Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə13/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   9   10   11   12   13   14   15   16   ...   175

31 

 

yaraları  hələ  soyumamıĢ,  Osmanlı  dövləti  özünü  Birinci  Dünya  müharibəsinin 



içində  gördü.

2

  Birinci  Dünya  müharibəsi  Osmanlı  dövlətinin  parçalanması  və 



Avstriya-Macarıstan  imperatorluğuna  yaxĢı  bir  dərs  verilməsi  üçün  ortaya 

atılmıĢdı.  Bu  məqsədlə  müharibədən  əvvəl  Baltik  körfəzindəki  kiçik  bir  qəsəbədə 

Ġngiltərə ilə Rusiya arasında gizli bir  müqavilə də olmuĢdu. Bu gizli müqavilənin 

sənədləri Rusiyada meydana gələn bolĢevik inqilabından sonra açıqlanmıĢdı. 

1914-cü  ilə  gələnə  qədər  bəzi  dövlətlərin  türk  və  islam  aləmi  ilə  dünyaya 

baxıĢını da qısaca xülasə etməkdə fayda var. 



a.İngiltərə: Ġngiltərənin ġərq ölkələrindəki mənfəətlərinin sərhədi, Osmanlı 

dövlətinin  Ģərq  hüdudlarından  baĢlayırdı.  Müstəmləkələrinə  gedən  yol  da  SüveyĢ 

kanalı  daxil  olmaqla  Osmanlı  torpaqlarından  keçirdi.  Rusiya  ilə  Türkiyə  arasında 

siyasi  və  ya  hərbi  bir  anlaĢılmazlıq,  ya  da  savaĢ  ortaya  çıxınca,  mənfəətləri  üçün 

dərhal  Osmanlı  dövlətinin  yanında  yer  alırdı.  Ġngiltərə,  Ġstanbul  ilə  Osmanlı 

idarəçiliyi  altında  olan  qeyri-müsəlmanlar,  ya  da  o  biri  islam  cəmiyyətləri  və 

xüsusilə 

ərəblər 


arasında 

bir 


anlaĢılmazlıq 

ortaya 


çıxdığı 

zaman 


da  Sultana  qarĢı  bunları  dəstəkləyirdi.  Osmanlı  dövlətindən  ayrılıb  müstəqil 

dövlət  qurmaq  istəyən  azlıqları  və  bunlara  aid  gizli  təĢkilatlarını  bəzən  örtülü, 

bəzən də açıqca dəstəkləmiĢ, irəlidə özünə minnətdar qalacaq dövlətlər qurulması 

üçün cəhd göstərmiĢ, bu birlikləri himayəsinə almıĢdı. 



b.Rusiya:  Rus  çarları  dəli  Pyotrun  vəsiyyətinə  görə,  Hindistan,  Bəsrə 

körfəzi  və  Aralıq  dənizini  nəzarət  altına  alaraq,  dünyaya  hakim  olma  ideyasını 

dövlətin  təməl  ideologiyası  halına  gətirmiĢdilər.  Bu  düĢüncədən  hərəkət  edərək, 

Türküstanı  iĢğal  etmiĢlər  və  Hindistana  çatmaq  yolunda  əhəmiyyətli  bir  addım 

atmıĢdılar.  Türküstanın  ələ  keçirilməsindən  sonra  uzun  illər  boyu  Osmanlı 

dövlətini bölüb, parçalayaraq udma,  ya da  himayəsinə alma və  ya tamamən  ilhaq 

etmə siyasəti izləmiĢdi. Rusiya tarix boyu Orta Asiya və Qafqazda yaĢayan türklərə 

qarĢı  olduğu  kimi,  bu  üç  siyasət  tərzindən  birini  və  ya  eyni  anda  üçünü  birdən 

Osmanlı  dövlətinə  qarĢı  tətbiq  etməyə  çalıĢmıĢdır.  Rusiya  "isti  dənizlərə  çıxma" 

siyasətinin birinci addımı olan Balkanlar ilə Ġstanbul və Çanaqqala boğazlarını ələ 

keçirərək, Aralıq dənizini nəzarət altına almaq, ikinci addımını təĢkil edən Qafqaz, 

Azərbaycan  və  Ġran  üzərindən  Bəsrə  körfəzinə  çatmaq  hədəfindən  heç  bir  zaman 

vaz keçməmiĢdi. Rusiyanın bu iki təməl hədəfinə çata bilmək üçün qarĢısındakı tək 

əngəl  isə  Osmanlı  dövləti  idi.  Bu  baxımdan  əvvəlcə  Osmanlı  dövlətinə  və 

bilavasitə  hədəflərinə  çatmaq  üçün  Türkiyəyə  yardım  edən  Ġngiltərə  və  Fransa 

dövlətlərinə  qarĢı  da  düĢmənçilik  güdmüĢdü.  Xüsusilə  1850-ci  illərdən  sonra 

Balkanlardakı slavyan əsilli xalqlara və Qafqazda da ermənilərə qarĢı qoruyucu və 

dəstəkləyici  bir  siyasət  tətbiq  etmiĢdi.  Beləliklə,  yuxarıda  xülasə  etməyə 

çalıĢdığımız  üç  ana  siyasətinin  yanına  dördüncüsünü  əlavə  etmiĢdi.  Bu  da 

"Balkanlar  və  Qafqazda  Rusiyaya  minnətdar  dövlətlər  yaratmaq  və  avropalılarla 




32 

 

birləĢərək Osmanlı dövlətini paylaĢmaq" Ģəklində xülasə edilə bilir. Rusiya xülasə 



etməyə  çalıĢdığımız  siyasi  hədəfini  həyata  keçirə  bilmək  üçün  1900-cü  ildən 

etibarən bütün gücünü bu sahəyə vermiĢdi. 



c.Fransa: Bu dövlətin siyasəti Ġngiltərə ilə oxĢar idi. Fransa Qanuni Sultan 

Süleyman dövründən Krım müharibəsinə (1535-1856) qədər keçən müddətdə Orta 

ġərqdə  əhəmiyyətli  rol  oynamıĢdı.  Ancaq  bu  tarixlərdən  sonra  Aralıq 

dənizi və Orta ġərqdə Fransanın yerini Ġngiltərə almıĢdı. Ġngilislərin önə çıxmasını 

qısqanclıqla  izləyən  Fransa  bu  dövlətin  Orta  ġərqdə  rəqibi  halına  gəlmiĢdi.  Bu 

rəqabət nəticəsində Ġngiltərə Orta ġərqdə yəhudiləri, erməniləri və ərəblərdən bəzi 

qrupları dəstəkləyirdi. Fransa  isə bir tərəfdən  Livan ilə Suriyadakı ərəblərə dəstək 

verir, digər tərəfdən də ingilislərə qarĢı türklərin yanında yer alırdı. 



d.Almaniya:  Berlindəki  rəhbərlər  XVIII  yüzillikdə  Balkanlardakı  bəzi 

qeyri-müsəlman  xalqlarla  az  da  olsa  əlaqə  qurmuĢdular.  Fəqət  1878-ci  ildə 

imzalanan  Ayestefanos  və  Berlin  müqavilələrindən  sonra  Osmanlı  dövlətinin 

torpaqları  və  Ģərq  xalqları  ilə  daha  yaxından  maraqlanmağa  baĢladılar.  Almaniya 

bu  tarixlərdən  sonra  "ġərqə  doğru"  siyasəti  inkiĢaf  etdirdi.  Berlindən  Vyanaya, 

oradan  Sofiya  və  Ġstanbul  üzərindən  Bağdada  uzanan  bir  siyasət  yeritməyə 

baĢladılar. Gizli arzularına çatmaq üçün Osmanlı Dövləti ilə Berlin-Bağdad dəmir 

yolu 


xəttinin 

çəkilməsi 

ilə 

əlaqədar 



bir 

müqavilə 

imzalamaq 

istəyirdilər.  Dəmir  yolunun  inĢası  və  idarəsinin  imtiyazını  almaq  surətiylə 

hədəflərinə  bir  addım  daha  da  yaxınlaĢmıĢ  olacaqdılar.  Almanlar  Berlin-Bağdad 

dəmir  yolu  imtiyazını  alaraq,  Orta  ġərqdəki  xam  maddəni  ölkəsinə  daĢımağı  və 

məhsulu  da  bölgəyə  asanca  çatdırmağı  hədəfə  alırdı.  Bu  mənfəətlərini  sürdürmək 

üçün  bir  tərəfdən  Rusiya,  digər  tərəfdən  Ġngiltərə  və  Fransaya  qarĢı  Osmanlı 

dövlətini  nəzarət  altında  saxlamağa  çalıĢırdı.  Müharibənin  olması  halında  bu 

mənfəətlərini  qorumaq  və  davam  etdirə  bilmək  üçün  dəmir  yolu  vasitəsilə 

əsgərlərini  Avropadan  Bəsrə  körfəzi  və  Hind  okeanı  ilə  Uzaq  ġərqə  asanca 

daĢımağı hesablayırdı. 



e.İtaliya:  Bu  dövlət  milli  birliyini  1900-cü  illərə  doğru  təzəcə  tamamlaya 

bilmiĢdi. Ġtaliya cəmiyyətdə gərəkli razılaĢmanı təmin etdiklərinə inandıqdan sonra 

ata-babalarından  qalan  müstəmləkəçilik  ruhunun  vacibliyini  həyata  keçirməkdə 

gecikmədi. Aralıq dənizi bir güc halına gəlincə, Orta ġərqdəki ən yaxın torpaqlara 

qarĢı hərəkətə keçdi. Əvvəlcə Osmanlı dövlətinə aid olan Trablisqərb və ardından 

da  Adalar dənizindəki  (Egey  dənizi) 12 adanı iĢğal etdi.  Orta  ġərq və Türkiyədən 

daha artıq pay tutmaq üçün də Ġngiltərə və Fransanın yanında yer aldı. 

Eyni  coğrafiyada  gözü  olan  və  milli  mənfəətləri  Osmanlı  dövlətinə  aid 

torpaqlar  üzərində  toqquĢan  bu  dövlətlər,  hədəflərinə  necə  çatacaq,  bunu  hansı 

yolla  əldə  edəcəkdilər?  Bu  dövlətlər  ya  anlaĢacaqlar,  ya  da  savaĢaraq  hədəflərinə 

çatacaqdılar.  Rusiya  və  Ġngiltərə  milli  mənfəətləri  naminə  öz  aralarında  gizli 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə