Dr. Mustafa GÖRÜryilmaz



Yüklə 3,77 Mb.
Pdf görüntüsü
səhifə15/175
tarix15.03.2018
ölçüsü3,77 Mb.
#31547
1   ...   11   12   13   14   15   16   17   18   ...   175

35 

 

ġərqi  Avropada  alman  və  bolqar  cəbhələrinin  çökməsi  Osmanlı  dövlətini 



çətin  vəziyyətdə  qoydu.  Osmanlı  ərkani-hərbiyyəsini  (hərb  xadimlərini)  dərindən 

sarsıtdı.  Almanlar  1914-cü  ilin  yay  aylarında  türk  əsgərinin  müharibədə  heç  bir 

müvəffəqiyyət  əldə  etməyəcəyinə  inanarkən  1918-ci  ildə  və  yenə  yay  aylarında 

alman  orduları  bütün  cəbhələrdə  çökmüĢ,  dağılmıĢ  və  məğlub  olmuĢdu. 

Müharibənin  sonuna  doğru  1918-ci  ilin  yay  aylarında  Almaniya,  Avstriya-

Macarıstan və Bolqarıstan hərbi qüvvələrinin  məğlub olması nəticəsində ingilislər 

bütün  qüvvələrini  türk  cəbhələrinə  sövq  etdilər.  Ġngilislər  fransızlarla  bir  olub, 

Ərəbistan  yarımadasını,  Suriyanı  və  Ġraqda  Mosula  qədər  olan  bölgəni  ələ 

keçirdilər.  Ġngilis  və  fransızların  özlərinə  görə  bu  müvəffəqiyyətində  "din 

qardaĢlarımız" olan ərəblərin yardımının da unudulmaması gərəkdir. 



2. Birinci Dünya müharibəsində Qafqazın durumu: 

Rus  çarlığı  1804-cü  ildə  Gəncəni  iĢğal  etdi.  Türk  dünyasının  yetiĢdirdiyi 

böyük  Ģair,  ədib  və  filosof  Nizaminin  yurdu  alındıqdan  sonra  imperialist  Rusiya 

bölgədəki  varlığını  yaxĢıca  Ģiddətləndirdi.  Bundan  sonra  heç  bir  ciddi  əngəllə 

qarĢılaĢmadan  Cənubi  Qafqazı  tamamən  ələ  keçirdi.  Cənubi  Azərbaycan  və 

Ġrandakı  hakimiyyət  bir  türk  sülaləsinin  əlində  idi.  Bu  idarə  ilə  Rusiya  arasında 

bağlanan  Türkmənçay  müqaviləsi  Qafqazda  yaĢayan  türklər  üçün  yeni  bir  dönüĢ 

nöqtəsi  oldu.  Xüsusilə  1818-ci  ildən  sonra  ruslar  Cənubi  Azərbaycan  və  ġərqi 

Anadoluda  yaĢayan bəzi erməniləri Bakı, Göyçəgöl, Ġrəvan, Qarabağ, Gəncə kimi 

bölgələrdə  yerləĢməyə  təĢviq  edirdi.  Rusiya,  beləliklə,  Osmanlı  dövləti  ilə  Ġran 

arasında  əhalisinin  çoxu  ermənilərdən  ibarət  olan  bir  bitərəf  bölgə  yaratmağa 

çalıĢırdı.  Ruslar  bu  tarixdən  etibarən  bölgədə  təzyiq  və  Ģiddəti  bir  dövlət  siyasəti 

halına  gətirdi.  Qafqazda  yaĢayan  milli  qrupları  bir-birinə  qarĢı  qoymaq  üçün 

planlar  tətbiq  etdi,  bölgədəki  xalqların  sistemini  davamlı  olaraq  pozdu.  Qurduğu 

polis  dövləti,  ya  da  diktatorluqla  insanların  əsas  haqq  və  hürriyyətlərini  ortadan 

qaldırdı,  bölgəni,  istismar  edəcəyi  və  zənginliklərini  talan  edəcəyi  bir  sahə  halına 

gətirdi.  Rus  çarlarının  Qafqazda  tətbiq  etdiyi  rejim  xristianlara  qarĢı  daha 

mərhəmətli idi, ancaq türk və müsəlman xalqlarına qarĢı təzyiqedici və insafsız bir 

idarə Ģəklində idi. 

Türk və müsəlman olanlar dövlət məmurluğuna və xüsusilə əsgərliyə qəbul 

edilmirdi.  Ġmperialist  Rusiya  türklərin  əsgərlik  sənətini  öyrənəcəyi  təqdirdə 

yenidən  təĢkilatlanaraq  cəmiyyətdə  əvvəldən  bəri  var  olan  və  sönməyən 

müstəqillik  atəĢini  körükləmək  istəyəcəklərindən  əndiĢələnirdi.  Bunun  üçün 

müstəqillik hərəkatlarına qarĢı son dərəcə həssas və acımasız davranırdı. 

Ruslar  Qafqazda  yaĢayan  türklərin  milliyyətçilik  hərəkatlarını  və 

müstəqillik istəklərini nəzarət altında saxlamaq və yatırmaq üçün bölgədəki qeyri-

müsəlmanlardan  da  istifadə  edirdilər.  Gürcülər  və  xüsusilə  də  ermənilər, 

məzhəbləri və kilsələri ruslardan fərqli olsa da eyni dinə mənsub olduqlarına görə 




36 

 

çarlıq idarəsində çox rahat yaĢayırdılar. Bununla bərabər, rus və ermənilərin ortaq 



məqsədləri də türk düĢmənliyi üzərində qurulmuĢdu. 

Ermənilər  Rus  çarlığı  idarəsinin  Qafqazdakı  sadiq  müttəfiqi  vəziyyətinə 

gəlmiĢdilər.  Dövlət  idarəsi  ilə  polis  xidmətləri  və  əsgərlikdə  vəzifə  ala  bilirdilər. 

Qafqaz  və  Anadoluda  Osmanlı  dövlətindən  qoparacaqları  torpaqlarda  Böyük 

Ermənistan  dövləti  yaratmağa  çalıĢırdılar.  Bunun  üçün  Qərb  dövlətlərinin  də 

dəstəyini  alırdılar.  Qafqazdakı  bu  ortaqlıqda  ruslarla  ermənilərin  bir  çox  istək  və 

arzuları da üst-üstə düĢürdü. 

Rusiyanın  uzun  illərdir  iĢğal  altında  saxladığı  Orta  Asiya,  Sibir,  Qafqazda 

və  digər  bölgələrdə  yaĢayan  türklər  Rus  çarlığının  zəif  nöqtəsi  idi.  Bu  bölgələrin 

müstəqillik üçün üsyan edəcəyi Rusiyanın ən qorxulu röyasıydı. Bu üzdən türklərin 

müstəqillik istəklərinin qarĢısının alınması əsas bir hədəf idi. Ayrıca və bəlkə də ən 

önəmlisi  Rus  çarı  Böyük  Pyotrun  "isti  dənizlərə  çıxma"  vəsiyyətinin  həyata 

keçirilməsi üçün ermənilərdən istifadə edilməsi lazım gəlirdi. 

Beləliklə, deyə bilərik ki, rus və ermənilərin milli ideologiyalarının əsasında 

duran ortaq ana düĢüncədə türk millətinə və türkçülüyə qarĢı düĢmən olmaq ilk Ģərt 

idi. 


Ermənilər  1905-ci  və  1906-cı  illərdə  Qafqazın  bir  çox  bölgəsində  Bakı  və 

Naxçıvanda eyni  vaxtlarda terror, adam öldürmə, basqın, soyğunçuluq hərəkətləri 

etmiĢdilər.  GeniĢ  bir  coğrafiyada  baĢladılan  hücumun  hədəfində  isə  türklər 

dururdu. Ermənilər, beləliklə, Qafqazda yaĢayan türklərə qarĢı etdikləri hücumlarla 

Rus çarlığına olan sədaqətlərini də isbatlamağa çalıĢırdılar. 

Qafqazda  yaĢayan  türklər  arasında  gedərək  yüksələn  milliyyətçilik 

istəklərinin  yatırılması  gərək  idi.  Rus  çarlığı  hürriyyət  hərəkatlarının  qarĢısının 

alınması  üçün  ermənilərdən  istifadə  edir,  ermənilər  isə  türklərin  canına  və  malına 

zərər  verməyi  bir  "ibadət"  olaraq  qəbul  edirdilər.  Ġdeologiyalarının  əsasını  türk 

düĢmənçiliyi  təĢkil  edirdi.  Bu  anlayıĢdan  bəslənən  terror  hərəkətləri  erməni 

millətçilərini daha da azğın və təcavüzkar hala gətirirdi. 

Ermənilər rus çarlarına sədaqətlərini Birinci Dünya müharibəsi illərində də 

isbatlamağa  çalıĢdılar.  Osmanlı  dövlətinin  yıxılması  üçün  baĢlanan  bu  müharibə 

ermənilərin  ümidlərini  daha  da  artırmıĢdı.  Erməni  DaĢnaksütyun  partiyası 

səlahiyyətliləri  1913-cü  ilin  sentyabr  ayından  oktyabr  ayının  ortalarına  qədər 

Ġsveçrənin  Cenevrə  Ģəhərində  bir  qurultay  keçirdilər.  Qurultay  Ġstanbulda  ölən 

Semyon  Zavaryanın  dəfn  mərasiminə  qatılmaq  üçün  qısa  olmuĢdu.  Bakıdakı  Rus 

jandarma  idarəsi  asayiĢ  rəis  yardımçısının  05.02.1914  /62  saylı  raportuna  görə 

qurultaya  qatılanlar  bunlar  idi:  Rusiyadan  Aleksandropol  meĢĢanı  Libarik 

Avetisyan,  Tiflis  meĢĢanı  Levon  Arakelyan  və  Zoryanç,  Türkiyədən  Vahan 

Papazyan, Aram Vramyan, Artun ġirinyan, ArtaĢ Azaryan, Ġrandan Mesropyan və 



Yüklə 3,77 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   175




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə