Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə7/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   2   3   4   5   6   7   8   9   10   ...   175

18 

 

bölgəsində yerləĢən neftayırma zavodlarına daĢınaraq burada benzin, mazut, maĢın 



yağı və s. kimi məhsullara ayrılırdı. Ayrılan neft, dəmir borularla Bakıdan Batumi 

limanına çatdırılır və buradan da qərb ölkələrinə ixrac edilirdi. 

Keçən yüzilliyin əvvəllərində, Birinci Dünya müharibəsinin yaxınlaĢdığı bir 

zamanlarda "neft yataqlarına sahib olan dövlət dünyaya hakim ola bilər" düĢüncəsi 

gedərək mühüm əhəmiyyət kəsb etdi. O illərdə məlum olan neft yataqları isə ABġ-

da, Bakıda, Mosulda və Bəsrə körfəzində idi. Bakı nefti Rusiyanın, Orta ġərq nefti 

isə Osmanlı dövlətinin nəzarətində idi. Ġngiltərə Mosul və Bəsrə körfəzindəki nefti 

ələ keçirmək, bunun sayəsində sənayeni və iqtisadiyyatı gücləndirmək və nəticədə 

dünyada  hakimiyyətini  daha  da  möhkəmləndirmək  istəyirdi.  Dünyanın  böyük 

dövlətləri  arasında  siyasi,  hərbi,  iqtisadi  və  mədəni  sahələrdə  böyük  maraq 

toqquĢmaları  baĢladı.  Bu  mübahisə  dünyanı  addım-addım  Birinci  Dünya 

müharibəsinə doğru sürüklədi. 



c.Azərbaycanda xalqın əsas dolanıĢıq mənbəyi heyvandarlıq, taxıl, pambıq, 

üzüm  bağları,  Ģərabçılıq,  meyvə,  ipək,  tütün,  meĢə  və  balıqçılıq  ilə  kürü  istehsalı 

idi.  Ərazi  cənubda  dağlıq  olmaqla  bərabər,  Ģimalda  məhsuldar  düzənliklər  və 

yumĢaq  iqlimi  ilə  kənd  təsərrüfatı  və  heyvandarlıq  üçün  son  dərəcə  əlveriĢli  idi. 

Bölgədə  istehsal  edilən  kürü  və  Ģərab  isə  dünyanın  çox  yerində  alıcı  tapırdı. 

Azərbaycan müharibədən əvvəl ildə 150 min ton yun ixrac edirdi.

19 

Azərbaycanda 



ən  çox  yayılan  dolanıĢıq  mənbələrindən  biri  də  xalçaçılıqdı.  Bütün  dünyaya 

Təbrizdən  satılması  səbəbindən  səhv  olaraq  "Ġran  xalçası,  ya  da  Əcəm  xalçası" 

deyə Ģöhrət tapan xalça və kilimlər əslində tamamilə türk xalçasıdır. Bunlar Təbriz, 

Bakı, Quba və ġirvan zonalarında toxunur, ipək isə ġəki və onun ətrafında istehsal 

edilirdi. 

d.Rusiyanın 

müharibədən  çəkilməsiylə  Ġngiltərə  və  Almaniyanın 

hədəflərindən biri də Azərbaycanı ələ keçirmək idi. BolĢevik Rusiyası isə keçmiĢ 

müstəmləkəsindəki  zənginlikləri,  əsas  da  nefti  əldən  verməyi  heç  istəmirdi.  Bu 

dövlətlər öz aralarında neft bölgələri ilə Ġran, Orta Asiya və Hind okeanı üzərindəki 

hakimiyyət  və  maraq  uğrunda  müharibələrini  davam  etdirirdilər.  Ġstehsalı  və 

istifadəsi  Qərbdə  baĢlayan  və  dövrünə  görə  irəli  sayıla  biləcək  müasir  kənd 

təsərrüfatı  maĢınları  üçün  Avrasiya  və  Uzaq  ġərq  ölkələri  ümid  verən  karlı  bir 

bazar  idi.  Yeni  texnologiyaya  uyğun  istehsal  edilən  sənaye  məhsulları, 

toxuculuq  və  kənd  təsərrüfatı  maĢınlarının  satıĢı  Qərb  dövlətlərinə  böyük  pullar 

qazandıra bilərdi. 

e.Müharibəyə  ən  son  qatılan  Osmanlı  dövlətinin  bölgəyə  yönələn 

siyasətinin təməli iqtisadi qazanc əldə etməkdən çox sosial, tarixi, mədəni və hissi 

bağlara  dayanırdı.  Osmanlı  dövləti  və  bir  çox  türk  ziyalısına  görə  Rusiya  yüz 

illərdir  Orta  Asiya  və  Qafqazdaki  türk  və  müsəlmanların  vətənini  iĢğal  altında 

saxlayırdı.  Birinci  Dünya  müharibəsindən  əvvəl Rusiyada  bəzi  araĢdırmalara  görə 



19 

 

104,  bəzilərinə  görə  isə  109  müxtəlif  xalq  yaĢayırdı.  Əhalisi  isə  təxminən 



180  milyon  idi.

20

  Zəki  Validi  Toqan  1917-ci  ildə  keçirilən  Rusiya  Müsəlmanları 



Qurultayında  Çar  Rusiyasında  23  milyona  yaxın  türk  əsilli  əhalinin  yaĢadığını, 

müsəlmanların  sayının  isə  27  milyon  olduğunu  bildirmiĢdi.

21

  Böyük  müharibənin 



baĢladığı  1914-cü  ildə  Cənubi  Qafqazda  yaĢayan  təxminən  altı  milyon  insanın 

yarıdan  çoxunu  isə  türklər  təĢkil  edirdi.

22

  Bu  ədədlərdən  göründüyü  kimi, 



Azərbaycan və Cənubi Qafqaz bir türk yurdu idi. Türklər Azərbaycanın əhalisinin 

əsas hissəsini təĢkil edirdi. 

Osmanlı dövləti dünya türklərinin və müsəlmanlarının mərkəzi olaraq qəbul 

edilirdi.  ġimali  Azərbaycanda  və  Rusiyada  yaĢayan  türk  və  müsəlmanların  öz 

dövlətlərinin  bulunmayıĢı  və  imperializmin  qısqacında  olmaları  1900-cü  illərdən 

etibarən  Osmanlı  dövlətinin  Qafqaz  və  Türküstan  siyasətində  önəmli  yer  tuturdu. 

Azərbaycanın  bir  türk  torpağı  olması,  "böyük  türk  millətinin  bir  bölümünü  təĢkil 

etməsi" Ġstanbul rəhbərliyinin bu bölgəyə olan marağını daha da artırırdı.

23

 

Dünya,  Birinci  Dünya  müharibəsinə  sürüklənərkən  öndə  gedən  dövlətlərin 



arxivlərində  tapılan  sənədlər  və  XX  əsrdə  müxtəlif  ölkələrdə  aparılan  elmi 

araĢdırmalar Osmanlı dövlətinin Qafqaz və Türküstan siyasətində "iqtisadi mənfəət 

əldə  etmə"  düĢüncəsinin  olmadığını  göstərir.  Ġqtisadi  qazanc  əldə  etmək  bir 

dövlətin,  əlbəttə,  haqqıdır.  Ancaq  Türkiyənin  o  bölgələrə  yönələn  siyasəti  qərb 

dövlətlərinə qarĢı siyasi nüfuz qazanma təməli üzərində qurulmuĢdu.

24

 



4.Birinci  Dünya  müharibəsindən  əvvəl  Osmanlı  dövlətindəki  fikir 

cərəyanları: 

Osmanlı  dövlətində  Sultan  II  Əbdülhəmid  1908-ci  ildə  taxtdan  endirilmiĢ, 

yerinə  Sultan  Mehmet  RəĢad  gətirilmiĢdi.

25

  Qısa  müddətdən  sonra  1876-cı  ildə 



elan  edilən  Qanunu-Əsasinin  (Anayasa)  bəzi  maddələri  dəyiĢdirildi.  Dövlət 

sistemində  yeni  bir  struktur  yaradılmağa  baĢlandı.  Beləliklə,  Türkiyə  II 

MəĢrutəçilik  dövrünə  girmiĢ  oldu.

26

  MəĢrutəçiliyin  ölkənin  içində  hökm  sürən 



anarxiyaya  son  verəcəyinə,  siyasi,  sosial,  iqtisadi,  hərbi  və  mədəni  sahələrdəki 

məsələləri həll edəcəyinə inanılırdı. 

Osmanlı dövlətində Gülxanə Xətti ilə baĢlayan Tənzimat dövründən Birinci 

Dünya  müharibəsinə  qədər  keçən  təxminən  75  illik  müddətdə  dövlətin  çöküĢünü 

dayandıra biləcək, xalqın rifahını təmin edəcək bir çox fikir mübahisələri edilmiĢ, 

ideoloji  cərəyanlar  inkiĢaf  etmiĢdi.  Bu  düĢüncə  cərəyanları  II  MəĢrutəçiliklə 

olduqca  aydınlaĢmıĢ  və  sıraları  bir-birindən  ayrılmıĢdı.  Birinci  Dünya  müharibəsi 

və  Qafqazdakı  yenilikləri  daha  ətraflı  öyrənmək  üçün  bu  cərəyanlara  qısaca 

baxmaqda fayda var. 

a.Qərbçilik  cərəyanı:  Bu  qrup,  "Ġctihad"  dərgisi  ətrafında  toplanaraq,  irəli 

sürdükləri  fikirləri  Qərbçilik  adı  altında  cəmiyyətə  yaymağa  çalıĢırdı.  Osmanlı 

cəmiyyətindəki  sıxıntıları,  səltənət  rejimini  qoruyaraq,  radikal  islahatlar  yoluyla 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə