Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə14/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   10   11   12   13   14   15   16   17   ...   175

33 

 

anlaĢmalar  əldə  etdilər.  Müharibəni  baĢladıb,  almanları  xaricdə  buraxdılar. 



Müharibə baĢlamadan əvvəl əldə edilən anlaĢmalar müharibə əsnasında da davam 

etdi.


3

 

Osmanlı  dövləti  tərkibindəki  böyük  bir  zona  yaxınlaĢmaqda  olan  Birinci 



Dünya  müharibəsində  bitərəf  qalmağı  istəyirdi.  Buna  qarĢılıq  olaraq  bəzi  zonalar 

dövlətin müharibəyə girməsi üçün böyük bir lobbiçilik fəaliyyəti göstərirdi. Fəqət 

bitərəf qala bilmək üçün iqtisadi və  siyasi baxımdan qüvvətli, hərbi baxımdan da 

hər an müharibəyə hazır olunması lazım idi. Osmanlı dövlətində isə bu mənada bir 

güc və qüvvət yox idi. Bundan baĢqa müharibədən qaçılması da mümkün deyildi. 

Ġngiltərə  və  Rusiya  türklərin  tarixi  düĢməni  vəziyyətində  idi.  Nəticə  olaraq  onu 

demək olar ki, Ġngiltərə, Uzaq ġərq və Hind okeanında olan əhəmiyyətli bölgələri 

iĢğal  etmiĢ,  müstəmləkə  halına  gətirmiĢdi.  Sənaye  və  texnologiyanın  inkiĢafı 

nəticəsində  ehtiyac  duyduğu  duru  yanacağı rahatca  təmin  edə  bilmək  üçün  neftin 

hasil  edildiyi  torpaqları  da  ələ  keçirmək  istəyirdi.  QarĢısındakı  tək  əngəl  də 

Osmanlı dövləti idi.  Rusiya  isə Böyük  Pyotrdan  bu  yana Boğazlar  yolu ilə  Aralıq 

dənizinə  açılmaq  istəyirdi.  Qafqaz  üzərindən  də  Bəsrə  körfəzinə  hakim  olmağa 

çalıĢırdı.  Rusların  qarĢısında  da  tək  əngəl  olaraq  yenə  Osmanlı  dövləti  var  idi. 

Almanlar 

isə  dünya  hakimiyyətini  ingilislərə  buraxmaq  istəmirdilər. 

Müstəmləkələrdən pay almaq üçün cəhd göstərirdilər. 

Ġngiltərə-Fransa-Rusiya  ittifaqı  və  öz  aralarındakı  gizli  anlaĢmalar  dünya 

ictimaiyyətinə  sızırdı.  Ġngiltərənin  isə  qurduqları  bu  ortaqlığa  Osmanlı  dövlətini 

qəbul etmək istəmədiyi siyasi görüĢlərlə də kəskin Ģəkildə aydın oldu. 

Sədrəzəm  Prens  Səid  Halim  PaĢa  Ġttifaq  dövlətlərinin  yanında,  yoxsa 

Antanta  dövlətlərinin  sırasında  müharibəyə  girilməsinin  müzakirə  olunduğu  və 

siyasi  təmasların  davam  etdiyi  bir  dövrdə  Saray  baĢ  katibi  Əli  Fuad  bəyə  belə 

demiĢdi: 

"Sizə olduqca məhrəm bir sirr söyləyəcəyəm. Bunun yayılmaması lazımdır. 

BaĢımıza gələn fəlakətlərdən sonra bir müttəfiq tapmaq üçün hər tərəfə baĢ vurduq. 

Yunanıstan  belə  bizi  ittifaqına  almadı.  Ġndi  Üçlər  Ġttifaqına  daxil  olmaq  üçün 

ortaya  birfürsət  çıxdı.  Bu  fürsət  bəlkə  də  dövlətin  gələcəyini  qurtaracaqdır. 

Almanlarla ittifaq qura bilmək üçün müzakirələrə baĢlamaq üzrəyik"

4

 

Osmanlı  dövləti  addım-addım  gələn  müharibədə  bir  müttəfiq  tapa  bilmək 



üçün  almanlarla  təcili  bir  müqavilə  imzaladı.  Müqaviləyə  Türkiyə  adından 

Sədrəzəm Səid Halim PaĢa imza atmıĢdı. Bağlanan bu müqavilədən yalnız Sultan 

Mehmet RəĢad ilə Sədrəzəm  Səid Halim PaĢa, hərbiyyə naziri Ənvər PaĢa, Daxili 

iĢlər naziri Tələt PaĢa və Məclisi-Məbusan sədri Xəlil bəyin xəbəri vardı. Məsələ 

ilə  əlaqəli  bir  anlaĢma  imzalanıb  imzalanmaması  Nazirlər  Heyətində  və  Məclisdə 

gündəmə  gəlməmiĢ,  mövzu  geniĢ  müzakirə  edilməmiĢdi.  Görüləcək  bir  iĢ 

qalmadığını  görən  bəzi  nazirlər  və  millət  vəkilləri  heç  olmazsa  bundan  sonra 



34 

 

müharibəyə  qatılmaq  üçün  tələsməməyi  məsləhət  görürdülər.  Fəqət  Ġttihad  və 



Tərəqqi  Partiyası  iqtidarı  heç  kimi  dinləmirdi.  Öz  aralarında  qurduqları  kiçik  bir 

heyət ilə dövləti idarə etməyə çalıĢırdılar.

5

 

Osmanlı  əsgər  və  sivil  ziyalıları  tərəfindən  qurulan  Ġttihad  və  Tərəqqi 



Cəmiyyəti  II  MəĢrutəçiliyin  elan  edilməsində  ən  əhəmiyyətli  vəzifəni  öhdəsinə 

götürmüĢ və Sultan II Əbdülhəmidi taxtdan endirmiĢdi.

6

 Ġdarəçiliyə hakim olan bu 



cəmiyyət  daha  sonra  partiya  olaraq  dövlətin  müqəddəratına  istiqamət  vermiĢdi. 

Ancaq rəhbərlərinin kifayət qədər bilik, bacarıq və təcrübəyə sahib olmadıqları və 

partiya içində bəzi azlıqların və millətlərarası açıq və ya gizli cəmiyyət üzvlərinin 

də təsirli olması səbəbilə Osmanlı dövləti sürətlə bir anarxiya mühitinə sürükləndi. 

Dövlət bu dövrdə ġimali Afrika və Balkanlarda çox əhəmiyyətli torpaqlarını itirdi. 

Bu  da  yetməzmiĢ  kimi  Birinci  Dünya  müharibəsinə  girmək  məcburiyyətində 

qaldı.

7

  Ġttihad  və  Tərəqqi  liderlərinin  müharibə  siyasətini  və  strategiyasını  idarə 



edəcək qabiliyyət və təcrübədən məhrum olduqları qısa müddətdə ortaya çıxdı. Bu 

və buna oxĢar səbəblər üzündən 1914-cü ildə dünyanın ilk beĢ ölkəsi arasında yer 

alan  Osmanlı  dövləti  dörd  il  içində,  yəni  1918-ci  ildə  ordusu  məğlub  olmuĢ  və 

dağıdılmıĢ, vətəni parçalanmıĢ və iĢğal edilmiĢ, evi, yurdu yandırılmıĢ, xalqı qətlə 

yetirilmiĢ bir durumdaydı. 

Osmanlı  dövlətini  idarə  edən  Ġttihad  və  Tərəqqi  Partiyasının  liderləri 

Almaniyanın mütləq qalib gələcəyini düĢünərək müharibəyə qoĢulmuĢdular

8

. Türk 



tarixində  "Üç  paĢalar"  olaraq  da  qalan  bu  liderlərdən  Tələt  PaĢa  "BaĢ  vəkil"

9



Ənvər  PaĢa  "Hərbiyyə  naziri  və  BaĢkomandan  vəkili",  Camal  PaĢa  da  "Bəhriyyə 

(Dəniz  Qüvvələri)  naziri"  vəzifələrində  çalıĢırdılar.  Ġttihad  və  Tərəqqi  Partiyası 

liderləri  dövlət  təĢkilatında  və  dövlət  daxilində  ingilis-rus  ortaq  əməllərinə  və 

bunlara  xidmət  edən  yerli  əməkdaĢlara  qarĢı  gərəkli  tədbiri  də  vaxtında  ala 

bilməmiĢdilər.

10

 



Müharibənin  davam  etdiyi  dörd  il  boyunca  türk  ordusu  bir  çox 

müvəffəqiyyətlər əldə etdi, dünyanı sarsıdan önəmli  müharibədə qalib gəldi. Ġstər 

ingilislər,  istərsə  də  almanlar  Birinci  Dünya  müharibəsinin  baĢlanmasına  bir  neçə 

ay  qalmıĢ  yoğunlaĢan  siyasi  görüĢlərdə  türk  ordusunun  heç  bir  varlıq 

göstərməyəcəyinə  inanırdılar.

11

  Ġngilislərin  "xəstə  adam"  deyə  xarakterizə  etməyə 



çalıĢdığı  Osmanlı  dövləti  və  türk  millətinin  içindən  çıxan  Mehmetçik,  baĢda 

Çanaqqala  olmaqla,  Avropada  Qaliçya,  Ərəbistan  yarımadasında  Yəmən,  Məkkə, 

Mədinə, Sina, Fələstin, Suriya, Kanal (SüveyĢ  kanalı), Ġraqda Bəsrə, Qutülamara, 

Bağdad  və  Mosul-Kərkük  bölgələrində  üstün  düĢmən  qüvvələrinə  qarĢı  aparılan 

qanlı müharibələrdən hər dəfə zəfərlə çıxmıĢdı.  Ancaq türklərlə eyni dinə  mənsub 

olan  ərəblərin  ingilislərlə  əməkdaĢlığa  gedə  biləcəyini  heç  düĢünməmiĢdi,  ya  da 

hesablaya bilməmiĢdi. 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə