Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə59/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   55   56   57   58   59   60   61   62   ...   175

127 

 

Cəbhədə  savaĢan  türk  əsgərinə  içməli  su  təmin  etmək,  önəmli  bir  məsələ 



olaraq  qalırdı.  Qafqaz  Ġslam  Ordusu  qüvvələri  arasında  havanın  isti  olmasının  da 

təsirilə  yoluxucu  xəstəliklər  ortaya  çıxmıĢdı.  Qaraməryəm  bölgəsində  dizenteriya 

və  vəba,  Müsüslü  xəttində  isə  qızdırma  xəstəliyi  yayılır  və  Mehmetçiyin 

sağlamlığını  təhdid  edirdi.  Bir  çox  Mehmetçiklə  bərabər,  5-ci  Qafqaz  piyada 

diviziyası  təchizat  komandiri  minbaĢı  Fuad  bəy  də  vəba  xəstəliyinə  tutularaq 

həyatını  itirmiĢdi.  Bu  da  ordu  komandanlığını  ciddi  mənada  əndiĢələndirirdi. 

Cəbhədəki  yoluxucu  xəstəliklərlə  bərabər,  cəbbəxananın  yetərsizliyi  də 

komandirləri düĢündürürdü.

45

 

Göyçay  basqınından  sonra  gücləndirmə  qüvvəsi  və  xüsusilə  cəbbəxana 



göndərilməsi  ilə  bağlı  istəklərin  sonunda,  9-cu  Ordu  komandanlığı  38-ci  alayın  6 

iyulda Gümrüdən hərəkət etdiyini və 11 iyulda Qazax stansiyasına daxil olacağını 

bildirdi.  Bu  yaxĢı  bir  xəbər  idi.  Çünki  Türk  Qafqaz  Ġslam  Ordusunun  tərkibi 

yaralanma,  itkilər  və  yoluxucu  xəstəliklər  üzündən  getdikcə  azalırdı.  38-ci  alayda 

65  zabit,  2475  əsgər,  701  heyvan,  2092  tüfəng,  16  ağır  pulemyot  və  4  güclü  dağ 

topu, bir güclü dağ batareyası var idi.

46

 

Qaraməryəm  və  Ağsudan  qaçan  Qızıl Ordu  qüvvələrinin  bir  hissəsi  cənub 



istiqamətində irəliləyərək, Müsüslü-Kürdəmir bölgəsinə çəkilmiĢdi. Cəbhə xəttinin 

Müsüslü  bölgəsində  isə  bir  bolĢevik  hərbi  dəstəsi  mühasirəyə  alınmıĢdı.  Həsən 

bəyin  dəstəsi  250  piyada  ilə  gücləndirilərək  7  iyulda  Kürdəmirə  doğru  qaçan 

düĢməni  təqib  etməyə  baĢladı.  ġiddətli  çarpıĢmalardan  sonra  Mehmetçik 

Qarasaqqal  stansiyasını  ələ  keçirdi.  13-cü  Qafqaz  alayı  bölgəni  nəzarət  altına 

alaraq Müsüslü yaxınlarına gəldiyində Həsən bəyin dəstəsi ilə Müsüslü dəstəsi də 

onlara  qatıldı.  Mehmetçik  Kürdəmir  yaxınlıqlarında  axĢama  qədər  davam  edən 

qanlı  vuruĢmalardan  sonra  bolĢevik  qüvvələrini  cənuba  doğru  sıxıĢdırdı. 

Göydəlikli-Çaylı  xəttində  Ġbrahimbəyli  və  Musabəyli  kəndlərinə  çatdı  və  gecəni 

burada  keçirdi.  8  və  9  iyulda  irəliləyiĢini  davam  etdirən  5-ci  Qafqaz  piyada 

diviziyası Kürdəmiri qəti olaraq qurtarmaq üçün 10 iyul səhəri hərəkətə keçdi. 13-

cü  alay  Ģiddətli  bir  hücuma  baĢladı.  DöĢ-döĢə  gedən  vuruĢmalar  oldu.  AxĢama 

doğru Dikaya diviziyanın süvari bölmələri ilə bir dağ topçu dəstəsi və 46-cı tabor 

da Kürdəmirə çataraq müharibəyə qatıldı. Burada tamamən mühasirəyə alınmaq və 

məhv  edilmək  üzrə  olduğunu  anlayan  bolĢevik  zabitləri  bölgəni  tərk  etməyə 

baĢladı. Aparılan təqib nəticəsində düĢmən məğlub halda axĢam saatlarında dağlara 

doğru  çəkilməyə  baĢladı.  Beləcə  üç  gün  davam  edən  Ģiddətli  və  qanlı 

vuruĢmalardan  sonra  Kürdəmir  və  ətrafı  rus  bolĢevik  və  erməni  daĢnak 

qüvvələrindən  təmizlənərək  tamamən  nəzarət  altına  alındı.  5-cı  Qafqaz  piyada 

diviziyası  cəbbəxana  yoxluğunu  düĢmənə  etdiyi  basqınlardan  əldə  olunan 

ləvazimatlarla aradan qaldırmağa çalıĢırdı.

47

 




128 

 

5-ci  Qafqaz  piyada  diviziyasının  Bakı  istiqamətində  irəliləyə  bilməsi  üçün 



biri  Ağsu-ġamaxı  istiqamətindəki  dağlıq  ərazidən,  digəri  də  Kürdəmir-Kərrar-

Hacıqabul  istiqamətində  düz  ərazidən  hərəkatı  sürdürməsi  lazım  gəlirdi.  Bu  da 

hərbi qüvvələrin bir-birindən uzaqlaĢmasına və yardımlaĢmalarının kəsilməsinə yol 

açacaqdı. Ġrəliyə doğru hərəkətin davam edə bilməsi üçün düzənlikdəki dəstələrin 

düĢməni  qısa  müddətdə  bölgədən  qovub  çıxarması  Ģərt  idi.  Kərrar  bölgəsindəki 

düĢmənin geri oturdulması üçün 5-ci Qafqaz piyada diviziyası komandiri belə bir 

əmr verdi: 

"Bir  tabor  piyada,  mürəttəb  və  milis  süvari  alayı  Müsüslü  dəstəsindəki 

süvari bölmələri və səhra topları ilə piyadaları və 13-cü alayın əmrindəki rus səhra 

topu  qrupundan  ibarət  dəstə  podpolkovnik  Həbib  Səlimov  (Azərbaycanlı  yarbay) 

komandasında  12  iyul  1918-ci  ildə  hərəkətə  keçərək,  Kərrar  stansiyası  və 

ətrafındakı düĢməni geriyə oturdacaq və bölgəni iĢğal edəcəkdir. Eyni zamanda bir 

qisim dəstələr də Qarasaqqal kəndindəki düĢməni zərərsizləĢdirəcəkdir." 

Müsüslü  dəstəsinin  12  iyulda  Kürdəmir  yaxınlarındakı  Kərrar  stansiyasına 

etdiyi  hücum  uğurlu  olmadı.  Bunun  baĢlıca  səbəbi,  ərazinin  düz  olması  və 

düĢmənin zirehli avtomobillərlə etdiyi qarĢı hücumlar olmuĢdur. 14 iyulda Kərrara 

edilən  ikinci  hücuma  13-cü  piyada  alayı  da  qatıldı  və  buradakı  bolĢevik  rus  və 

erməni daĢnak qüvvələri geri oturdula bildi.

48

 

Göyçay  yaxınlarında  vuruĢmalar  davam  edərkən  bolĢeviklər  Gürcüstan 



hökumətindən  dəmir  yolunu  kəsmələrini  və  türk  hərbi  qüvvələrinin  istifadə 

etməsinə  əngəl  olmalarını  istəmiĢdilər.  Tiflisdə  çap  olunan  qəzetlər  Gürcüstan 

hökumətinin buna müsbət cavab verdiyini yazmıĢdılar. Türk Qafqaz Ġslam Ordusu 

tərəfindən Göyçayda əsir alınan erməni  və rus zabitlərdən  öyrənildiyinə  görə, rus 

kazakı  Biçeraxovun  hərbi  dəstələrindən  3  min  nəfərin  Cənubi  Azərbaycandakı 

Ənzəlidən  Bakıya  çatdığı  xəbəri  gəlmiĢdi.

49

  Biçeraxovun  Bakıdakı  təxminən  min 



nəfərlik əsir alman əsgərini  silahlandıracağı  və Bakını ələ  keçirəcəyi, bolĢevik və 

erməniləri Ģəhərdən qovacağı da gələn xəbərlər arasında idi.

50

 

4.Göyçay savaĢının siyasi və hərbi nəticələri: 



Türk  Qafqaz  Ġslam  Ordusuna  bağlı  5-ci  Qafqaz  piyada  diviziyası 

baĢkomandan  vəkili  Ənvər  paĢa  da  gücləndirici  qüvvə  göndərilməsi  ilə  bağlı 

cəbhədən  gələn  raportları  dəyərləndirirdi.  Osmanlı  dövləti  ilə  müttəfiq  olan 

Almaniya  türk  əsgərinin  Bakıya  girməsinə  qarĢı  çıxırdı.  Ənvər  paĢa  isə  almanları 

ləngitməyə çalıĢırdı. 

BaĢkomandan  vəkili  Ənvər  paĢa  ġərq  Orduları  Qrupu  Komandanlığına  26 

iyun 1918 tarixində göndərdiyi açıq əmrdə: 

"Bakı  üzərinə  irəliləmənin  Bakıdakı  neft  qaynaqlarının  bolĢeviklər 

tərəfindən məhv edilməsi təhlükəsini doğuracağından ümumi hərb sövq və idarəsi 

baxımından  nə  bahasına  olursa  olsun  bundan  qaçınmaq  lazımdır.  Bu  səbəblə  5-ci 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə