Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə10/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   6   7   8   9   10   11   12   13   ...   175

24 

 

lideri Əhməd Rza bəy ilə təmas quraraq, cəmiyyətin adını dəyiĢib, "Osmanlı Ġttihad 



və  Tərəqqi  Cəmiyyəti"  qoydular.  Bu  cəmiyyəti  quran  gənclərin  hamısı  Osmanlı 

Dövlətinin  çöküĢünü  dayandırmaq  istəyirdilər.  Aralarında  Ohrili  Ġbrahim  Temo, 

Ərəbgirli  Abdullah  Cövdət,  Diyarbəkirli  Ġshaq  Sükutı,  Qafqazlı  Mehmet  RəĢid, 

Bakılı Hüseynzadə Əli kimi dostlar qrupunun yaratdığı bu gizli cəmiyyət, duyğusal 

tərəfdən  çox  təmkinli  və  ciddi  bir  "Ģagird  təĢkilatı"  xüsusiyyəti  daĢıyırdı.  "Ġttihad 

və  Tərəqqi  Cəmiyyətinin"  qurucuları  və  üzvləri,  Osmanlı  dövlətində  gizli  bir 

hərəkat  olması  səbəbindən  bir  çox  təhlükələrdən  keçdilər.  Cəmiyyət  1899-cu  və 

1902-ci illərdə bir neçə hissəyə bölündü. 

Selanikdə,  çoxu  3-cü  Ordu  zabitlərindən  olan  on  adam  1906-cı  ildə 

"Osmanlı  Hürriyyət  Cəmiyyəti"ni  qurdular.

31

  Bu  cəmiyyətin  ilk  on  qurucu 



üzvünün  ortaq  xüsusiyyəti,  hamısının  təriqətə  mənsub  olmaları,  çoxunun  3-cü 

Orduda zabit və bir-ikisini çıxmaqla mason olmalarıdır. Bir baĢqa xüsusiyyətləri də 

bu  ixtilalçı  dəstənin  Makedoniya  torpaqlarında  bir  araya  gəlməsidir.  Bu  cəmiyyət 

Osmanlı  dövləti  içindəki,  ya  da  xaricindəki  bütün  cəmiyyətləri  qısa  müddətdə 

özünə  tərəf  çəkdi  və  onlardan  daha  irəli  getməyə  baĢladı.

32

  "Osmanlı  Hürriyyət 



Cəmiyyəti"nin məhdud saylı qurucu heyətinin içində üç adamlıq özək bir Ģtat var 

idi.  Tələt,  Rəhmi  və  Ġsmayıl  Canpolad  bəylərdən  ibarət  olan  bu  Ģtat  əvvəlcə 

"Heyəti-Aliyə"  adı  ilə  bir  müddət  fəaliyyət  göstərdi.  Daha  sonra  da  "Mərkəzi-

Ümumi"  (Ümumi  Mərkəz)  adını  aldı.  Cəmiyyət  silahlı  qüvvələr  içində  sürətlə 

tərəfdar  tapdı,  hərbi  və  sivil  üzvləri  çoxaldı  və  qısa  müddətdə  ixtilalçı  bir  güc 

halına gəldi. 

Finlandiya  körfəzindəki  Revel  (bugünkü  Tallin)  limanında  Ġngiltərə  kralı 

VII Eduard ilə Rus çarı Nikolay 9 iyun 1908-ci ildə bir araya gəlmiĢdilər. Hər iki 

hökmdar bu toplantıda Orta ġərq və Uzaq ġərqin bölüĢdürülməsi və aralıq bölgələr 

təĢkil  olunması  mövzusunu  gündəmə  gətirdilər.  Bu  xəbərin  Osmanlı  dövlətində 

duyulmasından  sonra  ixtilalçı  gənc  zabitlər  qısa  müddətdə  hərəkətə  keçdilər.  Bu 

görüĢmədən  təxminən  bir  ay  sonra  23  iyul  1908-ci  ildə  II  MəĢrutəçiliyi,  ya  da  o 

dövrdə  deyildiyi  kimi,  "Hürriyyət"i  elan  etdirdilər.  Sultan  Əbdülhəmid 

məğlubiyyəti qəbul etmək məcburiyyətində qalmıĢdı. Mərkəzi Selanikdə olan 3-cü 

Ordu Sultanı yıxmıĢ, ölkədə yeni bir rejimə öncülük etmiĢdi. Ġttihad və Tərəqqi adı 

da MəĢrutəçilik ilə birlikdə çəkilməyə baĢlamıĢdı.

33

 

6.BolĢevik ixtilalına qədər Rusiya və müsəlmanlar (Türklər):



34

 

Qara dənizin Ģimalından Çinə qədər olan və bu gün ümumi adıyla Avrasiya 



coğrafiyası  olaraq  müəyyən  edilən  ərazilərdə  tarixin  ən  keçmiĢ  dövrlərindən  bu 

yana müxtəlif türk qövmləri yaĢamaqdadır. Bu türk yurdlarındakı Rus hakimiyyəti 

1550-ci  illərdə  baĢladı.  Kazan  xanlığının  kədərli  bir  Ģəkildə  yıxılmasından  sonra 

əvvəlcə Tatarıstan, ardından BaĢqırdıstan, daha sonra da Krım və Ġdil-Ural boyları 

Rus çarlığının əlinə keçdi. Bunu Sibir, Qafqaz və Türküstan izlədi. Türk vilayətləri 



25 

 

müxtəlif  dövrlərdə  bu  istila  və  istismara  boyun  əyməmiĢlər  və  rus  istilaçılarına 



qarĢı  üsyan  etmiĢdilər.  Bu  üsyanlarda  bəzən  qısamüddətli  uğurlar  oldusa  da  hər 

dəfə ruslar tərəfindən qanlı Ģəkildə yatırılmıĢdı.

35

 

Rus çarlığında 1905-ci il, öz tarixi üçün olduğu qədər əsarət altında tutduğu 



türk  dövlətləri  üçün  də,  demək  olar,  bir  dönüĢ  nöqtəsi  oldu.  ġərqdə  yaponlara 

məğlub  olan  Rusiyada  "Birinci  rus  inqilabı"  deyilən  siyasi  gərginlik  nəticəsində 

Çar II Nikolay ölkədə məĢrutəçiliyi elan etdi. Bundan sonra Rusiyada mədəniyyət, 

xəbərləĢmə və siyasi sahədə bəzi irəliləyiĢlər yaĢandı. 

Rusiyadakı bu  yeniliklərdən  türklər  də  faydalandı. Rusiya  türkləri arasında 

"Cədidçilik" adı verilən təhsil və fikir sahəsində bəzi yenilik hərəkətləri yayılmağa 

baĢladı.  Siyasət,  təhsil,  mədəniyyət,  mətbuat-nəĢr,  Ģeir,  ədəbiyyat,  teatr,  musiqi 

kimi  bir  çox  sahələrdə  bu  sərbəstlikdən  istifadə  etməyə  çalıĢdılar.

36

  Yüz  illərdir 



susdurulan,  basdırılan,  səsini  çıxaranların  öldürüldüyü  Rusiya  türkləri  arasındakı 

ziyalı  hərəkatları  qısa  müddətdə  barını  verməyə  baĢladı.  Rusiyada  yaĢayan  türk 

ziyalıları məĢrutəçiliyin elanından sonrakı bir neçə ildə bir çox toplantılar, konqres 

və  konfranslar  keçirdilər.  Siyasi  və  mədəni  haqlarını  dünya  ictimaiyyətinə 

çıxarmağa  baĢladılar.  Bu  bahar  havası  1907-ci  ildə  gətirilən  məhdudlaĢdırmalarla 

sona  çatdı.  Bir  müddət  sonra  da  Birinci  Dünya  müharibəsi  baĢladı  və  müharibə 

illərində siyasi, sosial, iqtisadi və mədəni haqlardan söz etmək mümkün olmadı. 

Rusiyada  müharibənin  gətirdiyi  ağır  Ģərait  xalqa  iqtisadi  sıxıntı  olaraq  əks 

olundu. Həyatın bahalaĢması, yüksək inflyasiya, xüsusilə hərbi sənayenin çökməsi, 

istehsalın  olmaması,  asayiĢ  və  əmin-amanlığın  ortadan  qalxması  kimi  səbəblərə 

cəbhədəki  ordulardan  qaçan  fərarilər  də  əlavə  olununca,  Çar  Rusiyası  sürətlə 

çökməyə  baĢladı.  Siyasi  fəaliyyətlərini  gizli  davam  etdirən  partiyalar  çarlıq 

idarəçiliyinin  ölkədə  siyasi  sabitliyi  təmin  etməməsi  səbəbindən  bu  anarxiya 

vəziyyətindən  istifadə  etdilər.  Rusiyada  inqilabçılar  27  fevral  1917-ci  ildə 

idarəetməni ələ keçirdilər. Çar taxtdan əl çəkdi. Fəqət inqilabçıların qurduğu keçici 

hökumət də Rusiyada asayiĢ və əmin-amanlığı təmin etməyə çətinlik çəkirdi. 1917-

ci ilin fevralından oktyabrına qədər Rusiya tarixinin görmədiyi Ģəkildə ortaya çıxan 

demokratik  mühit  qısa  müddətdə  anarxiya  və  xaos  gətirdi.  Bir  tərəfdən 

cəbhələrdəki ordularda fərarilər artarkən, digər tərəfdən siyasi iqtidar mücadiləsi də 

davam edirdi. Ġnqilabçıların menĢevik və bolĢevik qanadları, liberal kadetlər və bir 

çox qruplar, qarĢılıqlı bir siyasi mücadiləyə girmiĢdilər. 

Rusiyada  çarın  hakimiyyətdən  çəkilməsindən  sonra  ortaya  çıxan  hürriyyət 

havasından türk ziyalıları da faydalanmaqda gecikmədilər. Millətin müqəddəratına 

istiqamət verə biləcək çox az sayda türk ziyalıları arasında siyasi və fikri baxımdan 

birlik  yox  idi.  Çünki  hər  hansı  bir  hazırlıqları  yox  idi.  Siyasi,  sosial  və  mədəni 

sahələrdə  fərqli  görüĢləri  müdafiə  edirdilər.  Buna  rəğmən  Rusiya  türkləri  öz 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə