Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə11/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   7   8   9   10   11   12   13   14   ...   175

26 

 

aralarında  və  məhəlli  səviyyədə  gələcəkləri  haqqında  mübahisə  etməyə,  daha 



doğrusu, sıxıntılarını dilə gətirməyə baĢlamıĢdılar. 

Fevral inqilabının ilk günlərindən etibarən Krımda Ağməscid (Simferopol), 

Ġtil-Ural  bölgəsində  Kazan,  Ufa,  Orenburq,  Astraxan,  Bakı  və  DaĢkənddə  milli 

səviyyədə siyasi və sosial fəaliyyətlər baĢladı. Türk ziyalıları bir yandan da qəzet 

və jurnal çıxarırdılar. Bəziləri milliyyətçi, bəziləri də sosialist və liberal cərəyanları 

təmsil edən qruplar təĢkil etdilər. Bunların bir qismi "Milli Mərkəz", "Milli ġura", 

ya  da  "Müsəlman  Mərkəzi  ġurası"  kimi  adlar  altında  təĢkilatlanmağa  cəhd 

göstərirdilər. 

Qafqazda  yaĢayan  türklər  və  müsəlmanlar  isə  1917-ci  ilin  aprel  ayında 

Bakıda  bir  toplantı  təĢkil  etdilər.  Bu  böyük  qurultaya  Azərbaycan,  Ermənistan, 

Gürcüstan,  Dağıstan  və  ġimali  Qafqazdan  nümayəndələr  qatıldı.  Qurultayda 

Qafqazda  yaĢayan  müsəlmanların  siyasi  gələcəyi  və  rus  inqilabından  nə 

gözlədikləri  müzakirə  olunacaqdı.  Qafqazın  ən  önəmli  iki  quruluĢu  qurultayda 

ağırlığını dərhal hiss etdirdi. Milliyyətçi qanadı M.Ə. Rəsulzadənin rəhbərlik etdiyi 

"Müsavat Xalq Partiyası", Ġslamçı qanadı Nəsib bəy Yusifbəylinin rəhbərlik etdiyi 

"Türk  Ədəmi-Mərkəziyyət  Partiyası"  təmsil  edirdi.  Qurultaya  qatılan  Əlimərdan 

bəy  TopçubaĢov  kimi  liberallar  da  milliyyətçiləri  dəstəkləyirdi.  Marksist  və 

sosialistlər  isə  N.Nərimanovun  rəhbərlik  etdiyi  "Hümmət  Partiyası"nın  ətrafında 

toplanmıĢdılar.

37

 



Qurultayda  milliyyətçilər,  islamçılar  və  sosialistlər  qarĢılıqlı  bir  fikir 

münaqiĢəsi  aparırdılar.  Milliyyətçilər  Rusiyada  yeni  idarə  forması  olaraq  "hər 

bölgədə federasiya prinsipinə əsaslanan bir respublika" qurulmasını, digər qruplar 

isə  mərkəzi  sistemin  qorunmasını  istəyirdilər.  Ġslamçılar  qurulacaq  yeni  Rusiya 

dövlətində  yaĢayan  müsəlmanları  vahid  dini  idarə  ətrafında  toplaya  biləcəklərini 

düĢünürdülər.

38

  Hərarətli  mübahisələrdən  sonra  konqres  Rusiyada  federativ  əsasa 



dayanan  respublika  sisteminin  qurulmasının  müsəlman  (türk)  millətlərin 

mənfəətinə uyğun olduğuna dair qərar aldı. Federativ əsasının, zamanı gəldiyində, 

türklərin Rusiyadan asanlıqla qopa bilməsi üçün ilk addım olduğu da bildirilirdi.

39

 



Fevral  inqilabından  sonra  Rusiya  türkləri  arasında  baĢlayan  milli  oyanıĢı  ümumi 

bir  toplantıda  dəyərləndirib,  gələcəklə  və  millətin  müqəddəratı  ilə  əlaqəli  bəzi 

qərarları ala bilmək üçün iĢlər görülməyə baĢlandı. Bunlar arasında qeyd edilməyə 

dəyər ən əhəmiyyətli iĢ olaraq Peterburqda təĢkil edilən açıq və xüsusi toplantılar 

göstərilə bilər.

40

 



Dövlət  Duması  müsəlman  qrupu  üzvləri,  Peterburqda  təĢkil  etdikləri 

görüĢmələrdə Rusiya müsəlmanlarının qurultayını toplama qərarı aldılar. Qurultaya 

türk  və  müsəlman  əsilli  cəmiyyətlərin  hər  birindən  təmsilçi  dəvət  edildi.  Rusiya 

Ümum Müsəlmanları Qurultayı 1-11 may 1917-ci ildə Moskvada oldu. Qurultaya 

900-ə qədər nümayəndə qatıldı. Edilən hərarətli müzakirə və mübahisələrdən sonra 



27 

 

M.Ə.Rəsulzadənin  öncülük  etdiyi  Rusiyanın  federal  quruluĢa  dayanan  bir  dövlət 



olması  ilə  bağlı  görüĢü,  mərkəziyyətçi,  ancaq  mədəni  muxtariyyətlə  kifayətlənən 

təklif qarĢısında üstün gələrək qurultayda qəbul edildi. Rusiya Müsəlmanları Milli 

ġurası təĢkil edildi və fəaliyyət göstərəcək heyət üzvləri də təyin olundu. 

Qurultayın bağlayıcı heç bir gücü yox idi. Bu qurultay yüz illərlə Rusiyanın 

əsarətində  yaĢayan  türk  millətinə  mənsub  müxtəlif  qövm,  boy  və  qrupları  təmsil 

edən  vəkillərin  bir  araya  gələrək  bəzi  siyasi  və  sosial  mövzuları  gündəmə 

gətirmələri  və  bir  Ģura  qura  bilmələri  baxımından  böyük  əhəmiyyət  daĢıyırdı. 

Konqresdə nitq söyləyənlər arasında mühafizəkarlar, dini cərəyanların təmsilçiləri, 

liberallar, türk birliyi tərəfdarları, ən ifrat uclara mənsub sosialistlər, kommunistlər, 

sosial  demokratlar  da  var  idi.  Qurultayın  iĢində  əhəmiyyətli  görüĢlər  ortaya 

atılmıĢdı.  Fəqət  daha  sonra  ortaya  çıxan  siyasi  irəliləyiĢlərə  baxıldığında  "ortaq 

düĢmən" olan ruslara qarĢı türk əsilli qrupların birlik olması və türk birliyinə gedən 

siyasi təĢəkkül, ya da dövlət qurma kimi təĢəbbüsləri mümkün olmadı. Hər qrup öz 

mənfəətlərini,  bu  qrupların  liderləri  də  Ģəxsi  qovğalarını  önə  çıxardılar.  Bu 

qovğaların nəticəsində paytaxtı St.Peterburq olan Çar Rusiyası daha da  müasir bir 

Rus çarlığı olaraq yenidən ortaya çıxdı. Adı da Sovet Ġttifaqı oldu. 

 

1.

 



Əhməd  Ardel,  Türklərin  yer  üzündə  yayılıĢı  və  yerləĢdikləri  sahələrin 

coğrafi xüsusiyyətləri, Konfranslar, Ġ (1964), Ankara, 1965, s. 22. 

2.

 

RüĢdü,  Böyük  Hərbdə  Bakı  yollarında  5-ci  Qafqaz  piyada  firqəsi,  93 



saylı "Hərbi məcmuənin 34 saylı tarix qismi,  Hərbi mətbəə, Ġstanbul,  1934,  s. 28; 

Əhməd  Ardel,  Türklərin  yer  üzündə  yayılıĢı  və  yerləĢdikləri  sahələrin  coğrafi 

xüsusiyyətləri, s. 23. 

3.

 



RüĢdü,  Böyük  Hərbdə  Bakı  yollarında,  s.  26;  RüĢdü  bəy  belə  bir 

müĢahidəsini  anladır:  "Bu  bölgədəki  dəmiryol  vağzalı  məmurları  üzlərini 

ağcaqanadlardan qorumaq üçün gecələri, xüsusi olaraq düzəldilmiĢ on-on beĢ metr 

yüksəklikdəki qüllələrdə yatardılar. 

4.

 

Akdes  Nemət  Kurat,  IV-XVIII  əsrlərdə  Qara  dənizin  Ģimalındakı  türk 



qövm və dövlətləri, Türk Tarix Qurumu nəĢriyyatı, Ankara, 1972. 

5.

 



Bu  mövzuda  daha  geniĢ  məlumat  üçün  bax:  Yılmaz  Öztuna,  Ġslam 

Dövlətləri, I c, Ankara, 1989. 

6.

 

Fars  əsilli  Rza  ġah  Pəhləvi,  1925-ci  ildə  Ġrandakı  son  türk  sülaləsini 



devirərək hakimiyyəti ələ keçirmiĢdi. 

7.

 



Bax: Mehməd Altay Köymən, Toğrul bəy və dövrü, Ġslanbul, 1976. 

8.

 



Bax: Məhməd Altay Köymən, Alp-Arslan və dövrü, Ankara, 1983. 

9.

 



Houstma,  Ġraq  və  Xorasan  Səlcuqluları  tarixi,  (tərc.  Qıvaməddin 

Burslan), Maarif Mətbəəsi,  Ġstanbul, 1943. 

10.

 

Bax: Aydın Taneri, Cəlaləddin XarəzmĢah və dövrü, Ankara, 1977. 




Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   7   8   9   10   11   12   13   14   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə