Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə2/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   2   3   4   5   6   7   8   9   ...   175

 

dəfə cahan dövləti qurmuĢ olan adil və qəhrəman bir millətin övladları idi. Millətin 



yaddaĢını təzələyərək yeni bir cahan dövlətini qurmaq üçün yola çıxmıĢdılar. 

Çar Rusiyası Birinci Dünya müharibəsində çöküncə Osmanlı dövlətini idarə 

edən  Ġttihad  və  Tərəqqi  Partiyasının  üzvləri  türk  ellərində  yaĢayan  soydaĢları  ilə 

birləĢməyə  qərar  verdilər.  Böyük  Turan  ideyası  yolunda  yeni  bir  cahan  dövləti 

qurmaq üçün yola çıxanların öncülləri Qafqaza doğru hərəkət etdilər. Fəqət belə bir 

uğurlu  yola  çıxanların  baĢına  yetərincə  müharibə  təcrübəsi  olmayan    gənc  bir 

yarbayın  (yarbay:  podpolkovnik)  gətirilməsi  strateji  və  taktiki  bir  xəta  idi.  Bu 

yanlıĢ  qərar  Nuru  PaĢanı  və  onun  qəhrəman  silahdaĢları  ilə  verdikləri  uğurlu 

mücadiləni,  qazanılan  uğuru  əsla  kiçiltməz.  Ancaq  hərbi  toplantıda  edilən  xəta 

bütün  müharibə  boyu  davam  etmiĢ  və  Mehmetçik  (Mehmetçik:  Türk  əsgəri)  nə 

Ġrana, nə Turana, nə də Sibirə çata bilməmiĢdir.

 

Türk  Qafqaz  Ġslam  Ordusu  1918-ci  ildə  ġimali  Azərbaycana  girərək 



bugünkü Azərbaycan və Dağıstan respublikalarının təməlini qoydu. Bu iki dost və 

qardaĢ dövlətdən biri olan Dağıstan Muxtar  Respublikası,  Rusiya Federasiyasının 

tərkibindədir.  Azərbaycan  isə  bu  gün  azad  və  müstəqildir.  Bu  iki  dövlət  bu  gün 

dünyada "dövlət" olaraq qəbul edilir və tanınırsa, bu, ən ziyadə 1918-ci ildə böyük 

qəhrəmanlıqlar göstərən Türk Qafqaz Ġslam Ordusunun xidmətidir.

 

Türk  Qafqaz  Ġslam  Ordusunun  1918-ci  ildəki  fəaliyyəti  Türkiyədə  kifayət 



qədər  araĢdırılmamıĢdır.  Bəlli  dairələr  xaricində  bu  haqda  lazımi  qədər  ictimai 

rəyin  olduğunu  da  söyləmək  olmaz.  Bunun  baĢlıca  səbəbi:  Mudros  barıĢığı 

imzalandığı  və  Ġttihad  və  Tərəqqi  Partiyası  liderlərinin  vətəndən  kənara  çıxmaq 

məcburiyyətində  qaldığı  bir  dövrdə,  əlbəttə,  Qafqazlarda  əldə  edilən 

müvəffəqiyyətlərin yetərincə dilə gətirilməsi gözlənə bilməzdi. Belə də oldu.

 

Qəhrəman Mehmetçiyin  uğuru  Azərbaycan  və  Dağıstanda  da  lazımi qədər 



araĢdırılmadı.  Çünki  bu  dövlətlər  qısa  müddətdən  sonra  bolĢevik  Rusiyasının 

iĢğalına  məruz  qalaraq  onun  hakimiyyəti  altına  girdilər.  Ġmperialist  və 

müstəmləkəçi bir rejimdən özünə qarĢı müvəffəqiyyətlə aparılan milli mücadiləni 

tərifləməsi, ya da tərəfsiz insanların araĢdırmasına izin verməsi də gözlənə bilməz. 

Rusiya  da  belə  münasibət  göstərdi  və  türk  əsgərini  hər  fürsətdə  pislədi,  həqiqəti 

ört-basdır etdi, insanları susdurdu.

 

Bu  araĢdırmada  türk  hərbi  qaynaqlarını  və  hadisəyə  Ģəxsən  qatılanların 



görüĢlərini  yetərincə  incələdiyimizə  və  dəyərləndirdiyimizə  inanırıq.  Fəqət 

Azərbaycan  və  Dağıstan  dövlətləri  həm  öz  ölkələrindəki  və  həm  də  Moskva  və 

digər yerlərdəki arxiv sənədlərini, rəsmi hesabatları və informasiya  məlumatlarını 

cəmiyyətə  açıqlamamıĢdılar.  Rəsmi  arxiv  sənədlərinin  tədqiqatçılara  açılması  və 

ictimai  rəylə  paylaĢılması  halında  Rusiya  ilə  Dağıstan  baxımından  1918-ci  ildəki 

hadisələrin üstündəki sirr pərdəsi götürüləcəkdir.

 



 

Azərbaycan  müstəqillik  qazanandan  sonra  Qızıl  Ordunun,  marksist-



bolĢeviklərin  və  Sovet  Ġttifaqı  rəhbərlərinin  təxribatından  qurtula  bilən  Ģəhid 

məzarlarını  Qəhrəman  Türk  Silahlı  Qüvvələri  bölgədəki  türklərin  köməyi  ilə 

yenidən bərpa  etdi və  bir abidə  qurulmasını təmin etdi.  Bu çalıĢmalar son dərəcə 

önəmlidir. Buna rəhbərlik edənlərin hörmətlə alqıĢlanması və bu iĢdə göstərdikləri 

səylərinə görə təbrik edilməsi lazımdır.

 

Bu araĢdırmanın hazırlanmasında yardımlarını əsirgəməyən və əməyi keçən 



professor  Nizami  Cəfərova,  professor  Musa  Qasımlıya,  Mehman  Süleymanova, 

Elxan  ġahinoğluna,  Koroğlu  Zöhraba,  Azər  Turana,  Araz  Qurbanova  və  bütün 

dostlara,  xüsusilə  Turqut  Ər  və  Ağası  Huna  təĢəkkürlərimi  bildirirəm.  Kitabı 

Azərbaycan türkçəsinə uyğunlaĢdıraraq çap edən Xəlil Öztürkə də sonsuz dərəcədə 

minnətdaram.

 

Dr. Mustafa GÖRÜRYILMAZ

 

ANKARA-2008 




 

 



ĠÇĠNDƏKĠLƏR 

 

TƏQDĠM  



ÖN SÖZ 

GĠRĠġ 

 

QAFQAZLAR VƏ AZƏRBAYCANIN TARĠXĠ COĞRAFĠYASI 



1. Qafqazlar və Azərbaycanın coğrafiyası 

a.  Cənubi Azərbaycan 

b.  ġimali Azərbaycan 

c.  Dağıstan 

2.Azərbaycanın tarixi 

3.

 



Azərbaycanın strateji əhəmiyyəti 

4.

 



Birinci  Dünya  müharibəsindən  əvvəl  Osmanlı  Dövlətindəki  fikir 

cərəyanları 

a.  Qərbçilik cərəyanın 

b.   Ġslamçılıq cərəyanı   

c.  Türkçülük cərəyanı  

5.Ġstanbuldakı siyasi hadisələrin Azərbaycandakı aydınlanmaya təsiri   

6.BolĢevik ixtilalına qədər Rusiya və müsəlmanlar (Türklər) 

 

I  HĠSSƏ 

 

BĠRĠNCĠ DÜNYA MÜHARĠBƏSĠ 



1.Osmanlı Dövlətinin müharibəyə girməsini hazırlayan hadisələr  

2.Birinci Dünya müharibəsində Qafqazların durumu  

3.Qafqaz cəbhəsində müharibənin baĢlaması  

a.  Rus Qafqaz ordusunun sərhədi keçməsi  

b.  Erməni təhciri   

c.   MuĢ və Bitlisin qurtuluĢu  

4.Osmanlı Dövlətinin Qafqaz türkləri ilə münasibətləri 

5.Rusiyadakı bolĢevik ixtilalının cəbhəyə təsiri 

6.ġərq cəbhəsində müharibənin sona çatması  

 

II HĠSSƏ 

 

AZƏRBAYCANIN MÜSTƏQĠLLĠYĠNĠ HAZIRLAYAN HADĠSƏLƏR 



1.Qafqaz Seyminin quruluĢu və strukturu   


Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə