiyə dəymiĢ və qəhrəmanı Ģəhid etmiĢdir, kim bilir!... 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə