Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə55/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   51   52   53   54   55   56   57   58   ...   175

119 

 

irəlidə olan Qaraməryəm və qərbdəki Bığır kəndi və ətrafını iĢğal və talan etməyə 



baĢladılar. Qafqaz Qızıl Ordu qüvvələrinin 1-ci və 3-cü diviziyaları Qaraməryəmin 

Ģimalında  yerləĢən  Ġsmayıllı  və  ətrafındakı  qəsəbə  və  kəndləri  də  ələ  keçirmiĢdi. 

Qızıl  Ordunun  3-cü  diviziyaya  bağlı  qüvvələri  16  iyun  səhəri  bölgədəki 

Azərbaycan  və  Dağıstan  türkləri  ilə  gürcülərdən  ibarət  milislərə  qarĢı  hücuma 

keçdilər. Ġsti bir havada yeddi saat davam edən qanlı vuruĢmanın sonunda say və 

silah  baxımından  üstün  olan  düĢmən  qarĢısında  dayana  bilməyən  bu  türk  birliyi 

Göyçaya  geri  çəkilmək  məcburiyyətində  qaldı.  Qızıl  Ordu  qüvvələri  bölgədəki 

erməni və rus kəndlərindən də gücləndirici qüvvə, silah, yemək və su təmin etməyə 

baĢladılar.

10

 



Gəncədə yerləĢən Türk Qafqaz Ġslam Ordusu Qərargahı, bolĢeviklərin irəli 

hərəkata  baĢlaması  ilə  birlikdə,  qarĢılarında  heç  bir  fiziki  əngəl  qalmadığını  və 

dəmir  yoluna  da  hakim  olduqlarını  görüncə  bu  durumun  paytaxt  üçün  böyük  bir 

təhlükə yaradacağı nəticəsinə gəldi. Nuru paĢa Gəncə üçün əsl təhlükənin Göyçay 

yaxınlıqlarındakı  Qızıl  Ordu  qüvvələrindən  gələcəyini  hesabladı.  PaĢanın  bu 

görüĢü, müharibənin sonrakı mərhələlərində də görüldüyü kimi düzgün alınmıĢ bir 

qərar  idi.  Çünki  Göyçay  bölgəsində  aparılan  müharibələr,  Qızıl  Ordunun 

Azərbaycandan qovulması və ölkənin müstəqilliyini qazanması yolunda bir dönüm 

nöqtəsini təĢkil etmiĢdi.

11

 



5-ci Qafqaz piyada diviziyasının bütün qüvvələri hələ Gəncəyə çatmamıĢdı. 

10-cu  Qafqaz  alayı  Karakilsə-Dilican  yolunu  yeriyərək  keçmiĢ  və  Qazax 

yaxınlığındakı  Ağstafaya  daxil  olmuĢdu.  Bakıdan  çıxıb  Ģimaldan  irəliləyən  Qızıl 

Ordu qüvvələrinə qarĢı qoymaq üçün bölgəyə yeni gələn 10-cu Qafqaz alayı uzun 

bir yol gələrək Azərbaycan torpaqlarına yeni girmiĢ olmasına rəğmən, Mehmetçik 

dincəlməyə belə vaxt tapmadan Ağstafadan qatara mindirildi və Ucara göndərildi. 

Oradan  da  15  iyunda  Göyçaya  çatdı.  Türk  Qafqaz  Ġslam  Ordusu  qərargah  rəisi 

yarbay  Nazim  bəy  komandanı  ələ  almaq  üçün  Müsüslü  və  Kürdəmir  cəbhəsinə 

göndərildi.  Yarbay  Osman  bəy  komandasındakı  10-cu  Qafqaz  alayı  isə  Göyçaya 

çatdıqdan  sonra  Qaraməryəm  qəsəbəsində  olan  Qızıl  Ordunun  qarĢısında 

cəbhədəki  yerini  aldı.  Osman  bəy  10-cu  alaya  bağlı  30-cu  taboru  Sultankənd, 

Mollaishaqlı və Veysəlli kəndləri ətrafında olan erməni quldur dəstələrini bölgədən 

uzaqlaĢdırmaqla vəzifələndirildi. 30-cu taborun Ģiddətli hücumu nəticəsində erməni 

dəstələri Qalakər kəndinə doğru qaçdı.

12

 

Müsüslüdə  olan  Türk  Qafqaz  Ġslam  Ordusu  qərargah  rəisi  yarbay  Nazim 



bəy  Osman  bəyə  bolĢevik  qüvvələrinə  qarĢı  bir  kəĢfiyyat  hücumu  aparması  üçün 

təlimat  verdi.  Osman  bəyin  əmrinə  görə  28-ci  tabor  Qaraməryəmin  qərbindəki 

düĢmən qüvvələrinə qarĢı 17 iyunda hərəkətə keçdi. Yol boyu irəliləyən 28-ci tabor 

lazımi tədbirləri vaxtında almadığı üçün bolĢeviklərin pusqusuna düĢdü. Cəbhədən 




120 

 

və  yandan  düĢmən  təcavüzünə  uğradı.  Bir  an  ĢaĢqınlıq  keçirdi  və  məğlub  olaraq 



geri çəkilmək məcburiyyətində qaldı.

13

 



Durumun  təhlükəli  bir  hal  aldığını  görən  Osman  bəy  28-ci  taboru  yandan 

qorumaq  üçün  30-cu  taboru  hərəkətə  keçirdi,  29-cu  taboru  da  yardıma  göndərdi, 

ancaq son dərəcə dik vadilərin və təpələrin olduğu bölgədə bu qüvvələr də bolĢevik 

qüvvələrin  hücumuna  uğradı.  Ġki  tərəfdən  də  mühasirəyə  alınan  29-cu  tabor 

olduqca qanlı müharibədən sonra Veysəlli kəndinə çəkilə bildi.

14

 



Tərəflər  gün  boyunca  isti  havada  aparılan  bu  müharibədə  bir-birinə  üstün 

gələ bilmədi və axĢam qaranlıq düĢdükdə vuruĢmalara ara verdilər və mövqelərinə 

çəkildilər.  Türk  Qafqaz  Ġslam  Ordusunun  Azərbaycandakı  bu  ilk  ciddi  savaĢı 

Qaraməryəm  yaxınlıqlarında  uğursuzluqla  nəticələndi.  Qızıl  Orduya  bağlı  3-cü 

diviziyanın və onun baĢındakı Hamazaspın əhvalı isə olduqca yüksəlmiĢdi. Beləcə 

iĢğal  altındakı  Qaraməryəmdə  daha  da  gücləndilər  və  Göyçaya  hücum  üçün  bəzi 

önəmli mövqeləri ələ keçirdilər. 

10-cu  Qafqaz  alayı  komandiri  kurmay  yarbay  Osman  bəyə,  düĢmənin 

Göyçay  üzərinə  yeriməsini  əngəlləmək  üçün  Qaraməryəm  yaxınlıqlarında  onların 

baĢını  qatmaq  vəzifəsi  verilmiĢdi.

15

  Osman  bəy  Gəncədən  gələcək  əsl  qüvvələrin 



cəbhəyə  çatmasını  gözləməmiĢdi.  Müsüslüdə  olan  Qafqaz  Ġslam  Ordusu  kurmay 

baĢkanı  Nazim  bəy  ilə  birlikdə  öz  təĢəbbüsləri  ilə  komandan  Nuru  paĢadan  izin 

almadan  Qızıl  Ordu  qüvvələrinə  qarĢı  kəĢfiyyat  hücumu  aparılmasına  qərar 

vermiĢdilər. Bu ciddi  müharibədə qabaqcıl kəĢfiyyat qollarından istifadə etmədən 

və  düĢmənin  gücü  və  mövqeləri  haqqında  kifayət  qədər  bilgi  toplamadan  yürüĢ 

etmiĢdilər.  Hücum  anında  ehtiyat  qüvvələri  də  buraxılmamıĢdı.  Bütün  bunlarla 

bərabər,  türk  ordusunun  bu  cür  savaĢlarda  sıx  istifadə  etdiyi  yandan  hücum  və 

düĢmən arxasına uzanma taktikaları da tətbiq olunmamıĢdı. 

Qızıl  Ordunun  28-ci  tabora  qarĢı  tətbiq  etdiyi  pusqu  və  cəbhə  hücumu 

qarĢısında alınan uğursuzluq, 10-cu alayda böyük ĢaĢqınlığa yol açdı. BolĢeviklərin 

3-cü  diviziyası,  bu  ĢaĢqınlığı  vaxtında  duyub,  irəli  hərəkata  çıxa  bilsəydi,  10-cu 

alayın əsgər itkisi daha çox ola bilər, tamamən dağıla bilər və Göyçay da düĢmənin 

əlinə keçə bilərdi. Türk Qafqaz Ġslam Ordusunun Azərbaycandakı ilk məğlubiyyəti 

beləcə erkən və acı biçimdə təcəlli etmiĢdi. 

10-cu alay taborlarının bir-iki gün ərzində apardığı müharibələrin qısa, lakin 

çox qanlı olduğu anlaĢılır. BolĢevik Qızıl Ordu qüvvələri ilə aparılan Qaraməryəm 

yaxınlıqlarındakı  bu  ilk  savaĢda  türk  ordusu  200  Ģəhid  verdi.  Yaralıların  sayı  isə 

156  idi.  ġəhidlər  arasında  28-ci  tabordan  ehtiyat  teyməni  Lütfü  əfəndi,  29-cu 

tabordan kiçik teymən Ġsmayıl Hakkı və teymən Zəki əfəndilər ilə 30-cu tabordan 

teymən Kazım və Ġbrahim əfəndilər Ģəhid oldu. 2 top və 41 top mərmisi, 2 avtomat 

tüfəng ilə çox sayda piyada tüfəngi, bunlara aid mərmi və süngü də düĢmənin əlinə 

keçdi.


16

 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə