Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə53/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   49   50   51   52   53   54   55   56   ...   175

114 

 

38.



 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 

c, s. 556. 

39.


 

Xəritə 4. 

40.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 557. 

41.


 

RüĢdü, Böyük Hərbdə Bakı yollarında, s. 28-29. 

42.

 

Birinci Dünya hərbində Türk hərbi, Qafqaz cəbhəsi, III ordu hərəkatı, II 



c, s. 557. 

43.


 

Yenə orada, s. 557; RüĢdü, Böyük Hərbdə Bakı yollarında, s. 32-33. 




115 

 

IV  HĠSSƏ 

 

TÜRK QAFQAZ ĠSLAM ORDUSU VƏ AZƏRBAYCANDAKI SĠLAHLI 



MÜBARĠZƏ 

 

1. BolĢevik və daĢnakların Türk ordusuna qarĢı hərəkətə keçməsi: 

Osmanlı  dövləti  Qafqazda  yaĢayan  soydaĢlarının  diri-diri  boğazlanmasına 

seyrçi  qala  bilməzdi.  Türk  hərbi  qüvvələri  və  Nuru  paĢanın  25  mayda  Gəncəyə 

çatması, üç gün sonra da Azərbaycan Cümhuriyyətinin elan edilməsi, Gəncənin də 

müvəqqəti  paytaxt  olması  Bakıdakı  ġaumyan  idarəsini  təlaĢlandırdı.  Nuru  paĢa 

Cümhuriyyətin  elan  edilməsindən  dərhal  sonra  Azərbaycanın  bir  çox  bölgəsinə 

hərbi  kadrlar  göndərərək,  əyalətlərdəki  mülki  və  hərbi  təĢkilatlanmanı  gözdən 

keçirdi, mövcud olanların da Gəncə idarəsinə bağlanmasını təmin etdi. Türk ordusu 

paytaxt  Gəncədə  hakimiyyəti  təsis  etmiĢ,  erməniləri  itaət  altına  almıĢdı. 

Azərbaycan Cümhuriyyəti və Milli Məclisi ilə Nuru paĢa, bir dövlətin hakimiyyət 

və  hökmranlığı  nəyi  lazım  bilirsə,  onları  bir-bir  gerçəkləĢdirdi.  Geriyə  Qafqazda 

yaĢayan  türklərin  milli  ordusunun  qurulması  və  vətən  torpaqlarının  iĢğalçılardan 

təmizlənməsi vəzifəsi qalmıĢdı. 

Gəncədəki bu irəliləyiĢlər iĢğal altında olan paytaxt Bakıda böyük əks-səda 

doğurdu.  Bakıda idarəni  qəsb edən bolĢevik  ruslar  və erməni  daĢnaklar  ittifaqının 

baĢında  duran  Stepan  ġaumyan,  durumu  Moskvada  olan  Leninə  bildirdi  və  təcili 

olaraq Qızıl Ordunun yardıma gəlməsini istədi. 

Qafqazdakı  gediĢatı  və  türk  ordusunun  hərəkatını  diqqətlə  izləyən 

bolĢeviklər  Bakının  türklərin  əlinə  keçməsindən  də  əndiĢələnirdi.  BolĢevik  Sovet 

idarəsinin Xarici ĠĢlər  komissarı Çiçerin Moskvadakı  səfir  Qalib Kamali bəyə bir 

nota  verdi.  Çiçerin  notada  Sovetlərin  Brest-Litovsk  müqaviləsi  gərəyi  Qars, 

Ərdahan və Batuminin böyük fədakarlıqlarla Osmanlı dövlətinə buraxdığını, ancaq 

bundan  sonra  türklərə  heç  bir  torpaq  parçası  verilməyəcəyini  bildirdi.  Türk  hərbi 

qüvvələrinin  Gümrünü  ələ  keçirdiyini,  bununla  da  kifayətlənməyib  Azərbaycanın 

daxilində Bakıya doğru irəlilədiyini, zatən yetəri dərəcədə ağır olan Brest-Litovsk 

müqaviləsi  hökmlərinin  bu  Ģəkildə  sürəkli  pozulmasına  etiraz  etdiyini,  hərbi 

hərəkatın təcili sürətdə dayandırılması gərəkdiyini qeyd etdi.

1

 

Bu yeniliklər yaĢanarkən Azərbaycan Milli ġurasının sədri Məmməd Əmin 



Rəsulzadə Ġstanbula getdi. Ənvər paĢa ilə apardığı görüĢmələrdə iki ölkə arasındakı 

anlaĢmalar çərçivəsində türk ordusunun Azərbaycana yardım etməsini rəsmi olaraq 

istədi.  Almaniya  türk  ordusunun  Azərbaycana  hərbi  yardım  göstərməsinə  qarĢı 

çıxırdı. Bu sıxıntını aĢmaq üçün qurulacaq təĢkilatın "Qafqaz Ġslam Ordusu" adını 

daĢıması  uyğun  görüldü.  Ġstanbulda  bu  hazırlıqlar  görülərkən  ingilislərin 

Azərbaycana girməsini və Bakı neftini ələ keçirmək üçün aparacağı hərbi hərəkatın 




116 

 

qarĢısını  almaq  üçün  də  Yaqub  ġövqü  paĢa  komandasında  9-cu  Ordu  adı  altında 



yeni  bir  hərbi  təĢkilatlanmaya  gedildi.  Türk  ordusu  Təbriz,  Xoy  və  Urmiyə  gölü 

ətrafına  hərbi  qüvvələr  göndərdi  və  beləcə  ingilislərin  Azərbaycana  girməsinin 

qarĢısını almıĢ oldu. 

Qafqazdakı  bu  yeniliklərə  görə  bolĢevik  Sovet  rəhbərləri  Almaniya  və 

Osmanlı  dövlətindən  məsələ  haqqında  bilgi  istədilər.  Sovet  idarəsinin  Xarici  ĠĢlər 

komissarı  Çiçerin  Qafqaz  neftində  gözü  olan  almanları  Osmanlı  dövləti  əleyhinə 

qaldırmaq  üçün  təĢəbbüslər  göstərdi.  Almaniyanın  Ġstanbul  səfiri  Bernsdorff, 

Sədrəzəm  Tələt  paĢa,  BaĢkomandan  vəkili  və  Hərbiyyə  Naziri  Ənvər  paĢa, 

Xariciyyə  vəkili  Nəsimi  bəy  ilə  görüĢmələr  apardı.  Türk  səlahiyyətliləri  bu 

görüĢmələrdə gündəmdə olan hərbi hərəkatı ilk dəfə eĢidirmiĢ  kimi davranmıĢ  və 

Qafqazdakı  hərbi  fəaliyyətin  Osmanlı  dövləti  ilə  bir  əlaqəsnin  olmadığını 

bildirmiĢdilər.  Qafqazda  aparılan  hərbi  çalıĢmanın,  Nuru  paĢanın,  bəlkə  heç 

kimdən  əmr  almadan  giriĢdiyi  Ģəxsi  bir  təĢəbbüsü  və  Azərbaycandakı  türk 

könüllülərlə  yürütdüyü  bir  fəaliyyəti  olaraq  dəyərləndirilməsinin  vacib  olduğunu 

bəyan  etmiĢdilər.  Alman  səfir  Osmanlı  rəhbərləri  tərəfindən  əmin  edilmiĢ  olmalı 

idi  ki,  Berlinə  göndərdiyi  bilgiləri  və  qənaəti  bu  doğrultuda  olmuĢdu.  Berlində 

aparılan  analizlər  və  bu  intibalar  Çiçerinə  də  ötürülmüĢdü.  Buna  görə  Çiçerin  və 

Sovetlər rahat bir nəfəs almıĢdılar. 

Moskva, Berlin və Ġstanbulda bu yeniliklər yaĢanarkən Ənvər paĢa, Qafqaz 

Ġslam  Ordusu  Komandanlığına  göndərdiyi  açıq  əmrdə  Gəncədəki  hərbi  hərəkatın 

bir an öncə dayandırılmasını istəyirdi. ġərq Orduları Qrupu komandanı Xəlil paĢa 

va  Qafqaz  Ġslam  Ordusu  komandanı  Nuru  paĢaya  göndərdiyi  gizli  və  Ģəxsi 

əmrlərdə  isə  Bakının  düĢmən  tapdağından  bir  an  əvvəl  qurtarılması  üçün  çox 

sürətli hərəkət edilməsini istəyirdi. Ənvər paĢa Qafqazda aparılan hərbi hərəkatdan 

qısa müddətdə nəticə alınması üçün davamlı olaraq təlimatlar verirdi. 

Sovet  ixtilal  idarəsi,  Sankt  Peterburq  və  Rusiyada  qayda-qanunu  təmin 

etmək  üçün  menĢeviklərlə  mücadilənin  davam  etdiyi  və  ölkədə  xaosun  hakim 

olduğu bir dövrdə Bakıya ciddi bir hərbi  yardım göndərə bilmədi. Qafqazdakı rus 

bolĢevik  hərbi  qüvvələrini  bəzi  zabitlərlə  gücləndirərək  Bakı  idarəsinin  əmrinə 

verməklə  kifayətləndi.  Azərbaycandakı  erməni  daĢnak  qüvvələri  də  zatən  ayrı 

hərəkət  etmədikləri  rus  Qızıl  Ordusu  ilə  birləĢərək  Gəncədə  qurulmağa  çalıĢılan 

Qafqaz Ġslam Ordusuna qarĢı hərbi hərəkat üçün hazırlıqlara baĢladı. 

Həmçinin  Bakıdan  Gəncədəki  Azərbaycan  hökumətinə  19  iyun  1918-ci  il 

tarixində  çatan  bir  məktubda  bolĢevik  liderlərdən  Amabasın  maiyyətində  20  min 

nəfərlik bir hərbi qüvvə olduğu və bu qüvvənin böyük bir hissəsinin ermənilərdən 

ibarət  olduğu  bildirilirdi.  Bakıda  türklərin  xaricində  15-50  yaĢ  arasındakı  kiĢilər 

silahlandırılmıĢdı.  Bunlar  məcburi  hərbi  təlimə  cəlb  olunmuĢdu.  Amabasın 

qüvvələri arasında rus yəhudiləri və iki minə qədər də müsəlmanlardan ibarət əsgər 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə