Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə56/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   52   53   54   55   56   57   58   59   ...   175

121 

 

Nuru  paĢa  bu  məğlubiyyətdən  sonra  Azərbaycanlı  türklərdən  ibarət  hərbi 



qüvvələrin  komandanı  general  Əlağa  ġıxlinski  və  5-ci  Qafqaz  piyada  diviziyası 

qərargah  rəisi  RüĢtü  bəy  ilə  birlikdə  18  iyun  1918-ci  ildə  Gəncədən  cəbhəyə 

hərəkət  edərək  Müsüslü  stansiyasına  çatdılar.

17

  Orada  Qafqaz  Ġslam  Ordusu 



qərargah rəisi Nazim bəy və Veysəllidəki 29-cu tabor komandirindən Qaraməryəm 

savaĢı  haqqında  bilgi  aldılar.  Nuru  paĢa  və  yanındakılar  Müsüslüdən  Göyçaya 

keçdilər.  Burada  10-cu  Qafqaz  alayı  komandiri  yarbay  Osman  bəy  ilə  apardıqları 

görüĢmədə savaĢın gediĢi haqqında vəziyyəti dəyərləndirdilər. Türk kurmay heyəti 

200  Ģəhid  və  156  yaralı  ilə  2  topun  itkisini  ciddi  bir  hadisə  olaraq  dəyərləndirdi. 

Nuru  paĢa  və  yanındakılar  cəbhə  xəttini  və  hərbi  qüvvələrin  nizamını  vaxt 

itirmədən yenidən qurdular. Ətrafdan gələn kəĢfiyyat bilgilərini də hamısı birlikdə 

analiz etdilər.

18

 

Bu  bilgilərə  görə  bolĢevik  Qızıl  Ordu  hərbi  qüvvələri  Bakıdan 



Qaraməryəmə  gedərkən  ətrafdakı  50-dən  artıq  kəndi  yandırmıĢ,  bölgədə  yaĢayan 

türkləri  acımadan  öldürmüĢdülər.  At,  araba  və  baĢqa  tapa  bildikləri  vasitələrlə  və 

ya piyada evlərini, ocaqlarını tərk edənlər, canlarını qurtara bilənlər isə Göyçay və 

ətrafındakı qəsəbə və kəndlərə sığınmıĢdılar. ġamaxı, Ġsmayıllı və ətrafdakı qəsəbə 

və kəndlərdən qaçaraq, Göyçay, AğdaĢ və Yevlax ətrafına sığınan türklərin sayı bir 

həftə içində 400 mini keçmiĢdi.

19

 

Qızıl  Ordu  qüvvələri  ətrafdakı  erməni  və  rusların  da  qatılması  ilə  30  min 



nəfərlik  bir  heyətə  sahib  olmuĢdu.  Sayca  bu  qədər  üstün,  silah  baxımından  yaxĢı 

təchiz  olunmuĢ,  yemək  və  su  təmini  baxımından  bir  sıxıntı  çəkməyən  düĢmənə 

qarĢı yalnız 5-ci Qafqaz piyada diviziyasının qarĢı gəlməsi imkansızdı. Üstəlik 5-ci 

Qafqaz piyada diviziyasının bütün qüvvələri də hələ Gəncəyə çata bilməmiĢdi. 

Nuru  paĢa  Qafqaz  Ġslam  Ordusunun  qurulması  əsnasında  Azərbaycanlı 

türklərdən  böyük  qatılım  olacağını  düĢünmüĢdü.  Ancaq  bu  gözləntilər  boĢa 

çıxmıĢdı.  Orduya  qatılan  az  sayda  milislərdən  də  umulan  fayda  təmin  edilə 

bilməmiĢdi. Nuru paĢa bu təsbitlərdən sonra Göyçayda xalqa xitabən tənbeh dolu 

bir  çıxıĢ  etdi.  Osmanlı  dövlətinin,  öz  vətəninin  ehtiyacı  olmasına  rəğmən  qardaĢ 

Azərbaycanı  və  burada  yaĢayan  türkləri  düĢmən  çəkməsindən  qurtarmaq  üçün 

Qafqaza  əsgər göndərdiyini  anlatdı. Bu orduya  hər  kəsin  könüllü  olaraq  qatılması 

və  can-baĢla  xidmət  etməsi  lazım  gəldiyini,  ancaq  bunu  hələ  görə  bilmədiyini 

bildirdi.  PaĢa  çıxıĢında  Mehmetçiyin  yandırıcı  istidə  düĢmənə  qarĢı  var  gücü  ilə 

savaĢdığını bildirərək:  

"Bu Ģiddətli istidə savaĢan əsgərlərimizdən bir çoxu susuzluqdan ölmüĢdür. 

Madam ki, könüllü olaraq orduya qatılmırsınız, heç olmazsa bu əsgərə yemək və su 

daĢıyaraq yardım etməniz lazımdır" dedi.

20

 



Nuru  paĢanın  Göyçay  ilə  ətraf  qəsəbə  və  kəndlərdə  yaĢayan  ağsaqqal  və 

ağıllı  adamlarla  apardığı  görüĢmələrin  nəticəsində  Azərbaycan  türklərindən 




122 

 

könüllülər  toplanmağa  baĢladı.  Göyçay,  AğdaĢ,  Yevlax,  hətta  Bərdə  ətrafından 



toplanan  gənclər  və  əli  silah  tutanlar  qısa  müddətdə  cəbhə  xəttindəki  yerlərini 

almaq üçün hərbi təlimə cəlb olundu.

21

 

Ġstər Nuru paĢa və istərsə ġərq Orduları Komandanlığı tərəfindən Ġstanbula 



göndərilən  raportlarda  bolĢeviklərin  bölgədə  ciddi  bir  hərbi  qüvvə  yerləĢdirdiyi, 

buna  qarĢılıq  olaraq  Azərbaycan  türklərinin  Qafqaz  Ġslam  Ordusunda  önəmli  bir 

güc təĢkil edə bilməyəcəyinin anlaĢıldığı bildirilərək, bu Ģərtlər altında 5-ci Qafqaz 

piyada diviziyasının bölgədə heç bir varlıq göstərə bilməyəcəyi qeyd edildi.

22

 

Nuru  paĢanın  Göycayda  xalqa  xitabən  dediyi  sözlərdən  də  məlum  olduğu 



kimi,  Azərbaycan  türklərinin  Qafqaz  Ġslam  Ordusuna  girməyə  istəkli  olmadıqları 

gerçəyi  türk  kurmay  heyətində  ruh  düĢkünlüyü  yaratmıĢdı.  Vətən  düĢmən  iĢğalı 

altında  ikən,  erməni  quldurları  tərəfindən  kəndlər,  qəsəbələr  yandırılarkən  uĢaq, 

qadın,  yaĢlı  demədən  qarĢılarına  çıxan  türklər  acımadan  öldürülərkən  bu  canilərə 

qarĢı silaha sarılmamaq türk zabitlərinə olduqca qəribə təsir bağıĢlayırdı. 

Həmçinin Nuru paĢa və ġərq Orduları Komandanlığı tərəfindən 27 iyun və 

1 iyul 1918-ci ildə Ġstanbula göndərilən raportlarda Azərbaycandakı durum acı bir 

Ģəkildə ortaya qoyulur və belə deyilirdi: 

"Yeni  qurulmağa  çalıĢılan  Qafqaz  Ġslam  Ordusu  çalıĢmalarından  bir  nəticə 

əldə  edilmir.  Buradakı  türk  gənclərindən  silah  altına  ən  az  30  min  nəfərin 

toplanacağını ümid edirdik. Buna qarĢılıq hərbiyə qatılanların sayı 37 nəfərdir. Bu 

Ģərtlər altında Bakı məsələsini öz baĢımıza həll edə bilmək üçün Qafqaza daha bir 

diviziya göndərilməsi uyğun olacaqdır. Buradakı müsəlmanlar çox söz söyləyir, az 

iĢ  görürlər.  Kef  çəkən  və  pulu  çox  sevən  insanlardır.  Yardım  və  fədakarlıqlarını 

çox  az  görürük.  Orduya  qatılan  yox  deyəcək  qədər  azdır.  Bu  Ģərtlər  altında 

Azərbaycanın  və  Bakının  qurtuluĢunu  təmin  etmək,  Osmanlı  dövlətinin  xalq 

nəzərindəki  etibarını  qorumaq  üçün  daha  çox  gərəkli  hala  gəlmiĢdir.  5-ci 

diviziyanın təcili gücləndirilməyə ehtiyacı var. Əks halda durumumuz heç də yaxĢı 

deyildir." 

Türk  və  Qızıl  Ordu  qüvvələri,  Göyçay-Qaraməryəm  cəbhə  xəttində  bir 

müddət  qarĢılıqlı  müdafiədə  qaldılar.  Türk  Qafqaz  Ġslam  Ordusu  Komandanlığı 

Qərargahı və Nuru paĢa bolĢeviklərə qarĢı hücumun 28 iyunda aparılmasına qərar 

verdi.  Nuru  paĢa  5-ci  Qafqaz  piyada  diviziyası  komandiri  Mürsəl  bəyə  22  iyunda 

göndərdiyi əmrdə belə deyirdi: 

"Vətənindən  uzaqda  ağır  bir  vəzifə  daĢıyan  Osmanlı  zabitlərinin  üstün 

düĢmən  qüvvələri  qarĢısında  uğursuzluğa  uğrama  təhlükəsi  mövcuddur.  Bütün 

ümidimiz  ordumuzun  baĢlayacağı  hərbi  hərəkatda  bolĢevik  qüvvələri  əzməsinə 

bağlıdır.  Zaman,  gözləməyə  müsaid  deyildir  və  arxadan  təzə  gücləndirici  qüvvə 

göndəriləcəyinə  dair  bir  iĢarə  də  yoxdur.  Bu  baxımdan  zabit  və  əsgərlərimizin 

üzərinə  düĢən  vəzifə  son  dərəcə  ağırdır,  ancaq  bu  vəzifənin  də  yerinə  yetirilməsi 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə